Microsoft Word Atakisiyeva Ulker 869M. doc



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə9/21
tarix14.01.2018
ölçüsü0,51 Mb.
#20675
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

26 

 

üzlüyün  konstruksiyasından,  qəbul  edilmiş  əsas  və  köməkçi  materialların 



kütləsindən asılıdır.    

 

 



 

 

 



 

 

 



 

 

 



 

Bizim  estetik  zövqümüzə  təsir  edən  vasitələrdən  biri  də  kompozisiyadır. 

Kostyumun  inkişaf  tarixi  onun  ayaqqabı  ilə  sıx  əlaqədə  olmasını  aşkar  etdi  və 

bunların  layihələndirilmə  prinsiplərinin  eyni  qanuna  tabe  olmasını  müəyyən 

etmişdir.  Buna  görə  müasir  ayaqqabıların  kompoziyiyası  kostyumun 

kompozisiyasının tamamlanması kimi qəbul edir.  

Layihəsi  nəzərdə  tutulan  ayaqqabının  kompozisiyası  bütünlüklə  geyimin 

ansambılının  ideyası,  onun  elementlərinin  ahəngdarlığı  olmalıdır.  Ayaqqabıını 

layihələndirilməsinin əsas elementlərinə: xətlər, mütənasiblik, material, kütlə, rəng 

daxildir ( şəkil 2.1)  

    

2.2.Ayaqqabının bədii layihələndirilməsində rənglərdən istifadə edilməsi 

 

Rəng  -  ağ  rəngin  düzülmüş  şüalarıdır.  Ağ  rəngli  şüaların  düzülüşü  günəş 



spektrini əmələ gətirir. Bütün spektr rənglərindən dörd əsas rəngləri ayırmaq olar - 

qırmızı,  sarı,  yaşıl  və  göy.  Bu  rənglər  əsas  rənglər  sayılır  və  digər  rənglərdə  də 

bunların çalarları vardır [1]. 



27 

 

Əş



yaların  rəngi  tərədən  işıq  şüalarının  keçirməsi,  əks  etdirilməsi  və  ya 

udulması bunların qabiliyyətindən asılıdır. 

Xətlər bütün növdə olan ayaqqabılar üçün böyük rol oynayır. Onlar modelin 

ümumi  konturunu  və  onun  ayrı-ayrı  detallarının  cizgilərini  müəyyənləşdirir.  Hər 

bir  modelin  özünə  məxsus  olan  bir  xətti  vardır.  Bu  xətt  ayaqqabının  yaraşığını 

müəyyən  edir.  Modellərin  bütün  xətlərini  üç  qrupa  ayırmaq  olar:  konturlu, 

konstruktivli və dekorativli [4]. 

Kontur  xəttlər  modelin  siluetini  müəyyən  edir.  Kontur  xətlərinin  məşhur 

nümayəndələrindən:  yuxarı  kant  xətti  (tufliyə),  dabanlıq  və  topuqluq  detallarının 

(çəkmə) kontur xəttlərini göstərmək olar. 

Konstruktiv xətlər ayaqqabı modelinin detallaşdırılması zamanı əmələ gəlir. 

Tufli.  Yarımçəkmə  və  çəkmə  ayaqqabılarında  səciyyəvi  konstruktur  xəttlərindən 

buruluq və birləşdirici xətlərini göstərmək olar. 

Dekorativ  xətlər  bəzəklə,  tikiş  xətləri  ilə  əmələ  gəlir.  Bunlar  mütləq 

konstruktiv xassələri ilə əlaqədar olmalıdır. 

Dekorativ xətlərin tətbiqi modelin müxtəlif variantlarında istifadə edilə bilər. 

Kontur xətlər qəlibin burun və yuxan hissəsinə nəzərən və ya asimmetrik ola bilər. 

Bu  halda  konstruktiv  və  dekorativ  xətlər  əsas  fikiri  ifadə  etməlidir.  Ayaqqabının 

xətləri bütün ansambılla əlaqədar olmalıdır. 

Ayaqqabıda tənasüblük onun bütün formasının ayrı-ayrı hissələrin bir-biri ilə 

ə

laqədar  olmasını  göstərir.  Ayaqqabı  üzlüyünün  modelləşdirilməsində  tənasübün 



həlledici  əhəmiyyəti  vardır.  Modelin  özü  təcrübi  cəhətdən  əlverişli  olmalıdır. 

Məsələn  çəkmə  və  yarımçəkmə  ayaqqabılarında,  onda  bu  detal  ayağın  barmaq-

daraq oynaqları sərhəddinə düşərək yaraşıqsız olmaqla yanaşı ayağın narahatlığına 

səbəb ola bilər. 

Ayaqqabının  üzlük  və  altlığı  üçün  işlənilən  materialların  kompazisiya 

cəhətindən  böyük  əhəmiyyəti  vardır.  Materialların  seçilməsi  ayaqqabının 

formasından,  mövsümündən  və  şəraitindən  asılıdır.  Məsələn  yay  mövsümü  üçün 

istifadə  edilən  ayaqqabıların  materialı  açıq  rəngdə,  nazik  olmalıdır.  Bəzən  elə 

ayaqqabılar astarsız olur [18]. 

 



28 

 

 




29 

 

Fəsil 3. Ayaqqabıların modelləşdirilməsi 

 

3.1.Ayaqqabı üzlüyünün modelləşdirilməsi üçün istifadə edilən üsulların 

təhlili 

 

Ayaqqabı  istehsalında  layihələndirmə,  eskiz  üzrə  yeni  model  nümunəsi 



qrafikinin  tərtib  edilməsi  və  detalların  ayaqqabı  materialında  biçilməsi  üçün 

ş

ablonların  hazırlanması  sistemi  kimi  başa  düşülür.  Detalların  uyğun  emalı  və 



birləşdirilməsi  nəticəsində  əvvəlcədən  müəyyən  edilmiş  konstruksiyada  ayaqqabı 

nümunəsi  alırlar.  Modelləşdirilmənin  tərkib  hissəsi  olan  konstruksiyalaşdırma  -

məmulatın ayrı-ayn elementlərindən tərtib edilmə əməliyyatlarını təşkil edir [7]. 

Son  zamanlar  modelləşdirmə  sahəsində  mühüm  irəliləmə  əldə  edilmişdir. 

Yəni, 

texniki 


hesablama 

nəticəsində 

çertyoja 

keçəcək 


ayaqqabının 

layihələndirilməsi məsələsində mühüm addımlar atılmışdır. 

Bunun  sayəsində  ayaqqabı  üzlüyünün  formalaşdırılması  üçün  yeni 

üsullardan  istifadə  edilməsinə,  onun  istehsalının  mexanikləşdirilməsi  və 

avtomatlaşdırılmasına, süni və sintetik materiallardan, formalaşdırılmış detallardan 

istifadə olunmasına imkan yaratmışdı. 

Ayaqqabı  detallarının  biçilməsində  üzlüklərdən  istifadə  olunması  məsələsi 

hələ  qədim  zamanlardan  bəllidir.  Buna  baxmayaraq  sənətkarların  bir  hissəsi 

üzlüyü,  digərləri  isə  ayaqqabını  bütünlüklə  yığırdı.  stehsalatın  belə  təşkilinin 

nəticəsi  sifarişçinin  qəlibi  və  ayaq  ölçüləri  olmadığı  halda,  ona  yararlı  ayaqqabı 

hazırlamaq üçün hər hansı sistemdən istifadə olunmasını tələb etdi. 

Belə  bir  sistem  1876-cı  ildə  Avstriya  ayaqqabı  ustası  Robert  Knyoffel 

tərəfindən  tərtib  edilmişdir.  Bu  modelin  yastı  konturu  düzbucaqh  koordinat 

sistemində qurulduğuna görə qrafiki sistem admı aldı (şəki 3.1). 

Bu sistem üzlük və ayaqqabı istehsal edən  müəssisələrin birləşməsinə kimi 

davam  etdi.  XX  əsrin  əvvəlində  qəlibin  yan  səthlərinin  şərti  açılışına  əsaslanan 

ayaqqabı modelinin qurulmasına başlandı.       

 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə