Klonlaşdırma müasir dövrün sosial-tibbi
problemi kimi
Ağayev Əsədulla Atamoğlan oğlu
ATU-nun Pediatriya fakultəsinin II kurs, 413-cü qrup tələbəsi
Klonlaşdırma günümüzün ən aktual problemlərindən biridir. O elmin müxtəlif
sahələrində böyük əks-sədaya səbəb olub. Klonlaşdırma nədir? Nəyə görə bu mövzu
indi bir çoxlarını düşünməyə vadar edir? Onun cəmiyyətdə rolu və təsiri nə dərəcədə
əhəmiyyətlidir?
Klonlaşdırmanı süni mayalandırma ilə səhv salmaq lazım deyil. Süni mayalan-
dırma zamanı dişi yumurtahüceyrənin erkək toxumu(spermatozoid) ilə mayalanması-
dır. Klonlaşdırma isə dişi yumurtahüceyrənin haploid nüvəsini kənarlaşdırılaraq baş-
qa bir orqanizmin diploid nüvəsinin bu yumurtahüceyrəyə yeridilməsidir. Bunun nəti-
cəsində elə bir fərd meydana gəlir ki, o, diploid nüvəsini götürdüyümüz orqanizmlə
tamamilə oxşar olur. Əvvəllər belə hal ancaq ekizlərdə müşahidə olunurdusa, klonlaş-
dırma zamanı bu qanunauyğunluq kimi özünü göstərir. Bunu izah etmək asandır. Mə-
sələ burasındadır ki, diploid nüvəsi yumurtahüceyrənin daxilinə düşən kimi özünü
normal halda yumurtanın mayalanmasından alınan ziqot kimi aparır və beləliklə də
bölünür. Bölünmənin bütün mərhələləri normal ziqotda olduğu kimi gedir. Nəticədə
yaranan yeni orqanizm diploid nüvəsini götürdüyümüz orqanizmə genotip cəhətcə
tam oxşayır. Bu o deməkdir ki, bu nəsil bütün xüsusiyyətlərinə görə(xasiyyəti, isteda-
dı, imkanları və s.) eyni liə diploid nüvəsini götürdüyümüz orqanizmə bənzəyir. Bu
baxımdan klonlaşdırma elmin son nailiyyətlərindən hesab olunur.
İndiyə qədər məlum idi ki, dünyada bir-birinə oxşayan iki insan tapmaq müm-
kün deyil, klonlaşdırma isə bu fikirləri alt-üst etdi. Lakin “oxşamaq” kəlməsi burada
şərti işlədilib. Çünki əgər yeni nəsil diploid nüvəsini götürdüyümüz orqanizmə təsir
edən xarici amillərə məruz qalmasa, onun xasiyyətində müəyyən dəyişikliklər hiss
olunacaq. Bu fikrin doğruluğunu isbat etmək üçün Avropada 20-ci əsrin əvvəllərində
belə bir təcrübə aparılıb: Bir ailədə doğulan iki ekiz qızların birini varlı, digərini isə
kasıb ailəyə saxlamağa verirlər. Bu qızlar müxtəlif mühitlərdə böyüdüklərinə görə
eyni genotipə malik olmalarına baxmayaraq xasiyyətlərində müəyyən dəyişikliklər
baş verib.
Klonlaşdırma müxtəlif məqsədlərlə aparılır. Bu baxımdan onu iki hissəyə ayır-
maq olar: terapevtik və reproduktiv klonlaşdırma.
Terapevtik klonlaşdırma 14 günlük (2 həftəlik) rüşeymin inkişafının dayandı-
rılması yolu ilə bu rüşeymin differensasiya etməmiş sütun hüceyrələrinin əldə
olunmasıdır. Bu əməliyyat o məqsədlə aparılır ki, rüşeym hüceyrələri tam differen-
sasiya etmədiyindən onu insan orqanizminin hər hansı orqanının xəstə və ya ölmüş
hüceyrələri ilə əvəz etmək olar. Çünki sütun hüceyrələri elə bir hüceyrələrdir ki, or-
qanizmin hər hansı hüceyrəsinə çevrilə bilər. Bu üsulla müalicəsi çətin olan bir çox
xəstəliklərə qarşı (qastrit, infarkt miokard Parkenson xəstəliyi, ürək, qaraciyər, sü-