Microsoft Word CelilovaElnure260az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə23/29
tarix26.05.2018
ölçüsü0,7 Mb.
#46032
1   ...   19   20   21   22   23   24   25   26   ...   29

68 

 

Qiyməti  azaltmaq  və  xidmətin  effektivliyini  və  keyfiyyətini  artırmaq  üçün  neft 



ş

irkətlərinin  çoxu  qeyri-neft  məhsullarının  da  satıldığı  geniş,  müasir  xidmət 

məntəqələrinə üstünlük verir. 

              Aviasiya  və  bunker  yanacağı  satışı  əsas  etibarilə  kəmərlər,  gəmilər  və 

dəmir yolu vasitəsilə nəql olunan maye yanacaq adətən aeroportlardakı saxlanclarda 

saxlanılır.  Yanacaq  təyyarəyə  benzindaşıyan  yük  maşınları,  yaxud  da  xüsusi 

kranlara birləşdirilmiş xidmət mühərrikləri vasitəsi ilə doldurulur. 

         Dəniz  bunker  yanacağı  adətən  pərakəndə  şəkildə  alınır.  Gəmiyə  yanacaq 

yaxınlıqdakı  neftayırma  zavodlarından,  yaxud  terminallardan  yanacaq  götürən 

liman  bərələri  vasitəsilə  çatdırılır.Yanacağın  qiyməti  həmin  limandakı  bazarın 

şə

rtlərindən  asılı  olaraq  dəyişir.Sənaye  məhsullarının  satışı  neft  məhsulları 



bazarında  önəmli  yerlərdən  birini  də  mazut  tutur.Mazut  qazanxanalarda,  elektirik 

enerjisi  istehsalında  və  ofis  binalarında,  zavodlarda  və  başqa  geniş  sturukturlarda 

binaları  qızdırmaq  üçün  istifadə  olunur.Mazut  adətən  topdansatıcıların  vasitəsi  ilə 

deyil, birbaşa alıcılara satılır.Bəzən mazut birbaşa neftayırma zavodundan terminala 

keçmədən  alıcıya  satılır.Bəzənsə  ofis  binaları  üçün  mazut  təminatı  terminallardan 

yük  maşınları  ilə həyata keçirilir.Sənayedə  işlənilən  xüsusi  məhsullar,  misal üçün, 

sürtkü  yağları,  asfalt,  parafin  və  hidravlik  mayelər  adətən  alıcılara  neft  şirkətinin 

terminallarından birbaşa, yaxud topdansatıcılar vasitəsi ilə çatdırılır. 

              Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkəti  (ARDNŞ  –  ingiliscə 

SOCAR)  -  dünyanın ən böyük neft şirkətlərindən biridir. 

           Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkəti  (SOCAR)  Azərbaycan 

ə

razisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın 



və  qaz  kondensatının  hasilatı,  emalı  və  nəqli,  neft  və  neft-kimya  məhsullarının, 

qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin 

təbii qazla təchizatı ilə məşğul olur. 

              Azərbaycan  Respublikasının  neft  sərvətlərindən  istifadəni  vahid  dövlət 

siyasəti  əsasında  həyata  keçirmək,  neft  sənayesinin  idarəetmə  strukturunu 

təkmilləşdirmək,  yanacaq-enerji  kompleksinin  inkişafını  təmin  etmək  məqsədi  ilə 

Azərbaycan respublika prezidentinin 13.09.1992-ci il Fərmanı ilə Azərineft Dövlət 



69 

 

Konserninin  və  Azərnefkimya  stehsalat  Birliyininin  bazasında  Azərbaycan 



Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır.  

ARDNŞ-in  fəaliyyətdə  olan  Nizamnaməsi  Azərbaycan  Respublikası  Prezidentinin 

2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş, prezidentin 18 

sentyabr 2004-cü il tarixli 127 nömrəli fərmanı ilə bir sıra dəyişikliklər edilmişdir.  

                 Nizamnaməyə  əsasən  Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkətinin  

fəaliyyəti  neft  və  qaz  sənayesinin  vahid  kompleks  kimi  səmərəli  fəaliyyətinin  və 

inkişafının təmin edilməsindən, istehlakçıların enerji daşıyıcılarına olan tələbatının 

etibarlı  ödənilməsindən  ibarətdir.  Şirkət  kommersiya  fəaliyyətini  həyata 

keçirir.Şirkət  hasil  edilmiş  bütün  karbohidrogenlərə  və  onların  emalından  alınan 

neft və qaz məhsullarına münasibətdə sahibliyi həyata keçirir.Şirkət hüquqi şəxsdir, 

müstəqil  balansa  (Şirkətin  balansı),  banklarda,  o  cümlədən  xarici  banklarda, 

hesablaşma  və  digər  hesablara  malikdir.Şirkət  müstəqil  balansla  yanaşı  onun 

tərkibinə  daxil  olan  müəssisələr,  digər  hüquqi  şəxslər  və  hüquqi  şəxs  olmayan 

(nümayəndəliklər,  filiallar  və  sair)  qurumlar  (bundan  sonra  mətndə-müəssisələr 

adlandırılacaq)  üzrə  icmal  (konsolidə)  edilmiş  hesabatı  (balans  da  daxil  olmaqla) 

tərtib 


edir. 

Ş

irkət  üzərində  Azərbaycan  Respublikasının  gerbi  təsvir  edilmiş  və  Şirkətin  adı 



göstərilmiş  möhürə,  ştamplara,  blanklara,  digər  fərqləndirici  nişanlara  malikdir. 

Ş

irkətin  qanunvericiliyə  müvafiq  olaraq  öz  adından  əmlak  və  digər  hüquqlar  əldə 



etmək,  vəzifələr  daşımaq,  məhkəmədə  iddiaçı  və  cavabdeh  kimi  çıxış  etmək 

hüquqları  vardır.Şirkət  öhdəliklərinə  görə  onun  sərəncamında  olan  əmlaka 

cavabdehdir.Şirkət  dövlətin  öhdəliklərinə  görə  cavabdeh  deyildir,  dövlət  də 

qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, Şirkətin öhdəliklərinə görə 

cavabdeh deyildir.Şirkətin və onun tərkibinə daxil olan müəssisələrin əmlakı dövlət 

mülkiyyətindədir.Şirkət  onda  olan  dövlət  əmlakına  münasibətdə  qanunvericiliklə 

müəyyən edilmiş qaydada və hədlərdə sahibliyi, istifadəni və sərəncam verilməsini 

həyata keçirir.Şirkətin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən, digər maddi 

və  qeyri-maddi  aktivlərdən ibarətdir.Şirkətin  əmlakı  onun  müstəqil  balansında  əks 

olunur. 



70 

 

              Şirkətin əmlakı aşağıda göstərilən mənbələr hesabına təşkil olunur:  



       ·  mülkiyyətçi  və  ya  mülkiyyətçi  tərəfindən  səlahiyyətləndirilmiş  orqan 

tərəfindən verilən əmlak;  

       · kommersiya fəaliyyətinin həyata keçirilməsindən əldə edilən gəlir;  

       · bankların və digər kreditorların kreditləri;  

       · qanunvericiliklə qadağan olunmayan digər mənbələr.  

Ş

irkət  qanunvericiliklə  nəzərdə  tutulmuş  vergiləri  və  digər  məcburi  ödənişləri 



müəyyən  edilmiş  qaydada  ödədikdən  sonra,  fəaliyyətindən  əldə  etdiyi  gəlirə 

müstəqil 

sərəncam 

verir. 


            Şirkətin  əsas  məqsədi  Azərbaycan  Respublikası  ərazisində,  quru  və  dəniz 

sahələri  də  daxil  olmaqla,  neft  və  qaz  yataqlarının  axtarışının,  kəşfiyyatının, 

hazırlanmasının,  işlənməsinin,  neftin,  qazın,  kondensatın  və  onlardan  alınan 

məhsulların  nəql  edilməsinin,  emalının  və  satışının,  istehlakçıların  müvafiq  enerji 

daşıyıcılarına  olan  tələbatının  sabit  və  dayanaqlı  ödənilməsinin,  digər  işlərin  və 

xidmətlərin  həyata  keçirilməsindən  və  gəlir  əldə  edilməsindən  ibarətdir.  

Bu məqsədlərə nail olmaq üçün Şirkət aşağıdakı vəzifələri həyata keçirir:  

       ·  neft,  qaz  və  kondensatın  hasilatını,  nəqli  və  emalı  sistemlərinin  etibarlı  və 

səmərəli fəaliyyət göstərməsini;  

       · xam neftin, təbii qazın və onların emalı nəticəsində alınan məhsulların daxili 

və xarici bazarlarda satışını;  

     ·  ölkə  iqtisadiyyatının  və  əhalinin  neftə,  qaza,  kondensata,  onların  emalından 

alınan və müasir istehlak tələblərinə cavab verən digər məhsullara, habelə müvafiq 

işlərə və xidmətlərə olan tələbatının ödənilməsini;  

     ·  ətraf  mühitin  qorunmasına  yönəldilmiş  tədbirlərin  işlənilməsini  və  realizə 

edilməsini;  

      ·  enerjiyə  qənaət  edən  texnologiyadan  və  texnikadan,  habelə  ekoloji  cəhətdən 

təmiz texnologiyalardan istifadəsini.   

Ş

irkətin strukturu - onun idarəetmə strukturu və tərkibinə daxil olan müəssisələrin 



siyahısı  Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən  təsdiq  edilir.  Şirkətin 

idarəetmə  strukturu  Şirkətin  məqsəd  və  vəzifələrinə  nail  olmaq  üçün  onun 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə