Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə1/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
  1   2   3   4   5   6   7   8   9   ...   49


 
 
ƏBDÜRRƏHMAN 
CAMİ 
 
 
 
YUSİF 
VƏ 
ZÜLEYXA 
 

 
 
 
 
ƏBDÜRRƏHMAN CAMİ 
 
YUSİF 
VƏ 
ZÜLEYXA 
 
 
 
 
 
 
 
 
 
 
Bakı - 2004 


 

 
 
 
 
 
 
 
 
 
 
 
Farscadan çevirəni: 
M. Mübariz Əlizadə 
İxtisas redaktoru: 
M. Sultanov 
 
 
 
 
 
 
 
 
 
Əbdürrəhman Cami 
 
«Yusif və Züleyxa», birinci növbədə, bəşəri eşq, pak mə-
həbbət dastanıdır, Yusif də, Züleyxa da təmiz və ülvi eşqin bü-
tün məziyyətlərini duyan, onunla yaşayan və öz məqsədlərinə 
çatmaq üçün ən ağır imtahanlardan çıxan səciyyəvi qəhrəman-
lardır... 
 
 

TƏRTİBÇİDƏN 
 
Qoca şərqin dünya şöhrətli müdrik sənətkarlarının ölməz 
bədii  əsərləri  müxtəlif dövrlərdə doğma Azərbaycan dilinə 
tərcümə edilib oxucuların ixtiyarına verilmişdi. 
Məlumdur ki, tərcümə üçün seçilən hər bir bədii  əsər 
mənəvi təmizliyin, ülvi məhəbbətin, vətənpərvərliyin, insani 
münasibətlərin carçısı olmaqla yanaşı, gənc nəslin, oxucuların 
zövqünün, xarakterinin formalaşmasında mühüm rol oynayır. 
Klassik  Şərq  ədəbiyyatının belə nadir söz-sənət inciləri 
bir çox mədəni xalqların dilinə  tərcümə edilmiş  və onların 
milli-mənəvi söz xəzinəsini zənginləşdirmişdir. 
XV əsrin fars-tacik şairi Ə.Caminin qələmə aldığı «Yusif 
və Züleyxa» əsəri eramızdan çox əvvəl folklor ədəbiyyatında, 
sonralar «Tövrat», «İncil» və «Quran»da əks olunan ülvi 
məhəbbət dastanı olsa da, öz həyatiliyini, aktuallığını  və 
cazibədarlığını bütün tarixi dövrlərdə itirməyən eşq abidəsidir. 
«Yusif və Züleyxa» əsəri hər zaman bəşər övladına xas 
olan ülvi, təmiz, saf məhəbbət hisslərinin tərənnümü ilə müasir 
səslənir və  yəqin ki, insan övladı yaşadıqca bu zərif hisslər 
tərcümanı olan əsərin təsir dairəsindən kənarda qalmayacaqdır. 
Ə.Caminin «Yusif və Züleyxa» əsərini fars dilindən 
Azərbaycan dilinə görkəmli  şərqşünas alim, yüksək  şairlik 
istedadına malik mərhum Məmməd Mübariz Əlizadə  tərcümə 
etmişdir. 
Lakin Azərbaycan müstəqillik  əldə etdikdən sonra kiril 
əlifbasının latın qrafikası ilə  əvəzlənməsindən sonra gənc nəsl 
mənəvi zənginlik sərvəti olan bir çox əsərləri oxumaqdan 
məhrum olmuşdu. Azərbaycan  oxucusunun dünya ədəbiyyatı 
nümunələri ilə doğma dilində tanışlığı  və  mədəni-mənəvi 
zövqünün formalaşması üçün Azərbaycan Respublikasının 
prezidenti cənab İ.Əliyev kiril əlifbasında nəşr edilmiş bir sıra 
əsərlərin latın qrafikasında çap olunması haqda fərman 
imzalamışdır. Sevindirici haldır ki, bu əsərlərin içərisində 


 

M.M.Əlizadənin tərcümə etdiyi Ə.Caminin «Yusif və Züleyxa» 
dastanı da vardır. Nəticədə əsər yenidən redaktə edilmiş və əziz 
oxucular  Ə.Caminin ülvi məhəbbət, dostluq, mənəvi saflıq 
hisslərini təbliğ edən «Yusif və Züleyxa» əsərini yeni əlifba ilə 
oxumaq imkanını əldə etmişlər. 
 
Nüşabə Əlizadə 
 

BİR NEÇƏ SÖZ 
 
Əbdürrəhman Cami (1414–1492) tacik-fars ədəbiyyatının 
böyük klassiklərindən biri, Şərq aləmində şer, sənət və ictimai 
fikrin inkişafında müstəsna rolu olan mütəfəkkir sənətkar-
lardandır. Onun zəngin yaradıcılıq irsi – rəngarəng bədii lirikası, 
«Həft-ovrəng» adı ilə  məşhur olan yeddi poeması, didaktik-
fəlsəfi  əsərləri bütün dünyada şöhrət qazanmış, bir çox dillərə 
tərcümə olunmuş, son beş  əsr müddətində  Şərqdə, xüsusilə, 
Orta Asiyada şerin və ictimai fikrin inkişafına güclü təkan 
vermişdir. 
Şairin «Yusif və Züleyxa» mənzum romanı onun 
şöhrətini daha çox yüksəldən, onu bütün dünyaya tanıtdıran 
əsəridir. Poemanın mövzusu bizim eramızdan bir çox əsrlər 
əvvəl yaranan, Afrika və Asiya xalqlarının folklorunda geniş 
yayılan, «Tövrat», «İncil» və «Quran» kimi dini kitablarda öz 
əksini tapan və bir neçə görkəmli  şairlər tərəfindən qələmə 
alınan didaktik-əxlaqi və sönməz məhəbbət dastanından alın-
mışdır. Bu mövzunun həm Camiyə qədər və həm də Camidən 
sonra bədir ədəbiyyatda dönə-dönə işlənməsinə, nəzm və nəsrlə 
təkrarən yazılmasına baxmayaraq, «Yusif və Züleyxa» dedikdə 
Cami və Cami dedikdə, «Yusif və Züleyxa» fikrimizdə canlanır. 
Bu  əsərlə  «Şahnamə»nin taleyi arasında müəyyən bir 
oxşarlıq vardır. Belə ki, Firdovsiyə qədər və Firdovsidən sonra 
bir çox şahnamələr yazılmışsa da, dünyada ancaq bir şahnamə-
nəvis şair, yəni Firdovsi və bir «Şahnamə» – Firdovsinin əsəri 
tanınmış və əbədi həyat hüququ qazanmışdır. 
Əbdürrəhman Cami əsrinin ən qüdrətli şairi, böyük alim 
və mütəfəkkiri idi. Şairin parlaq zəkası yalnız yaşadığı əsrin və 
yaratdığı mühitin çərçivələri daxilində  məhdud qalmayıb, 
ümumbəşəri vüsət kəsb etmiş və onun dünyagörüşlərində insan 
səadəti kimi ülvi bir amal əsas yer tutmuşdur. O, fikrinin vüsəti, 
yaradıcılıq zəkasının parlaqlığı ilə məsnəvilərində bir ustad və 
müəllim kimi xatırlayıb vəsf etdiyi dahi Azərbaycan  şairi 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə