Microsoft Word Bir omrun rapsodiyasi doc



Yüklə 6,25 Kb.
Pdf görüntüsü
səhifə57/57
tarix25.06.2018
ölçüsü6,25 Kb.
#51337
1   ...   49   50   51   52   53   54   55   56   57

Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
  
      
235
versiteti Pedaqogika kafedrasının dosentidir) ilk gündən dostlaşdıq 
və bir yerdə yaşadıq. Çox mehriban idik. Qrupumuzun və potoku-
muzun uşaqları çətinliyə düşdükdə bizə müraciət edirdilər. Bizə çox 
güvənirdilər. Təfəkkürümüzə, çevikliyimizə həsəd aparırdılar. Biz də 
onlara rəğbətlə yanaşır və hər birinə lazımi köməklik göstərirdik… 
Hamı kimi bizim də sevgi macəralarımız olurdu. Mənim ali 
məktəb dövründə olan məhəbbət hisslərim sonda heç də müvəffə-
qiyyətlə başa çatmadı. Səbəbkar kim oldu bilirəm. Amma bunu heç 
kimə deməyəcəm… 
Beləcə illər keçdi. İnstitutu başa vurdum. Elmi Şura məni ins-
titutda saxlamaq istədi. Atamsa hələ ki kəndə qayıtmaq haqda qərar 
verdi. Atam Allahım idi. Sözündən çıxmağa cürət edə bilməzdim. 
Kəndə döndüm. Rus dili və  ədəbiyyatı müəllimi işlədim. Rayonda 
gözləmədiyim (əslində gözlədiyim) nüfuz sahibi oldum. Burada iş-
ləyə-işləyə institutda olduğu kimi dövrü mətbuatda şeirlərimlə, ya-
zılarımla çıxış elədim, bəzən elmi-metodik məqalələr də yazdım, 
konfranslarda çıxış etdim. Hamı məntiqimə, təfəkkürümə, işgüzarlı-
ğıma qibtə edirdi. Mənsə pərvazlanırdım. Amma xoşbəxtliyim uzun 
sürmədi. Atam dünyasını  dəyişdi… Qanadı  qırılmış quş kimi yerə 
çırpıldım. Atamın vəfatı anamı, qardaş-bacılarımı çox sındırdı. Özü-
mü itirdim. Müvazinətimi bərpa etməyə çalışdım. Kədərə qalib gəl-
məyə üstünlük verdim…  
M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və  Ədə-
biyyatı  İnstitutundan mənim aspiranturaya daxil olmağımla bağlı 
tez-tez təkliflər gəlirdi. Təkliflərin  əksəriyyəti rus sovet ədəbiyyatı 
kafedrasının müdiri prof.H.B.Babayev tərəfindən daxil olurdu. 
Mənsə artıq ailə həyatı qurmuşdum, iki övladım dünyaya gəlmişdi. 
Kənddə  həyət salmışdım, ev tikmişdim. Belə bir vəziyyətdə oranı 
atıb gəlmək də asan deyildi. Amma hadisələr sürətlə inkişaf etdi. 
Nəhayət mütləq Bakıya gəlmək, aspiranturaya daxil olmaq qərarın-
da bulundum. İnstitutun o vaxtkı rektoru dos.F.Sultanzadə Stepana-
kert Pedaqoji İnstitutu «Rus ədəbiyyatı» kafedrasının müdiri işləyən 
bir ermənini mənimçün konkurent etdi. Həbib müəllimsə  mənə: 
«Belə şeylərə fikir vermə, işinlə məşğul ol», - desə də, mən hələ də 
Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
236
mahiyyətin bu qədər üzdə olduğunu dərk etmirdim. Erməni imta-
handa ona düşən sualları bilməsə də, mən ona kömək etdim. Mənə 
də, ona da «5» qiymət qoydular.  
Rektorun təkidi ilə onu aspiranturaya qəbul etdilər, mənsə 
kənarda qaldım. Problem yaşamağa başladım. Pərt olmuşdum. 
Aspirantura cəhdim uğursuzluğa düçar olmuşdu. Həbib müəllimlə 
məsləhətləşdik. O vaxtkı Azərbaycan Təhsil naziri Q.H.Əliyevə əri-
zə ilə müraciət etdim. Ərizəyə müsbət cavab verildi. Mənə də aspi-
rant olmaq nəsib oldu. Az keçməmiş qiyabi şöbədən əyaniyə keçi-
rildim. Əyani şöbəyə keçməyimlə yenə də Fəridə Sultanzadənin tə-
nəsinə tuş gəldim. O, hər vəchlə mən mane olurdu. 1984-cu ildə, bu 
qədər üzüntülü məqamlara baxmayaraq, sentyabr ayında disserta-
siya işimi müzakirəyə təqdim etdim, müsbət qiymətləndirildi. Onu 
müdafiəyə təqdim etməyi lazım bildilər. F.Sultanzadə bundan xəbər 
tutdu, məni kabinetinə çağırtdırdı. Dissertasiya ilə birgə. Mənimlə 
acıqlı, qoyma-qışqırla danışaraq, dissertasiyanı alıb seyfinə atdı və 
dedi: «Həbib müəllimlə Siz məni aldatmısız. Mən nə qədər varam
Sən müdafiə görməyəcəksən». 
Ailəm çətinliklərlə üzləşmişdi. Bu arada ailəmizdə bir uşaqda 
dünyaya gəlmişdi. Bakıya köçmüşdük. Sarsıntılı günlər indi mənim 
daha çox həmdəmim olurdu. Düşdüyüm vəziyyətə görə  çətinliklər 
məngənəsində sıxılırdım. Daxili əzabların təsiri get-gedə güclənirdi. 
Yenə də vəziyyətimi mahiyyətcə anlayan elmi rəhbərim, təmənnasız 
insan professor Həbib Babayev oldu. Dissertasiyam Fəridə Sultan-
zadənin seyfində dustaqlıq həyatını heç bir cinayət məsuliyyəti 
olmadan yaşamaqda davam edirdi... 
1986-cı ilin sentyabrının ortaları idi. Rektor tələbə  qəbulu 
kampaniyasını başa vurub Soçiyə istirahətə gedəsi oldu. Onu Tədris 
işləri üzrə prorektor işləyən prof.Ə.Ə.Əliyev  əvəz edirdi. Həbib 
müəllim məni yanına  dəvət edib dedi: «Sultanzadə buralarda deyil. 
Get  Əkrəm müəllimə de ki, mənim dissertasiyam rektorun 
seyfindədir. Xahiş edirəm, onu verin. Al, götür gəl. Əgər verməsə, 
heç nə demə. Nəticəni mənə bildir». Deyilən kimi də etdim. Əkrəm 
müəllim seyfi açıb dissertasiyamı mənə verdi. Mən sevincək disser-


Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
  
      
237
tasiya ilə  Həbib müəllimin yanına döndüm. Elə o andaca mənə 
«Dur gedək», - dedi. Həbib müəllimin təkidi ilə taksiyə minərək 
(pulu həmişə o verirdi) V.İ.Lenin adına Azərbaycan Dövlət Peda-
qoji  İnstitutunun rektoru prof.Afad Qurbanovun qəbuluna gəldik. 
Afad müəllim bizi böyük hörmətlə qarşıladı. Dissertasiyanın 
müdafiə edilməsi üçün köməklik edəcəyini bildirdi. Tez bir 
zamanda bütün texniki məsələlər həll edildi. 24 oktyabr 1986-cı ildə 
Müdafiə  Şurası  yığıldı.  İşin geniş müzakirəsi aparıldı. Yekdilliklə 
səs verildi. Mən namizəd oldum. Çox sevindim. Həbib müəllim də 
çox sevinirdi. Sanki müdafiəni mən yox, o, etmişdi. Çılğın, təvazö-
kar, humanist, büllur kimi saf uşaq təbiəti vardı  Həbib müəllimin. 
Qəbri nurla dolsun onun. Əsil millət təəssübkeşi, elm fədaisi idi Hə-
bib müəllim. Onun ədəbi əlaqələr və ədəbi-nəzəri fikir tariximizdə 
müstəsna yeri var. Həbib müəllimin nəzəri irsi layiqincə qiymətini 
bu günə qədər də almayıb. Yəqin bu gec-tez baş verəcək…  
Həbib müəllimin zəfərli addımları davam edirdi. O, mənim 
doktoranturaya getməyimi məsləhət bildi. Doktorant oldum. Dokto-
rantura müddəti başa çatmazdan öncə müvəffəqiyyətlə dissertasiya 
müdafiə etdim, doktor, professor oldum… Hər şey bir anlıq adiləş-
di, lakin bir şey getdikcə ağırlaşır, mürəkkəbləşirdi. Hər an, hər də-
qiqə mütaliəyə, yetkinləşməyə can atmağa daha çox ehtiyac duyur-
dum. Bildiyimdən, bacardığımdan yazdım, yaratdım. Ona qədər 
monoqrafiya, dərslik, dərs vəsaiti, bir neçə proqramlar hazırladım. 
Kurs işi, magistr və namizədlik dissertasiyalarına rəhbərlik etdim, 
opponent oldum, çoxsaylı proqram, dərslik, dərs vəsaiti, metodik 
göstərişlər, kitab və monoqrafiyaların elmi redaktoru oldum. Mötə-
bər simpoziumlarda, beynəlxalq konfranslarda məruzələr və çıxışlar 
etdim. Paralel olaraq folklor, türk xalqları ədəbiyyatı, komparativis-
tika, müasir ədəbi proseslə, pedaqoji fəaliyyətlə məşğul oldum.  
Elmi-nəzəri yaradıcılığımda «Poetik tərcümə», «Qaraqalpaq 
ədəbiyyatı», «Nəsri axarı: zaman və  məkan konteksti» və s kimi 
sanballı kitablarım elmi-pedaqoji ictimaiyyət tərəfindən isti qarşı-
landı. Bunlar mənə yaradıcılıq stimulu verir, yeni proyekt və kon-
sepsiyaların ortaya qoyulmasına zəmin yaradırdı. Türk epik təfək-
Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
238
kürünə, folklor düşüncəsinə müraciət etdim. «Qaraqalpaq xalq na-
ğılları» və qazax xalq qəhrəmanlıq eposu «Koblandı-batır»ı dilimizə 
çevirdim. 
Ailə  həyatında dəyişikliklər baş verdi. Uşaqlarımın ailə qur-
ması, nəvələrimin dünyaya gəlməsi ömrümə-günümə nur çiləyirdi. 
İndi «Yaşamağa dəyər» haqqında daha çox fikirləşirəm. 
Ömrümə, günümə yazılan dəqiqələri, anları XX əsrin 70-ci 
illərindən ipə-sapa düzməyə başladım.  İki  şeirlər və poemalar – 
«Axtaracaqsan məni» və «Bəlkə dünya öz yolunu çaşıbdı» kitabları 
ilə poeziyasevərlərlə görüşə gəldim. Şeirlərimdən bəzilərinə nəğmə-
lər qoşuldu. Bir sıra şeirlərim, o cümlədən iki poemam «İgid ana ilə 
qorxaq övladın dastanı» və «Azərbaycanım» rus oxucularına təqdim 
edildi.  
İndi mənim iki hobbim var – araşdırmalar və bir də şirin-şəkər 
nəvələr – Mələk, Gülşən və iki Əlilər, mənimçün İgidlər, Dəlilər… 
Mən kitablarla və  nəvələrlə yaşayıram. Onlar mənim gələcəyimə 
ümidlərimi çin edənlərdir…  
Mən burada həyatımın kiçik fraqmentini verdim. Onun daha 
geniş  və çeşidli naxışları yazdığım elmi-nəzəri kitablarımda, folk-
lor-etnoqrafik araşdırmalarımda və essemdə öz əksini tapmışdır. 
Mənim getdiyim yol etnik soy-kökümdən türkün özünəqayıdış  və 
özünüdərkini «həzm» etməkdən ibarətdir. Türkün dostu çox olsa da, 
onun müxtəlif qövmlərdən olanlarının bir-birinə yaxınlaşmasına na-
il olmağa çalışmalıyıq. Bütün səylərimiz buna istiqamətlidir. Bu iş-
lərin yerinə yetirilməsində Allahın sevgisini hiss edirəm. Allah bu 
hissləri, bu istəkləri həyata keçirməyi bizə çox görməsin… 
İndi 2010-cu ildir. Bahar bayramı… Yazın bayramı…  İlin 
bayramı… Təzəliyin bayramı... Elə mən də bahar zamanı dünyaya 
gəlmişəm. Ondan sonra yay gəlir. Hələ  qışa çox var… Dünyanın 
quyruğu uzundur… Allah köməyimiz olsun. Amin!... 
 
Bahar bayramı, 2010 
 


Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
  
      
239
MÜNDƏRİCAT 
 
I BÖLMƏ 
NİZAMİ TAĞISOYUN HƏYAT VƏ FƏALİYYƏTİNİN 
FRAQMENTLƏRİ 
Nizami Tağısoy...........................................................................................3 
Nizami Taqisoy...........................................................................................7 
Nizami Taghisoy ..........................................................................................11 
II BÖLMƏ 
NİZAMİ TAĞISOYUN HƏYAT VƏ YARADICILIQ  
BİOQRAFİYASI 
Heydər Cəfərov 
SƏDAQƏTLİ DOST, LAYİQLİ ŞƏXSİYYƏT, SƏLAHİYYƏTLİ  
ALİM ........................................................................................................18 
III BÖLMƏ 
ALİMLƏR, YAZIÇILAR, ŞAİRLƏR, JURNALİSTLƏR, 
ZİYALILAR, DOSTLAR VƏ QARDAŞLAR NİZAMİ TAĞISOY 
HAQQINDA 
Ağarəhim Rəhimov 
60 İLİN HƏNDƏVƏRİNDƏ VƏ YA QOŞA TALELƏR.......................34 
Hüseyn Əhmədov 
GƏRGİN ZƏHMƏTİN BƏHRƏSİ..........................................................40 
Abid Tahirli 
PORTRETDƏN ŞTRİXLƏR ...................................................................46 
Məmməd Qocayev 
NİZAMİ TAĞISOY HAQQINDA MÜƏLLİM SÖZÜ ...........................53 
Atamoğlan Həsənov 
TƏLƏBƏM HAQQINDA ƏN XOŞ XATİRƏLƏR ................................56 
Asif Hacıyev 
AXTARDIĞIMIZ İNSAN: PROFESSOR NİZAMİ TAĞISOY .............58 
Eldar Abbaszadə 
DÜŞÜNDÜRMƏYİ BACARAN ZİYALI...............................................61 
Bədirxan Əhmədov 
BÜLLUR KİMİ SAF İNSAN...................................................................63 
Telman Vəlixanlı 
TEZ-TEZ SƏSLƏNƏN İMZA – NİZAMİ TAĞISOY............................68 
İbrahim Bayramov 
XEYRÜL-ƏMƏL SAHİBİ.......................................................................71 
Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
240
Hacı İsmayıl Məmmədov 
ŞİRVANIN BÖYÜK ALİMİ ...................................................................73 
Səlahəddin Süleymanov 
ALTMIŞ YAŞIN İŞIĞINDA ...................................................................75 
İramin İsayev 
SOYKÖKDƏN GƏLƏN SƏSLƏR..........................................................80 
Ənvər Əhməd 
DOSTUM, PROFESSOR NİZAMİ TAĞISOYUN 60 İLLİYİNƏ..........84 
Rüstəm Kamal 
ÜRƏYİ ÜZÜNDƏ DÖYÜNƏN ALİM .................................................. 83 
Elçin Hüseynbəyli 
NİZAMİ TAĞISOY ƏRKİ ..................................................................... 86 
Əşar Alxasov 
TRUJENİK NAUKİ .................................................................................92 
Malik Əliyev 
İLLƏRİN SINAĞINDAN ÇIXMIŞ DOSTUM ...................................... 92 
İslam Sadıq 
BULAQ SUYU – OXUCU HƏSRƏTİ ....................................................99 
Həsən Bayramoğlu 
MÜNASİBƏTİNDƏ DƏYİŞMƏZ ZİYALI ..........................................101 
Müseyib İlyasov 
OLDUĞU KİMİ GÖRÜNƏN NİZAMİ.................................................106  
Əkbər Əbdülov 
YAXŞI İNSAN, YAXŞI ALİM, YAXŞI DOST....................................109 
Müslüm Nəzərov 
ALİMİN  ŞƏRƏFLİ HƏYAT YOLU ....................................................112 
Səfər Kəlbixanlı                                                                
MÜƏLLİMİM VƏ DOSTUM NİZAMİ TAĞISOY..............................
115 
İslam Ağakərimov 
ZƏHMƏTKEŞ ALİM, SADİQ DOSTUM HAQQINDA......................118 
Şamxəlil Məmmədov 
YURD YERİNƏ BAĞLI İNSAN ..........................................................121 
Sevinc Əliyeva 
GÖZƏL İNSAN, BÖYÜK ALİM ..........................................................124 
Vaqif Həsənov, İlahə Həsənova 
NİZAMİ TAĞISOY CƏSARƏTİ ..........................................................126  
 


Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
  
      
241
Kəminə Həvilqızı 
İNSANLIQ MÜCƏSSƏMƏSİ ...............................................................128 
Mərziyyə Nəcəfova 
VƏTƏN DƏRDİNƏ KÖKLƏNƏN ŞEİRLƏR......................................131 
Pərvanə Həbib qızı 
DAİM YARATMAĞA VƏ HAMIYA GƏRƏK 
OLMAĞA ÇALIŞAN İNSAN ...............................................................137 
Fərrux Məmmədov 
ZƏHMƏTİN BƏHRƏSİ, KAMİLLİYİN ZİRVƏSİ..............................139 
Leyla Gərayzadə .....................................................................................143 
Glğmira Baxtiərova 
JİZNĞ, OTDANNAƏ NAUKE İ LİTERATURE..................................145 
Fəxrəddin Meydanlı  
ŞƏSTLƏ, SƏXAVƏTLƏ XƏRCLƏNƏN ÖMÜR................................149 
İşıqlı Atalı 
ULUSAL RUHA YİYƏLİK YOLUNDA..............................................160 
Kərəm Kürqıraxlı                                                                                 
PİRDİ NİZAMİ.......................................................................................158 
Məhərrəm Səfərov 
DOSTCANLI, AÇIQÜRƏKLİ HƏMYERLİM .....................................164 
Zərifə Ağahüseyn qızı 
TANRIYA YAXIN ADAM ...................................................................166 
Günel Natiq 
XALQIN İRSİNƏ BÖYÜK SEVGİYLƏ ..............................................169 
Tahir Tahirov 
MƏNƏVİYYATINA, HƏYATINA, MÜDRİKLİYİNƏ  VURĞUN 
OLDUĞUM İNSAN...............................................................................171 
Hacı Elşad Mirzəyev 
DƏYƏRLİ DOSTUMUZ NİZAMİ MÜƏLLİM....................................177 
Aydın Ağayev 
MƏN NİZAMİ TAĞISOYU DAHA ÇOX TARİXÇİ 
KİMİ TANIYIRAM ...............................................................................179 
Kamal Ömərov 
UŞAQLIQ XATİRƏLƏRİ .....................................................................182 
Əflatun Şərifov 
ŞİLYANLARI DÜNYAYA TANITDIRAN BÖYÜK      
HƏMYERLİM........................................................................................185 
Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
242
Elman Ömərov                                                                                              
NİZAMİ MÜƏLLİM KİMİ İNSANLARIN CƏMİYYƏTİN 
FORMALAŞMASINDA ROLU ƏVƏZSİZDİR...................................184 
Adil Əhmədov 
DƏYƏRLİ ZİYALI, SƏDAQƏTLİ DOST............................................186 
Rəfi Haqsəs Şilyanlı 
MƏN QARDAŞIMLA FƏXR EDİRƏM! .............................................188 
Zabit Məmmədov 
GENİŞ DÜNYAGÖRÜŞLÜ, DƏRİN TƏFƏKKÜR SAHİBİ 
HƏMYERLİM........................................................................................192 
Maarif Məmmədov 
MÜBALİĞƏSİZ HƏYAT NÜMUNƏSİ ...............................................198 
Abuş Bəşiroğlu 
ELİMİZİN, OBAMIZIN FƏXRİ............................................................201 
Günay Dağlı 
TAĞISOYUN SUSMASI.......................................................................204 
 
IV BÖLMƏ  
NİZAMİ MƏMMƏDOVUN “SƏMƏD VURĞUN 
PYESLƏRİNİNRUS TƏRCÜMƏLƏRİ VƏ ONLARIN            
SƏHNƏ TƏCƏSSÜMÜ ”MÖVZUSUNDA NAMİZƏDLİK 
DİSSERTASİYASI HAQQINDA RƏYLƏR .....................................207 
 
V BÖLMƏ 
NİZAMİ MƏMMƏDOVUN “XX ƏSR RUS POEZİYASININ 
AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏSİ PROBLEMLƏRİ 
(19201970)” DOKTORLUQ  DİSSERTASİYASI HAQQINDA 
RƏYLƏR ...............................................................................................209 
 
VI BÖLMƏ 
AZƏRBAYCAN ALİMLƏRİ, YAZIÇILARI, ŞAİRLƏRİ 
VƏ ZİYALILARI DÖVRÜ MƏTBUATDA NİZAMİ TAĞISOY 
HAQQINDA..........................................................................................210 
 
VII BÖLMƏ 
NİZAMİ TAĞISOYUN (NİZAMİ TAĞI OĞLU MƏMMƏDOV) 
NƏŞR OLUNMUŞ MƏQALƏLƏRİNİN NATAMAM SİYAHISI..214 
 


Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
  
      
243
 
VIII BÖLMƏ 
NİZAMİ TAĞISOY TƏRƏFİNDƏN HAZIRLANMIŞ 
PROQRAMLAR...................................................................................226 
 
IX BÖLMƏ 
NİZAMİ TAĞISOYUN PROQRAMLARA REDAKTORLUĞU     
VƏ ONLARA VERİLMİŞ  RƏYLƏRİN NATAMAM SİYAHISI..227 
 
X BÖLMƏ 
NİZAMİ TAĞISOYUN MONOQRAFİYA, 
DƏRSLİK VƏ DƏRS VƏSAİTLƏRİ .................................................228 
 
XI BÖLMƏ 
NİZAMİ TAĞISOYUN TƏRCÜMƏLƏRİ........................................228 
 
XII BÖLMƏ 
NİZAMİ TAĞISOYUN ƏDƏBİ-BƏDİİ YARADICILIĞI...............229 
 
XIII BÖLMƏ 
NİZAMİ TAĞISOYUN FİLOLOGİYA ELMLƏRİ            
NAMİZƏDİ VƏ FİLOLOGİYA ELMLƏRİ DOKTORU      
ALİMLİK DƏRƏCƏSİALMAQ ÜÇÜN TƏQDİM OLUNMUŞ            
DİSSERTASİYALARA OPPONENTLİYİ........................................230 
 
XIV BÖLMƏ 
NİZAMİ TAĞISOYUN FİLOLOGİYA                                 
ELMLƏRİ NAMİZƏDİ VƏ FİLOLOGİYA ELMLƏRİ          
DOKTORU ALİMLİK DƏRƏCƏSİ ALMAQ ÜÇÜN            
TƏQDİM OLUNMUŞ DİSSERTASİYALAR VƏ ONLARIN                  
AVTOREFERATINA VERDİYİ RƏYLƏR......................................231 
 
XV BÖLMƏ 
HƏLƏ QIŞA ÇOX QALIR…..............................................................234 
 
 
 
Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
244
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
(tərt.ed.: H.Cəfərov, Ş.Məmmədova) 
 
Bakı – Mütərcim – 2010. 


Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
  
      
245
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
************** 
 
Çapa imzalanıb: 10.07.2010. 
Format: 60x84 1/32. Qarnitur: Times. 
Ofset kağızı: əla növ. Həcmi: 15 s.ç.v. Tiraj: 200. 
Sifariş № 66 . Qiyməti müqavilə ilə. 
 
 
Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzi  
Bakı, Rəsul Rza küç., 125 
Tel./faks 596 21 44 
e-mail: mutarjim@mail.ru
 
 

Yüklə 6,25 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə