Microsoft Word CelilovaElnure260az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə14/29
tarix26.05.2018
ölçüsü0,7 Mb.
#46032
1   ...   10   11   12   13   14   15   16   17   ...   29

40 

 

yer üzərinə çıxan neft qum və torpağa qarışıb qır əmələ gətirir. Ona görə də həmin 



dövrlərdə yerüstü neft və qaz çıxışları hər hansı bir ərazidə neftli və qazlı layların 

mövcudluğunu  sübut  edən  əsas  meyarlardan  biri  hesab  edilirdi.Mütəxəssislər  belə 

hesab edirdilər ki, yerdən qazın və ya neftin çıxdığını görmək təqribən neft və qaz 

yatağını kəşf etmək deməkdir. 

Neftli və qazlı layların olmasının müəyyən edilməsində palçıq vulkanları da mühüm 

rol  oynayır.Bəzən  mütəxəssislər  palçıq  vulkanlarını  haqlı  olaraq  təbii  quyu 

adlandırırlar, çünki onların kökü çox dərinliklərə çatır.Müəyyən edilmişdir ki, bəzi 

palçıq  vulkanlarının  konuslarının  uzunluğu  400  metrə  çatır.Məsələn,  Abşeron 

yarımadasında  və  Qobustanda  rast  gəlinən  palçıq  vulkanlarının  dərinliyi  400-500 

metrə  kimi  olur.Palçıq  vulkanlarının  püskürmələri,  adətən,  bərk,  qaz  və  maye 

hallarında olur.Püskürmüş bərk maddələrin tərkibində çox hallarda neft nişanələrinə 

rast  gəlinir.Alimlərin  fikrincə  Azərbaycan  palçıq  vulkanlarının  vətəni  hesab 

edilir.Belə  ki,  respublikamızın  ərazisində  təqribən  340-350-yə  yaxın  palçıq 

vulkanları  müşahidə  olunmuşdur.Aparılan  tədqiqatlar  nəticəsində  müəyyən 

olunmuşdur  ki,  palçıq  vulkanları  yer  altındakı  neft  və  qaz  yataqları  ilə 

ə

laqədardır.Hansı ərazidə palçıq vulkanları müşahidə olunursa, əksər hallarda orada 



neft  və  qaz  yataqları  mövcuddur.Buna  əsaslanaraq  demək  olar  ki,  Abşeron 

yarımadaslnda  və  Xəzər  dənizinin  dibində  böyük  ərazidə  neft  və  qaz  yataqlarının 

olması şübhəsizdir. 

              Neft  yataqlarının  axtarılmasının  digər  üsulu  baktoroloji  kəşfiyyat  üsulu  

hesab edilir. Bu üsul son zamanlar tətbiq edilməyə başlamış və aşağıdakı kimi izah 

edilr:  “torpaqda  yalnız  mikroskop  altında  görünə  bilinən  bir  növ  bakteriyalar 

mövcuddur  ki,  onlar  neft  və  neftli  qazla  qidalanırlar.  Buna  görə  də  həmin 

bakteriyalar  neft  və  neftli  qaz  olan  ərazilərdə  yığılırlar.Kəşfiyyatçı  baktoroloq 

çölləri  dolaşaraq,  müxtəlif  ərazilərdən  torpaq  nümunələri  götürür.Əgər  bu 

nümunələrdə neft bakteriyaları aşkar edilərsə, deməli, həmin ərazidə neft vardır. 

Müasir  dövrdə  neft  və  qaz  daha  dərin  laylardan  hasil  edildiyinə  görə  yuxarıda 

göstərilən  üsulların  heç  biri  məqbul  hesab  edilə  bilməz.Hazırda  neft  və  qaz 

yataqlarının  axtarışı  və  kəşfiyyatı  işlərində  geoloji,  geofiziki,  geokimyəvi  və 



41 

 

hidrogeoloji axtarış üsullarından istifadə edilir.Bu üsüllardan ən geniş tətbiq olunanı 



geofiziki üsuldur. Bu üsulun aşağıdakı növlərini fərqləndirirlər: maqnitometrik üsul; 

qrametrik üsul; elektrometrik üsul; seysimik üsul; radiometrik üsul. 

Son illər Azərbaycanda dövlət müstəqilliyi möhkəmlənmiş, ictimai-siyasi sabitliyə 

nail  olunmuş,  cəmiyyətdə  demokratiya  və  iqtisadiyyatda  bazar  münasibətləri  daha 

da  inkişaf  etmiş,  dünya  iqtisadiyyatına  inteqrasiya  üçün  şərait  yaradılmış  və  buna 

başlanılmışdır. 

Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyev  tərəfindən  aparılan  siyasət 

nəticəsində Azərbaycan Qafqazın və Xəzər regionunun geosiyasətində əhəmiyyətli 

rol oynamağa başlamışdır. 

Azərbaycan yalnız neft və qaz ehtiyatlarına görə deyil, həmçinin və Xəzər dənizləri 

regionunda  tutduğu  mövqeyə  görə  ABŞ,  Avropa  və  Asiya  dövlətlərinin 

maraqlarının  kəsişdiyi  geosiyasi  mərkəzə  çevrilmişdir.Neft  və  qaz  ehtiyatlarının 

işlənməsi, həmçinin onların dünya bazarlarına ixracı üzrə nəhəng layihələrin həyata 

keçirilməsi  sayəsində  Xəzər  regionu  XXI  əsrdə  dünyanın  əhəmiyyətli 

regionlarından birinə çevrilmişdir. 

             Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyev  tərəfindən  aparılan 

müdrik siyasət sayəsində 20 sentyabr 1994-cü ildə ”Xəzərin azərbaycan sektorunda 

yerləşən  Azəri,  Çıraq  və  Günəşli  (dərin  hissəsi)  yataqlarının  (AÇG)  işlənməsi  və 

hasilatın pay bölgüsü” üzrə birinci saziş imzalandı. Sonralar bu saziş ”Əsrin sazişi” 

adı ilə tanındı. Bu saziş xarici şirkətlərə Azərbaycanda yeni sazişlərin imzalanması 

üçün geniş yol açdı.1994-cü ildən bu vaxta qədər ARDNŞ və xarici neft şirkətləri 

arasında  karbohidrogenlərin  kəşfiyyatı,  hasilatı  və  məhsulun  pay  bölgüsü  prinsipi 

üzrə 26 saziş imzalanmışdır. 

             Bu  sazişlərin  bağlanmasının  Azərbaycan  Respublikasına  və  onun 

vətəndaşlarına  nələr  vəd  edildiyi  barədə  Azərbaycan  Respublikasının  Prezidenti 

lham  Əliyev  demişdir:  ”Son  illərdə  həyata  keçirilən  neft  strategiyası  bu  yolun 

düzgün  olduğunu  bir  daha  sübut  etdi.  Amma  bu  heç  də  o  demək  deyil  ki,  biz 

gələcəyimizi  də  yalnız  neftlə  bağlamaq  istəyirik.Neft  faktoru  bizim  üçün 

vasitədir.Müstəqilliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi 



42 

 

istiqamətində bir vasitədir.Yəni biz bu vasitədən istifadə edirik. 



Neftin o vaxt qiyməti olur ki, neft hasil edilir, nəql edilir, satılır və bundan gəlir əldə 

olunur.Yerin,  suyun  altında  istifadəsiz  olan  neftin  heç  bir  qiyməti  yoxdur.Bəziləri 

deyirlər  ki,  o  bizim  milli  sərvətimizdir,  ona  dəyməyək,  onu  gələcək  nəsillərə 

saxlayaq.Bu çox yanlış fikirdir. 

Azərbaycan  artıq  dünyada  tanındı.Ölkəmizə  milyardlarla  dollardan  artıq  sərmayə 

gətirilib.Azərbaycan  öz  iqtisadiyyatının  neftlə  bağlı  olan  digər  sektorlarının  da 

xeyrini götürdü, orada inkişaf müşahidə olundu.Azərbaycanda infrastruktur, xidmət 

sektoru sahəsində böyük irəliləyiş var. Minlərlə gənc vətəndaşımız xarici ölkələrdə, 

yaxud da xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən şirkətlərinin təşkil etdiyi 

kurslarda öz təhsilini təkmilləşdiribdir. Bundan başqa: 

         •  Sazişlərin  həyata  keçirildiyi  dövrdə  neft  sənayesinin  infrastrukturu  xeyli 

dərəcədə təzələnəcək və neft sənayemizin yeni, güclü infrastrukturu yaranacaqdır; 

         • Ölkə iqtisadiyyatının digər sahələrinə sərmayələr axını təmin ediləcəkdir; 

         • Azərbaycan yeni, müasir texnologiyalar əldə edəcəkdir; 

         • Azərbaycannın böyük miqdarda yeni müəssisələri yaradılacaq və onlar xarici 

neft şirkətlərinə xidmət göstərəcəklər; 

         • Bank və sığorta biznesinin inkişafına böyük təkan veriləcəkdir; 

         •  Sivilizasiyalı  cəmiyyətin  qanunları  çərçivəsində  işləyəcək  sahibkarların 

sanballı bir təbəqəsi formalaşacaqdır; 

         •Xarici şirkətlərin ödədiyi vergilərdən büdcəyə mədaxil xeyli artacaqdır; 

         • Müxtəlif sənaye və xidmət sahələrində minlərlə yeni iş yeri açılacıqdır; 

         • Azərbaycan neft satışından milyardlarla dollar götürəcəkdir ki, bu da geniş 

sosial  proqramları  həyata  keçirməyə,  əmək  haqqını  və  pensiyaları  artırmağa, 

imkansız  ailələrə,  müharibə  əlillərinə  və  qaçqınlara  daha  da  çox  kömək  etməyə 

imkan verəcəkdir. 

         1994-cü  ilin  sentyabrın  20-də  “Əsrin  müqaviləsi”  adlandırılan  hasilatın  pay 

bölgüsü  sazişi  imzalanıb.  Bu  saziş  “Azəri”,  “Çıraq”  və  “Günəşli”  yatağının  dərin 

hissəsinin istismarını nəzərdə tutur. 

Hazırda  Azərbaycanda  hasil  edilən  neftin  95  faizindən  çoxu  dənizdən 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə