Microsoft Word CelilovaElnure260az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə13/29
tarix26.05.2018
ölçüsü0,7 Mb.
#46032
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

37 

 

neft hasilatının azalmasının səbəbi quruda neft yataqlarının tükənməsi və dənizdən 



çıxarılan  neftin  maya  dəyərinin  yüksək  olması  idi.Eyni  zamanda  Qərbi  Sibirdə, 

Qazaxıstanda və Sovet  ttifaqının digər bölgələrində iri neft yataqları tapılmışdı. Bu 

amillərin hamısı Azərbaycanın SSRi-nin neft hasilatınla payının azalmasına gətirib 

çıxardı (1950-ci ildə – 39,1 %, 1960-cı ildə – 12 %, 1970-1980-ci illərdə – uyğun 

olaraq 5,7 və 2,4 %). Nəticədə Moskva Azərbaycanın neft sənayesinə lazımi diqqəti 

ayırmadı. 

1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft 

və qaz sənayesinin  də  yüksək  dinamik  inkişaf  mərhələsinə  qədəm  qoyur  və  bu da 

ümummilli  liderimiz  Heydər  Əliyevin  Azərbaycana  rəhbərliyinin  birinci  dövrünə 

təsadüf edir.Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin xüsusilə dəniz neftinin 

hasilatının  inkişaf  tarixində  yeni  mərhələ  başlayır.  1970-ci  ildə  "Xəzərdənizneft" 

stehsalat Birliyi ( B) yarandı və SSR  Neft Sənayesi Nazirliyi Xəzərdə Azərbaycan 

neftçilərinin  dəniz  şəraitində  iş  aparmaq  təcrübəsini  nəzərə  alaraq  Xəzərin  bütün 

sektorlarında  (həmin  ildən  Xəzər  sektorlara  bölündü)  geoloji-kəşfiyyat,  qazma, 

işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etdi. 

Bu  tarixə  kimi  Xəzər  dənizində  istifadə  olunan  texniki  vəsait  yalnız  dənizin 

dərinlikləri  40  m-ə  qədər  olan  sahələrdə  işləməyə  imkan  verirdi.Həmin  dövrdə 

Xəzərin  Azərbaycan  sektorunda  40  m-ədək  dərinlikdəki  perspektivli  sahələrdə 

demək olar ki, bütün neft-qaz yataqlarının hamısı aşkar olunmuşdu.Dənizdə neft və 

qazın hasilatının artırılması daha böyük dərinliklərdə yatan neft və qaz yataqları ilə 

bağlı  idi.Bu  dövrdə  dünyada  analoqu  olmayan  Dərin  Dəniz  Özülləri  zavodunun 

Azərbaycanda,  Bakıda  tiklməsi  üçün  o  zaman  Sovetlər  məkanında  450  mln.ABŞ 

dollarının  ayrılması,  bunun  üçün  belə  bir  icazəni  alınmasına  nail  olunması  (bu 

zavodun  Həştərxanda  tikilməsi  nəzərdə  tutulmuşdu)  cənab  Heydər  Əliyevin 

möhkəm iradəsinin və cəsarətinin nəticəsi idi. 

            XX  əsrin  70-80-ci  illərdə  Azərbaycana  75  növdə  400-dən  çox  ağır  yük 

qaldıran  kran  gəmisi,  boruçəkən  gəmilər,  seysmik,  sərnişin  və  s.  gəmi  növləri 

gətirildi.  Xəzərdə  2500  t  gücündə  "Azərbaycan"  kran  gəmisi  işə  başladı.Bundan 

başqa ilk vaxtlarda dənizin 70 m dərinliyində olan sahələrdə geoloji-kəşfiyyat işləri 



38 

 

aparmaq  üçün  "Xəzər"  tipli  özüqalxan,  sonralar  isə  dənizin  200  m  dərinliyindəki 



sahələrdə  işləməyə  imkan  verən  "Şelf"  tipli  yarımdalma  üzən  qazma  qurğularının 

alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının 

kəşf  olunmasına  imkan  yarandı.Nəticədə  60-cı  illərin  sonu  ilə  müqayisədə  yeni  8 

neft  və  qaz  yataqları  kəşf  edildi,  neft  ehtiyatları  iki,  qaz  ehtiyatları  isə  üç  dəfə 

artırıldı.  1975-ci  ildə  neft  və  qazın  ümumi  hasilatı  27,1  mln.  t-a  (şərti  yanacaq) 

çatdırıldı.80-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə 

nəticəsində,  indi  Azərbaycan  neftinin  əsas  hissəsini  təşkil  edən  dənizin  80-350  m 

dərinlkdə yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu. 

           1969-1990-cı  illərdə  Azərbaycanda  neft  hasilatının  həcminin  ildən-ilə 

azalması baş vermişdir: 1968-ci ildə 21,1 milyon ton neft hasil edilmişdisə, 1990-cı 

ildə  hasilat  həcmi  10,7  milyon  tona  düşmüşdü.  Bu  dövrdə  neft  hasilatının 

azalmasının səbəbi quruda neft yataqlarının tükənməsi və dənizdən çıxarılan neftin 

maya  dəyərinin  yüksək  olması  idi.Eyni  zamanda  Qərbi  Sibirdə,  Qazaxıstanda  və 

Sovet  ttifaqının digər bölgələrində iri neft yataqları tapılmışdı. Bu amillərin hamısı 

Azərbaycanın SSRi-nin neft hasilatınla payının azalmasına gətirib çıxardı (1950-ci 

ildə – 39,1 %, 1960-cı ildə – 12 %, 1970-1980-ci illərdə – uyğun olaraq 5,7 və 2,4 

%). Nəticədə Moskva Azərbaycanın neft sənayesinə lazımi diqqəti ayırmadı. 

lll  mərhələ  SSR -nin  dağılması,  müstəqillik  dövrün  və  Azərbaycanın  yeni  tarixini 

ə

hatə etməklə "Yeni neft strategiyası"nın yaranması ilə səciyyələnir. 



             Azərbaycan  Respublikası  1991-ci  il  oktyabr  ayının  18-də  müstəqillik 

haqqında  Konstitusiya  Aktının  qəbul  olunmasından  sonra  Azərbaycanda  neft 

sənayesinin  inkişafınnın  mahiyyətcə  tamamilə  yeni  –  müstəqil  Azərbaycan 

Respublikasının  müstəqil  neft  strategiyasının  formalaşması  və  inkişafı,  dünya  neft 

sənayesinə  inteqrasiya  mərhələsi  başladı.  Müstəqilliyin  ilk  illərində  SSR-nin 

dağılması  ilə  neft  sənayesində  illərlə  mövcud  olan  və  səlis  işləyən  istehsalat 

ə

laqələri  pozulmuş,  sərmayə  qoyuluşu  ixtisar  olunmuş,  kəşfiyyat  və  istismar 



qazmasının həcmi kəskin surətdə azalmış, nəticə etibarilə isə, neft və qazın hasilatı 

aşağı  düşmüşdü.  Maliyyə  vəziyyətində,  əsas  fondların  və  neft  avadanlıqlarının 

yeniləşdirilməsində  böhran  son  dərəcə  dərinləşmişdi.  1994-cü  il  sentyabrın  20-də 



39 

 

“əsrin  müqaviləsi”nin  imzalanması  ilə  Azərbaycanın  neft  sənayesinin 



dirçəldilməsinin əsası qoyuldu. 

         Müstəqil Azərbaycan Respublikasında neft sənayesinin inkişaf xüsusiyyətləri:  

        · Ölkənin neft sənayesinə xarici investisiyaların sürətlə cəlb edilməsi. 

        ·  2000-ci  illərdən  başlayaraq  Azərbaycanda  neft  hasilatı  həcminin  sürətlə 

artması. 

        ·  Azərbaycan  neftinin  dünya  neft  bazarıina  çıxarılması  və  xüsusi  marka  adı 

altında satılması; 

        · Azərbaycanın yeni beynəlxalq neft-qaz nəqli kəmərlərinin inşası;  

        ·  Avropanın  enerji  təhlükəsizliyinin  təmin  edilməsində  Azərbaycanın 

ə

həmiyyətli rola malik olması;  



        · neft hasilatında dənizdən çıxarılan neftin payının həlledici mövqeyə çıxması;  

        · Ölkənin neft sənayesində ən müasir texnologiyaların tətbiqi. 

        · Ölkəyə böyük “neft pulları”nın daxil olması. 

· Dövlət Neft fondunun yaradilması. 

        ·  Azərbaycanın  hasilat  sənayesində  Şəffaflıq  sahəsində  beynəlxalq  təşəbbüsə 

qoşulması. 

        · Neft-qaz gəlirlərindən səmərəli istifadə stratrgiyasının qəbul edilməsi; 

        · Yeni qaz yataqlarının kəşf edilməsi və s. . 



 

 

    2.2. Neft sənayesinin inkişaf dinamikası 

Neft  və  qaz  yataqlarının  axtaralıb  tapılması  neft  sənayesinin  qarşısında  duran  ən 

mühüm vəzifələrdən biridir.Bu onunla izah edilir ki, hazırda yer səthindən 3-6 km 

və  daha  çox  dərinliklərdə  neft  və  qaz  yataqları  istismar  olunur  və  bu  yataqları 

axtarab tapmaq bir o qədər də asan məsələ deyildir.Əvvəllər neft və qazın hər hansı 

bir sahədə olması bəzən özü-özünə insanın gözünə görünürdi, yəni yer səthinə yaxın 

olan  laylardan  neft  süzülərək  yer  səthinə  çıxırdı.    Odur  ki,  o  zamanlar  geoloqlar 

nefti yalnız  belə xarici əlamətlərinə görə aşkar edirdilər. Məsələn, neft hasilatı ilə 

məşğul olan insanlar belə hesab edirdilər ki, yer səthinə çıxan neft havanın oksigeni 

ilə oksidləşərək (birləşərək) bərkiyir və asfalta bənzəyən qatı bir maddə, bəzən də 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə