Avtokar süRÜCÜsinin vəzifə TƏlimati I. TƏHLÜKƏSİZLİYİN Ümumi TƏLƏBLƏRİ



Yüklə 96,33 Kb.
səhifə1/3
tarix22.03.2024
ölçüsü96,33 Kb.
#183891
  1   2   3
Avtokar Təlimat


AVTOKAR SÜRÜCÜSININ VƏZIFƏ TƏLIMATI
I.TƏHLÜKƏSİZLİYİN ÜMUMİ TƏLƏBLƏRİ

1.1.Avtokarla yükləmə-boşaltma işlərinə 18 (on səkkiz) yaşından yuxarı, tibbi müayinədən keçmiş, əks göstəricisi olmayan, əmək təhlükəsizliyi üzrə təlim almış şəxslər buraxılırlar.


1.2. İşə başlamazdan əvvəl avtokar sürücüləri əməyin təhlükəsizliyi üzrə giriş təlimatını, iş yerində ilkin təlimatla tanış olmalı, avtokarı idarə edərək qalxma, daşınma və yüklərin yığılması ilə əlaqədar işlərin təhlükəsiz icrasının praktiki bacarıqlarına sahib olmalıdırlar.
Təlimat vaxtı alınmış bilik və bacarıqların yoxlamasının nəticələri giriş təlimatın və iş yerində keçirilmiş təlimatın qeydiyyat jurnallarında yazıyla rəsmiləşməlidir.
1.3 Avtokar sürücüsü başqa işlərin icra edilməsini yalnız işlərin konkret növlərinin keçirilməsinə ixtiyar verən icazə vərəqəsinin (vəsiqəsinin) mövcüdluğunda buraxılır.
1.4 Sürücülər başqa işə müvəqqəti və ya daimi köçürülmə zamanı iş yerində əməyin təhlükəsizliyi üzrə əlavə təlimatı keçməli, əmək şəraiti və daxili nizam qaydalarıyla tanış olmalı, yeni avadanlıq, qurğuların konstruksiyası və onlarla təhlükəsiz iş metodlarıyla işləmə qaydalarını mənimsəməli.
1.5 Əvvəlki işin icra edilməsi ilə əlaqədar sağlamlıq vəziyyətinə görə tibbi rəyə əsasən əks göstərişlər olduqda, avtokar sürücüsü başqa işə keçirilir.
1.6 Sürücüyə iş prosesində aşağıdaki təhlükəli və zərərli istehsal amillərinin təsiri mümkündür:
• hərəkət edən maşınlar və mexanizmlər;
• daşınan və ambarda saxlanan yüklər;
• işçi zonanın havasının yüksək tozlanma səviyyəsi;
• işçi zonanın aşağı hava temperaturu;
• işçi zonanın aşağı işıqlanma dərəcəsi;
1.7. Avtokar sürücüləri, iş şərtlərindən asılı olaraq, aşağıdaki fərdi mühafizə vasitələriylə (FMV) təmin edilməlidir:
• pambıq kombinezon;
rezin çəkmələr;
• kombinəedilmiş əlcəklər;
Qışda açıq havada işləyərkən:
• gödəkcə və qızdıran üzləmədə pambıq şalvarlar.
1.8. Avtokar sürücüləri yalnız rəhbərlik tərəfindən verilmiş tapşırıqları və bilavasitə onların vəzifələrinə daxil olan işləri görməli.
1.9. Yükləmə-boşaltma, yüklərin nəql edilməsi işlərinin icrası vaxtı, yükün emalı qəbul edilmiş texnologiyaya uyğun həyəta keçirilməlidir. Texnoloji əməliyyatların icra edilməsini sürətləndirən, amma təhlükəsizlik tələblərinin pozulmasına aparan üsulları tətbiq etmək qəbuledilməzdir.
1.10. İş prosesi zamanı işlərin təhlükəsiz icra edilməsi ilə bağlı avtokar sürücüsündə suallar yarandıqda, dərhal bu ərazidə işlərin təhlükəsiz icra edilməsinə cavabdeh şəxsə müraciət edilməli.
1.11 Nasaz vəziyyətdə olan avtokarlar istismara buraxılmamalı. Avtokarın daimə saz vəziyyətdə saxlanılmasına sürücü və bu işə cavabdeh şəxs məsüliyyət daşıyır.
1.12. Avtokar daimə təmiz saxlanılmalı, kabinada yad predmetlər olmamalı, alət və lazımlı detallar xüsusi ayrılmış yerlərdə saxlanılmalı.
1.13. Qış vaxtı işlər icra edilən ərazi (yükləmə-boşaltma terminalları və ona bitişik ərazilər) daima təmiz, qar və buzdan təmizlənmiş şəraitdə saxlanılmalı.
1.14. Qaranlığın gəlməsiylə, yüklərin yükləmə-boşaltma, gediş-gəliş və s. zonasının kifayət qədər süni işıqlandırmasının yoxluğunda, sürücü işi dayandırmalı və bu haqda bu sahədə təhlükəsiz işlərin görülməsinə cavabdeh şəxsə bildirməli. 1.15 Sürücülər avtokara texniki xidmətin vaxtaşırı keçirilməsinə diqqət yetirməli və, ehtiyac olduğu halda, bu haqda avtokarın saz vəziyyətdə saxlamasına cavabdeh şəxsə bildirməli.
1.16 İş növbəsi ərzində qidalanma, əmək və istirahətin düzgün rejiminə riayət etmək lazımdır. Dincəlmək və siqaret çəkmək yalnız xüsusi ayrılmış yerlərdə lazımdır.
1.17 Xəsarət aldıqda dərhal işi dayandırmaq, bu haqda müəssisə administrasiyasını məlumat vermək və dərhal həkimə müraciət etmək.
1.18 Avtokarlar pasporta, zavod-istehsalçının Təlimatına və yükləmə-boşaltma maşınlarının istismarı üzrə Təlimata uyğun olaraq istismar edilməlidir.
1.19 Müəssisənin ərazisində nəqliyyatın hərəkəti yalnız təyin edilmiş marşrutlarla həyata keçirilməlidir. Ərazi sürət məhdudiyyəti 10 km/saat , qapalı yerlərdə (anbar) - 5 km/saat-dan artıq olmamalı.



Yüklə 96,33 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə