Microsoft Word Atakisiyeva Ulker 869M. doc



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə5/21
tarix14.01.2018
ölçüsü0,51 Mb.
#20675
1   2   3   4   5   6   7   8   9   ...   21

14 

 

kontrastın,  uyğunlaşdırılma  fərqləndirilmə  prinsipi;  üçüncü  mütənasiblik  və 



bərabərlik  prinsipləri;  dördüncü  ritmik  və  metrik  uyğunlaşdırılma  prinsipi  və 

beşinci və assimetr simmetriya prinsipləri. 

Bütün bu prinsiplərdən istifadə edərək rəssam intensivliyi müxtəlif dərəcədə 

olan əsərin dinamikl yini və onun strukturunu yaradır [1]. 

Ayaqqabı,  çanta  və  digər  məmulat  modellərinin  qurulması  üçün  təkcə 

kostyumun  ümumi  obrazmı  təhlil  etmək  deyil,  həm  də  bədənin,  ayağın 

plastikliyini,  müasir  dövrün  modasının  tələblərini  və  kostyumun  formasının 

insanın  fiquru  ilə  əlaqəsini  təhlil  etmək  lazımdır.  Məsələn,  əgər  kostyumun  bel 

hissəsi çox sıxdırsa, bunu yüngül əyilən xətlərlə qururlar. 

Ayaqqabıları  da  eyni  xətlərlə  qurmaq  olar.  Demək  olar  ki,  tufli 

ayaqqabısının daban hissəsində olduğu kimi belə əyriliyi vardır. 

Hər  bir tarixi  dövrü nəzərdən  keçirdikdə geyim  və  ayaqqabı  ilə  arxitektura 

arasında  stillik  rabitəni  görür.  Müasir  stilin  tələbləri:  sadəlik,  məntiqlik,  ciddilik 

forma  və  iqtisadi  cəhətlərdən  həll  edilməsi  -  öz  əksini  arxitekturada,  eləcə  də 

geyim və ayaqqabıda tapmışdır. 

Stilin  müəyyən  mərhələsində  müvəqqəti  məqsədlərin  təsiri  ilə  dəyişikliklər 

olmuşdur.  Belə  dəyişikliklərin  bütün  dövrlərdə  baş  verdiyinə  görə  moda  admı 

almışdır.  Yeni  stilə  keçilməsi  məişət  predmetlərinin  xarici  formasının  kökündən 

dəyişməsi  ilə  əlaqədardır.  Bir  modadan  digər  modaya  keçmək  isə  bu  faktorların 

yalnız az hissəsinin dəyişməsi ilə əlaqədardır. 

Moda  bədii  stilin,  iqtisadi  amillərin,  əmələ  gəlməsi  ilə  asılıdır.  Bu  da 

istehsalın texniki və estetik səviyyəsindən asılıdır. 

Müasir  moda  nisbətən  həyata  keçirilə  bilən  və  məqsədəuyğun,  gözəl  moda 

forması əsasında qurulur. Moda geyimin hər il və mövsüm üzrə müasir stilə uyğun 

gələn formasının deyişməsidir. 

Modanın  ən  parlaq  dəyişməsi  modelin  siluetinin  dəyişməsi  ilə  ifadələnir. 

Modanın  əsas  elementi  olan  siluet  haqqında  danışdıqda  qeyd  etmək  lazımdır  ki, 

eyni  mövsümdə  bir  neçə  modalı  siluetlər  ola  bilər.  Modalı  siluetlərə  əsasən 

modellər kolleksiyasını yaradırlar. Hər bir modalı siluetlerin əsasında bir çox növ 

formaları tərtib edirlər. 




15 

 

Ayaqqabı  sənayesində  bir  siluet  əsasında  çox  miqdarda  yeni  ayaqqabı 



qəliblərini  hazırlamaqla  vahid  moda  istiqaməti  üçün  istifadə  edirlər.  Ayaqqabı 

mürəkkəb  formaya  malikdir.  Bununla  əlaqədar  olaraq  ayaqqabını  bütünlüklə 

xarakterizə etmək üçün onu yandan, üstdən və arxadan təsvir etmək lazımdır. 

 

 



1.4.

  Ayaqqabı maketinin tərtib edilməsi 

 

Ayaqqabının  maketini  polivinilxlorid  örtüyündən  sərt  qişa  üsulunda  tərtib 



edilməsi. Ayaqqabının formasının (qişasının) yapılmasını "lüt" və ya üzərinə daxili 

və  aralıq  detalları  yapışdırılmış  qəlibin  üzərində  başlamaq  olar.  Prosesin  özü  hər 

iki halda yapılması eynidir. Ayaqqabının ölçüsü, həcmi və masştabı haqqında tam 

təsəvvürün  yaradılması  üçün  (konstruktor-texnoloji  cəhətdən  isə  daxili  və  aralıq 

detalların  qalınlıqlarına  görə  buraxılış  verilməsi)  üzərinə  daxili  və  aralıq 

detallarının  -  astarlıq,  aralıq  astarlıq,  dilçik  (klapan),  piləkaltı  qayış,  arxalıq, 

burunaltı və içlik detallarını qəlibin üzərinə əvvəlcədən bərkitdikdən sonra qişanın 

alınması  məqsədəuyğundur.  Maket-qişasını  hissələrə  ayırdıqda  əvvəlcədən 

buraxılışlar verməklə şərti açılışı alırlar. Bu halda buraxılışları bütün istiqamətlərdə 

və yerlərdə maksimal dəqiqlikdə almaq olar. Əslində alman səth hazır ayaqqabının 

səthinə  bərabərdir.  Ayaqla  üzlük  arasında  olan  bütün  detalları  (əgər  bu  üsulla 

maket tərtib edilirsə) qəlibi ayaqqabıda yerləşdiyi ardıcıllığı ilə  daban 30,35,40,45; 

hündür daban 50,55, 60, 65; xüsusi hündür daban - 60 mm-dən yuxarı olur. 

Qəlibin  burun  hissəsinin  müstəvidən  qalxma  hündürlüyü  h,  -  uzunluq  oxu 

boyu  daraq  səthindən  minimal  buraxılış  nöqtəsinə  kimi  olan  məsafəni  ölçürlər. 

Qadın qəlibləri üçün ayağın uzunluq ölçüsünə verilən əlavə 5 mm, qalanları üçün 

isə 10 mm qəbul edilmişdir. 

Müəyyən qrup ayaqqabılar üçün burun hissəsinə kimi ayaqqabı qəliblərinin 

formasını unitikasiya edirlər. 

Qəlib  və  ayaqqabının  burun  hissəsi  stil  və  modanın  xüsusiyyətlərini  ifadə 

edir.  Deməli  yeni  ayaqqabı  formasını  tərtib  edərkən  ayaqqabının  burun  və 

dabanlığın forması, dabanlığın hündürlüyü və formasının mahiyyəti dəyişmiş olur. 




16 

 

Burun  hissəsinin  doldurulmasından  asılı  olaraq  dekorativ  buraxılışın  uzunluğu 



artırılır  və  ya  azaldılır.  Burun  hissəsinin  forması  dəyişə  bilən  konstruksiyalı 

qəliblərdən istifadə edilməsi yeni modellərin istehsalı üçün əlverişlidir. 

Belə  qəlibləri,  yeni  çeşidlərin  unifikasiyasının  prinsiplərini  pozmadan 

istifadə etmək olar. 

Ayaqqabı  modelinin  bədii  maketləşdirilməsinin  ilkin  yaradıcılıq  prosesinin 

obyekti olan qəlibin tələb edilən həcmli fəza formasının alınmasından başlayırlar. 

Bu məqsədlə qarşıda mürəkkəb yaradıcılıq məsələsi, mövsümə, perspektivli 

modaya  uyğun,  yeni,  məsələn,  qeyri-adi  fantastik,  təklif  edilən,  qədim  ayaqqabı 

formasının maketləşdirilməsi məsələsi durur. Modelçi rəssam ayaq anatomiyası və 

fiziologiyasını bilərək yeni qəlib formasının yaradıcılıq axtarışını aparır. 

Çıxış qəlibi üçün istənilən ayaqqabı qəlibindən istifadə edilə bilər. Qarşıya, 

şə

libin burun hissəsinin yeni formasınını araşdırılması məsələsi qoyulur (şəkil 1.6). 



Eskizə əsasən bu məsələ mişarlanmış ağac ovuntularından qəlibin burun hissəsinə 

yapışqanla  yapışdırılması  və  ya  gön  materialından  istifadə  etməklə,  sonra  emal 

edilməsindən  ibarətdir.  Ayaqqabı  qəlibinin  burun  hissəsinə,  müəllifin  nəzərdə 

tutduğu  formanın  verilməsi  üçün  sadə  üsuldan  istifadə  edilməsi  təklif  olunur.  Bu 

məqsədlə  formanı  əmələ  gətirən  lövhələrdən  istifadə  edilə  bilər.  Burun  hissənin 

forması onun plastik bütövlüyünü pozmadan qəlibin bütün heykəltəraş forması ilə 

məntiqi  və  kompozisiya  cəhətindən  uyğunlaşdırılmalıdır.  Buna  görə  ayaqqabının 

burun hissənin axtarış prosesində onun daimi yoxlanması və müxtəlif tərəflərdən - 

üst, ön, yan tərəflərdən qəlibin formasını korrektor etmək tələb olunur. Bu qayda 

ilə hazırlanmış qəlibin burun hissəsinin formasının əzik, qabarıq, alt izin dalğavari 

xətləri olmalıdır, yəni hazı maketin keyfiyyətinə mənfi təsir göstərən və insanda bu 

xəyalın əmələ gəlməsi üçün heç bir nöqsan olmamalıdır [4]. 

Qeyd  etmək  lazımdır  ki,  təkcə  qəlibin  hazırlanması  deyil,  həm  də      bütün 

detalların   və   maketin   hazırlanması   bütünlüklə   təmiz   emal   əməliyyatların 

aparılmasını tələb edir. Maket insan fiqurunun kifayət qədər bədii cəhətdən ifadəli 

textonikalı  obrazmı  yerinə  yetirməlidir.  Bu  xəttin  səlisliyi,  elastikliyi,  dabanlığın 

tektonikasından  və  burun  hissənin  hündürlüyə  qalxmasından,  altlıqla  üzlüyün 

mütənasibliyindən,  ayaqqabının  ön  və  arxa  hissələrin  mütənasibliyindən  asılıdır. 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə