Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti İxtisas- turizm Bələdçiliyi Qrup- tb20 Kurs- 4 Fənn- xalq Sənətkarlığı



Yüklə 1,3 Mb.
səhifə1/3
tarix19.12.2023
ölçüsü1,3 Mb.
#150847
  1   2   3
Mehman Xalq Sənətkarlığı


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
İxtisas- Turizm Bələdçiliyi
Qrup- Tb20
Kurs- 4
Fənn- Xalq Sənətkarlığı
Müəllim- Rəfiqə Quliyeva
Tələbə- Mehman Rzayev
Milli Kişi Geyimləri
Azərbaycanın milli geyimləri uzun sürən və çox mürəkkəb inkişaf yolu keçmiş olan xalq maddi və mənəvi mədəniyyətinin nəticəsidir. Xalqın tarixi ilə möhkəm bağlı olan geyimlər, onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir. Geyimlər maddi mədəniyyətin bütün başqa ünsürlərindən daha çox xalqın milli xüsusiyyətini əks etdirməklə yanaşı, sabit etnik əlamətlər sırasına daxildir. Geyimlər etnogenez məsələlərini aydınlaşdırmaq, xalqlar arasında mədəni-tarixi əlaqə və qarşılıqlı təsir məsələlərini müəyyənləşdirmək işində yardımçı material rolunu oynamaqla xalqın həm təsərrüfat sahələrinin səviyyəsindən və həm də coğrafi şəraitdən asılıdır.
XIX-XX əsrin əvvəllərində Azərbaycan əhalisinin ənənəvi kişi geyimləri biçim üsuluna və tikiş texnikasına görə ümumazərbaycan və hətta ümumqafqaz səciyyəsi daşıyır, yalnız çox da böyük əhəmiyyəti olmayan lokal-məhəlli xüsusiyyətləri ilə seçilirdi. Ənənəvi kişi geyimləri alt (can) və üst köynəyi, dizlik, şalvar, arxalıq, can arxalığı (canlıq, içlik, cılıtqa, pambıqlı) çuxa, kürk, yapıncı, eləcə də müxtəlif formalı və adlı baş və ayaq geyimlərindən ibarət idi. XIX əsrin 80-ci illərində Cəbrayıl qəzasının kişi geyimləri haqqında məlumat verən Q.V.Urazov yazırdı ki, bu geyimlər ağ və göy bezdən tikilən gödək alt köynəyindən, həmin materialdan hazırlanan və bel yerində nifəsi olan dizlikdən, qış aylarında geyilən enli yun şalvardan, üst köynəyindən, onun üstündən geyilən arxalıqdan və arxalıq üstündən geyilən çuxadan ibarətdir.
Kişi üst geyimləri üst köynəyi, arxalıq, çuxa və şalvardan ibarət olurdu. Qeyd etmək lazımdır ki, xalq geyimlərinin çox geniş yayılmış olan bu dəsti, cüzi fərqlər nəzərə alınmazsa, bütün Azərbaycan ərazisi üçün səciyyəvi idi.
Kişi üst köynəyi iki növ olurdu: yaxası ortadan və yaxası yandan biçilən hər iki növün kiçik boyunduruğu olurdu. Köynəyin yaxası qaytandan olan düymə və ilgək ilə düymələnirdi. Kişi köynəkləri əsasən atlasdan və sətindən tikilirdi.
Arxalıq beldən kəsik və bədənə kip biçilirdi. Ətəyi qırçın və ya büzməli, qolları düz olub bilək hissəyə doğru daralırdı. Arxalıqlar bir, yaxud iki döşlü, kiçik boyunduruqlu və boğaza qədər düyməli olurdu. Arxalıqları kişmirdən, atlasdan, nazik mahuddan, sətindən, lastikdən və s. parçalardan tikirdilər. Arxalığın üstündən cavanlar qayış və ya kəmər, yaşlı və qoca kişilər isə qurşaq bağlayırdılar.
Çuxa kişi üst geyimlərindən biridir. Azərbaycanda iki cür — vəznəli və çərkəzi çuxalar mövcud idi. Hər iki çuxanın yaxası açıq biçilirdi. Çuxa belə qədər kip və astarlı, ətəyi büzməli yaxud qırçınlı tikilirdi. Bel hissəsində çuxanın bəndi olardı.

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə