286
Bağından dərərlər kal-kal meyvəni.
Meyvələr ayrılsa kal-kal ağacdan,
Dəyməzlər qiyamət qopsa da, inan!
Əlin ki qızıldan, gümüşdən boşdur,
Boş əli bir pirə uzatsan, xoşdur!
Pirə sidq əlini uzatsan əgər,
Səadət olacaq sənə müyəssər.
Sən də İsa kimi həmişə tək yat!
Təkliyi əlindən buraxma, heyhat!
Gecə sübhə qədər yatmamaq, inan!
Yaxşıdır bir huri qucub yatmaqdan.
Gülxəndə isti gül üstə yatsan sən,
Xoşdur o yumuşaq yorğan-döşəkdən!
Qorxursan ki, nəfsin baş alıb getsin
Xəta meydanında azğınlıq etsin.
Bağla ayağına zənciri, evlən,
Nəfsin tərpənməsin bir də yerindən!
Bir qızı almağa etdikdə niyyət,
Yetir hüsnünə yox, nəfsinə diqqət!
Qadının həyadan qızarsa üzü,
Birinci gözəldir dünyada özü.
Bir üz ki naməhrəm gözdən saqınar,
Pərdədə olsa da, günəş hüsnü var.
Şahların hüzuru yanar bir oddur,
Çalış, tüstü kimi oddan uzaq dur.
Oddan yüksələrsə işıq məşəli,
Uzaqdan faydalan, getmə irəli!
Qorxuram o oda məftun olasan,
Həyat işığından məhrum qalasan.
Vəzifə axtarma, əgər ağlın var
Ki, gah təyin edib, gah çıxararlar.
Elə bir kürsüdə oturma ki, sən
Başqası qaldırsın səni yerindən.
Çalış, azad yaşa, mənsəbə uyma!
287
Yüz mənsəb olsa da, sən məhəl qoyma!
Qüruru başından çıxar, huşyar ol!
Hər kəsin yanında təvazökar ol!
Sünbül ki baş alıb göyə yüksələr,
Başına orağın zərbəsi dəyər.
Dən isə sakitcə səpilər yerə,
Quş alıb qaldırar onu göylərə.
Nə qədər məqamın olsa da yüksək,
Başını dik tutma, qürurdan əl çək!
Kiçiklərlə otur, qazan etibar,
Rəqəmin qiyməti sıfırla artar.
Bir şeyi vəd etmə, etdin, qıl əməl,
Vədə xilaflıqdan, ey oğul, çək əl1
O xaliq ki, bizə bəxş edib nemət,
Demiş: vədə verdin, əməl et, əlbət!
Öyünmə, əfəllər kimi, atanla,
Sən öz hünərinin oğlu ol, bala!
Tüstü doğulsa da atəşdən əgər,
Nə fayda, onda yox nurdan bir əsər!
Atanı xatırla yalnız xəlvətdə,
Könlünü şad elə, saxla hörmət də.
Nasehdən nəsihət eşidəndə sən,
Gərək toxum kimi cana əkəsən.
Sözü bir qulaqdan eşidər nadan,
O saat çıxarar digər qulaqdan.
Torpaqda qalmadan toxum göyərməz!
Sədəf dərhal sudan inci yetirməz!
Məsəl var, babalar deməmiş əbəs,
Bircə söz deyilsə əhlə olar bəs.
Qəzanın dənizi coşarsa əgər,
Yurdsuz bir qurbağa nə edə bilər?
Səadət axtarsan, fani cahanda,
Allahdan əlini üzmə bir an da!
288
KİTABIN BİTMƏSİ
Cami! Ariflərə üzünü döndər,
Bu qədər ki xamlıq etmişsən, yetər!
Yetkin ol, düşsən də qara torpağa,
Azad ol, özünə özün ol ağa!
Lakin, təbiətdə belə qayda var;
Hər meyvə kal ikən budaqda qalar.
Elə ki, dəyməyə başladı həmən,
Tökülər, başına daşlar dəymədən!
Ariflər əlindən naz-nemət al,
Xamlara nə əl aç, nə də məhəl sal!
Tamahın kökünü kəs qənaətlə,
Tələbin qolunu sındır hümmətlə.
Qənaət mülkündə bir ev tik, otur,
Simurğ ol, üzlət
1
də aşiyanə qur!
Dil aç, məzlumların vəsfində danış,
Alçaq əməllərdən qaçmağa çalış!
Şahlara baş əymə çörək üçün sən,
Yoxsa çörək deyil, qapaz yeyərsən!
İlin dörd fəslinə diqqət ilə bax,
Zəmanə onlarla dolanır, ancaq!
Bildirin, bu ilin yazını düşün,
Payızı eynidir, baxsan büsbütün!
Yaylar da eynidir, diqqət et bir az,
Onları sadəcə ayırmaq olmaz!
Nə qədər ecazkar olsa da təkrar,
İnsanın təkrardan zəhləsi qaçar!
Düşün öz xeyrini, əl çək ziyandan,
Varlığın bəhəri yoxluqdur, inan!
Çalış, boş fikirlər yormasın səni,
Ürəyin olmasın divlər məskəni.
Cahilə söz-söhbət açma eşqdən,
1
Цзлят – тянщалыг, эушянишинлик.
289
Kor gözü çıraqla aça bilməzsən!
Hər cür pis əməldən çalış, uzaq dur,
Təriqət əhlinin şüarı budur!
Nəfsin şişə kimi olmazsa təmiz,
Tutmaz xatirini ariflər əziz.
Ömrünün çırağı bir püflə sönər,
Başındakı ağıl tüstüyə dönər.
Canından qaranlıq gəncliklə getmiş,
Gününü qocalıq nura qərq etmiş!
Çatmışdır zülmətin, korluğun sonu,
İşıq bürümüşdür indi yolunu.
Zülmətdə yetmədin murada bir dəm.
Bu işıqlı yolda addımla möhkəm.
Bəlkə də, çatasan o xoş mənzilə
Ki, vəfa qoxusu oradan gələ.
Saçın ağarmışsa, bu ki ar deyil!
Saçı ağ olanın üzü ağdır, bil!
Hər cür süniliyi çıxar qəlbindən,
Saçını boyama başqa rəngə sən!
Başına düşmüşdür qocalıqda qar.
O qardır, əriyib gözündən axar!
Ağla, tövbə üçün gözdən axıt su,
Onunla qəlbindən qara rəngi yu!
Qəlbindən qaranı yuya bilməsən,
Nə xeyir görərsən qara əməldən?
Qələmi at yerə, əlin titrəyir,
Varağı cır, tulla, fikrin hərzədir!
Fikir çırağında qalmamış işıq,
Təbin bağçasında yoxdur yaraşıq.
Əlində tutaraq qarğa ayağı,
Nə üçün gəzirsən bu gözəl bağı?
Yerişdə tovusu yamsılayırsan,
O ayaq, bu yeriş deyildir asan.
Vəhmdən, xəyaldan qurtarmağın, bil,
290
Əlacı şerlə söz demək deyil!
Hanı böyük ustad? Hanı Nizami?
Hanı onun nəzmi, incə kəlamı?
Bu gün pərdədədir böyük sənətkar,
Təbinin gövhəri hər yerdə parlar.
O bu gün pərdədə olsa da özü,
Pərdəsiz demişdir mənalı sözü.
Pərdəli sözlərin nə mənası var?
İnsan təkcə sirri qəbrə aparar.
Hər sirrə vaqifdir şəriksiz allah,
Başqa cür düşünmək sayılır günah.
Bu qorxunc aləmdən ümidini kəs,
Qüdsiyyət bağının seyrinə tələs!
Bu fani dünyadan gözünü çəkən,
Tapar əmn-amanlıq ərşində məskən.
Qəlbindən şübhəni-şəkki qoparsan,
Vəhdət sirlərinə bir yol taparsan.
Yolun qorxuludur, mənzilin uzaq,
Götür yolun üçün özünlə ərzaq.
Aqillər əliboş etməzlər səfər,
Karvanda pəhləvan olsan da əgər.
Ariflər demişkən, oruc tutmaqdan
Məqsəd qənaətdir çörəyə, inan!
Qoca arvadların işidir namaz,
Onlar nə etdiyin özü də qanmaz.
Kişisən, çalış, bir könül al ələ,
Ariflər desinlər sənə: «Bax belə!»
Elə bir könül ki şərh edib keçdim,
Vəsfində qiymətli incilər deşdim.
Elə bil könülü axtarsan əgər,
Mənim mürşüdümdən tutarsan xəbər…
***
Çox şükür ki, yaman olsa da dövran,
Sona çatdırıldı bu gözəl dastan!
291
Könlümün min dərdi, min qəmi vardı,
Nəzmin, qafiyənin meydanı dardı!
Fərağət mülkünə arxalanaraq,
Girdi bu məclisə cəsarətlə bax,
Əl çəkdi dünyadan, qəmlə ötüşdü,
Çıxdı çətinlikdən düz yola düşdü.
Dizimdən baş yükü çəkildi yüngül,
Gizli yükdən azad olundu könül!
Qələm bir at kimi baş alıb getdi,
Gah Həbəş, gah Rumda xoş mənzil etdi.
Çapdıqca arxada qaldı əsərlər,
Hazıra qayibdən verdi xəbərlər.
Nə qələm vurandan qaçdı bir kərə,
Nə gözlük elədi ona məsxərə.
Tibet mişki ilə doluydu dəvat,
Yazmaqda qələmə göstərdi imdad!
Təblənin ağzını möhürlədi mum,
Mumsuz təblə olar mişkdən məhrum!
Varaqlar qurtardı pərişanlıqdan,
Bir yerə yığılıb, oldular divan.
Yüz varaq bir cildə yığışdı gül tək,
Onları dağıtmaz bir daha fələk!
Qoy artsın bu gülün ətri dəmadəm,
Yaşasın, nə qədər yaşayır aləm!
Eşq ilə yazılmış bu kitaba bax!
Aşiqdən, məşuqdan danışır ancaq!
Oldu tuti kimi yediyim şəkər,
«Yusif və Züleyxa» adlandı əsər!
Bəzənmiş, necə bir yaşıl gülüstan,
Hüsnü ziyadədir İrəm bağından!
Onun hər dastanı bir gülüstandır,
Hər sözü dillərdə bir dastandır!
Minlərlə gül açmış o gülüstanda,
Yüz nərgis uyumuş naz ilə onda.
292
Onun hər nöqtəsi çiçəkdir, güldür,
Hər bir ibarəsi şeyda bülbüldür.
Kafur lövhəsində mişkdən hər xətt,
Vermiş kölgə kimi işığa ziynət!
Onun mətnindəki gözlü hərflər,
Mənaca dalğalı dənizə bənzər.
Axar hər tərəfə o bulaqlardan,
Lətafətlə dolu sular durmadan.
Xoşbəxt o kəsdir ki, ola bəxti yar,
Tuta o bulağın üstündə qərar!
Dağıla qəmləri baxdıqca suya,
Könlündən kədərin tozunu yuya.
Boy ata canından sərv tək vəfa,
Əl açıb göylərə eləyə dua.
Allahın mərhəmət sərçeşməsindən,
Bu susuz canımı siyrab edim mən,
Bu tər çiçəkləri qucuyan zaman,
Yadından çıxmasın bu qoca bağban.
Qələm bu lövhədə döndü nəqqaşa,
İlin axırında yetirdi başa.
Tarixi səkkiz yüz səksən doqquzdan,
O yana keçmədi bir gün də, inan!
Beyt-beyt saydım, bitdikdə əsər,
Dörd min rəqəmini aşdı beytlər.
İlahi! Aşiqlər xatirinə sən,
Bu arzu, diləyi qəbul et məndən!
Bu təzə gəlinin dadına haqla,
Onu hər eybdən, qüsurdan saxla!
O böyük sultana qıl onu qismət
Ki şir sifətlidir, aslan təbiət!
Xüsusən, o bəxti cavan hökmran
Ki, adı Aslandır, ləğəbi Aslan!
Mərdlik meydanında göstərmiş hünər,
İki şir demişdir ona igidlər!
293
Biri tamah adlı divdən qorunar,
Biri aslanlarla sərpəncə vurar!
Adını rəmzlə çəkdim mən onun
Ki, yaman gözlərdən amanda olsun!
Yoxsa, necə onun müdrik gözündən,
Gizlədə bilərdim bu gövhəri mən?
Təbi şer deməkdə tükü tən yarar,
Qələmi o tükdən atlas toxuyar!
Salar könülləri şeriylə tora,
Aşiqi çatdırar xoş arzulara.
Çəkər aşiqlərin qəlbini bəndə,
Gözəllər ləbini döndərər qəndə.
Göydən nazil olan bir işıq kimi,
Adıyla xətm etdim bu kitabımı!
Bütün insanları keçirdim gözdən,
Ondan başqasına yol tapmadım mən.
Nə qədər dünyada dolanır dövran,
Canı sağlam olsun, qəlbi şadman!
Nə varsa, allahdan qeyri, unutsun,
Onun kərəmini nəzərdə tutsun!
Sözünü qurtardın sən dua üstə,
Cami! Allahından mərhəmət istə!
Qara iş öyrənmə öz qələmindən,
Qəlbini təmiz yu göz yaşınla sən!
Bu çöldən keçərkən qələmini at,
Qara fikirləri başından çıxart!
Dilini sükutla cəzalandır sən
Ki, sükut yaxşıdır söz söyləməkdən!
Son
294
KİTABIN İÇİNDƏKİLƏR
Bir neçə söz …………………………………………
Xitab…………………………………………………
Eşq fəzilətinin bəyanı və əsərin nəzmə çəkilməsinin
səbəbi………………………………………………………
Söz fəziləti çəmənindən gül toplayıb dəstə düzəltmək və
əsərin nəzmə çəkilməsi səbəbinin tamamlanması teli ilə onu
bağlamaq………………………………………………….
Qeyb gecə məclisində Yusif camalının şəminin işıqlan-
ması və Adəmin könül pərvanəsinin o atəşə yanması dastanı…
Yusif camalının fidanı qeyb gülzarından həyat bağçasına
gətirilir və Yəqubun göz yaşı Züleyxanın könül eşqi ilə onu
bəsləyir……………………………………………………
Camal günəşinin tüluyu ilə məğrib ölkəsi məşriq olan
Züleyxanın əsli-nəsəbi haqqında …………………………..
Yusif camalı günəşinin qılıncını Züleyxa ilk dəfə yuxuda
görür və qında olan bu qılıncla öldürülür…………………...
Səhər nəsimi əsərək Züleyxanın yuxulu nərgiz gözlərini
açır və gecəki röyanın xəyalından qönçə kimi ürək qanını udub
dodaqlarını möhürləyir………………………………………
Züleyxanın əhvalını görən kənizlər həyətə düşür və eşq
düyünü dayənin barmaqları ilə açılır………………………..
Züleyxa Yusifi ikinci dəfə yuxuda görür və eşq onu
cünun uçurumuna çəkir………………………………………
Züleyxa üçüncü dəfə Yusifi yuxuda görür. Adını və yeri-
ni bilir və ağıla gəlir…………………………………….
Qonşu padşahlar Züleyxaya elçi göndərir və Züleyxa
ümidsizlikdən sarsılır…………………………………….
Züleyxanın atası Misir Əzizinin yanına elçi göndərir və
Züleyxa eşqini ona bildirir və Əziz onu qəbul edir……….
Misir tərəfdən qəbul nəsimi əsir və Züleyxa kəcavəsini
gül qönçəsi kimi o ölkəyə aparır…………………………..
Züleyxa çadır deşiyindən Misrin Əzizini görür və aldan-
295
dığını bilib fəryad qoparır…………………………………..
Züleyxa Misrin Əzizi ilə birlikdə Misrə gəlir və misirlilər
onu qarşılayıb başına tabaq-tabaq cəvahir səpirlər………
Züleyxa Yusif fəraqında gün keçirir və ahu-nalə edir…
Qardaşları Yusifə həsəd aparır və atalarından onu
ayırırlar………………………………………………………..
Yusif günəşin, ayın və on bir ulduzun ona səcdə etdiyini
yuxusunda görür və bu yuxu qardaşlarının ona qarşı həsədini
artırır……………………………………………………….
Yusifi atasından ayırmaq üçün qardaşlar məsləhətləşirlər.
Qardaşlar Yusifi çölə aparmaq üçün atalarından icazə is-
təyirlər………………………………………………………
Qardaşları Yusifi səhraya aparır və zillətlə onu quyuya
salır…………………………………………………………..
Misirə gedən karvan quyunun başına çatır və Yusifi
oradan çıxarır……………………………………………….
Malik Yusifi Misrə çatdırır, padşah onların gəlməsindən
xəbər tutur və Əzizi onları qarşılamağa göndərir…………...
Yusif Nil çayında çimir və calal ilə Misir padşahının
bargahına yola düşür…………………………………………
Züleyxa şah sarayı qarşısında Yusifi görür və tanıyır…
Yusif qullar bazarında hərraca qoyulur, Züleyxa onu çox
baha qiymətə özünə qulluğa alır……………………………..
Ad qəbiləsinin başçısının qızı Yusifin yanına gəlir, ona
eşq elan edir, Yusifin nəsihəti ilə tərkidünya olur……………
Züleyxa Yusiflə müsahib olur və ona xidmət edir……..
Yusif Züleyxaya özünün quyuya salınma əhvalatını
söyləyir……………………………………………………….
Yusif çoban olmağı arzu edir………………………….
Züleyxa Yusifdən vüsal tələb edir və Yusif onu rədd
edir…………………………………………………………..
Dayə Züleyxadan yanıb əriməsinin səbəbini soruşur...
Züleyxa dayəsini Yusifin yanına göndərir, ondan vüsal
istəyir, Yusif isə onu rədd edir……………………………..
296
Züleyxanın özü Yusifin yanına gedir, ona yalvarır, lakin
Yusif onun təklifini yenə də rədd edir………………………
Züleyxa Yusifi bağa göndərir və öz eşqi ilə onu təqib
edir……………………………………………………………
Kənizlər Yusifə yaxınlaşır, onun diqqətini cəlb etmək
istəyirlər, Yusif nəsihətlə onları düz yola dəvət edir……..
Züleyxa dayəsinin yanına gedir və Yusifi yola gətirmək
üçün ondan tədbir istəyir…………………………………..
Dayə saray tikdirir, hər yeri Yusif və Züleyxanın şəkli ilə
bəzətdirir……………………………………………………
Züleyxa Yusifi yenə saraya dəvət edir və ondan vüsal
istəyir………………………………………………………..
Züleyxa Yusifi yeddinci otağa gətirir, ondan murad istə-
yir, Yusif onu rədd edir……………………………….......
Yusif Züleyxanın əlindən qaçır, Əziz onu görür, lakin
Yusif sirri açmır, Züleyxa Yusifə böhtan atır və Əzizi
inandırır……………………………………………………..
ƏzizZusifi cəzalandirmaq istəyir, Yusif yalvarır, iki aylıq
uşaq Yusifin günahsız olduğunu iqrar edir………………….
Züleyxanın eşqi dillərə düşür, Misir qadınları onu
məzəmmət edir, Züleyxa eşqində haqlı olduğunu sübuta
çalışır…………………………………………………………
Züleyxa əyan xanımlarını Yusifə vasitəçi salır, onlar
Yusifə həm Züleyxanın, həm də özlərinin məhəbbətini bəyan
edirlər………………………………………………………..
Misir qadınları Züleyxanı Yusifi zindana salmağa təhrik
edirlər, o da razı olur…………………………………………
Züleyxa Yusifin zindanda olmasından kədərlənir və ona
çatmaq üçün yollar arayır…………………………………….
Züleyxa Yusifin fəraqında ağlayıb inləyir, dayəsi ilə
bərabər gecə zindana gəlir, uzaqdan gizlincə Yusifin camalına
tamaşa edir……………………………………………………
Züleyxa hər gün qəsrin damındakı sürfəyə çıxıb zindana
tamaşa edir, onunla təsəlli tapır………………………………
297
Yusif zindandakılara xeyirxahlıq göstərir, onların yuxu-
sunu yozur, zindandan aparılan iki nəfərə sifariş verir, onlar isə
bu sifarişi unudur……………………………………………
Misir padşahı gördüyü yuxunu yozmaq üçün Yusifi
yanına çağırır və onunla misir arvadları arasında baş verən
macəranı yoxlamağa başlayır…………………………………
Yusif zindandan çıxır, Misir padşahı ona hörmət edir,
Əzizi Misr ölür, Züleyxa tək qalır…………………………..
Əzizin ölümündən sonra Züleyxanın ahü-zar etməsi və
Yusifin fəraq oduna yanması………………………………...
Züleyxa Yusifin yolu üstə qamışdan alaçıq tikdirir,
yoldan keçən Yusif qoşununun ayaq səsindən təsəlli almaq
istəyir……………………………………………………….
Yusif şahlıq taxtına əyləşir, qardaşlari aclıq üzündən taxıl
aparmaq üçün Misrə gəlirlər……………………………….
Qardaşlar Kənana qayıdır, əhvalatı atalarına söyləyir-
lər……………………………………………………………
Yusif qardaşları ikinci dəfə Misrə gedir və İbn-Yamini
aparırlar………………………………………………………
Taxıl çanağı gizli surətdə İbn-Yaminin yükünə qoyulur.
Yusif onu oğru adı ilə qul edib yanında saxlayır…………….
Yəqub övladları bir daha Misrə gəlir və Yusiflə görüşüb
deyişirlər……………………………………………………...
Yusif qardaşlarının günahını əfv edir, onlara mərhəmət
göstərir və atasının vüsalına çatır……………………………
Zuleyxa yol üstə Yusifin qabağını kəsir, ondan mərhəmət
görmür, evə gedib bütü qırır, allaha iman gətirir, yol üstə
qayıdır, Yusifin gəlməsindən xəbər tutur və ondan mehribanlıq
görür…………………………………………………..
Züleyxa Yusifin hərəmxanasına gəlir, onun duasının bə-
rəkətindən gözləri açılır, yenidən gəncləşir və gözəl-
ləşir……………………………………………………………
Yusif və Züleyxa kəbin kəsdirir, Züleyxa, murada
çatır…………………………………………………………..
298
Züleyxanın məhəbbəti Yusifə qalib gəlir və onun üçün
xüsusi ibadətxana tikdirir…………………………………….
Yusif anasını və atasını yuxusunda görür, onların dəvətini
qəbul edib allahdan ölüm istəyir, Züleyxanı iztiraba
salır………………………………………………………….
Yusif vəfat edir, Züleyxa isə hicran dərdinə tab
gətirməyib həlak olur……………………………………….
Fələkdən şikayət………………………………………
İdrak əli kamala çatmaq cilovunda, möhkəm və iradə
ayağı cəhalətdən qaçmaq yolunda bərqərar olan əziz oğluma
nəsihət……………………………………………………….
Kitabın bitməsi………………………………………..
Dostları ilə paylaş: |