Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə12/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   8   9   10   11   12   13   14   15   ...   49

 
64 
Züleyxa bəxtindən razı qalaraq, 
Misrə tez çatmağı istərdi ancaq. 
Deyərdi: Könlümü tərk edər kədər
Bu hicran gecəsi tez olar səhər. 
Bilməzdi, o gecə hələ tul tapar, 
Ondan sübhə qədər yüzillik yol var. 
Getdilər hey gecə-gündüz bilmədən. 
Misrin sərhəddinə çatdılar həmən 
Bir nəfər qasidə verildi fərman, 
Atını çaparaq ötsün karvandan. 
Qasid bir quş kimi açaraq şəhpər, 
Misrin Əzizinə yetirdi xəbər. 
Dedi: – Qalx ayağa, dayanmaq olmaz, 
Hazırlaş etməyə taleyi pişvaz. 
Bu müjdə Əzizi-Misrə çatınca, 
Elə bil, dünyanı verdilər ona. 
Misrin hər yerində carçı çəkdi car 
Ki, pişvaza çıxsın bütün ordular! 
Xəbər yetirdilər elə, obaya, 
Hər kəsin nəyi var, qoysun ortaya. 
Əsgərlər bəzənsin zərə, zivərə, 
Qərq olsun hamısı dürrə, gövhərə. 
Yüz min qul seçilsin igid, qəhrəman, 
Hamısı gülüzlü, aybəniz, cavan.  
Hər yəhər üstündə bitsin bir ağac, 
Qullar başlarına qoysun qızıl tac. 
Kənizlər yeddişər düzəltsin dəstə, 
Hamısı otursun kəcavə üstə. 
Misir gözəlləri şirin dil ilə, 
Pişvaza çıxsınlar dəstə gül ilə. 
Xanəndə məclisə gəlsin sazıyla, 
Açsın könülləri xoş avazıyla. 
Udun qulağını ud çalan bursun, 
                                                                                                                            
1
 Мящмил – карван. 
 
65 
Ruhları oxşayan bir məclis qursun! 
Yüksəlsin göylərə neyin nəvası, 
Çalınsın ruhverən vüsal havası. 
Canda qəm odunu söndürsün rübab, 
Kamança qoymasın ürəklərdə tab. 
Qoşsun öz səsini bu sədaya dəf
Yürüsün rəqs ilə canana tərəf. 
Belə bir cəlalla çıxdılar yola, 
Nə kədər yol tapdı, nə qubar yola. 
Ay kimi bir neçə mənzil getdilər, 
Gözəllər günəşi aya yetdilər. 
Uzaqdan göründü böyük bir karvan. 
Parlardı minlərlə qübbələr nurdan. 
Karvan nəhayətsiz buluda oxşar, 
Buludda jalə tək ulduz sayrışar. 
Yüksəldi mərkəzdə uca barigah, 
Gözəllər səf çəkdi, düzüldü sipah
1

Əziz gəlib endi şahanə atdan, 
Yol aldı çadıra tərəf şadman. 
Çıxıb qarşısına elliklə hərəm, 
Öpdü ayağını gözəllər o dəm. 
Söylədi hamıya: – Salam, mərhəba! 
Üzlər gülümsədi, şad oldu o da. 
Hal-əhval soruşdu hər kəsdən Əziz
Dedi: – Yoruldunuz, zəhmət çəkdiniz. 
Bu zaman sevdiyi gözəl şeylərdən, 
Varını bəxşişə başladı həmən. 
Qullar bağışladı gülüşü şəkər, 
Başda qızıl tacı, belində kəmər. 
Yəhəri qızıla tutulmuş atlar, 
Quyruq və yalında cəvahiratlar. 
Dağ qədər yun parça, dağ qədər ipək, 
Bəxş etdi cəvahir o ətək-ətək. 
                                                           
1
 Сипащ – гошун. 


 
66 
Misir şirnisini tay-tay qaladı, 
Sərin şərbətlərlə çölü suladı. 
Bəzədi səhranı nazü-nemətlə, 
Gəlib üzr istədi o mərhəmətlə. 
Dedi: – Sabah yola çıxacaq karvan. 
Döndü mənzilinə gül kimi xəndan. 
 
67 
ZÜLEYXA  ÇADIR  DEŞİYİNDƏN  MİSİRİN  
ƏZİZİNİ  GÖRÜR  VƏ  ALDANDIĞINI  BİLİB 
 FƏRYAD  QOPARIR 
 
Hoqqabaz ruzigar, bu qoca fələk
Görək nə yol ilə quracaq kələk. 
O gah ümmid ilə yaşadır bizi, 
Gah qəmə döndərir sevincimizi. 
Muradı göstərir bizə uzaqdan, 
Edir könlümüzü nakamlıqla qan. 
O zaman ki, çatıb Misrin Əzizi, 
Nemətə qərq etdi qulu, kənizi. 
Züleyxa çadırda öz dayəsilə, 
Məşğuldu söhbətə yüz həvəs ilə. 
İstərdi yarını görsün yaxından, 
Dedi: – Ey qəmxarım olan dayə can! 
Daha qalmamışdır könlümdə qərar, 
Yarı görməyimə bir çarə axtar! 
Qonşuluqda olsa vəfalı canan, 
Aşiqin könlündə qalarmı tavan? 
Bir susuz, bulağa çatarsa əgər, 
Ağzı islanmazsa, yanğından ölər. 
Züleyxanı görüb halı pərişan,  
Dayə tədbir üçün çıxdı çadırdan. 
Çadırın dövrünə-bərinə qaçdı, 
İynə gözü boyda bir deşik açdı. 
Züleyxa bayıra baxdı oradan, 
Ah çəkdi, qəlbindən qopdu bir tufan! 
Dedi: – Vay, qəribə işə düşdüm mən
Divarım yıxıldı, ev hörülmədən. 
Bu mənim gördüyüm o cavan deyil, 
Ağlımı başımdan aparan deyil! 
Bu deyil yuxuda gördüyüm afət, 
Boş yerə bu qədər çəkdim əziyyət! 


 
68 
Əfsus ki, taleyim yenə də döndü, 
Səadət ulduzum üfüqdə söndu. 
Mən xurma əkdimsə, barı xar oldu, 
Gözlədiyim rütəb
1
 zəhrimar oldu. 
Xəzinə uğrunda çəkdim çox zəhmət, 
Qismətim əjdəha oldu, nəhayət! 
Gülün ətri üçün çıxdım gülşənə, 
Tikan nizəsini batırdı mənə. 
Bir içim su üçün ciyərim ətşan, 
Qumlu bir səhrada qaçıram hər yan. 
Dilim susuzluqdan od kimi qızar, 
Dodağım olmuşdur çat-çat, qan sızar. 
Uzaqdan görünür gözümə bulaq
Yıxıla-yıxıla gedirəm, ancaq. 
Görürəm orada sudan yox əsər, 
Quru şoranlıqdır bütün o yerlər.  
Dağda libasımı verərək əldən, 
Qəm dağı altında gizlənmişəm mən. 
Daş dəymiş ayağım qabar-qabardır, 
Nə getmək, nə durmaq qüdrətim vardır. 
Qanlı gözlərimə görünür bəzən, 
Dumanlı bir xəyal itirdiyimdən. 
Gedirəm ki, çatım ona nagəhan, 
Bəxtimdən olur bir yırtıcı aslan, 
Dənizdə gəmimi daşa vurmuşam, 
Bir taxta üstündə lüt oturmuşam. 
Alıb ağuşuna məni dalğalar, 
Aşağı, yuxarı atıb çalxalar. 
Bir qayıq görünər gözümə birdən, 
Nicat ümidilə sevinərəm mən. 
Elə ki, yaxına gələr bir qədər, 
Görərəm nəhəngdir, mənə qəsd edər. 
                                                           
1
 Рутяб – йаш хурма. 
 
 
69 
Yoxdur mənim qədər bədbəxt dünyada
Kimsə mənim kimi düşməmiş oda. 
Canan həsrətində gözü yaşlıyam, 
Əlləri qoltuqda, başı daşlıyam. 
Üzümə bir qapı gəl aç, ey fələk! 
Allah xatirinə, yaxamdan əl çək! 
Mənə yetirməsən sevdiyim yarı, 
Əğyar didarıyla incitmə, barı! 
Qəlbən sevdiyimlə bağladım peyman, 
Səy ilə qoruyum xəznəmi hər an. 
Rəva görmə mənə dərdi, ələmi, 
Əjdəha əlinə vermə xəznəmi. 
Ağlayıb sızladı bir xeyli zaman, 
Axıtdı kirpikdən üzünə al qan. 
Qopdu sızıltılar saf ürəyindən, 
Üzünü torpağa sürtürdü qəmdən. 
Bəxtin uçan quşu geri dönərək, 
Səslədi qeybdən onu bir mələk; 
– Ey yazıq, üzünü götür torpaqdan
Bu müşkül edəcək işini asan. 
Muradın bu Misrin Əzizi deyil, 
Lakin onsuz olmaz muradın hasil! 
Onunla yarını tapacaqsan, sən, 
Onsuz yar vəslinə çata bilməzsən. 
Onun ülfətindən qorxma, ey nigar 
Ki, ismət qıfılın səlamət qalar. 
Ondakı açarın dişi mumdur, mum! 
Açar ki, mumdandır, hünəri məlum! 
Gövhərin dərdini niyə çəkirsən, 
Almaz işi gəlməz mumun əlindən! 
Əlinə iynə yox, bir çöp götürsə, 
Bəxiyə vurarmı dərzi ətləsə? 
Paltarın yengində əl yoxsa əgər, 
Boş paltar heç vura bilərmi xəncər? 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə