Microsoft Word Atakisiyeva Ulker 869M. doc



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə10/21
tarix14.01.2018
ölçüsü0,51 Mb.
#20675
1   ...   6   7   8   9   10   11   12   13   ...   21

30 

 

 



 

 

 



 

 

 



Şə

kil 3.1 Yarımçəkmə üzlük modelinin qrafiki sistem üzrə qurulması 

 

Müəyyən edilmiş qayda və əmsallardan istifadə edəcək koordinat sisteminin 



üzərində  bu  və  ya  digər  görünüşdə  olan  üzlüyün  qurulması  üçün  köməkçi  xətlər 

çəkilir.  Bu  xətlərin  və  bucaqların  vəziyyəti  koordinat  oxlarına  nəzərən  çəkilməsi 

üçün  təcrübi  rəqəmlərdən  istifadə  olunurdu.  Çəkilmiş  xətlərin  bazasında  üzlüyün 

modeli  qurulurdu.  Yəni,  onun  detallarının  konturu  və  dartı  kənarları  üçün 

buraxılışlar  verilirdi.  Bu  çertyojdan  və  ya  onun  əksindən  istifadə  edərək  üzlüyün 

detallarmı ayırıb şablonlar hazırlanırdı. Detalların alman konturlarına tikilməsi və 

kənarların qatlanması üçün buraxılışlar verilirdi. 

Tamamilə aydındır ki, belə sistemdə qurulmuş üzlük qəlibin üzərində yaxşı 

otura bilməzdi. Dartı kənarları isə bəzən az bəzən də həddindən artıq çox olurdu. 

Yəni qurulmuş model həm keyfiyyətsiz və həm də qənaətcil olmuşdu [7]. 

Fabrik  istehsalına  keçildikdə  bu  çatışmamazlıqlar  tez  bir  vaxt  ərzində 

müəyyən edilərək, bunun üzərində təkmilləşdirmə işləri aparıldı. 

XX əsrin əvvəllərində üzlüyün modelinin qurulması üçün qəlibin səthlərinin 

şə

rti açılışından istifadə olunmasına başlandı. 



Bu  məqsədlə  qəlibin  burun,  zirvə  və  daban  hissələrində  onu  iki  bərabər 

hissələrə ayırır, daxili və xarici tərəflərə bölən nöqtələrə işarə edirlər. Qəlibin yan 

səthlərinin  şərti  açılışını  almaq  üçün  kənarları  çərtilmiş  kağızları  ardıcıl  olaraq 

yapışdırmaqla alırlar (şəkil J.f). 

Bu halda çərtilmiş kağızın zolaqları qəlibin qabarıq səthlərində biri-birindən 

aralanır, çökük yerlərdə isə biri-birinin üzərinə düşür. 

 



31 

 

 



 

 

 



 

 

Şə



kil 3.2. Qəlibin şərti açılışının alınması 

 

Zolaqların üzərində kontur xətlərini çəkirlər, sonra isə onu çıxarıb ağ vərəqin 

üzərində  konturunu  alırlar.  Bunu  əvvəllər  qəlibin  surəti  adlandırırdılar.  Texniki 

cəhətdən  belə  adlandırmaq  düzgün  deyildir.  Belə  kağız  surəti  müəyyən  dərəcədə 

onun  forması,  ölçüsü  və  ya  səthlərini  əks  etdirildiyinə  görə  şərti  açılışı  ardıcıl 

yastıladaraq  vərəqin  üzərindən  surəti  kəsib  çıxarırlar.  Yastılandıqda  kəsilmiş 

kənarlar əvvəlki vəziyyətlərini alır. Buna görə modelçi bu və ya digər səthin az və 

çox olmasını müəyyən edə bilmir. 

Sonra daxili və xarici tərəfləri üst-üstə yerləşdirib, pəncə hissədəki xarici və 

daxili  konturları  saxlamaqla  konturları  çəkib  bütün  perimetr  boyu  ortaqlaşdırırlar 

(şəkil 3.2). 

Qəlibin  üzərindən  alınmış  belə  şərti  açılışın  alınmasmda  daxili  və  aralıq 

detalların  qalınlıqları  nəzərə  alınmadığından  sahəni  tam  ödəmir.  Buna  görə  əlavə 

korrektirovka  tələb  olunur.  Müxtəlif  modelçilər  tərəfindən  alınmış  orta  surətin 

sahəsi biri-birindən təxminən 4% fərqlənir. 

Şə

rti  orta  açılışı  üzərində  Knyoffel  sisteminin  köməkçi  xətləri  çəkilirdi. 



Buna baxmayaraq bu sistemin ilk növbədə ayaq və qəlibin ölçüləri ilə əlaqəsi yox 

idi. 


1935-ci ildə  .P.Zıbin tərəfindən şərti açılışın üzərində ayağın əsas anatomik 

nöqtələrinin proyeksiyasını əks etdirən bazis xətlərinin çəkilməsi təklif olundu. Bu 

üsulun  geniş  yayılmasına  baxmayaraq  bəzi  çatışmayan  cəhətləri  vardır.  Şərti 

açılışın  daban  hissəsinin  ən  qabarıq  nöqtəsindən  başlayaraq  baziz  xətlərinə  kimi 

məsafəni müəyyən etmək üçün şərti açılışın L uzunluğundan istifadə edirlər: I xətti 

kimi  -  0,225  L  (xarici  topuq  sümüyünün  mərkəzi);  II  xəttə  kimi  0,41  L  (ayağın 




32 

 

bükük  nöqtəsi);  III  xəttə  kimi  -  0,48  L  (ayağın  ortası);  IV  xəttə  kimi  -  0,78  L 



(çeçələ  barmağın  sonu)  (şəkil  3.3.).  Bazis  xətləri  detalların  konturunun  nisbətən 

dəqiq çəkilməsinə imkan verdi. 



 

 

 

 

 

Şə

kil 3.3. Surətinin üzərinə baziz xətlərinin çəkilməsi. 

Bu üsulun ən böyük çatışmayan cəhəti üzlük modelinin yastı şəkildə alınmış 

şə

rti  açılış  üzərində  qurulmasıdır.  Yalnız  böyük  və  səriştəsi  yüksək  ehtiyac 



olmayan gözəl modellər yarada bilər. Surətçıxarma üsulu modelləşdirmədə bütün 

çatışmayan  cəhətlərin  olması  bu  üsulun  təkmilləşdirilməsinə  dair  axtarışların 

aparılmasını qarşıya qoydu. 

1946-1952-ci illərdə tək əməliyyatlı formalaşdırma (üzlüyün dartı kənarları 

içliyin  kənarlarına  tikilir)  üsulunda  corab  şəklində  olan  üzlük  aralanan  qəliblərə 

geydirilib formalaşdırılır.  

 

 

 



 

 

 



 

 

Şə



kil 3.4. Qəlibin səthlərindəşərti açılışın alınma üsulları: 

a-surətçıxarma; v-q Q. .Roslikin, 

v - E.A.Divinskinin; q - KYST -ni; d) V.P.Afanasenkonun

 

Tək  əməliyyatlı  formalaşdırma  üçün  surətçıxarma  üsulundan  istifadə 



edilməsi  cəhdi  baş  tutmadı.  Buna  görə  qəlibin  yan  səthlərindən  surətçıxarma 

üsulunun təkmilləşdirilməsinə dair işlərin aparılmasına başlandı. 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə