Microsoft Word Bir omrun rapsodiyasi doc



Yüklə 6,25 Kb.
Pdf görüntüsü
səhifə6/57
tarix25.06.2018
ölçüsü6,25 Kb.
#51337
1   2   3   4   5   6   7   8   9   ...   57

Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
  
      
23 
Məmmədova (qəbri nurla dolsun), Rövşanə Bədəlbəyli, Əli və Baba 
Musayev qardaşları, Qalina Şipulina, Solmaz Əliyeva... 
Mübaliğəsiz deyə bilərəm ki, orta məktəbi Azərbaycan dilində 
bitirən tələbələrin hətta Azərbaycan ədəbiyyatı da (mən hələ fəlsəfə, 
elmi kommunizm, ədəbiyyat nəzəriyyəsi, siyasi iqtisad, elmi ateizm 
və digər fənləri qoyuram bir kənara) rus dilində  tədris olunan ins-
titutda  əla oxumağımız  əsl fədakarlıq idi. Belə ki, biz eyni vaxtda 
rus dilinin qrammatikasını, onun qaydalarını, incəliklərini və  ədə-
biyyatını (şifahi xalq yaradıcılığından tutmuş sovet ədəbiyyatına qə-
dər) öyrənməklə yanaşı, elmi biliklərin  əsaslarına da yiyələnirdik. 
Lakin çox gərgin əmək sərf etməklə, çalışqanlığımızla bu çətinliklə-
rin öhdəsindən məharətlə  gəlirdik. Yenə  həqiqət naminə deyim ki, 
Nizami rus dilində o qədər rəvan, səlis və ləhcəsiz danışırdı ki, mü-
əllimlərimizdən bəziləri onun Azərbaycan məktəbini bitirməsinə 
şübhə ilə yanaşırdılar. Bu isə, əlbəttə, seçilən ixtisasa, yəni rus dili 
və ədəbiyyatına olan maraqdan, meyldən, peşəyə mükəmməl yiyə-
lənmək istəyindən və məsuliyyətindən irəli gəlirdi. 
Çox maraqlı bir əhvalatı da qeyd etmək istəyirəm. Hər ikimiz 
tələbə elmi cəmiyyətinin üzvü kimi onun tədbirləri və iclaslarında 
fəal iştirak edirdik. İclasların birində  çıxış edən 1-ci kurs tələbəsi 
Rəfail adlı bir oğlan gətirdiyi iqtibasdan sonra onun mənbəyini çox 
dəqiqliklə göstərdi: V.İ.Lenin. Əsərlərinin tam külliyyatı, 7-ci cild, 
səh. 432, yuxarıdan 3-cü abzas. Bu hal bir neçə dəfə təkrarlananda
mən üzümü Nizamiyə tutub «Qardaş, əlaçı belə olar, biz də özümü-
zü  əlaçı sayırıq», - dedim. Sən demə, Nizami deyilən mənbələrin 
dəqiqliyini yoxlamaq üçün özündə qeydlər edirmiş. Bir neçə gün-
dən sonra institutun yeməkxanasında nahar edəndə yapışdı Rəfailin 
yaxasından ki, bəs, dediyin mənbələri yoxladım, heç biri də düz 
gəlmədi. Rəfail əlini-əlinə vurub qəhqəhə çəkib güldü və «Ayə, Al-
lah sənə ömür versin, nə biləydim ki, sən gedib onları axtaracaqsan; 
mən özüm haqqında müsbət rəy yaratmaq üçün ağlıma gələn mən-
bəni göstərirəm», – deyəndə, biz də ona qarışıb gülməyə başladıq. 
Rəfaillə sonradan dostlaşdıq. O, sadəliyi, mehribanlığı, səmimiliyi, 
çalışqanlığı  və ünsiyyətli olmağı ilə  fərqlənirdi. Sonralar indiki 
Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
24
BSU-da bir yerdə işlədik. Fəlsəfə elmləri namizədi, dosent idi. Dün-
yasını vaxtsız dəyişdi. Bütün dostlarımız adından deyirəm: Allah 
sənə rəhmət eləsin, Rəfail. 
Mən sətiraltı indiyə qədər, bəlkə də, heç kimə demədiyim bir 
məsələni də açıqlamaq istəyirəm. Nizaminin, Səlahəddinin, Məmi-
şin, Cavanşirin və  mənim yaxşı oxumağımızın,  əlaçı olmağımızın 
başlıca səbəblərindən biri də abır-həya hissi, bir kişi kimi (biz 
özümüzü yaşımıza uyğun olmayan sanballı bığlı-saqqallı kişi hesab 
edirdik) qrup yoldaşlarımızın yanında pis vəziyyətdə qalmaqdan, 
pərt olmaqdan çəkinmək idi. Yəni indiki tələbələrin əksəriyyətindən 
fərqli olaraq müəllim dərs soruşanda ayağa durub «mən hazır deyi-
ləm» sözlərini deməyi  şəxsiyyətimizə, mənliyimizə, qürurumuza, 
ləyaqətimizə, kişiliyimizə sığışdıra bilməməyimiz olmuşdur. Düşü-
nürdük ki, bundan sonra qızların, oğlanların üzünə necə baxa bilə-
rik... Buna görə də nəyin bahasına olur olsun bütün məhrumiyyətlə-
rə baxmayaraq, hətta səhərə  qədər yuxusuz qalmalı olsaq da belə, 
dərslərə  həmişə hazır gələr və  əllərimiz göydə olardı. Görünür, 
bunun nəticəsidir ki, indi məşğələlərdə  tələbə  qızın və ya oğlanın 
ayağa durub gülumsünə-gülümsünə «müəllim, mən hazır deyiləm» 
cavabını eşidəndə, məni bir pedaqoq kimi onların dərsə hazır olma-
ması bir o qədər yox, özlərinin mənliyinə sığışdırıb bu sözləri yol-
daşlarının yanında necə deyə bilmələri daha çox heyrətləndirir.  
Təlim fəaliyyətinə belə ciddi münasibət göstərməyimizlə ya-
naşı, asudə vaxtlarımızın mənalı, məzmunlu, rəngarəng keçirilməsi-
nin də qayğısına qalır, qeyri-rəsmi nərd, dama, şahmat, futbol yarış-
ları keçirərdik. Nizami, Əyyub, əmim oğlu Əbdül (o, fransız dili fa-
kültəsində oxuyurdu) və  mənim təmsil etdiyimiz APİ Axundovun 
«yığma» futbol komandası ilə  Məmmədəli, Zöhrab, Fazil və digər 
uşaqların təmsil etdiyi Xalq Təsərrüfatı  İnstitutunun «komandası» 
ilə keçirdiyimiz mütəmadi yarışlar son dərəcə emosional keçər və 
həmişə də bizim böyük hesablı qələbəmizlə başa çatardı. Onlar isə 
bizi qıcıqlandırmaq üçün həmişə bu qələbənin təsadüfi olduğunu sü-
but eləməyə çalışardılar. 


Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
  
      
25 
Bundan başqa Nizaminin, sonradan qrupumuzun nümayəndə-
si seçilən Məmişin (insafən, o da çox gözəl təşkilatçılıq bacarığına 
malik idi) və mənim birgə təşəbbüsümüzlə qrup və potok yoldaşla-
rımızla tez-tez (ən azı ayda iki dəfə) axşamlar keçirər, teatr tamaşa-
larına gedər, müxtəlif yerlərə (Azərbaycan Tarixi Muzeyi, Azərbay-
can İncəsənət Muzeyi, Atəşgah, Pirqulu, Qobustan və s.) ekskursi-
yalar təşkil edərdik. Axı, yaxşı oxumaq üçün yaxşı da dincəlmək, 
əylənmək lazım idi.  
Nizami həmçinin özünün səliqə-sahmanı  və yüksək estetik 
zövqə malik olması, evdarlığı, təsərrüfatçılığı, aşpazlıq bacarığı ilə 
də  fərqlənirdi. Dörd nəfər oğlanın qaldığı evdə  həmişə  səliqə-sah-
man hökm sürər, buradan, necə deyərlər, gül ətri gələrdi. Bu məsə-
lələrdə Nizaminin dediyi bizim üçün qanun idi. Şalvar, kostyum, 
köynək, ayaqqabı alanda, ya sifariş verəndə onun fikri mütləq nəzə-
rə alınardı. Ev üçün bazarlıq edəndə də o, yenə qabağa keçər, mən 
isə alınan şeyləri qablaşdırmaqla məşğul olardım. Dostumun səliqə-
sahmanına elə indinin özündə də söz ola bilməz. Yaşımızın bu vax-
tında da müəyyən məqsədlər üçün bazarlıq edəndə yenə  hərə öz 
ənənəvi funksiyasını yerinə yetirir. Nizaminin aşpazlıq qabiliyyətini 
xüsusi qeyd etmək lazımdır: onun bişirdiyi borşun, bozbaşın, kələm, 
yarpaq və badımcan dolmasının dadı indi də damağımızdadır. Türk-
lər demişkən, əllərinə sağlıq, qardaş... 
Atalar deyirlər ki, hətta doğma qardaşını da yaxşı tanımaq is-
təyirsənsə, onunla yoldaşlıq etməlisən. Bu baxımdan biz Nizami ilə 
həm də birgə əmək fəaliyyətində - 1-ci kursu bitirdikdən sonra Şəki-
də tələbə inşaat dəstəsində və 3-cü kursun əvvəlində isə Ağsu rayo-
nunun  Ərəbmehdibəy kəndində pambıq yığımında yoldaşlıq etmi-
şik. Həm Şəkidə pedaqoji məktəbin yataqxanasında (Nizami, Səla-
həddin, Rəhim, Əyyub,  Əfəndi, Seyfəddin və mən), həm də Ərəb-
mehdibəy kəndinin klubunda narahatlığa, darısqallığa məhəl qoy-
mayıb qrup yoldaşlarımızla (bütün oğlanların hamısı: Nizami, Səla-
həddin, Rəhim, Məmiş, Əyyub, Əfəndi, Seyfəddin, Şadulla, Şıxka-
mal, Novruz, Hidayət, Cavanşir, İsmayıl, Ruslan və mən) bir otaqda 
qalmış  və bir yerdə yemək yemişik. Qrupumuzun mütəşəkkilliyi, 
Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
26
səmimiliyi, mehribanlığı və işgüzarlığına həsəd aparırdılar. Nizami-
nin, Məmişin və  mənim birgə  təşəbbüsümüzlə  həftəlik pul yığar, 
yeməkxanada növbətçilər təyin edər (bir oğlan və bir qız), menyunu 
müəyyənləşdirər və  səhər, günorta, axşam birlikdə nahar edərdik. 
Günorta üçün nəzərdə tutulan yeməyi isə sahəyə götürər, oğlanlı-
qızlı bardaş qurub bir süfrə arxasında əyləşərdik. Axşamlar isə ba-
cardığımız qədər əylənər, deyib-gülər və şənlənərdik. İşgüzarlığımız 
da öz yerində. Qrupumuz pambıq yığmaqda da birinci idi. Nəticədə 
Məmiş  «Şərəf Nişanı» ordeni, mən, Nizami, Əyyub, Səlahəddin, 
Rəhim və Cavanşir isə radioqəbuledici ilə mükafatlandırıldılar. 
Birgə  təlim, idman və  əmək fəaliyyəti (əyani oxumağımıza 
baxmayaraq o vaxtkı tələbələrin əksəriyyəti kimi, Nizamı və mən də 
valideynlərimizə çox da əziyyət verməmək üçün bir müddət dərsə 
qədər «Sevil» bağında fəhlə  işləməli olduq) bizi mənəvi cəhətdən 
çox yaxınlaşdırdı. Biz artıq bir-birimizi, sözün həqiqi mənasında, 
danışmadan başa düşürdük. Ailələrimizi və  hətta yaxın-uzaq qo-
humlarımızı da yaxşı tanıyırdıq. Səhv etmirəmsə, 1972-ci ilin yazın-
da Bakıda yaşayan böyük qardaşım Yaqubun «Moskviç»i ilə Niza-
mi  İrəvandan, bizə qonaq gələn kiçik qardaşım Eldar (Allah ona 
rəhmət eləsin, sonralar məlum hadisələrdə erməni məkrinin qurbanı 
oldu) və  mən birlikdə Yuxarı Şilyana getdik. Sadə kəndli ailəsinin 
sonsuz qonaqpərvərliyinin, özünəməxsus tərbiyə məsələləri və qar-
şılıqlı böyük-kiçik münasibətlərinin yüksək səviyyəsinin  şahidi ol-
duq. Axşam işdən qayıdan Tağı dayını (Allah ona rəhmət eləsin, 
qəbri nurla dolsun) bütün ailə üzvlərinin ayağa durub qarşılaması da 
bizi çox məmnun etdi. Biixtiyarı «Allahsız yerdə otur, böyüksüz 
yerdə oturma» atalar sözü yadıma düşdü... Ailələrimizin də ruhən 
yaxınlığı məni heyran qoydu. Maraqlıdır ki, ailədəki uşaqların sayı 
və yaşları da bir-birinə çox uyğun gəlirdi: Abdul – Həbib, 
Böyükağa – Yaqub, Zeynəb – İzzət, Nizami – Heydər, Rəfi – Eldar, 
Mülayim – Şövkət... Bütün bu deyilənlər bizim dostluğumuzun çox 
möhkəm mənəvi bünövrə üzərində qurulduğuna dəlalət edirdi. Hə-
yatın sonrakı gedişi bunu dəfələrlə  təsdiq etdi və dostluğun  əbədi 
sarsılmaz qardaşlığa çevrilməsinə zəmin yaratdı. 


Yüklə 6,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə