Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə11/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   7   8   9   10   11   12   13   14   ...   49

 
58 
Həyətdə gəzərkən o zaman-zaman
Ətəkləri öpər ayaqlarından. 
Bəzək görməmişdir onun yanağı, 
Neyşəkər dadmamış şəkər dodağı. 
Onunçun gizlənər camalı güldən 
Ki, gül rüsvaylıqla çıxmış pərdədən. 
Nərgiz şərab içər, yada göz vurar, 
Odur ki, o gözəl nərgizdən qaçar. 
Kölgəsi yanınca getməsin deyə, 
Ay, günəş çıxarkən, çıxmaz küçəyə. 
Suda əks etməsin deyə surəti, 
Sevməz bulaq üstə sözü, söhbəti. 
Daim pərdədədir, evdə oturur, 
Pərdə xaricində yüz büsat qurur. 
Bütün şahlar olub hüsnünə aşiq, 
Görməz o kimsəni eşqinə layiq. 
Rumdan Şama qədər tac sahibləri, 
Bağrı qan olmuşdur, lakin o pəri
Kimsəyə baş əyməz məğrur duraraq, 
Bircə Misr elinə meyli var ancaq. 
Rumdan söz düşəndə qəlbi sıxılar, 
Rumlu şum
1
 yaranmış, deyir o nigar. 
Söyləsən, yanında yaxşı yerdir Şam, 
Deyər: Gündüzü də görünər axşam. 
O tapar təsəlli Misrin adiylə, 
Misr üçün göz yaşı dönmüşdür Nilə. 
Bilmirəm, bu işə nə olmuş səbəb? 
Misirdən o gözəl nə edir tələb? 
Bəlkə də, torpağı o yerlərdəndir, 
Qisməti, ruzusu o ellərdəndir? 
Qəbul etsən əgər, eylə xəbərdar, 
Göndərim, yanına gəlsin o nigar. 
Hüsnüylə verməzsə evinə bəzək, 
                                                           
1
 Шум – уьурсуз. 
 
59 
Bir qaravaş olub, ev süpürəcək. 
Misrin Əzizinə çatcaq bu xəbər, 
Onun sevincini tutmadı göylər. 
Dedi: Məndə hanı elə ləyaqət 
Ki, belə bir işə edim cəsarət? 
Şah məni torpaqdan qaldırır deyə, 
Yeri var ki, başım yüksələ göyə. 
Mən o torpağam ki, uca buluddan
Üstümə çilənir lütf ilə neysan. 
Yüz dilim olsa da, necə bir süsən, 
Acizəm, bu lütfün təşəkküründən. 
Şah mənə mərhəmət qılırsa izhar, 
İtaət edərəm bəxtim olsa yar. 
Başım ayaq olar, gözlərim başmaq, 
İstərəm, baş üstə murada çatmaq. 
Lakin Misir şahı o ulu sultan, 
O qədər xidmətə vermişdir fərman, 
Bir saat yanından gedərsəm əgər, 
Qılıncla başımı bədəndən üzər. 
Şah mənim üzrümü qəbul edərək, 
Məndən inciməsin, əfv etsin gərək. 
Əgər razı olsa, xalis qızıldan, 
İki yüz kəcavə bəzərəm, inan! 
Qoşaram minlərlə incəbel kəniz, 
Ayüzlü, sərvboy, şirindil kəniz. 
Qullar göndərərəm gündən işıqlı, 
Behişt hurisindən çox yaraşıqlı. 
Dodaqları şirin, dilləri şəkər, 
Bellərində xalis qızıldan kəmər. 
İpəkdən, xaradan arxalıq, papaq, 
Qızıl yəhər ata minərlər ancaq. 
Kənizlər günəşdən xələt geyərlər, 
Huri libasında görünər bəşər. 
Ayın üzərində bəzəyərlər tağ, 


 
60 
Mişk ilə örtülər hər bir gülyanaq. 
Qərq olar hamısı zərə, gövhərə, 
Qızıl kəcavədə oturar hərə. 
İstənilən qədər alim insanlar, 
Dövlətin dayağı olan əyanlar, 
Göndərim, o gülü böyük minnətlə, 
Misrə gətirsinlər nazla, izzətlə. 
Elçi bu sözləri eşitcək həmən, 
Öpərək Əzizin qədəmlərindən, 
Dedi: – Ey bu Misrə izzət bəxş edən, 
Bizim ellərin də əzizisən sən. 
Var bizim şahın da şəni, şövkəti, 
Az deyil kimsədən onun dövləti. 
Gəlməz kənizləri, qulları saya, 
Hüsndə rəqibdir hər biri aya. 
Onun xidmətində amadə duran
Çoxdur ağacların yarpaqlarından. 
Çöldəki qumlardan çox ləl, mərcan, 
Səxavətli əli vermişdir ehsan. 
Razılıq istərdi o səndən ancaq, 
Bil ki, cavabından razı qalacaq. 
O şirin meyvənin həsrətindəsən, 
Tezliklə göndərər, xatircəm ol sən. 
 
61 
MİSİR  TƏRƏFDƏN  QƏBUL  NƏSİMİ  
ƏSİR  VƏ ZÜLEYXA  KƏCAVƏSİNİ  GÜL  QÖNÇƏSİ  
KİMİ  O ÖLKƏYƏ   APARIR 
 
Misirdən qayıdıb, elçi gəldi şad, 
Qıldı Züleyxanı möhnətdən azad. 
Ona Əzizindən xoş xəbər çatdı, 
Qüssəni unutdu, dərdini atdı. 
Gül açdı taleyi, sanki oldu yaz, 
Bəxtinin quşu da elədi pərvaz. 
Yuxudan qonmuşdu qəlbinə məlal, 
Açdı düyününü şadlıqla xəyal, 
Bəli, hər yerdə ki şadlıq, ələm var, 
Ya xəyaldan, ya da yuxudan doğar. 
Yuxudan, xəyaldan azad bir könül
Həyatın yükünü hiss edər yüngül. 
Züleyxanı görcək atası xoşhal, 
Cehizlər seçməyə başladı dərhal. 
Toy üçün ayırdı minlərlə pəri, 
Rumlu dilbərləri, rus gözəlləri. 
Hamı püstə ağız, məmələri nar, 
Üzləri gül ilə bəzənmiş gülzar. 
Telləri salmışdır sayə yanağa, 
Qara hörükləri sığmaz qucağa. 
Vəsmə qaşlarına salmamış kölgə, 
Yoxdur üzlərində ənlikdən ləkə. 
Ənbərlə lalənin qəlbini yaxmış, 
Qulağa incidən sırğalar taxmış. 
Minlərlə işvəli, qəmzəli qullar, 
Fitnələr törədən igid oğullar, 
Kəc qoyub ləldən başlara papaq, 
Mişk saçlarını yan darayaraq. 
Papaqlar altından görünür kəkil, 
Sanki bəzəmişdir laləni sünbül. 


 
62 
Hər biri geyinmiş ipəkdən paltar, 
Qönçə kimi nazik, neyşəkər tək dar. 
İncə bellərində qızıldan kəmər, 
Hər tükdən asılmış vurğun ürəklər. 
Min at seçdi, hamı gözəl, xoşəndam, 
Çapanda yel kimi, duranda aram.  
Çovqanla vurulan topdan qıs-qıvraq, 
Ot üstündə axan sudan yumuşaq. 
Sağrısına kölgə düşsə qamçıdan, 
Məşriqdən məğribə sıçrayar haman. 
Səhrada bir vəhşi gur kimi süzər, 
Dəniz dalğasında qu kimi üzər. 
Dırnağı möhkəmdir çaxmaq daşından, 
Quyruğu yanında heçdir xizəran
1

Uca dağ önündə yorulub qalmaz, 
Heç  zaman fərmandan çıxıb, baş almaz. 
Min dəvə ayırdı hamısı cavan, 
Qaragöz, qaradiz, hərə bir ceyran. 
Hərəsi tərpənən sütunlu bir dağ, 
Nə qədər yol getsə, bilməz yorulmaq. 
Hamısı zahidlər kimi az yeyən, 
Möhnətə qatlaşan, şükür eyləyən. 
Təvəkküllə keçən yüz biyabanı, 
Gül kimi çeynəyən quru tikanı. 
Uzaq səhralarda yemsiz, yuxusuz, 
Zənglərin səsiylə keçən qorxusuz. 
Hədiyyə bağladı yüz dəvə yükü, 
Hər yükü alardı böyük bir mülkü. 
Rum eli, Misir, Şam ipəklərindən, 
İki yüz məfrəci doldurdu həmən. 
Xəznədən yaqutla ləli taladı, 
İki yüz sandığa gövhər qaladı. 
Ənbərlə əbirdən
1
 yüklər tutaraq, 
                                                           
1
 Хизяран – дцз вя мющкям аьаъ нювц. 
 
63 
Hər yerdə düşərgə salsaydı sarvan. 
Mişklə doldurub iki yüz tabaq. 
O yer seçilməzdi Çin səhrasından. 
Atanın əmriylə Züleyxa üçün, 
Kəcavə quruldu otaqdan üstün. 
Pərdələr asdılar sünbüllə uddan, 
Lövhələr asdılar qızıldan hər yan. 
Səqfi minalandı Cəmşid çətri tək
Qızılla verdilər üstünə bəzək. 
Mirvari asmalar, qızıl mismarlar, 
Bayırında parlar, içində parlar. 
Yüz bəzək vurdular zərü-zibadan, 
Pərdələr atlasdan, fərşlər dibadan
2

Züleyxa əyləşdi onda şadman, 
Oldu Misrə tərəf naz ilə rəvan. 
Necə bir gül uçar yaz küləyindən, 
Çaparaq gedirdi o nazikbədən. 
Hər yeri o sənəm etdikdə mənzil,  
İrəm gülşənini qılardı xəcil
3

Qullar atlarını salıb cövlana, 
Kənizləri cilvə saçır hər yana. 
Hər kəniz zülfünü tor kimi qurar, 
Bir qulu o torda edər giriftar. 
Hər qulun naz oxu səf yara-yara
Açar bir kənizin bağrında yara. 
Bir yanda dilbərlik, işvə, qəmzə, naz, 
Bir yanda aşiqin könlündə niyaz. 
Minlərlə sevilən, minlərlə sevən, 
Yüz işvə satan var, yüz könül verən. 
Belə gedirdilər mənzilbəmənzil, 
Misrə yaxınlaşır hər gündə məhmil
1

                                                                                                                            
1
 Ябир – Шяргдя эениш йайылмыш ятир. 
2
 Диба – ипяк парча нювц. 
3
 Хяъил – хяъалят чякян. 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə