Microsoft Word CelilovaElnure260az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə12/29
tarix26.05.2018
ölçüsü0,7 Mb.
#46032
1   ...   8   9   10   11   12   13   14   15   ...   29

34 

 

aprelində  Bakının  Qırmızı  Ordu  tərəfindən  işğalını  tezləşdirdi.Nəticədə  ikili 



hakimiyyətdə  olan  Azərbaycan  Demokratik  Respublikası  süqut  etdi  və  Sovet 

hakimiyyəti quruldu. Təkcə 1920-ci ilin aprelin 30-dan mayın 2-dək, daha doğrusu, 

Bakıda Sovet hakimiyyətinin qurulmasından dərhal sonra 12 gəmi ilə Rusiyaya 1,3 

milyon  pud  neft  və  neft  məhsulları  göndərildi,  həmin  ilin  mayında  isə  göndərilən 

neftin  miqdarı  15  milyon,  iyunda  isə  21,2  milyon  pudadək  artdı.  Neft  sənayesi 

tamamən  milliləşdirildi.  1921-ci  ildə  Bakının  neft  hasilatı  özünün  ən  aşağı 

səviyyəsinə  endi  –  2,4  milyon  ton.  Sovet  hökuməti  Azərbaycan  neftinin 

ə

həmiyyətini  gözəl  anlayaraq,  neft  sənayesinin  bərpasına  və  inkişafına  yönələn 



tədbirləri fəal şəkildə həyata keçirirdi. 1920-30-cu illərdə aparılan işlər nəticəsində 

1940-cı  ildə  Azərbaycanda  neft  hasilatı  22,2  milyona  çatdı,  bu  SSR -də  çıxarılan 

neftin  71,5  faizini  təkşil  edirdi.  Bu  mərhələdə  yeni  neft  yataqları  kəşf  olundu, 

Bibiheybət  buxtasının  qurudulması  (1927-ci  il)  və  Bakı-Batumi  neft  kəmərinin 

tikinti işləri (1925-ci il) və dünyada ilk dəfə dənizdə neft quyusu qazıldı. 

              II  mərhələdə  axtarış-kəşfiyyat  işlərinin  genişləndirilməsi  ilə  əlaqədar 

Azərbaycanda  bir  sıra  yeni  neft  yataqları  (xüsusilə  Qala,  Buzovna-Maştağa  və  s.) 

aşkar edilib istismara verilir və neft hasilatı 1941-ci ildə 23,6 mln. tona çatdırılır ki, 

bu  da  o  dövrdə  SSR -nin  neft  hasilatının  76%-ni  təşkil  edir.  Bununla  əlaqədar 

S.A.Vəzirov  "Azneftkombinatın"  rəisi,  R.H. smayılov  ("Azneftzavodlar"  birliyinin 

rəisi), B.Q.Baba-zadə ("Əzizbəyovneftin" baş geoloqu), R.Rəhimov (qazma ustası) 

Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən ilk neftçilər olmuşlar. 1941-1945-ci 

illərdə müharibə dövründə neft avadanlıqlarının və neftçi mütəxəssislərin SSR -nin 

şə

rq  rayonlarına  (Tatarıstan,  Türkmənistan,  Başqırdıstan  və  s.)  köçürülməsi  ilə 



ə

laqədar Azərbaycanda neft hasilatı 11,1 mln. tona düşür. 

Böyük  dünya  müharibəsi  illərində  Azərbaycan  nefti  faşist  Almaniyası  üzərində 

qələbədə  həlledici  rol  oynadı.  Neftə  artan  ehtiyacları  nəzərə  alan  şəhər  neftçiləri 

1941-ci  ildə  neft  hasilatını  rekord  səviyyəyə  –  23.482  milyon  tona  çatdırdılar. 

Ə

vvəllər  heç  vaxt  Bakıda  bu  qədər  neft  çıxarılmamışdı.Minlərlə  neftçi  cəbhəyə 



vuruşmağa  gedirdi,  mədənlərdə  onların  yerlərini  qadınlar  tuturdular.1942-ci  ilin 

yayında neft sənayesində 25 min işçi çalışırdı, bu ümumi işçilərin 33 faizi idi.1944-




35 

 

cü ildə onların sayı 60 faizə çatdı. 



Alman  qoşunları  Qafqaza  yaxınlaşırdılar.  Hitler  Bakının  ələ  keçirilməsi  tarixini 

1942-ci  il  sentyabrın  25-nə  təyin  etmişdi.  Belə  bir  şəraitdə  evakuasiyaya  hazırlıq 

başladı.1942-ci  ilin  payızında,  şəhərin  düşmən  əlinə  keçmə  təhlükəsi  yaranarkən, 

Bakı neft mədənlərində 764 quyu qapadılmışdı, onlar məhvə hazır vəziyyətdə idi.81 

qazma  qurğusu  komplekti  işçi  heyətlə  birgə  Türkmənistana  göndərilmişdi.Eyni 

zamanda Bakıda quyuların bərpası və istismarı işləri davam edirdi, şəhər cəbhənin 

neftlə  təmin  etmək  vəzifəsini  üzərinə  götürmüşdü.Almanlar  ənənəvi  nəql  yollarını 

mühasirəyə  aldıqlarından  nefti  Mərkəzi  Asiyadan  keçirmək  qərar  alındı.Dünya 

təcrübəsində  ilk  dəfə  neftlə  dolu  dəmiryol  sisternləri  dənizlə  yedəyə  alınaraq 

Bakıdan Krasnovodska aparıldı. 

Müdafiə üzrə Dövlət Komitəsinin qərarı ilə 1942-ci ilin oktyabrında 11 min nəfərə 

yaxın  neft  mütəxəssisi  və  böyük  miqdarda  neft  qurğusu  Bakıdan  çıxarılaraq 

Tatarıstana,  Başqırdıstana  və  Rusiyanın  başqa  bölgələrinə  göndərildi.Onların 

ə

ksəriyyəti Kuybışev şəhərinin (Tatarıstan) ətrafına aparıldı, orada bakılı neftçilərin 



və  avadanlığın  köməyi  ilə  neft  hasil  olunmağa  başladı.Nəticədə  bu  yerlər  « kinci 

Bakı» adını aldı. 

1943-cü ildən etibarən Bakı ətrafında təhlükə səngiyəndə neft sənayesinin bərpasına 

başlanıldı.Amma  Azərbaycanın  sənaye  potensialının  zəifləməsi  nəticəsində  neft 

hasilatının  səviyyəsi  aşağı  düşürdü.  1945-ci  ildə  bu  rəqəm  11,5  milyon  ton  idi. 

yalnız 1947-ci ildən etibarən neft hasilatı yenidən artmağa başladı. 

           1940-cı illərin sonlarında «Neft Daşları»nın tikintisinə başlanıldı. 1948-ci il 

noyabrın  14-də  açıq  dənizdəki  «Qara  daşlar»  adlanan  qayalar  qrupunda,  Abşeron 

yarımadasından  42  kilometr  cənub-şərqdə  ilk  neftçi  desantları  endirildi.  Onlara 

Nikolay  Baybakov  rəhbərlik  edirdi,  arasında  dənizdə  neft  olması  barədə  ideyanın 

müəllifi Sabit Orucov, geoloq Ağaqurban Ağayev də vardı.Sonradan onların hamısı 

canlı  qəhrəmanlara  çevrildilər.  Dirəklər  üzərində  evcik  və  elektrostansiyalar 

tikildikdən  sonra  M.Kaveroçkinin  briqadası  1949-cu  il  iyunun  24-də  ilk  quyunu 

qazmağa 


başladı. 

1950-ci 


ildə 

"Neft 


Daşları" 

yatağının 

istismara 

verildi.Azərbaycanda dəniz neft sənayesinin inkişafı başlanır və bu 1969-cu ilə kimi 




36 

 

davam  edir.  Burada  dəniz  geoloji-kəşfiyyat  işləri  genişlənir,  bir  sıra  neft  və  qaz 



yataqları  aşkar  edilib  istismara  verilir  (Qum-dəniz,  Səngəçal-Divannı-dəniz-Xərə-

Zirə  a-sı,  Bahar,  Bulla-dəniz,  Darvin  küpəsi,  Palçıq  pilpiləsi  və  s.),  dəniz  qazma 

işlərinin (o cümlədən axtarış - kəşfiyyat qazmasının), hidrotexniki neft qurğularının 

tikilməsinin texnika və texnologiyası, dənizdə neftçıxarmanın infrastrukturu inkişaf 

etdirilirdi 

Bu  mərhələdə  quru  sahələrində  də  bir  sıra  yeni  neft  və  qaz-kondensat  yataqları 

aşkar  edilib  istismara  verilmişdir  (Kürovdaq,  Mişovdaq,  Kürsəngə,  Qarabağlı, 

Qalmaz,  Qaradağ  və  s.).  Bu  dövrdə  əsasən  "Neft  Daşları"nın  və  digər  yataqların 

intensiv surətdə işlənilməsi və istismarı həyata keçirilmişdir. Dünya təcrübəsində ilk 

dəfə açıq dənizdə estakada dirəkləri üzərində dəniz mədəni tikildi.Burada kompleks 

mühəndis  və  elmi-texniki  tədbirlərin  tətbiqi  nəticəsində  külli  miqdarda  kapital 

qoyuluşuna,  metala  qənaət  edilərək  yüksək  əmək  məhsuldarlığına,  neftin  hər  bir 

tonunun maya dəyərinin aşağı düşməsinə nail olunmuşdur. 1951-ci il fevralın 18-də 

neftlə  dolu  ilk  tanker  sahilə  yollandı.  «Neft  Daşları»nın  ətrafında  7  min  hektar 

ə

razisi olan süni ada yaratmaq qərara alındı. Qonşu adalardan gəmi ilə yarım milyon 



kubmetr  qaya  parkas,  qum  gətirildi.  Ətrafda  dalğaqıranlar,  sahil  və  gəmilər  üçün 

daldanacaq tikildi.1952-ci ildə dünya təcrübəsində ilk dəfə süni adaları birləşdirən 

estakadanın tikintisinə başlanıldı. Vaxt vardı,sonsuz sayda meydançaları birləşdirən 

estakadanın uzunluğu 300 kilometri aşırdı. Neft Daşlarında nəhəng quruculuq işləri 

1958-ci  ildən  başlandı.  Açıq  dənizdə,  Bakıdan  110  kilometr  aralıda 

elektrostansiyalar,  beş  və  hətta  2  doqquzmərtəbəli,  5  beşmərtəbəli  yataqxana 

binaları,  xəstəxanalar,  çörək  zavodu,  limonad  sexi  (onun  məhsulları  da  sahilə  də 

«ixrac» olunurdu) mədəniyyət evləri tikildi, park salındı. 1949-cu ildən burada 1940 

quyu  qazılıb,  160  milyon  tondan  çox  neft,  12  milyard  kubmetr  qaz  çıxarılıb. 

Hazırda Neft Daşları - ölkənin ən şərqindəki yaşayış məntəqəsidir. Burada indi də 

2000 nəfər çalışır. 

1964-68-ci  illərdə  neft  hasilatı  sabit  səviyyəyə  çatdı  və  ildə  21  milyon  ton  təşkil 

etdi.1969-1985-ci illərdə neft hasilatının həcmi ildən-ilə azalmağa başladı. Nəticədə 

son 5 il ərzində hasilat ildə 13 milyon ton göstərici qalırdı. XX əsrin 60-cı illərində 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə