Microsoft Word Bir omrun rapsodiyasi doc



Yüklə 6,25 Kb.
Pdf görüntüsü
səhifə14/57
tarix25.06.2018
ölçüsü6,25 Kb.
#51337
1   ...   10   11   12   13   14   15   16   17   ...   57

Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
  
      
55 
Nizami Tağısoy Bakı Slavyan Universitetində “XX əsr rus 
ədəbiyyatı”, “Türk xalqları  ədəbiyyatı”, “Azərbaycan  ədəbiyyatı”, 
“Tərcümə  nəzəriyyəsi” fənlərindən həm rus, həm də Azərbaycan 
bölmələrində mühazirələr oxuyur, tələbələrin, magistrlərin, aspi-
rantların elmi işlərinə, dissertasiyalarına rəhbərlik edir, bir sıra elmi 
forumlarda, konfranslarda, namizədlik və doktorluq dissertasiyaları-
nın müdafiəsinə məzmunlu və maraqlı çıxışlar edir. İndiyədək onun 
Respublika və Beynəlxalq elmi konfranslarda bir sıra məruzələri 
dinlənilmiş, məcmuələr və qəzet səhifələrində 300-ə qədər elmi və 
publisistik məqalələri dərc olunmuşdur. 
Bir alim və pedaqoq olaraq Nizami Tağısoyun fəaliyyəti və 
tədqiqat sferası olduqca rəngarəng və genişdir. Onun yaradıcılığının 
və pedaqoji fəaliyyətinin prioritetləri sırasında tərcümə nəzəriyyəsi, 
ədəbi  əlaqələr problemi, komparativistika, türk xalqlarının etnoge-
nezi, etnoqrafiyası, folkloru, mifologiyası və yazılı ədəbiyyatı, ədə-
biyyatşünaslığın və müasir ədəbi prosesin əsas məsələlərini gös-
tərmək olar. Professor Nizami Tağısoy qaqauz, qazax, qaraqalpaq, 
Qaraçay, qırğız, Kıbrıs türkləri, özbək, xəzər və digər türk xalqları-
nın ədəbiyyatı və mədəniyyəti ilə bağlı çoxsaylı əsərlər müəllifdir. 
Nizami Tağısoy bir alim olaraq yaradıcılığının  ən məhsuldar 
dövrünü yaşayır. Mən  şəxsən ondan yeni-yeni elmi əsərlər, elmi 
nailiyyətlər gözləyirəm və ümidvaram ki, tələbəm və həmkarım bu 
arzularımı doğruldacaq, bizi özünün gələcək əsərləri ilə hələ çox se-
vindirəcəkdir. 
 
 
 
Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
56
 
 
 
             Atamoğlan Həsənov  
                      Bakı Slavyan Universiteti,  
filologiya elmləri doktoru, professor 
 
 
 
 
 
 
TƏLƏBƏM HAQQINDA ƏN XOŞ XATİRƏLƏR  
 
Düşünürəm ki, tələbələrinin gələcək elmi və pedaqoji fəaliy-
yətində uğurlarını görmək hər bir müəllim üçün ən böyük hədiyyə 
sayıla bilər. Mənim üçün də belə tələbələrdən biri Nizami Məmmə-
dovdur. O, ən ciddi və çalışqan tələbə kimi yadımda qalmışdır. Ona 
M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər  İnstitutunun I kur-
sunda oxuyarkən “Fonetika” fənnindən dərs demişəm. Bütün dərs-
lərdə hamıdan fəal, hamıdan çalışqan olduğunun  şahidi olmuşam. 
Nəzəri, praktik hazırlığı qibtə edilən idi.  
Nizami orta məktəbi Azərbaycan dilində qurtardağına 
baxmayaraq M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnsti-
tutunun rus dili və ədəbiyyatı fakültəsinin I kursunda oxuyarkən o, 
rus dilinin zənginliyinə ekskurslar edir, onu dərindən mənimsəməyə 
çalışırdı. Qısa müddət ərzində Nizami öz çalışqanlığı və bacarığı sa-
yəsində rus dili bilgilərini mükəmməl dərəcəyə çatdıra bildi. O, 
dərslərdən sonra hər gün saatlarla kitabxananın oxu zalında məşğul 
olardı.  
Nizami İnstitutda oxuduğu dövrdə mən “Müasir rus dili” ka-
fedrasının müdiri işləyirdim. Kafedramızda “Fonoloq” tələbə dərnə-
yi fəaliyyət göstərirdi və Nizami həmin dərnəyin aktiv üzvlərindən 
biri idi. Hansı məsələni müzakirə etməyimizdən asılı olmayaraq Ni-


Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
  
      
57 
zami onun haqqında öz fikir və mülahizələrini, nəzər nöqtəsini orta-
ya qoymağa çalışırdı.  
2001-ci ildə kafedramızın yaranmasının otuz illiyi ilə əlaqədar 
biz bir məcmuə hazırladıq. Kafedra ilə bağlı materiallar, şəkillər 
araşdırıldı, tapıldı. Həmin məcmuədə artıq iki onilliyə yaxın elmlər 
doktoru, professor olan Nizaminin “Fonoloq” dərnəyində müzakirə-
lərdə ciddi iştirakı ilə bağlı da şəkillər ortaya qoyuldu. Bu şəkildə 
onun müzakirə olunan məsələyə marağı yaxşı  əks olunmuşdur. 
M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və  Ədəbiyyatı 
İnstitutu 1972-ci ildə yaradılmışdır. Nizaminin o zaman bura ilə 
bağlılığı bir il öncə, yəni 1971-ci ildə baş vermişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Burada yerləşdirilmiş  şəkildə  dərnəyin bir qrup iştirakçısını 
görürsünüz, onların sırasında Nizami də vardır (yuxarı sırada soldan 
birinci). 
Fəxr edirəm ki, mənim Nizami kimi tələbəm olub. 1992-ci il-
dən o, elmlər doktoru, professordur.  
Nizamini yubiley münasibəti ilə təbrik edirəm, ona can sağlı-
ğı, səadət, elmi və pedaqoji fəaliyyətində uğurlar arzulayıram.  
Заседание кружка «Фонолог» 1973 г. 
Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
58
 
 
 
                  Asif Hacıyev 
Bakı Slavyan Universitetinin  
Tədris işləri üzrə prorektoru,  
filologiya elmləri doktoru, professor  
 
 
 
 
 
AXTARDIĞIMIZ İNSAN: PROFESSOR NİZAMİ TAĞISOY 
 
Azərbaycan elmi-pedaqoji və ədəbi mühitində öz elmi və bə-
dii əsərləri, tərcümələri, müəllimlik fəaliyyəti ilə yaxşı tanınan şəx-
siyyətlərdən olan filologiya elmləri doktoru, professor Nizami Tağı-
soy həyatını  ədəbiyyata, filologiyaya, gənclərin təlim-tərbiyəsinə 
həsr etmiş dəyərli ziyalılarımızdandır. 
Bir mütəxəssis kimi Bakı Slavyan Universitetində (keçmiş 
M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və  Ədəbiyyatı 
İnstitutu) formalaşmış, qırx ilə yaxındır zəngin  ənənələri olan bu 
təhsil ocağı ilə bağlı olan – buranın tələbəsi, laborantı, müəllimi, 
dosenti, hazırda professoru –  Nizami müəllim bütün bu illər ərzin-
də gərgin zəhmət dolu şərəfli ömür yaşamışdır. Hələ gənc yaşların-
dan  ədəbi  əlaqələrə, tərcüməşünaslıq («Səməd Vurğun pyeslərinin 
rus tərcümələri və səhnə təcəssümü», «XX əsr rus poeziyası Azər-
baycan tərcümələrində», «Poetik tərcümə» və s.) məsələlərinə ma-
raq göstərən, bu sahədə ciddi elmi əsərlər yazan Nizami müəllim 
tədricən tədqiqat obyektini genişləndirərək türk xalqları ədəbiyyatı-
na, müasir Azərbaycan və rus ədəbi prosesinə dair sanballı araşdır-
malarını elmi-ədəbi mühitə təqdim etmişdir. 
Bütövlükdə götürsək, professor Nizami Tağısoyun elmi fəa-
liyyətində  tərcümə  nəzəriyyəsi,  ədəbi  əlaqələr, komparativistika, 


Yüklə 6,25 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə