Microsoft Word Bir omrun rapsodiyasi doc



Yüklə 6,25 Kb.
Pdf görüntüsü
səhifə12/57
tarix25.06.2018
ölçüsü6,25 Kb.
#51337
1   ...   8   9   10   11   12   13   14   15   ...   57

Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
  
      
47 
Yerbəyerdən yarızarafat, yarıciddi replikalar eşidildi: "Lənkə-
ran", "Masallı", "Lerik" sözləri də gedər. Kimsə lap ağ elədi: lap 
"Cəlilabad", "Biləsuvar", "Neftçala" da yazmaq olar. Mən davam 
etdim: - Bununla çəkilən zəhməti yerə vurmaq, heçə endirmək istə-
mirəm. O, yerlərin adamları, onların həyat, düşüncə  tərzləri, adət-
ənənələri kimi təbiəti, çayları, dağları, meşələri də bir-birinə bənzə-
yir. Amma hərəsinin öz adı, öz siması, hər rayonun öz tarixi, özünə-
xas cəhətləri, maddi-mədəni abidələri var. Məncə, bu cəhəti unut-
maq olmaz… 
Budur, indi özüm öz tələbim qarşısındayam. Çox hörmətli bir 
nəfər professor haqqında ürək sözlərimi yazmalıyam. "İstedadlı", 
"zəhmətkeş", "daim axtaran-arayan", "gənclərə diqqətlə yanaşan, 
onlara yol göstərən", "öz üzərində  işləyən", "elmi yenilikləri izlə-
yən", "iti müşahidə, təhlil qabiliyyətinə malik", "real, obyektiv də-
yərləndirmək məharəti olan" kimi şablonlar işimə yaramır. Kimsə 
oxuyar və  mənə sual ünvanlayar ki, ömrünü-gününü elmə, təhsilə 
həsr edən hansı professorun ünvanına bu sözləri işlətmək olmaz?! 
Bəs haqqında yazacağım professor Nizami Məmmədovun (Tağısoy) 
bütün bunlarla yanaşı özünəməxsusluğu, fərdi keyfiyyətləri hansı-
lardan, nədən ibarətdir? Professorlar qalereyasında Nizami müəlli-
min maraqlı olduğu qədər də diqqətçəkən və zəngin həyat yolu var. 
Hələ məktəb yaşlarından əlinə qələm alan Nizaminin imzası əvvəlcə 
şagirdlərin buraxdığı divar qəzetində, sonra rayon qəzetində, daha 
sonralar isə respublika mətbuatında görünməyə başladı. Şeir və mə-
qalələri Yuxarı  Şilyan kəndindən bir istedadın boylandığından, 
"mən də varam", "mən də gəlirəm" mesajından xəbər verirdi. O vaxt 
boylanırdı ki, neçə illər sonra yazsın: 
 
"Yaşamaq mənimdir, yanmaq mənimdir 
Dünyanı dərk edib, anmaq mənimdir, 
İnsanı insantək sanmaq mənimdir…". 
(Sən yaşamırsan)  
 
Gəlirdi ki, illər sonrası millətin səsini, fəryadını, dərdini, 
faciəsini bütün gücü ilə hayqırsın: 
Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
48
 
"Beş yerə paylanıb Vətən torpağı, 
Tutub dörd bir yanı qaniçən yağı, 
Talanıb bağçası, bostanı, tağı…". 
("Bilirəm-bilmirəm") 
 
İgidlərə,  ərənlərə  səslənmək, onları  səfərbər etmək üçün 
gəlirdi: 
 
İgidlər səf düzülməsə, 
İxtilaflar çözülməsə, 
Vətən bütöv edilməsə, 
Bilməm, neyçün yaşayıram?! 
(Bilməm, neyçün yaşayıram) 
 
Nizami həm də ürəklərə od, köz salmaq, sevmək, sevilmək 
üçün boylanırdı, gəlirdi: 
 
O mavi gözlərin - bir zümrüd qaşı, 
Baxanda məst edir dağları, daşı, 
Odlanır dünyanın qurusu, yaşı, 
Mən də alışıram, mən də yanıram… 
("Sevgimə vermirsən aman") 
 
Bütün bunları, bunlardan daha çoxunu demək üçün Nizami 
"Ptolomeyin yadigarı", "fateh və  sərkərdələrin hədəfi", "qonaq-qa-
ralı, dostlara vəfalı, düşmənə  xəncər"  Şilyandan böyük həyata qə-
dəm qoyurdu. İlk addımları kövrək, lakin inamlı idi. Yoluna çıxan 
toz-torpaq, daş-kəsək ona, onun yürüməsinə mane ola bilməzdi. 
Məktəbi bitirdikdən sonra bir müddət istehsalatda alın təri tökdü, 
əzələlər möhkəmləndi, əllər qabardı. Növbədə əsgərlik vardı. Niza-
mi bu borcu verməyə artıq tam hazır idi və "kişilik məktəbi"ni də 
şərəflə, ləyaqətlə başa vurdu. 
…Burada fasilə verir, yazılanlara nəzər salıram. Rəssamlar 
portret işləyəndə bir nəfəsə onu başa vurmurlar ki! Fırçanı tablonun 


Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
  
      
49 
üstündə  gəzdirir, geri çəkilir, rənglərə tamaşa edir, götür-qoy edir, 
düşünür və yenidən fırçanı işə salırlar. Mən də yuxarıda yazılanları 
Nizami Tağısoyun portretindən ştrixlər hesab edir və növbəti cizgi-
lərə keçirəm… 
Yeniyə, yeniliyə can atmaq, təzə cığır açmaq, axtarmaq eşqi, 
həvəsi Nizami Məmmədovla lap körpəlikdən yoldaşlıq edir, bu gün 
də bu həvəs, ehtiras, enerji tükənmir. İlk yaradıcılığındakı - şeir və 
hekayələrindəki bu məziyyətlər sonralar cilalandı, genişləndi, sis-
tem halını aldı, yeni məzmun kəsb etdi, yeni müstəviyə keçdi - elm 
aləminə qədəm qoydu. 
Əsgəri xidmətdən sonra M.F.Axundov adına Azərbaycan Pe-
daqoji Rus dili və  Ədəbiyyatı  İnstitutunun Rus dili və  Ədəbiyyatı 
fakültəsini fərqlənmə diplomu ilə bitirdi (1975). Bir müddət kənd 
məktəbində pedaqoji fəaliyyətlə  məşğul olan N.Məmmədovda baş 
qaldıran peşəkar tədqiqatçı olmaq arzusu onu məzunu olduğu  İns-
titutun aspiranturasına gətirdi (1980-1984). İxtisasını və ruhunu (Sə-
məd Vurğun yaradıcılığı) birləşdirən "S.Vurğunun pyeslərinin rus 
tərcümələri və  səhnə  təcəssümü" mövzusunda elmi-tədqiqat işini 
uğurla bitirib namizədlik dissertasiyasını müdafiə etdi(1986). Gənc 
alim N.Məmmədov hər dəfə  əlçatmaz hesab etdiyi zirvəni fəth et-
dikcə, qarşısında daha böyük yüksəklik görən və ona can atan alpi-
nist kimidir. O, ədəbiyyatşünaslıqla bağlı bir mövzuya girişir, onu 
tamamlayır, sonra mövzu yeni mövzu gətirir, onun qarşısında təzə 
üfüqlər açılır. O, irəliləyir, arxada isə  tədqiqatçı alimin tədricən 
araşdırmalarından ibarət zəngin irsi formalaşır… 
İlk uğurlarından ruhlanan N.Məmmədov S.Vurğunun bir əsəri 
timsalında rus-Azərbaycan ədəbi əlaqələri mövzusunda özünü sına-
yandan sonra cəsarət tapıb daha geniş və fundamental problemə gi-
rişir: "XX əsr rus poeziyası Azərbaycan tərcümələrində". O, bu 
mövzuda doktorluq dissertasiyasını  uğurla müdafiə edir (1992) və 
bir müddət sonra (1994) alim, Azərbaycan Respublikası Prezidenti 
yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor adına la-
yiq görülür. Bu, "XX əsr rus ədəbiyyatı", "Türk xalqları ədəbiyya-
tı", "Azərbaycan ədəbiyyatı" fənlərindən rus və Azərbaycan bölmə-
Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
50
lərində mühazirələr oxuyan, kurs, buraxılış, magistr, namizədlik iş-
lərinə  rəhbərlik edən, dərslik, dərs vəsaitləri, dərs proqramları ya-
zan, respublika mətbuatında saysız-hesabsız elmi məqalələr dərc et-
dirən Nizami Tağısoyun halal əməyinə verilən qiymətdir. Professo-
run elmi fəaliyyəti çoxşaxəli, çoxplanlıdır: tərcümə  nəzəriyyəsi, 
ədəbi əlaqələr, komparativistika, türk xalqlarının etnogenezi, etnolo-
giyası, etnoqrafiyası, epik təfəkkürü, ənənələri, folkloru, klassik və 
müasir ədəbiyyatı, çağdaş ədəbi proses. 
İti zəkası, geniş təfəkkürü Nizami Tağısoya ədəbiyyatşünaslıq 
kimi böyük ümmanda problemləri görmək, çözmək, sistemləşdir-
mək, dəyərləndirmək bacarığı vermişdir. Türkdilli xalqların  ədəbi 
xəzinəsinin araşdırılması ilə N.Tağısoy Azərbaycanda türkologiya-
nın inkişafına ciddi töhfə vermişdir: qazax, qaqauz, qaraqalpaq, qa-
raçay, qırğız, Kibrıs, malkar, özbək, xəzər və başqa türk qövmləri 
ilə bağlı qələmə aldığı çoxsaylı əsərlər həm aktuallıq, həm də prob-
lemə yanaşma metodu ilə diqqəti çəkir. Müəllifin "XX əsr rus poe-
ziyası Azərbaycan tərcümələrində" (Bakı, ADPİ  nəşriyyatı, 1992, 
134 s. - rus dilində), "Qazax ədəbiyyatı" (Bakı, APRDƏİ nəşriyyatı, 
1993, 70 s. - rus dilində), "Əslin milli özünəməxsusluğu və  tərcü-
mə" (Bakı, "Mütərcim" nəşriyyatı, 1998, 68 s. - dilində), "Səməd 
Vurğunun dramaturgiyası" (Bakı, 1999, "Səda" nəşriyyatı, 132 s. - 
rus dilində), "Poetik tərcümə" (Bakı, "Maarif" nəşriyyatı, 2001, 245 
s. - rus dilində), "Qaraqalpaq ədəbiyyatı" (Bakı, "Kitab aləmi" nəş-
riyyatı, 2007, 296 s. - rus dilində), "Nəsrin axarı: zaman və məkan 
konteksti" (Bakı, BQU nəşriyyatı, 2008, 152 s.), "Şilyan: özü, sözü 
– çeşmənin gözü" (Bakı, "Mütərcim" nəşriyyatı, 2009, 172 s.), "Səf-
tər Həsənzadə. Vətən həsrətli, barıt qoxulu sətirlər" (Bakı, "Mütər-
cim" nəşriyyatı, 2009, 76 s.) kimi monoqrafiya və kitabları elmi ic-
timaiyyətin və təhsil auditoriyalarının daim diqqətində olmuş, mütə-
xəssislər, xüsusi ilə türkoloqlar tərəfindən yüksək qiymətləndiril-
mişdir. 
İstedadlı alim öz yaradıcılığında ədəbi mühitə, ədəbi prosesə 
iki istiqamətdən yanaşır və onun elmi-nəzəri qənaətləri bu aspekt-
lərdən formalaşır. Bir tərəfdən o, ümumən, ədəbi problemləri araş-


Yüklə 6,25 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə