Microsoft Word CelilovaElnure260az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə16/29
tarix26.05.2018
ölçüsü0,7 Mb.
#46032
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

47 

 

olunduğundan  (AÇG  üzrə  çıxan  qaz  Azərbaycana  əvəzsiz  olaraq  verilir)  son  illər 



ölkənin xarici ticarət dövriyyəsinin böyüməsi baş verib;  

       ·  Ölkədə  neft-qaz  hasilatı  və  ixracı  həcmlərinin  ildən-ilə  artması  ÜDM-nin 

artım dinamikasına və templərinə də müvafiq təsir göstərib;  

       · 2004-cü ilədək ÜDM-də qeyri-neft sektorunun payı üstünlük təşkil etdiyi hal-

da, 2005-ci ildən neft sektorunun payının artması başlıca tendensiya olub;  

       ·  Neft-qaz  hasilatı  və  ixracı  həcmlərinin  artması  nəticəsində  ölkəmiz  son  illər 

böyük məbləğlərdə vəsait əldə etməkdədir;  

       ·  AÇG  sazişi  üzrə  mənfəət  neftinin  əldə  edildiyi  2006-cı  ildən  başlayaraq 

ABƏŞ  sazişin şərtlərinə uyğun  olaraq dövlət büdcəsinə  mənfəət  vergisi ödəyib  və 

büdcənin gəlirləri artıb;  

       · Dövlətin maliyyə imkanlarınin genişlənməsi baş verdikcə sosial sahələrin və 

sosial infrastrukturun bərpasına və yenidən qurulmasına böyük  

həcmlərdə vəsaitin ayrılması baş vermişdir və s. 

Neft  strategiyasının  növbəti  mərhələsində  ölkənin  neft  yataqlarının  xarici 

ş

irkətlərilə  birgə  işlənməsindən  əldə  edilən  neft  gəlirlərinin  toplanaraq  səmərəli 



idarə  edilməsi,  həmin  vəsaitlərin  öncül  sahələrin  inkişafına  və  sosial-iqtisadi 

baxımdan  mühüm  əhəmiyyət  kəsb  edən  layihələrin  həyata  keçirilməsinə 

yönəldilməsi təşkil edirdi. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 29 

dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət 

Neft  Fondu  təsisedilmişdir.  Neft  Fondunun  Əsasnaməsi  Azərbaycan  Respublikası 

Prezidentinin 29 dekabr 2000-ci il tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. 

Neft ilə zəngin olan ölkələrdə neft fondlarının, suveren sərvət fondlarının və yaxud 

digər  bu  kimi  qurumların  təsis  edilməsi  bu  dövlətlərdə  neft  sərvətlərinin  nəsillər 

arasında  bərabər  bölgüsünə,  onların  səmərəli  və  məqsədyönlü  şəkildə  idarə 

edilməsinə şərait yaradır. 

Neft Fondunun yaradılması fəlsəfəsinin əsasını Azərbaycan xalqına Tanrı tərəfindən 

bəxş  edilmiş  neft  sərvətlərinin  nəsillər  arasında  ədalətli  bölüşdürülməsinin  təmin 

edilməsi  təşkil  edir.Neft  Fondunun  təsis  edilməsinin  əsas  məqsədi  ölkəmizin  neft 

sərvətlərinin səmərəli və məqsədyönlü şəkildə idarə edilməsinə şərait yaratmaqdan 




48 

 

ibarətdir. 



             Fondun əsas vəzifəsi Azərbaycan Respublikası vətəndaşlarının bu günkü və 

gələcək  nəsillərinin  mənafeyi  naminə  neft  və  qaz  ehtiyatlarının  kəşfiyyatı  və 

işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən və Fondun öz 

fəaliyyətindən  əldə  olunan  valyuta  və  digər  vəsaitin  yıgılmasını  və  səmərəli  idarə 

olunmasını təmin etməkdir. 

2002-ci  ilin  ortalarına  kimi  xarici  ölkələrə  neft  məhsulları  satışından  və  müqavilə 

iştirakçıları  ilə  aparılmış  digər  əməliyyatlardan  Azərbaycanın  payına  düşən  gəlir 

580  milyon  dollardan  artıq  olmuşdur.Bu  vəsaitin  hamısı  Dövlət  Neft  Fondunda 

cəmləşmişdir. 

Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya 2005-2025-ci 

illəri əhatə edir və bu müddət ərzində həmin gəlirlərdən istifadənin əsas prinsiplərini 

və ortamüddətli xərclər siyasətini müəyyənləşdirir.Bu strategiya aşağıda göstərilən 

mənbələrə  uyğun  olaraq  neftin  və  qazın  satışından  Azərbaycan  Respublikasının 

Dövlət  Neft  Fondunda  və  dövlət  büdcəsində  toplanan  gəlirlərin  idarə  edilməsini 

nəzərdə tutur. 

          2014-cü  il  dövlət  büdcəsi  gəlirlərinin  9,3  milyard  manatını  və  ya  ümumi 

büdcə  daxilolmalarının  50,8%-ni  Dövlət  Neft  Fondundan  (DNF)  transfertlər,  7,1 

milyard  manatını  və  ya  38,6%-ni  Vergiler  Nazirliyi,  1,5milyard  manatını  və  ya 

8,2%-ni  Gömrük  Komitəsinin  xətti  ilə,  0,4  milyard  manatını  və  ya  2,2%-ni  büdcə 

təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 0,2%-ni isə digər daxilolmalar 

təşkil  edib.  2014-cü  ildə  Dövlət  Neft  Fondundan  dövlət  büdcəsinə  9,337  milyard 

manat transfert olunub. ARDNF-in məlumatlarına əsasən 2014-cü ilin aprelin 1-dək 

Fondun vəsaitləri aşağıdakı layihələrə ayrılmışdır:

 

      1. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas xrac Boru kəməri layihəsində 



Azərbaycan  Respublikasının  iştirak  payının  maliyyələşdirilməsi  (2006-cı ildə  başa 

çatıb) - 297,9 mln. manat 

      2.  Qaçqın  və  məcburi  köçkün  ailələrinin  sosial-məişət  vəziyyətinin 

yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həlli – 1 527,9 mln. manat 

      3. Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi – 779,6 mln. 



49 

 

manat 



      4. Samur-Abşeron kanalının rekonstruksiya edilməsi – 1 075,1 mln. manat 

      5. Dövlət büdcəsinə transfertlər – 48 777,6 mln. manat 

      6.  Dövlət  nvestisiya  Şirkətinin  Nizamnamə  kapitalının  maliyyələşdirilməsi 

(2006-cı ildə başa çatıb) - 90,0 mln. manat 

      7. "Bakı - Tbilisi - Qars yeni dəmir yolu" layihəsi – 372,2 mln 

      8.  "2007-2015-ci  illərdə  Azərbaycan  gənclərinin  xarici  ölkəllərdə  təhsili  üzrə 

Dövlət Proqramı"nın maliyyələşdirilməsinə - 90,8 mln. manat 

       9. AÇG üzrə layihədə ARDNŞ-in iştirak payının tənzimlənməsi -87,6 mln. ma-

nat 

      10. "Star" neft emalı kompleksinin tikintisi - 372,6 mln



 

   Dövlət Neft Fondunun gəlirləri aşağıda göstərilmişdir:  

 

 

2000-ci ildə 248,2 mln.manat, 2005-ci ildə 660,1 mln.manat, 2008-ci ildə 11864,7 



mln.manat, 2009-cu ildə 8176,7 mln.manat, 2011-ci ildə 15628,3 mln.manat, 2014-

cü ildə 11626,9 mln.manat, 2016-ci ilə 8899,5 mln.manat, 2017-ci ilə 10940,2 mln 

manat  kimi  qeyd  olunmuşdur.Gəlirin  azalması  neft  hasilatının  azalması  ilə 

ə

laqədardır. 



Azərbaycan  Respublikasında  bəzi  fəaliyyət  növləri  üzrə  ixracın  stimullaşdırılması 

haqqında  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  26  iyul  2006-cı  il  185 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə