Microsoft Word Bir omrun rapsodiyasi doc



Yüklə 6,25 Kb.
Pdf görüntüsü
səhifə11/57
tarix25.06.2018
ölçüsü6,25 Kb.
#51337
1   ...   7   8   9   10   11   12   13   14   ...   57

Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
  
      
43 
Mən «Xatirələrim və ya nəslimizin  şəcərəsi» kitabını yazar-
kən çox heyfsilənmişdim. Ona görə  də fikirləşdim ki, nə  qədər ki 
gec deyil Qərbi Azərbaycanın – sonralar Rusiya imperiyasının Er-
mənistan adlandırdığı yerlərin tarixinə, mədəniyyətinə,  ədəbiyyatı-
na, dilinə, tarixi abidələrinə və s. aid irili-xırdalı kitab, kitabça, mə-
qalələr, memuar-xatirələr yazım, yaddaşlarda qalan şifahi xalq ədə-
biyyatından nümunələri toplayıb çap etdirim. Çünki bu xeyirxah iş-
dir, vətəndaşlıq borcudur. Bunu bizim kimi alimlər mütləq etməli-
dirlər. 
Nizami müəllimin «Şilyan: özü, sözü-çeşmənin gözü» kitabını 
oxuduqca onun son dərəcə gərəkli iş apardığının, vətəndaşlıq borcu-
nun şahidi oluram. Kitabdan göründüyü kimi «Şilyan» adı, «Şilyan» 
soyadı Nizami Tağısoy üçün hər şeydir. Buna görə də o, bütün kitab 
boyu içində bu ulu, əvəzolunmaz sevgini gəzdirir, sanki onu özün-
dən çox sevir, ona vurğunluğunu gizlətmir. Bu sevgi kitabda veril-
miş  uşaq oyunları, lətifələr, ayamalar, ləqəblər, pirlərə, ocaqlara 
hərs olunmuş fəsillərdə, təpərli kişilərlə bağlı səhifələrdə, «Şilyanın 
el şairləri» və digər səhifələrdə daha qabarıq görünür. 
Nizami Tağısoy bu kitabda sanki doğulduğu evin kandarından 
başlayaraq Şilyan camaatının estetik dünyasına ekskurs etməklə, bir 
elin-obanın tarixi yaddaşını çözələyir, mənəviyyatını, el koloritini, 
psixologiyasını, ədəb-ərkan dünyasını, əxlaqi keyfiyyətlərini göstə-
rir, ədəbi-epik təfəkkür tərzini əks etdirir. 
Heç şübhəsiz ki, hər eldə, obada olan folklor nümunələri özü-
nəməxsusluğu ilə seçilir. Bu nümunələrdə məhz elin-obanın nəfəsi, 
duyumu olur. Kitabda Şilyanlı duyumu, Şilyanlı dəsti-xətti görümlü 
əks olunur. Şilyanlıların etnik-folklor dünyası maraqlı, diqqətçəkən 
və fərqli təqdim edilir. Bu fərq Şilyanlıların dil-üslub xüsusiyyətlə-
rində, məişət vərdişlərində, psixoloji düşüncə tərzində olduqca ma-
raqlı əks olunmuşdur. 
Folklor nümunələri, heç şübhəsiz ki, söz sənətinə dərindən bə-
ləd olan, daha istedadlı insanlar tərəfindən yaradılır. Bu nümunələr-
də onları yaradanların sənətkarlıq səviyyəsi təcəssüm olunur. Aşıq 
Soltan oğlu aşıq Faxrət, Paray kişi, loğman Əhməd, Zal oğlu Rüs-
Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
44
təm, Qorxmaz müəllim, Namizəd müəllim, Böyükişi və Abduləli 
qardaşları və başqaları kitabda məhz belə təqdim olunmuşlar. 
Kitabdakı nümunələr mahiyyətindən göründüyü kimi el-oba 
həyatında özünə çoxdan bəri yer almış  məşhur deyimlərdən, du-
yumlardan qaynaq alır.  Əgər  əvvəllər folklor nümunələrinin xalq 
içində şifahi yaşaması və yazıya alınmaması uzun müddət maarifçi-
liyin istənilən səviyyəsində olmaması ilə bağlı idisə, bu gün artıq el-
obaya bağlı olan toplayıcı-tədqiqatçıların təşəbbüsü ilə bu nümənə-
lərin yazıya alınması elə, obaya hörmətin, məhəbbətin qayğısı kimi 
dəyərləndirilməlidir. Folklor nümunələri kollektiv yaradıldığı kimi, 
kollektiv də yaddaşlarda daşlaşmışdır. Bununla belə ayrı-ayrı müd-
riklər onu impovizasiya etməklə bu nümunələrə maraqlı məzmun da 
gətirmişlər. «Şilyan: özü, sözü-çeşmənin gözü» kitabı bu baxımdan 
da son dərəcə zəngin mənbədir. 
Yaxşı  məlumdur ki, sosial-ictimai, mədəni-ədəbi həyatda nə 
varsa hamısı folklordan qaynaq almış, inkişaf etmiş, bədii əsərlərin 
mahiyyətinə hopmuşdur. Bunu vaxtı ilə doğru-dürüsüt qiymətlən-
dirən M.Qorki yazırdı: «Qısqanc Otello, iradəsiz Hamlet və əxlaqsız 
Don-Juan – bu tiplərin hamısı Şekspirdən və Bayrondan öncə xalq 
tərəfindən yaradılmışdır, ispanlar nəğmələrində «həyat yuxudur» 
ifadəsini Kalderondan əvvəl oxumuşlar, Məhəmmədi  ərəblər bunu 
ispanlardan da əvvəl demişlər, cəngavərlik Servantesdən əvvəl xalq 
nağıllarında tənqid atəşinə tutulmuşdur. Milton və Dante, Mitske-
viç, Höte və Şiller kollektiv yaradıcılıqdan qanadlandıqca, xalq hə-
yatından ruh aldıqca daha yüksəkdə dayanmışlar. Bununla biz adları 
çəkilən şairlərin dünya şöhrətinə kölgə salmaq istəmirik, lakin təs-
diq etmək istəyirik ki, fərdi yaradıcılığın  ən gözəl obrazları xalq 
kütlələrinin kollektiv qüvvəsi ilə yaranmışdır». Bax Şilyan və  Şil-
yanlılar haqqında Nizami müəllimin yazdığı bu kitab da neçə-neçə 
bədii əsərlərin motvini, obrazlarını, personajlarını təşkil edəcək, Şil-
yan ellərinə hörmət və məhəbbəti formalaşdıracaqdır. 
Nizami Tağısoyun «Şilyan: özü, sözü-çeşmənin gözü» kitabı 
Şilyan ellərinin etnoqrafiyasını, folklorunu, deyim-duyum dünyası-
nı, xarakterini, dünyagörüşü və fəlsəfəsini, nitq estetikasını dərindən 


Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
  
      
45 
əks etdirən dəyərli mənbədir. Bu kitab Şilyan və şilyanlıların həyat, 
tarix, şəxsiyyət vəsiqəsidir. 
«Şilyan: özü, sözü-çeşmənin gözü» prof. Nizami Tağısoyun 
gərgin əməyinin, dərin təfəkkürünün bəhrəsi kimi oxucu və təndiq-
çilərin nəzər-diqqətini daim cəlb edəcək, neçə-neçə belə kitabların 
işıq üzü görməsi üçün mənbə kimi istifadə olunacaqdır. Bu kitab 
qeyrətli türk oğlunun öz el-obasına, ulusuna vurğunluğun ifadəsi 
olaraq dəyərləndirilməlidir. 
 
 
Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
46
 
 
 
Abid Tahirli 
filologiya elmləri doktoru, professor 
 
 
 
 
 
 
 
PORTRETDƏN ŞTRİXLƏR 
 
Bir neçə il əvvəlin söhbəti olsa da, indiki kimi xatırlayıram. 
Dostlarımdan biri məni Böyük Qafqaz dağlarının ətəyində muncuq 
kimi sıralanmış bölgələrdən birinə  həsr olunmuş mahnının təqdi-
matına dəvət etmişdi. Məmnuniyyətlə razılıq verdim və tədbirə qa-
tıldım. Mahnı  mətni doğma yurda sevgi ilə  qələmə alınsa, orada 
bər-bəzəkli sözlərdən, gurultulu ibarələrdən gen-bol istifadə edilsə 
də, məzmun çox kasad görünürdü, rayonun tarixi, sakinləri, təbiəti 
və bugünkü inkişafı, özünəməxsus digər xüsusiyyətləri, xarakterik 
cəhətləri  şeirdə  əksini tapmamışdı. Musiqi şən və oynaq olsa da, 
yüngül təsir bağışlayırdı, mahnının mətni kimi onda da sanbal yox 
idi. Məclis əhli münasibət bildirməyə başladı. Kimi göz yaşlarını si-
lərək, kimi sonsuz qürur və fəxarətlə zilə qalxır, mahnını ağızdolusu 
tərifləyir, kimisi də bəmdən gedir, ehtiyatlı ifadələrlə təqdimatı "yo-
la verirdi". Növbə mənə çatanda tədbirin təşkilatçılarına təşəkkürü-
mü bildirdim, şairə, mahnı müəllifinə minnətdarlıq etdim ki, öz iste-
dad və bacarıqları səviyyəsində haqqında söhbət gedən bölgəyə mə-
həbbətlərini izhar ediblər. Sonra tədbirin iştirakçılarına belə bir su-
alla müraciət etdim: - Şeirdə adı  çəkilən rayonun əvəzinə  "Şəki", 
"Qax", "Balakən", yaxud "İsmayıllı" sözlərini yazsaq, mətnə, mah-
nıya xələl gələrmi, nə dəyişər? Məncə, heç nə? 


Yüklə 6,25 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə