Microsoft Word Bir omrun rapsodiyasi doc



Yüklə 6,25 Kb.
Pdf görüntüsü
səhifə5/57
tarix25.06.2018
ölçüsü6,25 Kb.
#51337
1   2   3   4   5   6   7   8   9   ...   57

Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
  
      
19 
ikincisi, cəsarətlə qeyd edə bilərəm ki, onu ən yaxşı tanıyanlardan 
biri mənəm; üçüncüsü Nizami müəllim haqqında ətraflı danışmağın 
əsl məqamı gəlib çatmışdır. 
40 illik tanışlıq, yoldaşlıq və dostluq təcrübəsi... Dərindən, 
hərtərəfli və məntiqlə düşünəndə bunun nə demək olduğunu dərk və 
təsəvvür etmək çətin deyil. Məslək, əqidə, ideya birliyi, həyat tərzi 
(«Taylı tayını tapmasa, günü ah-vayla keçər», «Dost dosta tən gə-
rək, tən olmasa gen gərək») və  şəxsi keyfiyyətlərdəki oxşarlıq 
(«Dostlar iki can bir qəlb olur», «Sidq ilə dost olanlar ürəkdən də 
bir gərək»); həyatın bizə qismət etdiyi maddi və mənəvi çətinliklərə 
sinə gərmək («Yaxşı dost pis gündə məlum olar»); bilik, savad, təh-
sil uğrunda və elmi yaradıcılıq yolunda, pedaqoji fəaliyyətdə fəda-
karlıq: süni maneələri aradan qaldırmaqla özünü təsdiq etmək, var 
qüvvəni toplayıb əslində nəyə qadir olduğunu göstərmək məcburiy-
yəti; yoldaşlığa, dostluğa, qardaşlığa və doğmalığa sonsuz sədaqət 
(«Yaxşı dostunu pis gündə sına», «Yaxşı yoldaş yaman gündə tanı-
nar»); qarşılıqlı hörmət, ehtiram, məhəbbət və s. və i.a. Görünür, 
atalar bütün bunları  nəzərə alaraq müdrik kəlamlar söyləmişlər: 
«Dostunu göstər, sənin kim olduğunu deyim», «Yaxşı dost qardaş-
dan irəlidir», «Yaxşı dost böyük xəzinədir», «Yaxşı dost adamı bay 
(bəy) edər, pis dost adamı zay edər». 
Ömür – bir karvan yolu... Bu yolda əqidəsi, həyat amalı, məs-
ləki, dünyagörüşü oxşar insanların bir-birinə rast gəlməsi də Allahın 
bir qisməti, alın yazısıdır... Axı, yaşından, cinsindən, irqindən, mil-
liyyətindən, vəzifəsindən, fəaliyyət sahəsindən, peşəsindən və s. ası-
lı olmayaraq bir bölgənin, bir rayonun, bir qəsəbənin adamları, bə-
zən isə  hətta müəyyən qohumluqları çatan adamlar belə bir-birilə 
ömür boyu rastlaşmırlar. Filosoflar əbəs yerə demirlər ki, zərurət tə-
sadüfdən doğur... 
...1971-ci ilin yayında sənədlərimi Azərbaycan Pedaqoji Dil-
lər İnstitutunun /sonradan, əgər səhv etmirəmsə, 1972-ci ildə bu təh-
sil müəssisəsinin bazasında iki müstəqil alı məktəb - SSRİ-nin 50 il-
liyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu /indiki Azər-
baycan Dillər Universiteti/ və M.F.Axundov adına Azərbaycan Pe-
Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
20
daqoji Rus Dili və  Ədəbiyyatı  İnstitutu /indiki Bakı Slavyan Uni-
versiteti/ rus dili və  ədəbiyyatı fakültəsinə vermişdim. Müəyyən 
məlumatlar  əldə etmək, imtahan veriləcək fənlərdən nəyisə öyrən-
mək məqsədilə tez-tez ora gedir və institutun həyətinə toplaşan abi-
turiyentlərlə sual-cavab, müzakirə və mübahisələr edərdik. Bu mü-
bahisələrdə mənim diqqətimi iki nəfər daha çox cəlb edirdi: Nizami 
və Səlahəddin. Nizami özünün birmənalı, qətiyyətli, inamlı cavabla-
rı və mübahisələri, Səlahəddin isə incəliklərə. xırdalıqlara daha çox 
aludə olması  və özünü bu sahədə daha təcrübəli göstərməyə çalış-
ması ilə (sonradan məlum oldu ki, o, pedaqoji məktəbi bitirib) fərq-
lənirdilər. Yavaş-yavaş hal-əhval tutmağa, biri-birimizi tanımağa, 
bir-birimizə isnişməyə və hətta gələcək üçün planlar qurmağa başla-
dıq. İmtahandan-imtahana keçdikcə biri-birimizin uğurlarına sevinir 
və növbəti imtahan ətrafında sual-cavablar edirdik. Nəhayət, bütün 
imtahanlardan müvəffəq qiymət alıb instituta daxil olduq və xoş tə-
sadüfdən üçümüz də 120-ci qrupa düşdük (ikinci kursdan başlaya-
raq bu qrup 219, 319, 419 adlandı). Qrupumuzdakı oğlanlı-qızlı tə-
ləbələrin hamısının maddi və ictimai vəziyyəti, demək olar ki, eyni 
idi. Hamısı da rayon və  kənd məktəblərinin məzunları. Oğlanların 
əksəriyyəti ordu sıralarında qulluq etmiş, bərkə-boşa düşmüş, mü-
əyyən çətinliklərlə rastlaşmış uşaqlar olduğundan həyatı yaxşı başa 
düşür və özlərini təcrübəli adam kimi aparırdılar. Maddi və ictimai 
vəziyyətin oxşarlığı bizi bir-birimizə çox tez isinişdirdi. Yoldaşları-
mız Ağaisanı qrup nümayəndəsi, Nizamini qrup həmkarlar, məni isə 
qrup komsomol təşkilatının katibi seçdilər. Bizim hər üçümüz kom-
munist partiyasının üzvü idik və həqiqət naminə demək lazımdır ki, 
o vaxt belə  tələbələrə xüsusi rəğbət bəslənilir, hörmət və etiramla 
yanaşılırdı. 
Nizaminin təhsildə  və ictimai işlərdəki fəallığı bizi daha da 
yaxınlaşdırdı. Mənim təklifimlə hər ikimiz əmim oğlu Məmmədəli-
nin Vorovskidəki (indiki M.Ə.Rəsulzadə qəsəbəsi) evində yaşama-
ğa başladıq və dörd ilə yaxın, yəni institutu qurtarana qədər burada 
qaldıq. Həqiqət naminə demək lazımdır ki, xasiyyətlərimiz ya oxşar, 
ya da bir-birini tamamlayırdı. Hər ikimiz təhsildə xüsusi fəallıq nü-


Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
  
      
21 
mayiş etdirir, hər ikimiz idmana xüsusi maraq göstərir (Nizami sər-
bəst güləş, mən isə boks bölməsində məşğul olurduq), sağlam həyat 
tərzi keçirir, gün rejiminə ciddi əməl edir, xoşagəlməz hərəkətlərdən 
çox uzaq gəzərdik. Seminar dərsləri ərəfəsində bütün digər tədbirlər 
təxirə salınar, baş-başa verib ya kitabxanada tövsiyə olunan mənbə-
ləri konspektləşdirər, ya da evdə bir neçə mənbədən istifadə etməklə 
birlikdə (çox vaxt Əyyub da bizə qoşulardı) hazırlaşardıq. Düzünü 
deyim ki, bu sahədə liderlik Nizamiyə  məxsus idi. Məndə indinin 
özündə də ataların dediyinin əksinə olaraq bu gün görülməsi vacib 
olan işləri sabaha saxlamaq xüsusiyyəti var. Nizami isə,  əksinə, 
dərslərə aid nəzərdə tutduğumuz planları vaxtında yerinə yetirməyə 
sövq edir və bəzən də nəyin bahasına olur-olsun yarı xoş, yarı zorla 
bizi buna vadar edirdi. Bunun nəticəsində dərslərə çox ciddi hazırla-
şar, həm seminar və həm də mühazirələrdə xüsusi fəallıq göstərər-
dik. İmtahanlara isə mənim indiyə qədər təcrübədə rast gəlmədiyim 
üsulla hazırlaşardıq. Yenə də Nizaminin təşəbbüsü ilə sualları mü-
vafiq günlərə bölər, əvvəlcə onların mühazirə dəftərlərində və müx-
təlif kitablarda (biz kitabxanadan bilərəkdən müxtəlif müəlliflərin 
kitablarını götürərdik) səhifələri dəqiq göstərilməklə yerlərini mü-
əyyənləşdirər və bir dəfə səthi oxuyardıq. Sonrakı günlər isə növbə 
ilə hər birimiz sualları ucadan çox dərindən və əhatəli oxuyar, digər-
lərimiz isə diqqətlə qulaq asar, fikir mübadiləsi edər, sual ətrafında 
danışar, nəhayət, konkret suala nədən başlamaq lazım olduğunu də-
qiq müəyyənləşdirərdik ki, imtahanda buna vaxt sərf etməyək.  Ən 
əsası isə nəzərdə tutulan sualları hazırlamayınca Nizaminin bizdən 
əl çəkməməsi idi. Hadisələri qabaqlayıb səmimi etiraf edirəm ki, 
institutu fərqlənmə diplomu ilə bitirməyimə görə dostumun bu inad-
karlığına borcluyam. 
Bəzən kəskin elmi mübahisələrimiz düşərdi. Belə hallarda im-
tahan gününü gözləməyə  səbrimiz çatmazdı:  ərinmədən, tənbəllik 
etmədən paltarlarımızı dəyişib instituta yollanar və müəllimlərimiz-
lə söhbət əsnasında mübahisə predmetinə aydınlıq gətirər, bəzən də 
həddimizi aşıb onlarla da mübahisəyə girişərdik. Müəllimlərimiz isə 
əsl pedaqoji takt, ustalıq məharəti, təmkinlik nümayiş etdirər və bi-
Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
22
zim çılğınlığımıza təbii baxardılar. İmtahana bir-iki gün qalmış qrup 
yoldaşlarımızla bir yerə toplaşar, sualları bir-bir danışar, onlara əla-
vələr edər, zəif oxuyanları danışdırar (məqsədimiz qrupumuzdakı 
tələbələrin hamısının təqaüd almasına nail olmaq idi), başa düşmə-
diklərini dəfələrlə aydınlaşdırardıq. Bütün bunların sayəsində ən çə-
tin imtahanlardan belə qrupumuzun tələbələri üzü ağ çıxar, həm öz-
lərini, həm də müəllimlərini sevindirərdilər. Hər semestr qrupda 8-
12, bəzən də 15 əlaçı, zərbəçi olardı. Bir çox hallarda müəllimləri-
miz bu tələbələrə onların seminar və mühazirədəki fəallığını nəzərə 
alaraq mexaniki, yəni soruşmadan əla qiymət yazardılar. 
Yaxşı yadımdadır, fəlsəfədən imtahana gəlmişdik. Müəllimi-
miz fəlsəfə elmləri doktoru, professor Sabir Daşdəmirov (indi o, 
Azərbaycan Dillər Universitetində çalışır) 5-6 nəfərin zaçot kitabça-
sını yığıb soruşmadan əla qiymət yazmaq istəyəndə, Nizami ondan 
soruşub qiymət yazmasını təkid etdi. Sabir müəllim isə yarı zarafat-
la – ay bala, beşdən yüksək qiymət var, siz məndən nə istəyirsiniz? 
– dedi. Şahidi olduğum bir epizodu da qeyd etmək istəyirəm. Rus 
ədəbiyyatından imtahan verirdik. İmtahan götürən dosent Mstislav 
İvanoviç Şatalin Nizamiyə və bir neçə nəfərə əla qiymət yazandan 
sonra sözarası dedi ki, sizin qiymətiniz həqiqi beş deyil (bəlkə də, 
azərbaycanlı balalarının elmə belə ciddi münasibət göstərməsinə 
qısqanclıqla yanaşdığından belə deyirdi). Nizami həmişəki kimi öz 
prinsipiallığını göstərərək ona etirazını bildirdi ki, əgər icazə verirsi-
nizsə, istəyirsinizsə biz o biletlərin hamısına 1-dən 120-yə qədər fi-
kirləşmədən cavab verə bilərik. Halal qiymətimizi yazın, bizə min-
nət qoymayın. 35 - 40 il keçməsinə baxmayaraq bizə  dərs deyən 
müəllimlər indi də bu qrupun təhsildəki və institutun ictimai həya-
tındakı  fəallığını çox yaxşı xatırlayırlar. Yeri gəlmişkən, bizə çox 
savadlı, öz ixtisasını dərindən bilən, ən ali insani keyfiyyətlərə malik 
olan, tələbələrinə çox doğma münasibət bəsləyən müəllimlər dərs 
deyirdilər: Məmməd Qocayev, Həbib Babayev (Allah rəhmət elə-
sin), Atamoğlan Həsənov, Həmid Abbasov, Aleksandr Svariçevski, 
Sabir Daşdəmirov, Zemfira Mehdizadə, Bela Axundova, Boris 
Vaysman, Bela Musayeva, dünyasını vaxtsız dəyişmiş Mayya 


Yüklə 6,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə