Microsoft Word CelilovaElnure260az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə18/29
tarix26.05.2018
ölçüsü0,7 Mb.
#46032
1   ...   14   15   16   17   18   19   20   21   ...   29

53 

 

ölkəsinə neft-qaz məhsulları nəql edəcək. 



             "Şahdəniz" yatağının mənimsənilməsinə 2006-cı ilin dekabrında başlandı və 

2013-cü  ilin  mayınadək  yataqda  6  istismar  quyusu  qazılıb.  Bu  quyuların  gündəlik 

hasilat  imkanı  25  milyon  kubmetr  qaz  və  6000  ton  kondensatdır.  şlənmənin 

ə

vvəlindən  "Şahdəniz"  yatağından  40,6  milyard  kubmetr  qaz,  10,7  milyon  ton 



kondensat  hasil  edilmişdir.  Bu  yataqda  "Faza-2"  layihəsinin  həyata  keçirilməsi  ilə 

illik qaz hasilatı 25 milyard kubmetrə çatdırıla bilər. "Şahdəniz" yatağının kəşfi ilə 

Azərbaycan qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrildi.  

              Azərbaycan  qazının  dünya  bazarlarına  çıxarılması  məqsədilə  2007-ci  ildə 

Cənubi Qafqaz ixrac boru kəməri istifadəyə verildi. Uzunluğu 971 kilometr olan bu 

ixrac boru kəməri  Bakı  yaxınlığındakı  Səngəçal  terminalından  başlanır.  Onun 443 

kilometri Azərbaycan, 248 kilometri Gürcüstan, 280 kilometri Türkiyə ərazisindən 

keçir və burada o, Türkiyənin BOTAŞ şirkətinin kəmərlər sisteminə qovuşur. Qaz 

kəmərinin  diametri  1066  mm  (42  düymə),  keçiricilik  qabiliyyəti  ildə  20  milyard 

kubmetrə qədərdir. 

             Müstəqilliyimizin  23  ili  ərzində  (2014-cü  ilədək)  ölkədə  252  milyard 

kubmetr  qaz  hasil  edilmişdir.  2014-cü  ilin  ilin  mart  ayınadək  Türkiyəyə  24,2 

Gürcüstana 5,9, Rusiyaya isə 2,8 milyard kubmetr qaz ixrac olunmuşdur.  

             Neft  strategiyası  Azərbaycan  iqtisadiyyatının,  xüsusən  sənayenin  və  neft 

sektorunun müasirləşməsi üçün təməl olmuşdur. Genişmiqyaslı islahatlar aparılmış, 

sənayenin  şaxələndirilməsi  həyata  keçirilmişdir.  Hazırda  ARDNŞ-in  təsisçiliyi  ilə 

yaradılmış 36 birgə müəssisə, 6 alyans, xarici ölkələrdə çoxsaylı törəmə şirkətlər və 

13  nümayəndəliyin  fəaliyyəti  neft  və  qaz  sənayesinin,  demək  olar  ki,  bütün 

sahələrini əhatə edir. ARDNŞ 15 ölkənin 25 şirkəti ilə imzalanmış 17 Hasilatın Pay 

Bölgüsü  Sazişində  (HPBS)  Azərbaycan  dövlətini  uğurla  təmsil  edir.  HPBS-lər 

çərçivəsində  1995-2013-cü  illərdə  Azərbaycan  Respublikasının  neft-qaz  sektoruna 

ümumilikdə təqribən 47 milyard ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur.  

Qeyd etmək lazımdır ki, xarici neft şirkətləri ilə Azərbaycanın imzaladığı və “Əsrin 

müqaviləsi”nin  ən  əsas  mahiyyəti  budur  ki,  bütövlükdə  bu  saziş  yenicə  qədəm 

qoyduğumuz XXI əsrdə respublikamızın dinamik inkişaf yolunu müəyyən etmişdir. 



54 

 

Bu  müqavilələr  müstəqilliyimizin,  suverenliyimizin,  dövlətçiliyimizin,  milli 



təhlükəsizliyimizin  daha  da  möhkəmlənməsinə,  ölkə  iqtisadiyyatının  dünya 

təsərrüfatına  inteqrasiyasının  dərinləşməsinə,  investisiya  axınının  sürətlənməsinə, 

Azərbaycanın  beynəlxalq  imicinə  əhəmiyyətli  dərəcədə  təsir  etdi.  Ölkə 

prezidentinin  «Azərbaycan  Respublikasında  Dövlət  Neft  Fondunun  yaradılması 

haqqında» 29 dekabr 1999-cu il tarixli fərman imzalanması və fondun əsasnaməsini 

təsdiq etməsi isə «Əsrin müqaviləsi»nin və sonrakı müqavilələrin davamı oldu. 

             Qeyd  edilməlidir  ki,  bu  fondlar  ən  ümumi  formada  dövlət  büdcəsinin 

gəlirləri  ilə  xərcləri  arasında  balans  yaratmaq  və  yığım  funksiyalarını  yerinə 

yetirirlər.  Bir  qayda  olaraq,  stabilləşmə  fondlarının  gəliri  təbii  resursların  mövcud 

dünya  qiymətlərinin  səviyyəsindən,  yığım  fondlarının  gəlirləri  isə  ölkə  ərazisinin 

təbii  sərvətlərlə  zənginliyindən  asılı  olur.  Fondların  yaradılmasında  məqsəd dünya 

qiymətlərinin  kəskin  dəyişdiyi  dövrlərdə  dövlət  büdcəsinin  gəlirləri  və  xərcləri 

arasında tarazlığı təmin etmək, eləcə də təbii sərvətlərin ehtiyatları tükəndiyi halda 

belə  gələcək  nəsillərin  normal  yaşamasına,  fəaliyyət  göstərməsinə  və  inkişafına 

şə

rait yaratmaqdan ibarətdir. 



             Bu gün Azərbaycan neftinin satışından əldə edilən gəlirlər səmərəli istifadə 

edilir.  Neft  strategiyasının  əsas  məqsədlərin-dən  biri  də  əldə  edilmiş  vəsaitin 

Azərbaycan  xalqının  rifahı  naminə  düzgün  və  səmərəli  istifadənin  təşkil 

edilməsidir. 

Müasir  dövrümüzdə  neft  gəlirlərindən  yalnız  neft  sənayesinin  inkişafı  üçün  deyil, 

ümumilikdə bütün ölkə iqtisadiyyatının inkişafı üçün şərait yaradılır. Ümumiyyətlə, 

ölkə  iqtisadiyyatının  bütün  kəmiyyət  və  keyfiyyət  parametrlərində,  hökumətin 

yürütdüyü  siyasətdə,  habelə  ölkə  əhalisinin  rifah  səviyyəsində  bu  gəlirlərin  təsiri 

geniş mənada (həm müsbət, həm də mənfi istiqamətdə) hiss olunmaqdadır.  

 



55 

 

 



 

FƏS L 3. AZƏRBAYCAN NEFT SƏNAYES N N  NK ŞAF PROBLEMLƏR  

VƏ HƏLL  YOLLARI 

 

3.1. 

Milli 

neft-qaz 

kompleksinin 

təsərrüfat 

strukturunun 

təkmilləşdirilməsi 

Azərbaycanda yanacaq-enerji kompleksinin modernləşdirilməsi sahəsində 

mühüm  proqram  sənədlərindən  biri  Azərbaycan  Respublikasının  Prezidenti  cənab 

lham  Əliyevin  2005-ci  il  fevralın  14-də  imzaladığı  “Azərbaycan  Respublikasının 

yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”dır. 

Proqram  Azərbaycan  Respublikasının  iqtisadiyyatında  və    sosial  həyatında 

müstəsna  əhəmiyyətə  malik  olan  yanacaq-enerji  kompleksinin  daha  da  inkişaf 

etdirilməsi,  əhalinin  və  iqtisadiyyatın  enerji  resursları  ilə    təminatının 

yaxşılaşdırılması və enerjidaşıyıcılardan istifadənin səmərəsinin artırılması məqsədi 

ilə qəbul edilib. 

           Dövlət  Proqramının  məqsədi  qarşıdakı  on  ildə  Azərbaycan  Respublikasının 

yanacaq-enerji  kompleksini  inkişaf  etdirməklə,  əhalinin  və  iqtisadiyyatın  elektrik 

enerjisinə,  qaza  və  digər  enerjidaşıyıcılarına  olan  tələbatının  daha  dolğun 

ödənilməsinə nail olmaqdan ibarətdir. 

          Strateji  məhsul  olan  neft-qaz  resurslarının  istənilən  ölkənin  həyatında  rolu 

mühümdür.  Neft  mühüm  istehsal,  iqisadi-maliyyə  resursu  müasir  zaman  olmaqla 

sənaye  potensialını  və  iqtisadiyyatı  hərəkətə  gətirən,  ölkənin  hərbi  qüdrətini 

tərənnüm  edən  əsas  komponentdir.  Əsaslı  olaraq  bu  resursa  istinadən  bəşər 

cəmiyyəti  özünü  lazimi  enerji,  nəqliyyat  sistemi  ilə  təmin  etmiş  olur.  Enerji 

resurslarını dövlət, müəsissə və insanlar reallaşdırmaqla qarşılıqlı ödəmələri həyata 

keçirir  və  nəticədə  ölkənin  maliyyə  və  iqtisadi  həyatında  dolğun  iştirak  edirlər. 

Neftin  sosial  gücü,  onun  şəhər  yaratma  və  aqlomerasiya  effekti  də  mühümdür. 

Bütün  bunlarla  yanaşı,  neft-qaz  resursları  müxtəlif  formada  iqtisadiyyatın  bütün 

sahələrində  və  cəmiyyət  üzvləri  tərəfindən  istehlak  olunur.  Obrazlı  desək  neft-qaz 

kompleksi iqtisadiyyatın investisiya istiliyini təmin edən ən güclü və rahat sektoru 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə