2015-ci ilin iyun ayında bakida keciRİLƏCƏk avropa oyunlari iLƏ Əlaqədar kitabxanalarin göRƏCƏYİ İŞLƏR



Yüklə 11,46 Kb.
tarix14.02.2018
ölçüsü11,46 Kb.
#27063

"2015-ci ilin iyun ayında BAKIDA KECİRİLƏCƏK AVROPA OYUNLARI İLƏ ƏLAQƏDAR KİTABXANALARIN GÖRƏCƏYİ İŞLƏR"

Bakı 2015 Avropa Oyunları — 2015-ci ilin iyununda, Azərbaycanın paytaxtı - Bakıda keçirilməsi planlaşdırılan, bir çox innovativ idman növünü özündə cəmləşdirən ilk Avropa oyunlarıdır Oyunlar Avropanın 49 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. 12-28 iyun tarixləri arasında keçiriləcək Oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir.

Tarixdə ilk Avropa Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Avropa Oyunlarının hər dörd ildə bir keçirilməsi planlaşdırılır, növbəti Oyunlar 2019-cu ildə baş tutacaq.Baş Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edilmişdir. Ermənistan nümayəndələri səsvermədə iştirakdan imtina ediblə

Bakıda keçiriləcək birinci Avropa Oyunlarından məsul olan Təşkilat Komitəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə qurulmuşdur. Komitəyə Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədrlik edir. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Təşkilat Komitəsinin sədrinin qərarı ilə yaradılmışdır.

BAOƏK-in baş icraçı direktoru gənclər və idman naziri cənab Azad Rəhimov və baş əməliyyat direktoru cənab Saymon Kleqdir.

Artıq Bakı 2015 Avropa Oyunları Ceyran və Narı ilk dəfə olaraq keçiriləcək idman tədbirinin rəsmi simvolları kimi təqdim edib. Azərbaycanın təbiətindən və irsindən ruhlanaraq, Ceyran və Nar ölkənin qürurlu tarixini və ümidverici gələcəyini əks etdirir. Bu cütlük Bakı 2015-in təbliğatında brend rolunda çıxış edərək bütün dünyada birinci Avropa Oyunlarının simvoluna çevriləcək.

Azərbaycanın gənclər və idman naziri, Bakı 2015-in baş icraçı direktoru Azad Rəhimov deyib: “Bütün dünyaya Ceyran və Narı təqdim etməyə olduqca şadıq və ümid edirik ki, onlar birinci Avropa Oyunları həyəcanını özlərində əks etdirə biləcəklər. Bakı 2015-in simvolları kimi onlar Azərbaycanda yeni nəsil idman azarkeşlərini ruhlandıracaq, həyəcanlandıracaq və əyləndirəcəklər.”

Ceyran qonaqlara Azərbaycanın zəngin irsinə nəzər salmağı təklif etməklə Oyunların mədəniyyət elçisi olacaq. Qafqaz dağlarından tutmuş Xəzər dənizinin sahillərinədək Ceyran qonaqlara ölkə boyu bələdçilik edəcək və onlara Azərbaycanın gözəlliklərini nümayiş etdirəcək. Ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın simvolu və Azərbaycanda qorunan heyvan növlərindən biridir.Nar günəşi sevən, Göyçay şəhərində bitən meyvədir. Həyat eşqi və enerji ilə aşıb-daşan Nar yeni idman növlərində iştirak etməyi sevir və Avropa Oyunları tədbirinə qoşulacaq .Nar Azərbaycan folklorunda birliyi tərənnüm edir və rəngarəng Bakı 2015 brendində əks olunaraq artıq şəhərimizdə geniş şəkildə nümayiş etdirilib.

Son illər ərzində Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir güclü ölkə kimi təqdim edə bilmişdir. Baxmayaraq ki, biz cəmi 21 ildir müstəqil dövlət kimi yaşayırıq, bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş və etibarlı dost kimi tanınır. Bizim beynəlxalq nüfuzumuzun yüksək səviyyədə olmasını, eyni zamanda, BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz də təsdiqləyir. Bu da tarixi bir qərar idi. Müstəqilliyimizin 20-ci ildönümünə təsadüf edən bu tarixi qərar əslində 20 il ərzində görülən işlərin təzahürü idi. Ölkəmizdə son illər ərzində yaradılmış idman infrastrukturu dünya səviyyəsinə, dünya standartlarına cavab verir. Hazırda tikilmiş və tikilməkdə olan obyektlər, idman qurğuları bizə imkan verəcəkdir ki, oyunları yüksək səviyyədə keçirək.

08 avqust 2014-cü ildə Prezident İlham Əliyev I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncam verib. Sərəncamda Nazirlər Kabinetinə tapşırılır ki, iki aya Avropa Oyunlarının təşkilində və keçirilməsində iştirak edənlərin, o cümlədən iştirakçıların akkreditasiya sisteminin təşkili üçün müvafiq tədbirlər görsün.



Bakıda Avropa oyunları ilə əlaqədar bütün mədəni-maarif müəssəsələri kimi kitabxanaların qarşısında da mühüm vəzifələr durur. Bu məqsədlə kitabxanalarda “Avropa Oyunlarının rəmzləri”, “Vətənin sağlam ruhlu övladları”, “I Avropa oyunları tarıxə qızıl hərflərlə yazılacaq”,”Azərbaycan dünyada idman dövləti kimi tanınır”, ”İdman Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsidir”, “Azərbaycan dünya idman aləmində seçilən mərkəzlərdən biridir”, ”Azərbaycanda idmanın uğurları”,” Azərbaycanda idmanın sürətli inkişaf dövrü”,”Azərbaycan idmanı yeni- yeni zirvələr fəth edir”,”İdman və bədən tərbiyəsi sosial siyasətin mühüm istiqamətidir”,” İdmançılarımız Azərbaycan bayrağını daim ucaldacaqlar”,” Ölkəmizin idman şöhrəti ildən ilə artır” başlıqlı sərgilər təşkil edilməli,məruzə, mühazirə dəyirmi masalar,söhbətlər,yerli idmançılarla oxucuların görüşləri təşkiledilməlidir.
Yüklə 11,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə