Microsoft Word Bir omrun rapsodiyasi doc



Yüklə 6,25 Kb.
Pdf görüntüsü
səhifə9/57
tarix25.06.2018
ölçüsü6,25 Kb.
#51337
1   ...   5   6   7   8   9   10   11   12   ...   57

Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
  
      
35 
Yanırsan, yaxılırsan, ancaq əlindən heç bir 
iş 
gəlmir. Onda da köksünü ötürməklə 
kifayətlənməli olursan. Təkcə suallar doğur 
beynində. Hanı qalsız-qadasız o illər? Hanı 
mənim çağlayan-coşan gəncliyim? O bir də geri 
qayıda biləcəkmi? Suallar çox, cavablar yox. 
Dayanıb düşünürsən: getdi ömrə-günə  bəzək 
vuran o anlar. Nə  qədər geri qanrılsam da... 
Qaldı arxada tarix, bir də acılı,  şirinli 
təəssüratlar... 
Bəli! O illər hər ikimiz gənc idik. 
Yaşamaq, qurmaq həvəsiylə döyünürdü qəlbimiz 
bir-birimizdən xəbərsiz. Barlı-bəhrəli payız. 
Günəşli gün. Göydə seyrək ağ buludlar uçuşur. 
Yuxarı  Şilyan kənd orta məktəbinin dəmir 
darvazasından girəndə sarışın, bəstəboy, qo-
nur gözlü, burnunda danışan, baməzə dostum 
Qorxmaz məni qarayanız, çatmaqaş, orta boylu, 
uzun qara saçları çiyinlərinə tökülmüş gü-
lərüz, idmançı görkəmli oğlanla sevincək 
qarşıladılar. Görüşdük. Qorxmaz dərhal dedi: 
— Tanış ol, bu oğlan mənim dostumdur. Adı 
da Nizamidir. Həm də  kəndçimizdir. Bizə 
hardasa qohumluğu da çatır. Rus dili və  Ədə-
biyyatı  İnstitutunu bu il qırmızı diplomla 
qurtarıb. Kəndimizdə dərs deyir. 
Mən  gülümsünərək cavab verdim. 
— Sən dost, mən dost, deməli, o da hər 
ikimizə dostdur.  
Nizami Məmmədovla (Tağısoyla) ilk 
tanışlığımız belə başlandı.  İlk görüşdən 
söhbətimiz tutdu. Tezliklə bir-birimizə 
alışdıq. Evində oldum, evimdə oldu... Elmə 
olan maraq bizi daha da yaxınlaşdırdı. Yaz-
dıq, oxuduq... Sonra da beləcə elmi 
Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
36
araşdırmalar çəkdi bizi. Sonunu aydın 
təsəvvür etmədiyimiz məchul bir aləmə atdı. 
1976-cı ildə  mən Azərbaycan Elmi Tədqiqat 
Pedaqoji Elmlər  İnstitutuyla nə az, nə çox, 
düz bir il sonra isə o, Rus dili və 
Ədəbiyyatı  İnstitutuyla taleyimizi bağladıq. 
Qarşımızda gələcək həyatımızın gərgin, əzablı 
yolları açıldı.  İllər  ərzində tez-tez bir-
birimizə telefon açar, hal-əhval tutar, ürə-
yimizdən keçənləri danışar, hərdən də elmi 
mübahisələrə girişərdik. Görüşdən görüşə 
yaşadığımız qaynar, izdihamlı şəhər həyatında 
planlarımızı qurardıq. Yığıncaqlarda, müzaki-
rələrdə olardıq. Bax beləcə, hər kəs umu-
küsüsüz öz taleyini yaşayar, yazardı. Günlər 
aylara, aylar illərə calanardı. Vaxtaşırı 
sevincimizi də, kədərimizi də birgə 
bölüşərdik. Çətinliklərimizi, 
çatışmazlıqlarımızı özümüz bilərdik. Kimsədən 
xəbərsiz — qohum-əqrabadan, doğmalardan uzaq 
dərdimizi danışıb təskinlik tapardıq. Hər 
görüşdə doğmalaşardıq. Bir-birimizin səsini 
eşitməyəndə darıxardıq. Nigarançılıq 
yaranardı... Vaxt keçdi... Tale üzümüzə 
güldü. Üç ay fərqiylə  hər ikimiz namizədlik 
dissertasiyası müdafiə elədik. Bir ildəcə 
doktorluq dissertasiyasını tamamladıq. Dörd 
ayın içində müdafiə elədik. Bəndəniz 
pedaqogika, o isə filologiya elmləri doktoru 
adına layiq görüldü. Bu sanki təfəkkür, əsəb, 
əmək, dözümlülük... yarışıydı. Tale bizi bir 
axına saldı. Bakı  Qızlar Universitetində  iş-
ləməli olduq... Taleyin də, zamanın da 
dönüklüyündən keçmə. Mən eşidəndə ki, Nizami 
maşın qəzasına düşüb, xəstəxanadadı, bir an-


Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
  
      
37 
lığa dünya başıma fırlandı. Damarlarımda 
qanım dondu. Onu xəstəxanada görəndə 
gözlərimə inanmadım. Neçə  əzasından ağır 
zərbə almışdı.  
Dünya möcüzələrlə doludur, — deyirlər. 
Xeyli müalicə alandan sonra Nizami sağalıb 
ayağa qalxdı. Yenə  əvvəlki kimi şux, deyib-
gülən, yazıb-yaradan, gərgin axtarışlar 
aparan, elm fədaisi, professor Nizami 
Tağısoy... 
Taleyin hökmünə bax. Zaman gəldi, vaxt 
ötdü, maşın qəzasına mən də düçar oldum... 
Onun çəkdiyi əzab-əziyyətlər, məşəqqətlər mə-
nim də taleyimə yazıldı. Vahimə içərisində o, 
mənim yanıma gəldi. Keçirdiyi həyəcan, təlaş 
indi də gözlərimin önündədi... Bərk 
sarsılmışdı. Səsi titrəyirdi. Gözləri dol-
muşdu... Qoşa addımlar... Eyni talelər... 
Eyni arzular... Eyni istəklər... Eyni xə-
yallar...  
Nizaminin keçdiyi yol çoxlarına örnəkdi. 
Şəxsiyyəti qibtə olunasıdı. O, məhsuldar 
alimdir. Gərgin 
əməyinin, yuxusuz 
gecələrinin, böyük yaradıcılıq qabiliyyətinin 
nəticəsidir ki, “XX əsr rus poeziyası 
Azərbaycan tərcüməsində” (1992), “Qazax 
ədəbiyyatı” (1992), “Əslin milli 
özünəməxsusluğu və  tərcümə” (1998), “Səməd 
Vurğun dramaturgiyası rus dilində” (1999), 
“Poetik tərcümə” (2001), “Qaraqalpaq 
ədəbiyyatı” (2007), “Şilyan: özü, sözü-
çeşmənin gözü” (2009) dərs vəsaiti, 
monoqrafiyaları, “Orta Asiya və qazax 
ədəbiyyatı” (1993), “Azərbaycan  ədəbiyyatı 
tarixi” (2001), “Nitq mədəniyyəti” (2003) və 
Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
38
s. ali məktəblər üçün proqramları müəllifinə 
böyük 
şöhrət qazandırmışdır. Tanınmış 
türkoloq-alim qaraqalpaqların 
şifahi 
yaradıcılığına müraciət edərək “Qaraqalpaq 
xalq nağılları”nı  tərcümə edib Azərbaycan 
oxucularının ixtiyarına vermişdir. Nizami 
Tağısoy məhsuldar işləyən alimlərimizdəndir. 
Onun indiyədək müxtəlif qəzet və jurnallarda 
iki yüzdən artıq məqaləsi, orijinal poetik 
tərcümələri çap olunmuşdur. Folklor və 
komparativistika, Azərbaycan, qaqauz, qazax, 
qaraqalpaq, qırğız, özbək, rus, müasir ədəbi 
proses və  tərcüməşünaslıq üzrə keçirilən 
respublika və beynəlxalq konfranslardakı 
məruzələri elmi ictimaiyyətin dərin marağına 
səbəb olmuşdur. Azərbaycan Yazıçılar 
Birliyinin üzvü olan Nizami Tağısoy həm də 
kövrək şeirlər, epik poemalar  müəllifi  kimi 
tanınır. O, indiyə  qədər iki “Axtaracaqsan 
məni” (2000), “Bəlkə dünya öz yolunu çaşıbdı” 
(2004) kitabları ilə poeziyasevərləri 
sevindirmişdir. Neçə-neçə şeir və poeması rus 
dilinə 
tərcümə olunmuşdur. 
Şeirlərinə 
mahnılar bəstələnmişdir. Nizami indi də 
gənclik ruhu ilə yazıb yaradır. Sevinirəm ki, 
vətənini, xalqını ürəkdən sevən Nizaminin 
ideyaları respublika hüdudlarından çox-çox 
kənarda da qəbul olunur. 
Nizami hər gün Bakı Slavyan Universitetinə
Bakı 
Qızlar Universitetinə, Azərbaycan 
Beynəlxalq Universitetinə tələsir, özünün bö-
yük zəhmətlə topladığı biliklərini pedaqoji 
ustalıqla tələbələriylə bölüşür.  İnsafən, 
dərs dediyi tələbələr də onu sevirlər. Sözün 
həqiqi mənasında bu böyük insan olduqca diq-


Yüklə 6,25 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə