Microsoft Word CelilovaElnure260az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə15/29
tarix26.05.2018
ölçüsü0,7 Mb.
#46032
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

43 

 

çıxarılır.2010-cu ildə Azərbaycanda 50 milyon ton neft və 16 milyard kub metrdən 



çox təbii qaz hasil edilib. Hazırda Azərbaycanda quru ərazilərdə olan yataqlardan 2 

milyon tondan az neft hasil edilir.  

      Azərbaycanda neft hasilatı, mln.ton : 

 

 



              AÇG layihəsi üzrə neft hasilatına başlanandan sonra ölkəmizdə neft hasilatı 

artmağa  başlayıb.  ARDNŞ-in  neft  hasilatı  son  illər  8-9  milyon  ton  həddində 

olduğundan,  neft  hasilatı  məhz  AÇG  yataqları  hesabına  artıb.  Ölkədə  neft 

hasilatının  maksimum  həddi  2010-cu  ildə  qeydə  alınıb  -  50,8  milyon  ton.  Bunun 

42,1 milyon tonu AÇG-nin, 8,7 milyon tonu ARDNŞ-in payına düşüb. 

Azərbaycanda qaz hasilatı, mlrd.kub metr : 

 



44 

 

 



          Qaz hasilatı sahəsində "Şahdəniz-2", "Abşeron" və "Ümid" yataqları üzrə 

hasilatın artması gözlənilir 

"Əsrin müqaviləsi" sazişi sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək 

sazişin  imzalanması  üçün  yol  açdı.  "Əsrin  müqaviləsi"  həm  karbohidrogen 

ehtiyatlarının  miqdarına,  həm  də  qoyulan  sərmayələrin  həcminə  görə  dünyada 

bağlanan  ən  iri  sazişlərsiyahısına  daxil  olmuşdur.  mzalanmış  neft  sazişləri  üzrə 

Azərbaycanın  neft  sənayesinin  inkişafı  üçün  nəzərdə  tutulmuş  64  milyard  ABŞ 

dolları  qoyuluşunun  57,6  milyardı  dəniz  yataqlarının  mənimsənilməsinə  və 

perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir. 

               2-ci  neft  sazişi  1995-ci  ilin  noyabr  ayında  bağlanmış  və  Xəzər  dənizinin 

Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağının işlənməsi ilə əlaqədardır. Bu 

müqavilədə ABŞ, Rusiya,  taliya və Azərbaycan kimi dövlətlər iştirak edir. 100-150 

mln. ton neft hasilatı proqnozlaşdırılan bu müqavilənin dəyəri 2.7 mlrd. Dollar idi. 

“Qarabağ” yatağındakı pay bölgüsü, faizlə 

Ş



irkətlərin adı 

Mənsub olduqları ölkələr 

Ş

irkətlərin payı  

1. 

LUKAC P 


Rusiya- taliya 

45.0 


2. 

Penzoil  

ABŞ 

30.0 


3. 

Lukoil 


Rusiya 

12.5 


4. 

SOCAR   


Azərbaycan 

7.5 


5. 

AC P 


taliya 

5.0 



45 

 

 



1996-cı ildə 2 saziş imzalandı:  

       ·  Xəzərin  Azərbaycan  sektorunda  yerləşən  “Şahdəniz”  neft-qaz  yatağının 

müştərək  işlənməsi  haqqında  saziş.  Kontraktda  əsas  tərəfdaşlar:  ARDNŞ  (payı 

10,0%),  Böyük  Britaniyanın  “bp”  (payı  25,5%),  Norveçin  “Statoil”  (payı  25,0%), 

Fransanın  “TotalFinaElf”  (payı  10,0%),  Iranın  “O EC”  (payı  10,0%),  Rusiyanın 

“LUKoil” və Türkiyənin “TPOK” (payı 9,0%) şirkətləridir;  

· Xəzər dənizinin Azərbaycan sektorundakı “Əşrəfi” və “Dan Ulduzu” prespektiv 

neft yataqlarının birgə işlənməsi haqqında ARDNŞ (payı 20”), ABŞ-ın “Amoko” 

(payı 30,0%), “Unokal” (payı 25,5%), Yaponiyanın “Itoçu” (payı 20,0%) və 

Səudiyyə Ərəbistanının “Delta-Hess” (payı 4,5%) şirkətləri arasında imzalanan 

saziş. 

             1997-ci ildə 5 saziş imzalandı: 



       · TotalFinaElf, Demineks, O EC, və Petrofina şirkətləri ilə “Lənkəran - Dəniz” 

və “Talış - Dəni” perspektiv strukturlarına dair; 

· Lukoil şirkəti ilə “Yalama” perspektiv strukturuna dair; 

       · Chevron və TotalFinaElf şirkətləri ilə “Abşeron” perspektiv strukturuna dair; 

       · Exxon şirkəti ilə “Naxçıvan” perspektiv strukturuna dair; 

       · Mobil ilə “Oğuz” perspektiv strukturuna dair. 

            1998-ci ildə rekord sayda 4 dəniz və 3 quru yatağı daxil olmaqla 7 müqavilə 

imzalandı : 

       · Agip, Mitsui, TPAO və Repsol şirkətləri ilə «Kürdaşı» və «Araz» perspektiv 

strukturlarına dair ; 

BP, Monument və CTK (Rusiya) ilə inam perspektiv strukturuna dair; 

       · BP, Statoil, TPAO, Alberta Energy və Exxon şirkətləri ilə “Araz”, “Alov” və 

“Şərq” strukturlarına dair ; 

       · Yapex,  npex,  tochu, Teykoku şirkətləri ilə “Atəşgah”, “Yanan-Tava”, 

“Muğan-Dəniz” perspektiv strukturlarına dair; 

       · Commonvelth şirkəti ilə qurudakı “Cənub-Qərb”perspektiv struktururına dair; 

       ·  Ramco  şirkəti  ilə  “Muradxanlı”,  “Zərdab”,  “Cəfərli”  perspektiv  yataqlarına 



46 

 

dair 



       ·  Frontera  Resoursers  və  Delta-Hess  şirkətləri  ilə  qurudakı  “Kürsəngi”, 

“Qarabağlı” perspektiv strukturlarına dair . 

1999-cu ildə 2 müqavilə imzalandı: 

       ·  Exxon  şirkəti  ilə  “Savalan”,  “Dalğa”,  “Cənub”,  “Lerik-Dəniz”,  “Zəfər”, 

“Məşəl” perspektiv strukturlarının blokuna dair; 

       · Monkrif  Oil şirkəti ilə qurudakı “Padar-Xarəmi” yataqlarının blokuna dair. 

2001-ci  ildə  Lukoil  şirkəti  ilə  qurudakı  “Zığ”  və  “Hövsan”  yataqlarının  inkişafına 

dair müqavilə imzalandı. 

2003-cü  ildə  “Şengli”  şirkəti  ilə  “Pirsaat”  neft  yatağı  və  ona  bitişik  əraziyə  dair 

müqavilə imzalandı. 

Bu  sazişlər  arasında  “Şahdəniz”  qaz  müqaviləsi  xüsusi  qeyd  edilməlidir.Əgər 

"Əsrin Müqaviləsi" Azərbaycanı neft ölkəsi kimi təsdiq etdisə, "Şahdəniz" yatağının 

kəşfi respublikamızı dünyaya qaz ölkəsi kimi tanıtdırdı. 

"Şahdəniz"  strukturu  birinci  dəfə  1954-cü  ildə  Azərbaycan  geofizikləri  tərəfindən 

aşkar  edilmiş  və  1983-cü  ildə  dərin  axtarış  qazmasına  hazırlanmışdı.Lakin  həmin 

sahədə  dənizin  dərinliyinin  çox  olması  və  perspektiv  neftli-qazlı  layların  böyük 

dərinliklərdə  yatması  ilə,  həmçinin  iqtisadi  çətinliklərlə  əlaqədar  burada  aparılan 

işlər nəticə verməmişdi. "Şahdəniz" strukturunun yenidən dərin kəşfiyyat qazmasına 

daxil edilməsi 1996-cı il iyunun 4-də xarici şirkətlərlə "Xəzər dənizinin Azərbaycan 

sektorundakı  "Şahdəniz"  perspektivli  sahəsinin  kəşfiyyatı,  işlənilməsi  və  hasilatın 

pay bölgüsü haqqında" Sazişin imzalanması hesabına mümkün olmuşdu. Saziş üzrə 

aparılan  axtarış-kəşfiyyat  işləri  nəticəsində  "Şahdəniz"  yatağı  1999-cu  ilin  iyul 

ayında  aşkar  edildi.Artıq  məlumdur  ki,  "Şahdəniz"  yatağının  karbohidrogen 

ehtiyatları bir trilyon 200 milyard kubmetr qazdan və 240 milyon ton kondensatdan 

ibarətdir.Bu,  dünya  dənizlərində  indiyədək  kəşf  olunmuş  nəhəng  qaz-kondensat 

yataqlarından biridir. 

Neft sazişlərinin reallaşdırılması nəticəsində:  

       · Azərbaycanda neft və qaz hasilatı həcmləri sürətlə artdı;  

       ·  Sazişlər  üzrə  hasil  edilən  karbohidrogenlər,  demək  olar  ki,  tamamilə  ixrac 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə