Microsoft Word Bir omrun rapsodiyasi doc



Yüklə 6,25 Kb.
Pdf görüntüsü
səhifə7/57
tarix25.06.2018
ölçüsü6,25 Kb.
#51337
1   2   3   4   5   6   7   8   9   10   ...   57

Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
  
      
27 
Ailə  tərbiyəsindəki böyük-kiçik münasibətlərinin Nizaminin 
qan yaddaşına həkk olmasının nəticəsidir ki, 40 illik yoldaşlıq, 
dostluq təcrübəsində onun bir dəfə  də olsun məndən (o, bir yaş 
kiçikdir) qabağa keçdiyinin şahidi olmamışam. Axı, kiçiklik etmək 
qabiliyyəti də  mənəvi böyüklüyün, yüksək  əxlaqi keyfiyyətlərin 
daşıyıcısı olmağın  əlamətidir. Ağsaqqal vaxtımda dərk etdim ki, 
yaşından asılı olmayaraq insan bütün ömrü boyu ona həm böyüklük 
və həm də kiçiklik edənə ehtiyac duyur. Allah heç kimi nə ailədə, 
nə də cəmiyyətdə böyüksüz və kiçiksiz, yəni bu mənəvi ehtiyacdan
böyük və zəngin sərvətdən məhrum eləməsin. 
...Nəhayət, institutu fərqlənmə diplomu ilə bitirib təyinat yeri-
nə yollandıq. Nizami Ucar rayonunun Yuxarı Şilyan kənd orta mək-
təbində, mən isə  əvvəlcə doğulub boya-başa çatdığım Qərbi Azər-
baycana, Zəngibasar (Uluxanlı) rayonunun Rəhimabad kəndinə qa-
yıdıb vaxtilə oxuduğum Qaraqışlaq kənd orta məktəbində (1975-
1976-cı dərs tədris ili) rus dili və ədəbiyyatı müəllimi işləməyə baş-
ladıq. Coğrafi məsafələrin üzaqlığı bizi daha da yaxınlaşdırdı. Biz 
(Nizami, Səlahəddin, Rəhim, Seyfəddin və mən) tez-tez məktubla-
şır, hal-əhval tututur və bir xəyal kimi doğma instituta qayıdıb aspi-
ranturada oxuyacağımızı planlaşdırırdıq. Atalar deyir: “Niyyətin ha-
ra, mənzilin ora”... 
...1976-cı il iyulun ortalarında məktub yazıb Nizamini ayın 
axırına nəzərdə tutulan toyuma dəvət etdim. Lakin mənim onun 
mütləq gələcəyinə  əminliyimə baxmayaraq gözlərim yolda qaldı. 
Bir müddətdən sonra aldığım məktubda çox kədərli və sarsıdıcı 
xəbər vardı: Nizami əziz atasının vəfat etdiyini yazmışdı. Elə həmin 
günün səhərisi biz atamla Yerevan – Bakı avtobusu ilə Ucara yola 
düşdük. Gəlişimiz (xüsusilə 90 yaşlı atamın) gözlənilməz oldu. Tə-
bii ki, qəbir üstə getdik. Atam Allahyarın Tağı dayının qəbrini qu-
caqlayıb, hönkür-hönkür ağlaya-ağlaya «Ay qardaş, Allah sənə rəh-
mət eləsin» deyəndə, bir daha dərk etdim ki, bizim Nizami ilə dost-
luğumuz və qardaşlığımız ruhən bir-birinin özünü görməyən ata-
larımıza da sirayət edibmiş... 
Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
28
Ailə qurduqdan sonra gələcək niyyətimi nəzərə alaraq 1976-
1979-cu illərdə  həyat yoldaşım Sevda xanımla  Şamaxı rayonunun 
Dəmirçi kənd orta məktəbində rus dili və  ədəbiyyatı müəllimi 
işləməyə başladıq. 
1979-cu ildə biz Bakıya qayıtdıq və mən Kirov rayon (indiki 
Binəqədi) mənzil idarəsində təlimatçı-təşkilatçı işləməyə və mənzil-
istismar idarələrinin nəzdində  fəaliyyət göstərən məktəbdənkənar 
uşaq, uşaq-idman klublarına rəhbərlik etməyə başladım. Günlərin 
birində  qətiyyən gözlənilmədən Səlahəddin mənə  işə  zəng vurdu. 
Qulaqlarıma inanmadım. Hal-əhval tutduqdan sonra, “Sən Bakıda 
neyləyirsən?” – deyə soruşdum. O da həmişəki kimi özünəməxsus 
tərzdə suala sualla cavab verdi: “Səncə, mən burada neyləyərəm?” 
Yarızarafat, yarıciddi birinci ağlıma gələni dedim ki, yəqin 
aspiranturada oxuyursan. “Bəli”, – cavabını  eşitdim. Amma onun 
ciddi, yaxud zarafatla dediyini başa düşə bilmədim. Yeri gəlmişkən 
onu da qeyd etmək istəyirəm ki, Səlahəddin mənim duzlu, məzəli 
zarafat etdiyim yeganə adamdır. Səhəri gün görüşdük, mən çox se-
vindim və onu təbrik etdim. Səlahəddin rus dilinin tədrisi metodika-
sı üzrə aspiranturaya qəbul olmuşdu. Sonrakı görüşlərimizdə onunla 
xeyli məsləhətləşmələrdən belə qərara gəldik ki, mən də cəhd edim. 
Xoş təsadüfdən, xeyli mənəvi sarsıntılardan sonra mən də pedaqogi-
ka üzrə qiyabi aspiranturaya qəbul oldum (kafedra müdiri professor 
Sabir  Şəfiyevin, fransız dili müəllimimiz, hələ  tələbəlikdən bizim 
dostumuz və ağsaqqalımız Həmid Abbasovun xeyirxahlığı sayəsin-
də; mən onların əsl atalıq qayğısını ömrüm boyu yaddan çıxara bil-
mərəm. Allahdan onların hər ikisinə şəfa diləyirəm) və 1981-ci ilin 
mayından M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və 
Ədəbiyyatı  İnstitutunun (indiki BSU) pedaqogika kafedrasında la-
borant işləməyə başladım. Bütün bu deyilənlər sonradan Nizaminin 
sovet ədəbiyyatı, Yaşarın (Yaşar Alxasov - hazırda pedaqoji elmlər 
namizədi, dosent) isə rus dilinin tədrisi metodikası üzrə aspirantura-
ya qəbul olmasına zəmin yaratdı. Mübaliğəsiz demək lazımdır ki, 
mənim, Nizaminin və Yaşarın aspiranturaya qəbul olmasının səbəb-
karı Səlahəddin oldu. Beləliklə, bir-birinə maddi və daha çox mənə-


Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
  
      
29 
vi dayaq və arxa olan yeni bir aspirant qrupu yarandı: İzzət, Hafiz, 
Baloğlan, Fərman, Səlahəddin, Nizami, Yaşar və  mən. Onu deyim 
ki, hazırda onların hamısı elmlər namizədi, dosentdirlər. 
Nizami Yuxarı  Şilyan kənd orta məktəbində  işləyə-işləyə 
1980-ci ildə imtahan verərək («Sovet ədəbiyyatı» ixtisası üzrə) mü-
sabiqə yolu ilə aspiranturaya qəbul oldu. Həqiqət naminə qeyd et-
məliyəm ki, aspiranturada oxuduğu illərdə (1980-1984) də professor 
Həbib Babayevin rəhbərliyi ilə çalışan Nizami tələbəlikdə olduğu 
kimi, yenə  də özünün fəallığı ilə seçilirdi. Bunun nəticəsində o, 
1986-cı ildə «Səməd Vurğun pyeslərinin rus tərcümələri və  səhnə 
təcəssümü» mövzusunda dissertasiya müdafiə edərək filologiya 
elmləri namizədi alimlik dərəcəsi aldı. Lakin bu müvəffəqiyyətə nə 
Nizami nə də mən də daxil olmaqla yuxarıda adlarını çəkdiyim as-
pirant yoldaşlarımız heç də asanlıqla nail olmadıq. Azərbaycanın 
paytaxtı Bakı  şəhərində, təhsil aldığımız doğma institutda olduğu-
muza baxmayaraq, o illərdə bu təhsil müəssisəsində  işləyən digər 
xalqların nümayəndələri (xüsusilə erməni müəllimlər) bizə yuxarı-
dan aşağı baxır, rus dili və ədəbiyyatı sahəsindəki elmi müvəffəqiy-
yətlərimizə  qısqanclıqla yanaşır və  hər cür süni maneələrə al atır, 
bəzi hallarda özünün «başı olmayan» azərbaycanlı müəllimləri də 
buna təhrik edirdilər. Nizaminin elmi inkişafı sovet ədəbiyyatı 
kafedrasında işləyən belə üzdəniraq alimlərin qətiyyən xoşuna 
gəlmirdi. İş o yerə gəlib çatdı ki, Nizami müəllimin kafedraya təq-
dim etdiyi namizədlik dissertasiyasının ilkin müzakirəsində qonaq 
qismində iştirak edən Həmid Abbasov çıxış edərək azərbaycanlı ba-
lalarına göstərilən belə ögey və  qərəzli münasibətə son qoymağın 
vaxtı gəlib çatdığını onların nəzərinə çatdırdı. 
Yaxşı yadımdadır. 1984-cü ildə əyani aspiranturanı bitirən Ni-
zamiyə sovet ədəbiyyatı kafedrasında sıravi laborant işləməsi belə 
çox böyük məhrumiyyətlər və mənəvi sarsıntılar hesabına başa gəl-
di. Halbuki qaydalara görə, o, bu kafedraya təyinatla göndərilməliy-
di. İş o yerə çatmışdı ki, hətta institutun o vaxtkı rektoru Fəridə Sul-
tanzadə bir neçə  dəfə  mənə (onda pedaqogika kafedrasında baş 
laborant işləyirdim) Nizamidən uzaq gəzməyi tövsiyə etmişdi. Bir 
Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
30
dəfə iş gününün axırında növbəti dəfə rektor mənə oxşar məsləhət 
verib uzaqlaşmaq istəyəndə, mən, “Bağışlayın bir dəqiqə olar,” – 
deyə onu saxladım və dedim: “Fəridə xanım, siz bu sözü mənə ne-
çənci dəfədir deyirsiniz. Əvvəla, sizə Nizami haqqında çox yanlış 
məlumat veriblər. Biz bir qrupda oxumuşuq, 4 il bir yerdə qalmışıq, 
onu yaxşı tanıyıram. O, çox qabiliyyətli, savadlı və mədəni oğlan-
dır. İkincisi, nəzərinizə çatdırıram ki, kimsə instituta hər yeni rektor 
gələndə onun təkidi ilə bəlkə də həyat yoldaşını dəyişməyə razı olar. 
Amma mən dostumdan keçən deyiləm. Xahiş edirəm, bir də mənə 
belə söz deməyin”. Bu söhbətin şahidi olan Eldar Zeynalov (institut 
həmkarlar komitəsinin sədri) və  İnqilab  Əliyev (institut ilk partiya 
təşkilatının katibi) çox mütəəssir oldular və narazılıqla başlarını bu-
layıb uzaqlaşdılar. Səhəri gün Eldar müəllim bütün instituta danış-
mışdı ki, Heydər əsl kişi kimi hərəkət etdi. Mən isə sadəcə dostluq 
vəzifəmi yerinə yetirmişdim. 
Nizami 1984-cü ildən Bakı Slavyan Universitetində (keçmiş 
M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və  Ədəbiyyatı 
İnstitutu) çalışaraq laborantlıqdan professora qədər çətin, lakin şə-
rəfli elmi-pedaqoji yol keçmişdir. 
Göstərilən dövrdən «XX əsr rus ədəbiyyatı», «Türk xalqları 
ədəbiyyatı», «Azərbaycan ədəbiyyatı» fənlərindən rus və Azərbay-
can bölmələrində mühazirələr oxuyur, kurs işləri, buraxılış  işləri, 
magistr, namizədlik dissertasiyalarına rəhbərlik etmiş və etməkdədir. 
1990-1992-ci illərdə doktoranturada olmuş «XX əsr rus poezi-
yası Azərbaycan tərcümələrində» mövzusunda doktorluq dissertasi-
yası üzərində  işləmiş, 1992-ci ildə doktorantura müddəti başa çat-
mazdan öncə onu müvəffəqiyyətlə müdafiə edərək filologiya elmlə-
ri doktoru alimlik dərəcəsini almışdır. 
1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında 
Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor diplomu ve-
rilmiş  və Bakı Slavyan Universitetinin professoru vəzifəsinə seçil-
mişdir. 
1995-1997-ci illərdə Bakı  Qızlar Universitetində  (əvvəllər 
Bakı Ali Pedaqoji Qızlar Seminariyası) «Azərbaycan dili və 


Yüklə 6,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə