Microsoft Word Azerb tarixi derslik doc


Müvəkkili (Ombudsman) haqqında”



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə102/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   96   97   98   99   100   101   102   103   104

 
321 
Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının 
Konstitusiyasının Qanunu qəbul edildi. “Azərbaycan Respubli-
kasının dövlət müstəqilliyinin onuncu ildönümü haqqında” 
Azərbaycan Respublikasının Prezidentinin 2001-ci il 20 mart 
tarixli fərmanı verildi. Prezident 2001-ci il mayın 23-də Dünya 
azərbaycanlılarının təşkilatlanması yolunda imzaladığı  sərən-
cama müvafiq olaraq noyabrın 9-10-da Bakı  şəhərində  Dünya 
azərbaycanlılarının I qurultayı  keçirildi. Milli Məclis  “Xaricdə 
yaşayan azərbaycanlılara münasibətdə Azərbaycan Respubli-
kasının dövlət siyasəti haqqında” qanun qəbul etdi. 2002-ci il 
iyulun 5-də Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə 
Dövlət Komitəsi yaradıldı. Azərbaycan Prezidenti H.Əliyevin fər-
manına  əsasən  2002-ci il avqustun 24-də Azərbaycan Respub-
likasının Konstitusiyasına dəyişikliklər edilməsinə dair referen-
dum keçirildi. 
2003-cü il avqustun 4-də 42 yaşlı  İlham  Əliyev Respub-
likanın Baş naziri  vəzifəsinə  təyin edildi. Oktyabrın 15-də ke-
çirilmiş prezident seçkilərində Baş nazir İlham  Əliyev ölkə  Pre-
zidenti seçildi. 2003-cü il dekabrın 12-də ümummilli lider Hey-
dər Əliyev vəfat etdi. Ümummilli liderin xatirəsini əbədiləşdirmək 
üçün Respublikanın Milli Məclisi 2005-ci ilin aprelində “Heydər 
Əliyev” ordeninin  təsis edilməsi haqqında Qanun qəbul etdi. Bu 
ordenlə  ilk dəfə Prezident İlham  Əliyev  və türk dünyasının gör-
kəmli şəxsiyyəti İhsan Doğramaçı təltif olundular. 
Neft amili Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin 
möhkəmlənməsinə kömək edir. Ölkəmizin neft strategiyasının əsas 
istiqamətlərindən biri Azərbaycan neftinin və qazının dünya bazar-
larına nəql edilməsindən ibarətdir.  2002-ci il sentyabrın 18-də 
Səngəçal sahil terminalında Azərbaycan, Türkiyə  və Gürcüstan 
dövlətlərinin başçılarının iştirakı ilə  Bakı-Tbilisi-Ceyhan ixras 
Boru Kəmərinin Azərbaycan hissəsinin təməli qoyulmuşdur. Belə 
bir mərasim 2003-cü il mayın 23-də Gürcüstan ərazisində  həyata 
keçirilmişdi. 2001-ci il martın 12-də Türkiyə Cümhuriyyəti, sent-
yabrın 29-da isə Gürcüstan Respublikası ilə  Bakı-Tbilisi-Ərzu-


 
322
rum qaz kəməri vasitəsilə Azərbaycan qazının tranziti, nəqli və 
satışı haqqında sazişlər imzalanmışdır. 2003-cü il fevralın 27-də bu 
layihənin inşasına başlandı.  2003-cü il iyulun 24-də “Lider” 
yarımdalma  dəniz qazma qurğusu istifadəyə verilmişdir.  2005-ci 
ilin fevralında “Azəri-Çıraq-Günəşli” yataqlarının Mərkəzi Azəri 
hissəsindən ilkin neftin hasilatına başlanmışdır. 
Azərbaycanda aparılan  aqrar islahatların  səviyyəsi ondan 
ibarətdir ki, kənd təsərrüfatında torpaq sahələri ilə yanaşı, bütün əm-
lak və texnika özəlləşdirilmişdir.  2002-ci il avqustun 27-də 
Respublika Prezidenti yanında Sahibkarlar Şurası yaradıldı. 1998-
2002-ci illərdə 1 saylı Bakı  İstilik Elektrik Mərkəzinin (İEM), 
Mingəçevir SES-in, “Şimal” DRES-in yenidən qurulması, Bakı 
ətrafında yüksək gərginlikli şəbəkələrin yeniləşdirilməsi, Yenikənd 
SES-in üç blokunun istifadəyə verilməsi nəticəsində elektrik ener-
jisi istehsalı xeyli artmışdı. 
2001-ci ildə Yaponiyanın  İqtisadi  Əməkdaşlıq Bankından 
alınan kreditlər hesabına Sumqayıtda Etilenpropilen zavodu əsaslı 
şəkildə yenidən qurulmuş, burada yüksək təzyiqli buxar qurğusu işə 
salınmışdır. Dünya Bankının krediti hesabına Neftçalada yeni 
Balıqyetişdirmə zavodu işə salınmışdır. Xaçmazda istifadəyə veril-
miş “Şimal” konserv zavodu bölgələrdə əhalinin məşğulluğunun tə-
min edilməsi, yerli və xarici sahibkarların iqtisadiyyatın müxtəlif 
sahələrinə sərmayə qoymalarına nail olmaq sahələrində Azərbaycan 
dövlətinin səmərəli siyasət yeritdiyini sübut edir. 
2003-cü il iyulun 7-də Avropa Komissiyasının maliyyə kö-
məyi ilə inşa olunmuş Bakı metropoliteninin 20-ci stansiyası olan 
H.Aslanov stansiyası işə salındı. 2002-2005-ci illər üçün “Yoxsul-
luğun azaldılması  və iqtisadi inkişaf sahəsində Dövlət Proq-
ramı”nda nəzərdə tutulmuş tədbirlər iqtisadi və sosial sahələri tam 
əhatə etmişdir.  2004-cü ilin 11 fevralında  qəbul edilmiş  “Azər-
baycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət 
proqramı”na müvafiq olaraq 2004-cü ildə müxtəlif bölgələrdə 20-
dən çox yeni sənaye obyekti işə salınmış, 135 mindən artıq iş yeri 


 
323 
açılmışdır. Ölkəmizin valyuta ehtiyatlarının miqdarı 1 mlrd. 800 
min dollara çatmışdır. 
Elm, təhsil, səhiyyə, idman, turizm, ətraf mühitin mühafizəsi 
problemləri dövlətin diqqət mərkəzində idi. 2002-ci ilin avqustunda 
MEA-nın 500-dən çox əməkdaşını birləşdirən Naxçıvan bölməsi 
yaradıldı. Yüksək məhsuldarlığı  və müxtəlif xəstəliklərə qarşı da-
vamlı olması ilə fərqlənən yeni bərk buğda sortlarının genetikası və 
seleksiyası sahəsində ciddi elmi nəticələr əldə edilmişdir. 
Dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitlər 2005-ci 
ildən 3 dəfədən çox artmışdır. Dövlət büdcəsi və Heydər  Əliyev 
Fondunun maliyyə  mənbələri hesabına son illərdə respublikada 
2200-dən çox məktəb binası inşa edilmişdir. 
Azərbaycanda 4,5 mindən çox ümumtəhsil məktəbi, onlarla 
litsey və gimnaziya yaradılmışdır. Ali məktəblərdə 120 mindən çox 
tələbə  təhsil alırdı-30-dan çox xarici ölkənin 2-3 mindən çox 
vətəndaşı var. Xaricdə ali təhsil almağa şərait yaradılmışdır. 2007-ci 
ilin aprelin 16-da qəbul edilmiş Dövlət Proqramına  uyğun olaraq 
yüzlərlə gəncin xaricdə dövlət hesabına təhsil almasına Dövlət Neft 
Fondu tərəfindən hər il 10-15 milyon manat pul ayrılmışdır. Bu 
proqram çərçivəsində indiyədək minlərlə Azərbaycan gənci ABŞ-a, 
Avropa və Asiyanın  ən inkişaf etmiş ölkələrinə ali təhsil almaq 
üçün göndərilmişdir (14, s. 368). 
Prezidentin “Ümumtəhsil məktəblərinin maddi-texniki ba-
zasının möhkəmləndirilməsi haqqında”  fərmanına uyğun olaraq 
2003-2007-ci illər üçün həmin məsələyə dair məqsədli Proqramın 
həyata keçirilməsi başlanıldı. 2001-ci il sentyabrın 1-də dünya stan-
dartlarına cavab verə biləcək özəl orta ümumtəhsil məktəbi olan 
2004-cü ilin sentyabrından ümum milli lider H.Əliyevin adını da-
şıyan Müasir Təhsil Kompleksi fəaliyyətə başlamışdı. Prezident 
İ.Əliyev “Bilik gününün təsis edilməsi və təhsil müəssisələrində 
iş rejiminin tənzimlənməsi haqqında” və “Azərbaycan Respub-
likasında ümumtəhsil məktəblərinin informasiyası  və kom-
munikasiya texnologiyaları ilə  təminatlı proqramı”na (2005-
2007)  dair fərmanlar imzalamışdı (21 avqust 2004). 2001-ci il 18 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə