Microsoft Word CelilovaElnure260az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə10/29
tarix26.05.2018
ölçüsü0,7 Mb.
#46032
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

28 

 

 



FƏS L  2.  NEFT  SƏNAYES N N  MÖVCUD  VƏZ YYƏT   VƏ  NK ŞAF 

TENDENS YASI 

 

   2.1. Neft sənayesinin mövcud vəziyyəti 

Azərbaycan neftinin tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Ərəb tarixçiləri, 

coğrafiyaşünasları və səyyahlarından Əhməd Əl-Bəlaruri (IX əsr) Abşerondakı iqti-

sadi  həyatın  qədimdən  neftlə  bağlı  olduğunu  göstərmiş,  Əbu- shaq  stəxri  (XI-X 

ə

srlər), Əbu-d-Həsən Əli Məsudi (X əsr) Bakının neftli torpağı, Abşeronun "ağ" və 



"qara" nefti haqqında məlumat vermişdir. 

talyan səyyəhı Marko Polo (XIII-XIV əsrlər) Bakı neftinin yaxın Şərq ölk-

ə

lərinə  aparılması,  alman  diplomatı  və  səyyahı  Adam  Oleari  (XVII  əsr)  Bakıdakı 



neft quyuları, türk səyyahı Evliya Çələbi (XVII əsr) neft mədənləri, neftin  rana, Or-

ta  Asiyaya,  Türkiyəyə  və  Hindistana  aparılması  və  neftin  gətirdiyi  illik  gəlir 

haqqında məlumat vermişdir. Balaxanıdakı neft quyularından birində aşkar edilmiş 

daş  üzərindəki  yazı  quyunun  (35  m  dərinliyində)  hələ  1594-cü  ildə  usta  Allahyar 

Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir. 

Ə

min  Əhməd  Razinin  ( ran, 1601)  məlumatına  görə  XVI  əsrin əvvəllərində 



Bakı ətrafında 500-ə qədər belə neft çalaları və quyusu mövcud idi ki, bunlardan da 

həm "qara", həm də "ağ" neft çıxarılırdı. Alman səyyahı, həkim və təbiətşünası En-

gelbert Kempfer  sveç səfirliyinin katibi kimi 1683-cü ildə Abşeron yarımadasında 

Balaxanı,  Binəqədi,  Suraxanı  yataqlarında  olmuş,  neftin  Abşeron  yarımadasından 

rana, Orta Asiyaya və Şimali Qafqaza aparılmasını təsvir etmişdir. Azərbaycanda 

ilk neft quyusu Suraxanıda qazılmışdır. 

Boru ilə neft nəqlinə ilk dəfə 1865-ci ildə ABŞ-da başlanılıb. 

       Şərti olaraq Azərbaycanda neft sənayesinin inkişafını 3 mərhələyə bölmək olar: 

       · 1920-ci ilədək olan dövr; 

        · 

1920-1991-ci illər – Azərbaycanın Sovet Rusiyasının tərkibində olduğu dövr; 

       ·  1991-ci  ildən  sonraki  dövr  –Müstəqil  Azərbaycan  Respublikasında  neft 

sənayesinin inkişafı xüsusiyyətləri  



29 

 

I  mərhələ 1847-ci ildən neftin  mexaniki  üsulla  qazılmış  quyulardan  hasil edilməsi 



ilə başlanır və 1920-ci ilə kimi davam edir.1847-1848-ci illərdə ilk dəfə Bibiheybət 

və  sonra  Balaxanı  yataqlarında  mexaniki  üsulla  qazılmış  quyulardan  sənaye 

ə

həmiyyətli neft alınmış və həmin ildən də Azərbaycanın neft sənayesinin inkişafı 



başlanır.Azərbaycanda mexaniki üsulla ilk neft quyusu 1848-ci ildə qazılıb. 

XIX  əsrin  əvvəllərində  dünyada  ilk  dəfə  olaraq  Bibiheybətdə  sahildən  30  m  aralı 

dənizdə qazılmış əl quyusundan neft hasil edilmişdir. 

1859-cu  ildə  Bakıda  ilk  neftayırma  zavodu  (qurğusu)  tikilir.1863-cü  ildə  Cavad 

Məlikov Bakıda kerosin zavodu tikdirdi və dünyada ilk dəfə neftayırma prosesində 

soyuduculardan istifadə etdi.1867-ci ildə 15 neftayırma qurğusu fəaliyyət göstərirdi. 

              Mexaniki  üsulla  quyuların  qazılmasının  texnika-texnologiyası  inkişaf 

etdikcə bir sıra yeni neft yataqları aşkar edilmişdir (Binəqədi, Pirallahı , Suraxanı və 

s.),  neft  hasilatı  artmış,  neft  sənayesinin  infrastrukturu  və  neftin  emalı  inkişaf 

etməyə başlamış, neftin hasilatı, emalı və satışı üzrə yüzlərlə firmalar yaradılmışdır. 

Azərbaycanda  milli  burjuaziya  formalaşır,  Bakı  şəhəri  dünyanın  sənaye 

mərkəzlərindən  birinə  çevrildi. lk  dəfə  Abşeron  yarımadasında  1871-ci  ildə 

Balaxanı-Sabunçu-Ramanı  yatağı  sənaye  üsulu  ilə  işlənilməyə  başlandı.  1872-ci 

ildə neft sənayesində münasibətləri tənzimləmək məqsədilə iki qanun qəbul edildi: 

"Neft  mədənləri  və  neft  məhsullarından  aksiz  vergisi  haqqında"  və  " carədarların 

ə

lində olan neftli səhələrin hərracla fiziki şəxslərə satılması". 31 dekabr 1872-ci ildə 



neftli  sahələrin  ilk  satışında  Balaxanıda  15  sahə,  Bibiheybətdə  2  sahə  hərraca 

qoyulmuşdur. 

              O  dövrdə  dövlətə  mənsub  olan  istifadəsiz  torpaqlar  neft  axtarışı  və  aşkar 

edilmiş neftli sahələrin istismarı üçün 24 il müddətinə icarəyə verilirdi.  carədar ha-

sil  etdiyi  nefti  ixrac  etmək  və  onun  satış  qiymətini  təyin  etmək  hüququna  malik 

idi. carədarın satılan neftdən əldə etdiyi təmiz gəlir 14-15% təşkil edirdi.XIX əsrin 

70-ci  illərində  neft  sənayesinə  təmiz  milli  kapital  qoyuluşi  cəmi  4%  təşkil 

etmişdi.Milli kapitalın iştirakı ilə qarışıq kapitalın həcmi isə 10%-ə yaxın idi. XIX 

ə

srin  sonunda  neft  sənayesində  fəaliyyət  göstərən  167  sahibkarın  49-u  (24,8%) 



azərbaycanlı  olmuşdur.  O  dövrdə  neft  sənayesinin  inkişafında  milli  "neft 


30 

 

milyonçuları"nın (Hacı Zeynalabdin Tağıyev,  sa bəy Hacınski, Murtuz Muxtarov, 



Şə

msi Əsədullayev, Seyid Mirbabayev və b.) böyük fəaliyyətləri olmuşdur. 1874-cü 

ildə  Bakıda  ilk  səhmdar  neft  şirkəti  -  "Bakı  neft  cəmiyyəti"  yaradılır.1873-cü  ildə 

milliyətcə isveç olan Robert Nobel Bakıya gəlir, neftlə əlaqədar iqtisadi yüksəlişin 

ş

ahidi  olur.1876-cı  ildə  Nobel  qardaşları  Bakıda  neft  hasilatı  və  emalı  üzrə  neft 



ş

irkəti  yaradırlar.  O  vaxtlar  Azərbaycanda  bir  sıra  neft  mədənləri,  neft  emalı 

zavodları, ilk dəfə Xəzər dənizində quraşdırılmış neftdaşıyan tanker, barjlar, dəmir 

yolları,  mehmanxanalar  və  s.  Nobel  qardaşlarına  məxsus  idi.  1876-cı  ildə  neft 

məhsullarına  aksiz  verqisi  ləğv  edildikdən  sonra  yeni  neftayırma  zavodları  tikilib 

istismara verildi. 

1878-ci  ildə  Balaxanı  yatağı  ilə  Bakı  neftayırma  zavodunu  birləşdirən  12  km 

uzunluğunda  Rusiyada  ilk  neft  kəməri  inşa  edildi.1898-ci  ildə  neft  mədənləri  ilə 

Bakı neftayırma zavodlarını birləşdirən neft kəmərlərinin ümumi uzunluğu 230 km 

idi.Bu kəmərlərdə ildə 1mln.t neft nəql edilirdi. 

Bakı neft sənayesinin inkişafı neftin və neft məhsullarının nəql edilməsi problemini 

yaratdı.1879-cu  ildə  inşa  edilmiş  ilk  dəmir  yolu  -  neft  rayonlarınıneftayırma 

sənayesi  mərkəzi  ilə  birləşdirən  Bakı-Sabunçu-Qara  şəhər  xətti  nefthasilatı  və 

emalının  gələcək  inkişafına  əngəl  törədən  nəql  problemini  tam  həll  edə 

bilməzdi.Mədənlərlə Qara şəhərin zavodları arasında neft boru xətlərinin inşası bi-

rinci  dərəcəli  məsələyə  çevrildi.lk  təşəbbüsü  "Nobel  qardaşları  şirkəti",  həmçinin 

"Bakı  neft  cəmiyyəti",  Mirzəyev  və  Lianozovun  şirkətləri  hələ  1877-ci  ildə 

göstərmişdilər. 

1880-ci  ildə  Bakı  yaxınlığında  195  neft  emalı  müəssisəsi  var  idi.Bunlardan  ancaq 

dördü  iri  müəssisə  idi  (bunlardan  ikisi  Mirzəyevə,  biri  Bakı  neft  şirkətinə,  biri  də 

Sarkisova məxsus idi).1885-ci ilin sonunda onların sayı 136-ya enmiş və ancaq 100- 

ü işləyirdi. 

1883-cü ildə Bakı-Batum dəmir yolu tikilib istifadəyə verilir ki, bu da neft və neft 

məhsullarının  Avropa  ölkələrinə  ixrac  edilməsində  mühüm  əhəmiyyətə  malik 

idi.1883-cü  ildən  Rotşild  Bakıda  maliyyə-kredit  əməliyyatlarına  başlayır  və  neftin 

satışı  ilə  məşğul  olmağa  başlayır.1886-cı  ildə  Rotşildin  Xəzər-Qara  dəniz  neft 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə