Microsoft Word Bir omrun rapsodiyasi doc



Yüklə 6,25 Kb.
Pdf görüntüsü
səhifə8/57
tarix25.06.2018
ölçüsü6,25 Kb.
#51337
1   ...   4   5   6   7   8   9   10   11   ...   57

Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
  
      
31 
Ədəbiyyatı» kafedrasının müdiri, 1998-ci ildən Azərbaycan Beynəl-
xalq Universitetində «Rus dili və  Ədəbiyyatı» kafedrasının müdiri 
vəzifələrində çalışmışdır. 
Nizami Tağısoy pedaqoji işlə yanaşı  məhsuldar elmi fəaliy-
yətlə  məşğul olan alimlərdəndir.  İndiyə  qədər onun müxtəlif 
konfrans, simpozium və elmi məclislərdə, dərgilər, məcmuələr və 
qəzet səhifələrində 300-ə qədər müxtəlif məzmunlu məqalələri işıq 
üzü görmüşdür. 
Professor Nizami Tağısoyun elmi prioritetlərində tərcümə nə-
zəriyyəsi, ədəbi əlaqələr, komparativistika, türk xalqlarının etnoge-
nezi, etnologiyası, etnoqrafiyası, epik təfəkkürü, ənənələri, folkloru, 
klassik və müasir ədəbiyyatı, ədəbiyyatşünaslığın aktual problemlə-
ri, müasir ədəbi proses və s. istiqamətlər uğurla işlənməkdədir. Mo-
noqrafiya və məqalələri bir qayda olaraq polemikliyi və fərdi baxış 
müstəvisi ilə seçilir. 
Professor Nizami Tağısoy qaqauz, qazax, qaraqalpaq, qara-
çay, qırğız, Kıbrıs türkləri, malkar, özbək, xəzər və d. türk qövmləri 
ilə bağlı çoxsaylı  məqalələr və kitablar müəllifidir. Onun müxtəlif 
illərdə yazdığı dərslik, dərs vəsaitləri, monoqrafiyaları, folklor-etno-
qrafik araşdırmaları oxucular və mütəxəssislər tərəfindən bəyənilir. 
Tanınmış tədqiqatçının «XX əsr rus poeziyası Azərbaycan tərcümə-
lərində» (Bakı, 1992, 134 s. – rus dilində); «Qazax ədəbiyyatı» 
(Bakı, 1993. – 70 s. – rus dilində), «Əslin milli özünəməxsusluğu və 
tərcümə» (Bakı, 1998. – 68 s. – rus dilində); «Səməd Vurğun dra-
maturgiyası rus dilində» (Bakı, 1999. – 132 s. rus dilində); «Poetik 
tərcümə» (Bakı, 2001. – 245 s. – rus dilində); «Qaraqalpaq ədəbiy-
yatı» (Bakı, 2007. – 296 s. – rus dilində); «Nəsrin axarı: zaman və 
məkan konteksti» (Bakı, 2008. – 152 s.); «Şilyan: özü, sözü – çeş-
mənin gözü». (Bakı, 2009. – 172 s.); «Səftər Həsənzadə. Vətən həs-
rətli, barıt qoxulu sətirlər» (Bakı, 2009. – 76 s.) kimi monoqrafiya və 
kitabları tənqidçilər, türkoloqlar tərəfindən yüksək dəyərləndirilir. 
Professor Nizami Tağısoy tərcümə nəzəriyyəsi və bədii tərcü-
mə  məsələləri ilə müntəzəm məşğul olan alimlərimizdəndir. O, 
Azərbaycan türkologiyasında ilk dəfə olaraq Qıpçaq türklərindən 
Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
32
olan qövmlərin folklor yaddaşına müraciət etmiş «Qaraqalpaq xalq 
nağılları»nı (Bakı, 2006) və qazax qəhrəmanlıq eposu «Koblandıba-
tır»ı (Bakı, 2008). Azərbaycan türkcəsinə uyğunlaşdırmışdır. 
Azərbaycan Yazıçılar Birliyinin üzvü Nizami Tağısoy iki şeir-
lər və poemalar – «Axtaracaqsan məni» (Bakı, 2000), «Bəlkə dünya 
öz yolunu çaşıbdı» (Bakı, 2004) və «Natiqlə qara zurnanın nağılı və 
ya hər ikisinə elegiya» (Bakı, 2008) – povesti ilə  ədəbiyyatsevər-
lərlə görüşmüşdür.  Şeir və poemalarının bir hissəsi  şair-mütərcim 
Qiya Paçxataşvili tərəfindən rus dilinə çevrilərək oxuculara təqdim 
edilmişdir.  Şeirlərindən bir neçəsinə Cavanşir Quliyev və Razim 
Paşayev kimi bəstəkarlar mahnı yazmışlar. 
Professor Nizami Tağısoy digər müəlliflərlə (professor Rafiq 
Manafoğlu və dosent Rüstəm Kamalla) birlikdə Azərbaycanda ilk 
dəfə olaraq «İzahlı  tərcüməşünaslıq terminləri lüğəti»ni hazırlayıb 
(Bakı, 2010) mütəxəssislərin müzakirəsinə vermişdir. 
Professor Nizami Tağısoy mütəmadi olaraq ölkəmizdə  və 
onun hüdudlarından kənara keçirilən nüfuzlu beynəlxalq konfrans 
və simpoziumların iştirakçısıdır. O, 20 ildən artıqdır ki, türk xalqla-
rının folkloru, etnogenezi, epik təfəkkürü, klassik və müasir ədəbiy-
yatına dair dərslik üzərində işləyir. Bu əsrin çoxcildli nəşri nəzərdə 
tutulur. 
Professor Nizami Tağısoyun nəzəri mülahizələri istər Azər-
baycan-rus, Azərbaycan-özbək, Azərbaycan-qaqauz, Azərbaycan-
qaraqalpaq  ədəbi  əlaqələri, istər müasir ədəbiyyatşünaslığın aktual 
problemləri, o cümlədən A.BIok, S.Yesenin, K.Simonov, A.Adalis, 
P.Antokolski, A.Tvardovski, S.Vasilyev, S.Vurğun, Mir Cəlal, 
S.Əhmədli, Elçin, Anar, A.Rəhimov,  Ə.Əhməd, K.Abdulla, E.Hü-
seynbəyli, R.Rəvan və Ə.Xələfli, Y.Nəğməkar və b. yaradıcılığı ilə 
bağlı fikir və mülahizələri ədəbi tənqidimizin orijinal səhifələrindən 
hesab olunur. 
Nizami Tağısoy regional etnoqrafiya və folklor nümunələrinin 
toplanılıb araşdırılması  və  nəşri istiqamətində 25 ilə yaxındır ki, 
zəhmət sərf edir. Onun son dövrlərdə Azərbaycanda və Türkiyədə 
yaşayan  Şilyan ellərinin etnoqrafiyası, etnik-milli düşüncə  tərzi və 


Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
  
      
33 
şifahi yaradıcılığı ilə bağlı araşdırmaları türk ellərinin mənəvi mə-
dəniyyətini öyrənmək baxımından maraqlıdır. 
Nizami Tağısoy haqqında məlumat «XXI əsr Azərbaycan 
alimləri və maarifçiləri» bioqrafik göstəricisinə daxil edilmişdir. O, 
«Qızıl qələm» mükafatı laureatıdır. 
Professor Nizami Tağısoy hazırda Bakı Slavyan Universiteti-
nin «Azərbaycan ədəbiyyatı» kafedrasında elmi-pedaqoji fəaliyyətlə 
məşğul olur, müasir ədəbi tənqidimizin müxtəlif tərəflərini  əhatə 
edən məqalələrlə mütəmadi olaraq dövrü mətbuatda çıxış edir. 
Bütün bunlarla yanaşı, Nizami müəllim olduqca səmimi və zi-
yalı bir ailənin başçısı, üç övlad atası və dörd nəvə babasıdır. Niza-
mi müəllimin elmi-pedaqoji müvəffəqiyyətlərində böyük əməyi 
olan, müəyyən məhrumiyyətlərə onunla birlikdə sinə  gərən həyat 
yoldaşı  İradə xanım, oğlu Ramin, qızları  Şəbnəm və Gülay ataları 
ilə sözün əsl mənasında fəxr edə bilərlər. 
2010-cu il mayın 24-də filologiya elmləri doktoru, professor 
Nizami Tağısoyun 60 yaşı tamam olur. Mən bu əlamətdar yubiley 
münasibətilə dostum və qardaşımı səmimi qəlbdən təbrik edir, ona 
uzun ömür, möhkəm cansağlığı, elmi-pedaqoji fəaliyyətində  və 
gənc nəsillərin təlim-tərbiyəsi işində böyük müvəffəqiyyətlər arzu-
layıram. Allah sənə yar olsun, qardaş! 
Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
34
 
III BÖLMƏ 
 
Alimlər, yazıçılar, şairlər, jurnalistlər, ziyalılar, 
dostlar və qardaşlar Nizami Tağısoy haqqında 
 
 
 
 
    Ağarəhim Rəhimov 
Bakı Qızlar Universitetinin rektoru, 
pedaqoji elmlər doktoru, 
professor, 
yazıçı-dramaturq, kinossenarist  
 
 
 
 
 
60 İLİN HƏNDƏVƏRİNDƏ VƏ YA QOŞA TALELƏR 
 
Acılı-şirinli xatirələr bəzən səni çox 
uzaqlara aparıb çıxarır. Lap gənclik, uşaqlıq 
illərinə. Yaddaşında çözələyirsən olub ke-
çənləri. Səni fərəhləndirənləri də olur, kə-
dərləndirənləri də. Acılarına təəssüflənir-
sən, qəlbinin hansı guşəsindəsə niskilli duy-
ğular baş qaldırır və guya səninlə  əlaqəsi 
yoxmuş kimi onu tez də unutmağa çalışırsan. 
Şirinləri isə içini rövnəqləndirir. Bir də o 
çağlara qayıtmaq istəyirsən. Nə heyf ki, 
qayıdammırsan. Gözlərin önündə əriyən o anlar 
ömrünün bir parçası kimi tarixə çevrilir. 


Yüklə 6,25 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə