Microsoft Word Azerb tarixi derslik doc


iyul tarixli fərmanla avqustun 1-dən etibarən Azərbaycanda latın



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə103/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   96   97   98   99   100   101   102   103   104

 
324
iyul tarixli fərmanla avqustun 1-dən etibarən Azərbaycanda latın 
əlifbasına keçilməsi, mətbuatın, təhsilin, rəsmi yazışmaların və 
çıxışların ana dilində olması barədə  tədbirlər həyata keçirilməsinə 
başlanmışdır. Prezident 2001-ci il avqustun 9-da “Azərbaycan 
əlifbası  və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 
fərman imzalamışdır. Həmin fərmanla  avqustun 1-i Azərbaycan 
Respublikasında  Azərbaycan  əlifbası  və Azərbaycan dili günü 
kimi qeyd olunur. İ.Əliyevin  “Azərbaycan Respublikasının milli 
Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində 
latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 
2004-cü il 12 yanvar tarixli sərəncamlarına  əsasən çoxlu bədii 
nəşrlər olmuşdur. 
2009-cu ilin iyun ayında Milli Məclis tərəfindən  “Təhsil 
haqqında” qanun qəbul olunmuşdur. Avropada vahid ali təhsil sis-
teminə inteqrasiya məqsədini qarşıya qoyan Azərbaycan Respub-
likası 1999-cu ildə başlayan Boloniya prosesinə 2005-ci ildə 
qoşulmuşdur. 
2009-cu ildə Azərbaycanda elmin inkişafı üzrə Milli Stra-
tegiya və Dövlət Proqramı qəbul edilmişdir. Bu proqram qəbul edil-
dikdən sonra Azərbaycan elminin geologiya, neft və neft-kimya, 
biologiya, kimya, fizika, riyaziyyat sahələrində yeni kəşflər edil-
mişdir. Neftçıxarma sahəsində radiotexnologiya üsulları tətbiq olun-
muş, reaktiv mühərriklər üçün yeni yanacaq kəşf olunmuş və mülki 
aviasiyada uçuşların təhlükəsizliyinin elmi əsasları yaradılmışdır. 
Beynəlxalq  İnkişaf Asossiyası ilə Azərbaycan hökuməti ara-
sında imzalanmış “Mədəni irsin qorunmasına yardım haqqında” 
sazişə uyğun olaraq, Bakıda  Şirvanşahlar saray-kompleksində, 
Naxçıvan Muxtar Respublikasında Mominə xatın və Qarabağlar tür-
bələrində, Şəki xanlarının sarayında bərpa və yenidənqurma işlərinə 
başlanmışdır. 2002-ci ildə Respublika Abidələrin Bərpası Konser-
vasiyası  və  Tədqiqi Beynəlxalq Mərkəzinə üzv qəbul olunmuşdur. 
Azərbaycan tarixində ilk dəfə olaraq Şirvanşahlar saray-kompleksi 
və  Qız qalası da daxil olmaqla İçərişəhər Dövlət tarixi-memarlıq 
kompleksi YUNESKO-nun “Dünya mədəniyyəti irsi” siyahısına 


 
325 
daxil edilmişdir.  İslam mədəniyyətinə xidmət edən yeni-yeni məs-
cidlərin inşa edilməsi və ya yenidən qurulması, musiqinin müxtəlif 
janrları və mədəbiyyətin digər janrları üzrə vaxtaşırı müsabiqələrin 
keçirilməsi, Bakıda xüsusi “Muğam evi”nin tikilib istifadəyə 
verilməsi buna bariz misallardır. 2005-2013-cü illər arasında 4 Mu-
ğam Televiziya Müsabiqəsi keçirilmişdir. 2011-ci ildə Azərbaycan 
“Avroviziya” (Eurovision) mahnı müsabiqəsində qalib gələrək 39 
iştirakçı dövlət içərisində I yeri tutmuşdu (14, s. 369). 
Bakı, Gəncə,  Şəki, Quba, Bərdə  və Naxçıvan  şəhərlərində 
Olimpiya kompleksləri tikilib istifadəyə verilmişdir. 2001-ci ildə 
Azərbaycan Dünya Turizm Təşkilatının tamhüquqlu üzvü oldu. 
Azərbaycan idmançıları müxtəlif beynəlxalq miqyaslı idman yarış-
malarında və Yay Olimpiya oyunlarında fəal iştirak edərək böyük 
uğurlar qazanmışlar, belə ki, təkcə 2012-ci ildə Londonda keçirilən 
XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları medal-
ların sayını 10-a (2 qızıl, 2 gümüş, 6 bürünc) çatdırdılar. 
 
5. Müstəqil Azərbaycan Respublikası  
dünya birliyində 
 
Azərbaycan  Respublikası dünya birliyinin müstəqil, bərabər-
hüquqlu dövləti kimi beynəlxalq və regional təşkilat və qurumlarda 
təmsil olunmaq, öz hüquqi yerini təmin etmək sahəsində də ardıcıl 
və  məqsədyönlü fəaliyyət göstərirdi. O, 1991-ci ilin dekabrında 
İslam Konfransı  Təşkilatına, 1992-ci ilin yanvarında ATƏM-ə 
(1994-cü ildən ATƏT), fevralında  İran, Türkiyə  və Pakistanın 
daxil olduğu  İqtisadi  Əməkdaşlıq Təşkilatına, martında BMT-
yə, NATO-nun Şimali Atlantika Əməkdaşlıq  Şurasına (1997-ci 
ildən Avropa-Atlantika Tərəfdaşlıq  Şurası-(AATŞ)), noyab-
rında Avropa Olimpiya Komitəsinə, 1993-cü ilin sentyabrında 
MDB-yə (Müstəqil Dövlətlər Birliyi), 1995-ci ilin iyununda 
Qara Dəniz  İqtisadi  Əməkdaşlıq Təşkilatına, 1997-ci ilin no-
yabrında özunun təşəbüsü ilə  təsis olunmuş QUAM-a qəbul 
olunmuşdu. Mühüm əhəmiyyətli bir hadisə-Avropa  Şurasının 


 
326
Nazirlər Komitəsinin  2001-ci ilin yanvar ayının 17-də keçirilmiş 
iclasında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olması 
haqqında qərar qəbul edildi. Yanvarın 25-də isə Fransanın Strasburq 
şəhərində yerləşən Avropa Şurasının iqamətgahı qarşısında ölkə-
mizin dövlət bayrağı qaldırıldı. Azərbaycanın Avropa Şurasındakı 
parlament nümayəndə heyəti  AŞ Parlament Assambleyasının 
(AŞPA) sessiyalarında, müxtəlif səviyyəli məclislərində böyük 
siyasi və diplomatik fəaliyyət göstərir. AŞ PA-nın 2001-ci il 
sentyabrın 24-də keçirilmiş payız sessiyasında Azərbaycanın  ərazi 
bütövlüyünü təsdiq edən daha bir mühüm sənəd qəbul edildi. Bu 
sənədin  əhəmiyyəti həm də ondadır ki, o Azərbaycanın işğaldan 
azad olunmaq üçün hər bir vasitəyə  əl atmasına haqq verən bey-
nəlxalq hüquqi sənəddir. Azərbaycan parlamentarilərinin Avropa 
Şurasında  əldə olunmuş  ən böyük nailiyyətlərdən biri də,  2003-cü 
ilin yanvar sessiyasında  İ.Əliyevin yekdilliklə  AŞ PA-nın vitse-
prezidenti və qurumun Büro üzvü seçilməsi oldu. İ.Əliyev Azər-
baycan dövlətçilik tarixində belə bir mötəbər təşkilatın rəhbər 
orqanlarına seçilən ilk siyasətçidir.  İ.Əliyev AŞ PA-nın sessiya-
larında dəfələrlə Ermənistanın işğalçı  və terrorçu dövlət olduğunu 
bəyan etmiş, onun işğal etdiyi Dağlıq Qarabağ, eləcə  də, digər 
Azərbaycan ərazilərindən narkotik maddələrin qanunsuz istifadəsini 
ifşa etmişdir, Ermənistanın işğalçı olduğunu faktlarla əsaslan-
dırmışdır. 
Azərbaycan dövlətinin xarici siyasət sahəsində  fəaliyyətin 
əsas istiqamətlərindən birini Dağlıq Qarabağ münaqişəsinin sülh 
yolu ilə həll edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa edil-
məsi uğrunda mübarizə təşkil edir. Təəssüf ki, işğalçı Ermənistana 
qarşı beynəlxalq birliyin bitərəf mövqe tutması, BMT və ATƏT 
kimi qurumların öz təklif və  qətnamələrini (822, 853, 874, 884) 
həyata keçirmək üçün təsirli tədbirlər görməməsi səbəbindən əməli 
nəticə vermir (26, s. 560). H.Əliyev dəfələrlə bildirmişdir ki, müna-
qişənin sülh yolu ilə  həll edilməsinin tərəfdarıdır, lakin sülh im-
kanlarının tükənməsi Azərbaycanı öz torpaqlarını silahlı yolla azad 
etmək hüququndan istifadə etmək məcburiyyəti qarşısında qoya 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə