Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə2/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   2   3   4   5   6   7   8   9   ...   49

 

Nizami Gəncəvi kimi bəşəri qayələri, sadə insanların səadətini 
və ümumiyyətlə, humanizmi əsas meyar qəbul etmiş və insanın 
ləyaqətini, əzəmətini hər şeydən uca tutmuşdur. 
«Yusif və Züleyxa» mənzum romanındakı müsbət 
qəhrəmanların mənəvi-əxlaqi səciyyəsi  şairin fəlsəfi-didaktik 
görüşlərinin istiqamətini müəyyənləşdirmək üçün ən möhkəm 
əsas ola bilər. Caminin böyüklüyü ondadır ki, o öz qəhrəmanla-
rını əfsanəvi dastanlardan alsa belə, onların arzu və əməllərini, 
gündəlik qayğı və fəaliyyətlərini, mübarizə və inkişaflarını real 
aləmlə, ictimai həyatla, bəşər cəmiyyətinin təbii və  zəruri 
qanunları ilə bağlayır; xeyrin şər qüvvələri üzərindəki 
qələbəsinin çətin və  fədakarlıq tələb edən mübarizə yollarına 
işıq saçır. 
«Yusif və Züleyxa», birinci növbədə, bəşəri eşq, pak 
məhəbbət dastanıdır. Yusif də, Züleyxa da təmiz və ülvi eşqin 
bütün məziyyətlərini duyan, onunla yaşayan və öz məqsəd-
lərinə çatmaq üçün ən ağır imtahanlardan çıxan səciyyəvi 
qəhrəmanlardır. Şair belə bir eşqi həm öz qəhrəmanları, həm də 
bütün insanlar üçün əsas keyfiyyət hesab edir: 
Eşqdir aşiqi saxlayan cavan, 
Onu tanıtdıran, onu ucaldan! 
Məcnun içməsəydi bu meydən əgər, 
Yada salardımı onu bir nəfər?! 
Minlərlə ağıllı, idraklı insan 
Sevib-sevilmədən getmiş dünyadan! 
Onlardan nə bir ad, nə nişan vardır. 
Nə dillər əzbəri bir dastan vardır! 
Varsa da dünyada bir çox gözəl quş, 
Onların adını hamı unutmuş. 
Zövq əhli eşqdən danışsa əgər, 
Bülbüllə pərvanə adını çəkər! 
Caminin nəzərində  eşq insanları  həyatın hər cür 
çirkinliklərindən, feodal cəmiyyətinin fərdiyyətçilik hisslərin-
dən qoruyur, mənəvi cəhətdən onu yüksəldir, onu paklıq və 
 

ülviyyət məqamına çatdırır. Caminin bütün əsərlərində olduğu 
kimi, «Yusif və Züleyxa» əsərində  də  şairin dini-təriqət 
görüşlərindən irəli gələn motivlərə  təsadüf edirik. O öz 
oxucusunu əsərin baş qəhrəmanı olan Yusifin camalı və kamalı 
ilə, hələ onun dünyaya gəlməsindən bir çox əsrlər əvvəl «aləmi-
zərr»də (ruhlar aləmində) tanış edir. Yusifin sərgüzəşti, onun 
Züleyxa ilə olan eşq macərası, yuxular, vəhylər (ilahi ilham) 
vasitəsi ilə müəyyən olunur. Qəhrəmanın həyatındakı  ən ağır 
dəqiqələrdə  səmalar elçisi Cəbrayıl onun yanına gəlir, 
məsləhətlər verir, gələcək işlərində səbirli və səbatlı olmağı ona 
tövsiyə edir. Lakin bunlar əsərdə ikinci dərəcəli və  həm də 
əhəmiyyətsiz yer tutur. Bu kimi ricətlər bir çox hallarda 
Caminin yaradıcılıq zövqü və dünyagörüşlərindən deyil, 
mövzunun mənşəyi və çoxəsrli tarixindən irəli gələn ötəri 
hallardır.  Əsərdə qoyulan başlıca məsələ, yəni Yusiflə 
Züleyxanın coşğun eşqi Caminin qələmi ilə  əflatuni-ilahi eşq 
deyil, tamamilə real, bəşəri məhəbbət kimi verilir və bütün 
hadisələr də həmin real məhəbbət ətrafında öz təbii məcrasında 
cərəyan edir. 
Əsərin bədii-fəlsəfi ruhunu anlamaq üçün onun baş 
qəhrəmanları olan Yusiflə Züleyxanın müəllif tərəfindən necə 
səciyyələndirildiyi barədə, qısa da olsa, danışmaq lazım gəlir. 
Şair bu iki qəhrəmanın hər birini özünə xas olan mənəvi, 
psixoloji və  əxlaqi cizgilərlə  təsvir etmişdir. Bu cizgilər 
arasında ümumilik, eyniyyət ünsürləri olsa da, fərqlənmə, 
fərdilik ünsürləri  əsas yer tutur. Yusifin səciyyəvi məziyyətini 
sakitlik, dözümlük, təmkin və vüqar təşkil edirsə, Züleyxa öz 
coşğunluğu, məqsədə çatması üçün hər cür təhlükənin gözü 
içinə baxması ilə  səciyyələnir. Hər iki qəhrəman biri digərini 
sevir, lakin Yusif öz həyat yolunda sağlam düşüncəni, etikanı, 
ləkəsiz  əxlaqı, təmiz vicdanı  rəhbər tutur; iki sevgilini bir-
birindən ayıran maneələrin təbii yolla aradan qaldırılacağına 
inanır, məqsədə çatmaq üçün mənliyinə və mənəviyyatına zidd 
olan heç bir hərəkətə yol vermir. Bütün əsər boyu şair, baş 


 

qəhrəmanının bu xüsusiyyətini qabarıq  şəkildə  nəzərə 
çatdırmağa çalışır. Budur, Yusif Züleyxa ilə növbəti de-
yişmələrinin birində öz eşqini və riayət etdiyi etikanı belə izah 
edir; 
 

Gəl, məni bu günah işə çağırma! 
Məsumluq şişəmi daş ilə qırma! 
Vurma ətəyimə üsyan ləkəsi, 
Yandırar çismimi şəhvət şöləsi... 
Bu gün əl götürsən yaxamdan əgər, 
Bu xəlvət binadan buraxsan əgər, 
Uzaqda olsam da, ləzzət alarsan. 
Bir gün kama çatıb razı qalarsan. 
Murada çatmağa tələsmə zinhar! 
Gec dəyən meyvələr ləzzətli olar. 
Toruna gec düşən qaragöz ceyran, 
Yaxşıdır, tez düşən dəcəl dovşandan. 
Yusif təkcə hüsnü ilə dünyanı heyran edən  əfsanəvi bir 
gözəl və  eşqi ilə ürəkləri dağlayan bir aşiq deyildir. O, sözün 
əsl mənasında bir insandır. Cami mütəfəkkir bir şair olaraq 
Yusif surətini tipik, müsbət insan surəti kimi qələmə almış  və 
insanlığa xas olan bütün məziyyətləri və gözəl sifətləri bu 
surətdə cəmləşdirmişdir. Yusif ağıl, kamal mücəssəməsidir. O, 
zəhməti  şərəf işi bilir. Hər işə bacarıq və  mətanətlə qoşulur, 
istedad və  fədakarlıq nümunələri göstərir. O, müdrik dövlət 
adamıdır, öz tədbirləri ilə xalqı aclıq və ölüm fəlakətindən 
qoruyur. Vəzirlik və sonra şahlıq dövründə hakimiyyətdə 
ədaləti rəhbər tutur, insanları  səadət nemətinə çatdırır. Yusif 
xeyirxah və alicənab bir insandır. Həyatının ən ağır dəqiqələrin-
də olduğu kimi, hökmdarlıq məqamına yüksəldiyi dövrdə belə, 
ancaq bir arzu ilə, – insanlara yaxşılıq etmək, onların dərdinə, 
qəminə  şərik olmaq arzusu ilə yaşayır. O, hətta öz 
düşmənlərinə belə kin bəsləmir, qisas hissi ilə yaşamır, 
yamanlıq müqabilində yaxşılıq etməyi özünə borc bilir. 
Züleyxa surəti isə  əsərdə tamamilə başqa bir planda 
verilmişdir. Onun idealı yalnız eşqdir. Bu eşq Züleyxanın 
varlığına hakimdir. O, hələ ilk gənclik çağında yuxuda görüb 
vurulduğu, eşqi ilə divanə olub zəncirləndiyi, sorağı ilə atasının 
şahlıq büsatını  və doğma yurdunu tərk edərək qürbət ellərə 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə