Microsoft Word Bir omrun rapsodiyasi doc



Yüklə 6,25 Kb.
Pdf görüntüsü
səhifə15/57
tarix25.06.2018
ölçüsü6,25 Kb.
#51337
1   ...   11   12   13   14   15   16   17   18   ...   57

Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
  
      
59 
türk xalqlarının epik təfəkkürü və folklor ənənələri, klassik və müa-
sir  ədəbiyyatı,  ədəbiyatşünaslığın aktual problemləri, müasir ədəbi 
proses və s. əsas tədqiqat istiqamətlərini təşkil edir. Türk xalqları 
folkloru və ədəbiyyatından tərcümələr edən, “Qaraqalpaq ədəbiyya-
tı” kimi sanballı tədqiqatın müəllifi olan Nizami müəllim bu sahədə 
həm də peşəkar pedaqoq kimi mühazirələr oxuyur, proqram və və-
saitlər tərtib edir. Eyni zamanda, Nizami Tağısoy türk xalqları folk-
lorunun Azərbaycanda yayılmasında da xüsusi xidməti olan alimlər-
dəndir - «Qaraqalpaq xalq nağılları» kitabı, qazax qəhrəmanlıq eposu 
«Koblandı-batır»ın Azərbaycan türkcəsinə çevirməsi, digər mətnlərin 
oxucularımıza çatdırılması onun bu sahədə fəaliyyətinin genişliyini 
və elmi ciddiliyini səciyyələndirir. 
Nizami müəllim çağdaş ədəbi prosesə dair bir sıra tənqidi mə-
qalələrin müəllifi kimi də  ədəbiyyatsevərlərin diqqətini cəlb etmiş 
və ədəbi mühitdə öz layiqli yerini tutmuşdur. Onun Azərbaycan və 
rus yazarlarının yaradıcılığına həsr olunmuş  ədəbi-tənqidi məqalə-
ləri, ədəbi portret və oçerkləri, analitik icmalları ədəbi mətnlərə ori-
jinal baxışı, polemik ruhu ilə seçilir və müəllifin geniş məlumat dai-
rəsindən, bədii zövqündən, tənqidçi peşəkarlığından xəbər verir. 
Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Nizami Tağısoy 
oxuculara səmimi lirik hisslərlə yoğrulmuş şeirlər müəllifi və nasir 
kimi də tanışdır. Onun iki şeirlər və poemalar kitabı – «Axtaracaq-
san məni» (Bakı, 2000), «Bəlkə dünya öz yolunu çaşıbdı» (Bakı, 
2004) və «Natiqlə qara zurnanın nağılı  və ya hər ikisinə elegiya» 
(Bakı, 2006) povesti yaradıcılığı sözün bədii zərifliyi, məna palitra-
sı, mövzu rəngarəngliyi ilə seçilən, zəngin  ədəbi  ənənələrimizdən 
qaynaqlanan, müasirliyin nəbzini tutan şair-yazıçı qələminin məhsu-
ludur. Əsərlərinin melodikliyi bəstəkarların da diqqətini cəlb etmiş, 
bəzi şeirlərinə mahnılar bəstələnmişdir. 
Nizami müəllim həm də bir çox şagird və tələbə nəslinin for-
malaşmasında rolu olmuş peşəkar müəllimlərimizdəndir. Nizami 
Tağısoy müəllim peşəsinə daxilən bağlı adamdır. – 1975-ci ildə 
keçmiş M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədə-
biyyatı  İnstitutunun Rus dili və  Ədəbiyyatı fakültəsini fərqlənmə 
Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
60
diplomu ilə bitdikdən sonra bir müddət təyinatla Ucar rayonunda  
orta məktəbdə rus dili və  ədəbiyyatı müəllimi işləmişdir. Hazırda 
Bakı Slavyan Universitetinin nüfuzlu professorlarındandır, bir çox 
fənn proqramı və dərs vəsaitinin müəllifidir. «XX əsr rus ədəbiyya-
tı», «Türk xalqları  ədəbiyyatı», «Azərbaycan  ədəbiyyatı» fənlərin-
dən rus və Azərbaycan bölmələrində mühazirələr oxuyur, kurs işləri, 
buraxılış işləri, magistr, namizədlik dissertasiyalarına rəhbərlik edir. 
Nizami müəllim həyatı boyu xalqa, el-obaya bağlı ziyalı ol-
muşdur. Folklor materiallarının toplanması ilə məşğul olur, etnoqra-
fik özəllikləri araşdırır, bu sahədə  məqalələr və kitab müəllifidir. 
Məhz xarakterindəki bu xəlqilik onun bir dost və həmkar kimi səmi-
miyyətinin, təvazökarlığının, zəhmətsevərliyinin  əsasını  təşkil et-
mişdir. Nizami müəllim  ədəbiyyata, sənətə, müəllimlik peşəsinə, 
doğma kollektivinə bağlı vətənpərvər bir ziyalı olmaqla yanaşı, gö-
zəl ailə başçısı, yaxşı dost, hamını axtarıb soraqlayan və hamının 
axtardığı qayğıkeş insandır. 
Bu gün Nizami Tağısoy həyatının müdrik çağını, fəaliyyətinin 
qaynar dövrünü yaşayır. Yaradıcılıq eşqi, yaratmaq istəyi və enerjisi 
ilə dolu əziz dostumuz, gözəl ziyalı, nüfuzlu alim və pedaqoq, hör-
mətli Nizami müəllimə uzun ömür və can sağlığı, səadət, yeni uğur-
lar arzulayır, təzə  əsərləri ilə oxucuları tezliklə sevindirəcəyinə 
əminliyimizi bildiririk. 
 
 
 


Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
  
      
61 
 
 
 
                     Eldar Abbaszadə 
Azərbaycan Dövlət Pedaqoji  
Universiteti,  professor 
  
 
 
 
 
 
DÜŞÜNDÜRMƏYİ BACARAN ZİYALI 
 
Bu gün ziyalı barədə söz demək olduqca çətindir, çünki “ziya-
lı” sözü son zamanlar ciddi deformasiyaya uğrayıb. Sözü ilə əməli 
vəhdət təşkil edən, qəlbinin, vicdanının səsinə qulaq asıb hərəkət et-
məyi bacaran ziyalılarımız o qədər də çox deyil. Bu yüksək tələblərə 
cavab verən aydınlarımızdan biri respublikanın tanınmış  ədəbiyyat-
şünası, filologiya elmləri doktoru, professor Nizami Tağısoydur. 
Qısa zaman kəsiyi olsa belə - 8 il gözəl insan, görkəmli alimlə 
birlikdə özəl ali məktəblərin birində birgə  işləmək mənə  nəsib ol-
muşdur. Ona görə də Nizami müəllim haqqında söz deməyi özümün 
mənəvi borcum hesab edirəm. 
Sanballı monoqrafiyaların, populyar dərsliklərin və maraqlı 
elmi axtarışların müəllifi olan Nizami müəllimin elmi yaradıcılığı 
ölkə ictimaiyyətinə yaxşı tanışdır. Mən onun pedaqoji fəaliyyəti və 
insani keyfiyyətlərindən danışmaq istəyirəm. Hər bir xalqın inkişafı, 
onun təhsili və mədəniyyəti ilə six bağlı olduğundan müəllimlik pe-
şəsi müqəddəs sayılır. Ona görə də bu sənəti ömür yolu seçən insan-
lar hörmətə layiqdirlər. 
Cəmiyyətdə müəllim peşəsinin, müəllim statusunun lazımi sə-
viyyədə olmadığı bir dövrdə gənc nəslin təlim-tərbiyəsi ilə məşğul 
olmaq, ona zəruri bilikləri çatdırmaq və ən başlıcası gənclərdə dü-
Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
62
şünmək qabiliyyətini oyatmaq müəllimdən cəsarət və fədakarlıq tə-
ləb edir. Bu baxımdan Nizami müəllim uzun müddətdir ki, öz peşə-
sinin vurğunu kimi pedaqoji fəaliyyətlə məşğul olur. Hər şeydən əv-
vəl o, tədris etdiyi fənni dərindən bilir, onu tələbələrinə sevdirmək 
üçün müxtəlif metodlardan bacarıqla istifadə edir. 
Azərbaycan ədəbiyyatını, rus və dünya ədəbiyyatını, eləcə də 
şərq poeziyasını mükəmməl bildiyinə görə Nizami müəllimin mü-
hazirələri olduqca maraqlı keçır. Tərcüməçilik fəaliyyətinə gəldikdə 
isə Nizami müəllim Azərbaycan, rus və türk ədəbiyyatlarının yorul-
maz təbliğatçısı olduğunu layiqincə sübut edir. O, digər türk xalqla-
rının folklor örnəklərini, klassik ədəbiyyat nümunələrini ana dilimi-
zə çevirməklə böyük ənənələri olan ədəbiyyatımızın üfüqlərini oxu-
culara ustalıqla çatdırmaqla daha da zənginləşdirir. 
Nizami müəllimin mənəvi keyfiyyətlərindən söhbət açanda 
onun sadəliyi, yüksək mədəniyyəti, mənəvi saflığı hamını heyran 
edir. 
Bütün bunların arxasında isə Nizami müəllimin daxili zəngin-
liyi, intellektual qüdrəti, dünyamıza maraqlı fərdi baxışı durur. Öm-
rünün kamillik dövrünü yaşayan istedadlı alimin amalı  vətəninə, 
xalqına, türkçülüyə, bəşəriliyə xidmət etməkdir. 
Böyük məmnunluq hissi ilə  əziz dostum Nizami müəllimi 
anadan olmasının 60 illik yubileyi münasibəti ilə  səmimi qəlbdən 
təbrik edir, ona uzun ömür, elmi-pedaqoji fəaliyyətində daha böyük 
uğurlar arzulayıram. 
 
 
 
 
 
 
 
 
 


Yüklə 6,25 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə