Microsoft Word Bir omrun rapsodiyasi doc



Yüklə 6,25 Kb.
Pdf görüntüsü
səhifə22/57
tarix25.06.2018
ölçüsü6,25 Kb.
#51337
1   ...   18   19   20   21   22   23   24   25   ...   57

Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
  
      
87 
ifadəsini axtarır. Ciddi elmi mövzular, problemlər üstündə düşünən, 
neçə-neçə dissertasiyalara elmi rəhbərlik, opponentlik edən bir in-
san şeirə necə vaxt tapır, görəsən?! 
Nizami müəllimdə ictimai-siyasi hadisələrə  həmişə emosio-
nal-tənqidi münasibət olur. Ruhunun “ictimai fəallığı” şeirlərinə də 
hopur. El şairlərinə xas olan ictimai-siyasi motivlər onun poetik lü-
ğətini müəyyənləşdirir.  
 
Yaman sathasatdır, alış-verişdi, 
Torpağı satırlar, daşı satırlar. 
Bu nə zəmanədir, necə gərdişdir, 
Qurunu satırlar, yaşı satırlar. 
 
Alanlar bəllidir, satan çoxalıb, 
Aldadan çoxalıb, “atan” çoxalıb, 
Allah da xəbərsiz – şeytan çoxalıb, 
Gödəni saxlayıb, başı satırlar. 
 
Nizami müəllim, doğrudan da bir el adamıdır, sözün əsl mə-
nasında xalqın ziyalısıdır. Ömrü-günü şəhərdə ailə qayğıları ilə yük-
lənsə də, elm-təhsil işləri ilə başı bərk qarışsa da, kənddə xeyirdən-
şərdən qalmır. Ata yurdu ilə əlaqəsini kəsmir.  
Nizami Tağısoy şəhər infrastrukturuna, çoxmərtəbəli evin qa-
palı məkanına alışsa da, elat-tərəkəmə koloritini, kənd insanının saf-
lığını  qətiyyən itirməyib. “İçi saf, dışı saf” olan bu alimin söyləyə 
biləcəyi nə qədər şirin xatirələr var! 
Nizami müəllimin metodoloji həssaslığı ondadır ki, türk ulus-
larının  ədəbiyyat tarixini ümumi türk tarixi kontekstində araşdırır. 
“Qaraqalpaq ədəbiyyatı” dərsliyi alimin peşəkarlığının parlaq təza-
hürüdür. Özbəkistanın Respublikamızdakı səfiri kitabın təqdimatın-
da dediyi xoş sözlər bir daha alimdə türkçülük məfkurəsinin elmi 
vicdanı  və  vətəndaşlıq mövqeyinin nə  qədər önəmli olması fikrini 
təsdiqlədi. 
Nizami müəllim son illər qələmə aldığı oçerklərdə türk xalq-
larının (qaraçay, malkar, kumık, qaqauz, qaraqalpaq) ədəbiyyatları-
nın tipoloji ümumiliyini onların formalaşma və inkişaf yollarını üzə 
Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
88
çıxartmağa çalışır, və, fikrimcə, buna da nail olur.  
Türk keçmişinə sevgi etnik mədəniyyətimizlə qürur hissi onun 
yazı üslubunu və mövzusunu şərtləndirir. Quzey Kıbrıs etnik mədə-
niyyətinin yorulmaz araşdırıcısı H.Fədai haqqında məqaləsi bu sev-
ginin, bu “elmi həmrəyliyin” ifadəsidir.  
O, bütün sevdiklərinin adına bir şeir bağlayır. İthaf janrı Niza-
mi müəllimin səmimiyyət və sevgisinin bədii işarəsidir. Mənim qar-
daşımın ağzı dualı, ürəyi işıqla doludur. 
 
Toylar nişanlara qarışsın, dostum! 
Ürəklər döyünsün, alışsın dostum! 
 
Nizami müəllimin emosional dünyası poetik yaradıcılığında 
əksini tapır. Cəmiyyətdəki haqsızlığa,  ədalətsizliyə dözümsüzlüyü, 
Vətən sevgisi şeirlərinin poetikasını, fəlsəfi fakturasını müəyyənləş-
dirir. 
Onun sevgi şeirlərində  də, mən deyərdim ki, bir kişi 
səmimiyyəti var. Bayatılarında da kişi dəyərlərindən söz açır. 
 
Əziziyəm, mərd kişi, 
Bütöv kişi, sərt kişi, 
Orda namərd kef çəkir –  
Burda çəkir dərd kişi. 
 
Aradabir əziz dostuma sataşıram: qardaş, sənin bu vəsfi-halla-
rına yengəmiz (Nizami müəllimin ömür-gün yoldaşı) nə deyir? 
Bircə  şey mənə gün kimi aydındır: sevimli dostum Nizami 
Tağısoy bu dünyada nə iş görübsə, Haqqa baxıb, şair-alim ürəyinin 
səsi ilə edib. 
Bir də sevinirəm ki, onun ömründən, yaşam fəlsəfəsindən özü 
narazılıq etsə  də, biz (dostlar, həmkarlar, qohum-əqrəba) çox-çox 
razıyıq.  


Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
  
      
89 
  
 
 
 
 
Elçin Hüseynbəyli 
Yazıçı-dramaturq, 
“Ulduz” jurnalının baş redaktoru  
 
 
 
 
NİZAMİ TAĞISOY ƏRKİ 
 
Onunla tanışlığımızın adi bir tarixçəsi var. Redaksiyamıza 
gəlmişdi. Əvvəlcə  onu naxçıvanlıya oxşatdım. Çox özünə inamlıy-
dı  və dostlarla ərkyana davranırdı. Sonra mənə elə  gəldi ki, o ağ-
damlıdır. Çünki qılıqlı və şirindil adam təsiri bağışlayırdı. Praqma-
tikliyindən, hadisələri real qiymətləndirmək baxımından məlum ol-
du ki, ucarlıdır. Ucarın Yuxarı Şilyan kəndindəndir. Nəhayətdə mən 
onu bir azərbaycanlı kimi, vətənini, onun ədəbiyyatını, mədəniyyə-
tini sevən  dəyərli alim və professor kimi tanıdım. Rəngi yaşıl, özü 
qırmızıdır. Yaşıl təravət, qırmızı  mərdlik  əlamətidir.  Şıx geyinər, 
qıvraq görünər, sözü üzə deyər.  
Dostları  və onu yaxından tanıyanlar bildilər ki, söhbət BSU-
nun professoru, filologiya elmləri doktoru Nizami Tağısoydan gedir. 
Nizami Tağısoyun bioqrafiyasını təkrarlamaq istəmirəm. Bir-
cə xatırlatmaq istəyirəm ki, o, çoxsaylı kitabların, elmi-tənqidi və 
ədəbi məqalələrin müəllifidir. 
O, bəyəndiyi qələm sahibləri barədə ürəkdolusu söz demək-
dən və yazmaqdan çəkinmir, xoşlamadığı adamlardan səxavətlə 
yazmasa da, düşündüklərini özlərinə deyir. Bu da bir xeyirxahlıq 
jestidir. 
Bu sarıdan mənim də  bəxtim gətirib və «Yovşan qağayılar» 
romanı ilə  Nizami Tağısoyun diqqətini çəkmişəm, nəticədə mənim 
Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
90
barəmdə geniş və əhatəli  məqaləsi bir neçə il öncə «Azərbaycan» 
jurnalında nəşr olunub. 
Nizami Tağısoy ərkli bir kişidir. Qəlbinə yatan adama sözünü 
deməkdən nəinki çəkinir,  əksinə hansısa bir məsələnin məhz onun 
dediyi kimi həllini istəyir və ona nail olur. 
Düzü, Nizami Tağısoyun şair olduğunu bilmirdim. Daha doğ-
rusu onun şeir kitabları əlimə keçməmişdi və yalnız sonralar dost-
ların birinin söhbətindən bunu bildim. Təbii, mən onun poetik mə-
harətini bu qısa məqalədə xırdalamaq istəmirəm. Burası tənqidçilə-
rin işidir. Amma bilirəm ki, bu cür ürəyin sahibi yaxşı şair də ola bi-
lər. Amma burasını mütləq deməliyəm ki, Nizami qardaşımızın (o, 
«qardaş» sözünü çox sevir) türk etnoslarının ədəbiyyatı (qaraqalpaq, 
qazax və s.) ilə bağlı araşdırmaları, eləcə  də  tərcüməşünaslıq ter-
minləri sahəsində  gəlişmələri elmimiz, ədəbiyyatımız və dilçiliyi-
miz üçün çox vacib və əhəmiyyətlidir. 
Nizami Tağısoy mənim düşüncəmdə bütöv Azərbaycana yara-
şan bir ziyalıdır. 
Mən bayaqdan Nizami Tağısoyun  şəxsi keyfiyyətləri barədə 
danışıram. Əslində onları sadalayıram. Amma gərək onun hər key-
fiyyəti barədə ayrı-ayrılıqda danışam. Bu isə başqa yazının və za-
manın mövzusu olmalıdır. İndilikdə isə bir daha qeyd eləyim ki, Ni-
zami Tağısoy bir alim və ədəbiyyatşünas kimi ədəbi prosesi diqqə-
tində saxlayan, ədəbiyyatın və yazıçının fövqündə daynamağı ba-
caran, heç olmasa buna çalışan bir qələm adamıdır. O, bəzi üzdən-
iraq tənqidçilər, özlərini peşəkar sayan cızmaqaraçılar kimi istedadlı 
qələm adamlarına nəinki şər atır, nəinki biganə qalır, əksinə onları 
daim ucaltmağa çalışır. Bütün bunlarla bərabər Nizami qardaşımız-
da insanlara bir mərhəmət və sayğı da var. O, «Ulduz»a təqdim 
etdiyi yazılarda bizim tanımadığımız elə  qələm adamlarından söz 
açır ki (məsələn, Rəhim Rəvan), bütün bunların arxasında bir 
təmənnasızlığın dayandığını, bir vətəndaş, həmkar sayğı  və ehtira-
mının olduğunu görürük. O, bəzən öz humanistliyindən (əslində ya-
zar hümanist olmalıdır) azacıq işartı verən qələm adamlarını da oxu-
cu auditoriyasına geniş ürəklə  təqdim etməkdən çəkinmir. Çünki 


Yüklə 6,25 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə