Microsoft Word 191 Azerbaijan Independent Islam and the State azeri doc



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə16/19
tarix30.10.2018
ölçüsü0,61 Mb.
#76427
1   ...   11   12   13   14   15   16   17   18   19

Azərbaycan: Müstəqil İslam və Dövlət

 

Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008 

səhifə 17

 

 

deyilik”.



159

 Nardaran bir istisnadır, lakin dindarlara 

qarşı ayrıseçkilik davam edərsə və iqtisadi vəziyyətdən 

narazılıq artarsa, bu kəndə xas olan sosial etirazların 

İslamla əlaqələndirmə meyli daha geniş yayıla bilər. 

 

 



159

 Böhran  Qrupunun  müsahibəsi, Ceyhunə  (əsl adı deyil), 

Buzovna, oktyabr 2007.  

IV.

 

DÖVLƏTİN REAKSİYASI 

Azərbaycan konstitusiyası dini dövlətdən ayırır, lakin 

dövlətin iki qurumu – QMİ  və DQİDK dini həyata 

nəzarət və  rəhbərlik edir. Sovet dönəmindən QMİ 

ruhanilərin təyin olunması, xütbələrə  nəzarət və 

Məkkəyə ziyarətin təşkil olunması ilə  məşğul olur. 

Bütün dini icmalar DQİDK tərəfindən qeydiyyata 

alınmalı  və QMİ-nin sədri, Allahşükür Paşazadənin 

dini hakimiyyətini tanımalıdır.  

A.

 

D

ÖVLƏTİN 

D

İN 

Ü

ZƏRINDƏ 

N

ƏZARƏTİ 

 

1990-cı illərdəki qeyri-sabit vəziyyətdə böyük sayda 

xarici missionerlərə hökümətin cüzi nəzarəti şəraitində 

ölkədə geniş  təbliğat aparmaq imkanı yaradılmışdı. 

Sonradan, əsasən milli təhlükəsizliyini müdafiə etmək 

ehtiyacını  əsas gətirərək Azərbaycan dini sahə 

üzərində nəzarəti əlinə almışdır. 

1.

 

Hüquqi çərçivə 

Konstitusiyada təsbit olunub ki, Azərbaycan dünyavi 

ölkədir (Maddə 6), din dövlətdən ayrıdır (Maddə 19), 

təhsil sistemi dünyavidir, qanun qarşısında bütün 

dinlər eynidir və dini etiqad azadlığı  təmin edilir 

(Maddə 37). Lakin, əslində tam ayrılıq yoxdur, ona 

görə ki, dövlət dini etiqad azadlığı haqqında qanun və 

DQİDK-nın vasitəsilə müdaxilələr edə bilər. 

Müstəqil dini icmalar 1996-cı ildə qanuna edilən 

düzəlişləri dini etiqad azadlığına qarşı  əhəmiyyətli 

zərbə sayırlar.

160  


Bü düzəlişlərə  əsasən, xarici 

missionerlərin fəaliyyəti qadağa olunmuş və hökümət 

bütün dini təşkilatların qarşısında yenidən qeydiyyatdan 

keçmək tələbi qoymuşdur. Yeni prosedürlara uyğun 

olaraq, QMİ dini icmanın statusunu müəyyən etməli, 

sonra tanımalıdır və  məhz bu tələb bəzi müstəqil və

xüsusilə şiə icmaların, qeydiyyatının qarşısını almağa 

imkan yaradır.

161

 QMİ-nin inhisarı tez-tez tənqid 



olunur. Müstəqil imamlardan biri deyir: “Dini icmalar 

qarşısında Allahşükür Paşazadənin dini hakimiyyətini 

 

 

160



 Böhran Qrupunun müsahibəsi, müstəqil ruhani, Bakı, 

oktyabr 2007.  

161

 Cümə, Cavad, Dadaş, və Yuxarı  Kərəc Məscidinin 



İcmaları ədliyyə nazirliyində qeydiyyatı 1996-ci ildə keçiblər. 

Yalnız Dadaş və Abu Bəkr Məscidi 2007-ci ilin oktyabrında 

yeni üsulla yenidən qeydiyyatdan keçmişdir. Nurçu qruplarının 

heç biri qeydiyyatdan keçməmişdir. 




Azərbaycan: Müstəqil İslam və Dövlət

 

Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008 

səhifə 18

 

 

tanımaq öhdəliyinin qoyulmasını demokratiyanın 



ciddi çatışmamazlığı kimi qiymətləndirirəm”.

162


 

Məlumatlara görə, 2006-cı ilə  qədər bəzi müstəqil 

icmalar DQİDK sədri Rafiq Əliyev və QMİ arasında 

olan rəqabətindən faydalanırdı, və sonuncunun təsdiqi 

olmadan, qeydiyyatdan keçməyə müvəffəq olurdu. 

Lakin, 2006-cı ildə Hidayət Orucovun komitəyə sədr 

təyin olunandan sonra, qurumlar arasında ələqələndirmə 

təkmilləşdi və müstəqil icmalar daha nadir hallarda 

qeydiyyatdan keçməyə müvəffəq olurlar.

163


  

Sözügedən icmalar dövlətin dinə münasibətini 

ədalətsiz olduğunu və ikili standartlara geniş yer 

verdiyini hesab edirlər. “Bu qanunla hər bir yəhudi və 

ya xristian hökumətə  və ya dini rəhbərə ayrıca 

ehtiram nümayış etmədən, azad şəkildə  fəaliyyət 

göstərə bilər. Lakin müsəlman icmaları Şeyxülislama 

hörmət etməlidir”, icmalardan birinin rəhbəri şikayətlənir. 

“Qeydiyyatdan keçməmiş icmalar çox idi, lakin 

onların sayı azalmaqdadır. Qeydiyyatdan keçmiş bütün 

icmalar hökümətlə və ya Şeyxülislamla bu və ya digər 

tərzdə  əlaqəlidir və güclü nəzarət altındadır. Onlara 

deyirlər nəyi danışmaq olar, nəyi olmaz” digər bir 

imam söyləyir. “Məsələn, qanuna görə, siyasət və din 

ayrı olmalıdır. Lakin, hər seçki qabağı  Şeyxülislam 

açıq şəkildə prezidentin namizədliyini dəstəkləyir. Biz 

dövlətlə əməkdaşlığa hazırıq, lakin bu ədalətli deyil” 

daha bir dini icmanın rəhbəri belə deyir.

164

 

Adətən, Türkiyədə dini təhsil almış  gənclər  İranda 



təhsil almışlardan daha üstün rəftarla üzləşir. DQİDK 

rəsmisinin məlumatına  əsasən “bizim (DQİDK-nın) 

İranla və ya İranda oxumuş  gənclərlə problemimiz 

yoxdur. Heç bir ayrıseçkilik yoxdur. Sadəcə olaraq, 

biz qonşu (İran) ilə qardaş (Türkiyə) arasında fərq 

qoyuruq”.

165

 Bu  cür  münasibət  şiə icmalarında mənfi 



hisslər doğurur. Müstəqil ruhani qeyd edir: “Dövlətin 

siyasəti  ədalətli deyil. Bir tərəfdən bütün dini 

fəaliyyətə  nəzarət edirlər, digər tərəfdən isə, Türkiyə 

sayağı  ənənələrin ölkəyə daxil olmasına icazə 

verirlər”. Bəziləri  şikayət edir ki, hökümət onların 

Quran kurslarını bağlayaraq, yalnız türklərin dəstəyi 

olan kursların işləməsinə icazə verib.

166


  

 

 



162

 Böhran  Qrupunun  müsahibəsi, müstəqil imam, Bakı, 

sentyabr 2007. 

163


 Böhran Qrupunun müsahibəsi, diplomat, Bakı, oktyabr 

2007; və yazışmalar, Islam üzrə araşdırıcı, Tbilisi, dekabr 2007. 

164

 Böhran  Qrupunun  müsahibəsi, müstəqil imam, Bakı, 



sentyabr 2007. 

165


 

Böhran Qrupunun müsahibəsi, Gündüz Ismayılov, 

rayonlarda dini məsələlər üzrə  şöbənin rəhbəri, DQİDK, 

Bakı, sentyabr 2007. 

166

 Böhran Qrupunun müsahibəsi, müstəqil Siə imamı, Bakı, 



oktyabr 2007. 

Dini etiqad azadlığı haqqında qanuna yeni əlavələr 

2006-cı ildə  qəbul edilmişdir ki, bunun məqsədi də 

qeydiyyat məsələsini və  təriqətlərin fəaliyyətini daha 

da məhdudlaşdırmaq yolu ilə missioner təşkilatların 

fəaliyyətinə  nəzarəti sərtləşdirmək idi.

167

 Bir  sıra 



müxalifət və  vətəndaş  cəmiyyətinin fəalları dövlət 

tərəfindən maliyyələşdirilməyən ruhanilərin vəzifəyə 

təyin olmasına imkan yaradan və müstəqil müsəlman 

icmalarını QMİ-nin

 

razılığını almaq öhdəliyindən 



azad edən dəyişikliklərin qəbul olunmasını  təklif 

edirlər.


168

 Bununla  belə, dini icmalar, QHT-lər və 

araşdırma mərkəzləri şikayətlənir ki, qanun hazırlanarkən 

onlarla müzakirələr aparılmayıb. Düzəlişlərin ilk 

müzakirələri 2007-ci ilin əvvəlinə planlaşdırılmışdır, 

lakin onlar bir neçə dəfə təxirə salınmışdır. DQİDK-in 

sədri Orucov bildirmişdir: “bəzi texniki dəyişikliklər 

etmək mümkündür, lakin ümumiyyətlə, (dini etiqad 

azadlığı haqqında) qanunu tam dəyişməyə ehtiyac 

yoxdur”.


169

 

2.



 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 

Dini sahə üzərində nəzarət vəzifəsi həvalə edilən əsas 

dövlət qurumu DQİDK 2001-ci ildə icmaları 

qeydiyyata almaq və onların fəaliyyətinə  nəzarət 

etmək üçün yaradılmışdır.

170


 Qurum qeydiyyatda olan 

bütün dini icmalara təlimatlar paylayır və dini 

fəaliyyətə gündəlik nəzarət edir. Rayonlarda dini 

məsələlər  şöbənin rəhbəri Gündüz İsmayılov bunu 

belə izah edir:  

Dini icmalar üçün bizim qanuni çərçivəmiz var. 

Onlar bu çərçivədən çıxanda, biz müdaxilə edirik. 

Dini təhsilin aşağı  səviyyədə olmasını  nəzərə 

alaraq, bəzi xarici missionerlər, hərdən pis niyyətlə, 

bu boşluğu doldurmağa çalışır. Dövlət beyinlərin 

bu cür zəhərlənməsinə maneə olmağa çalışır. 

Lakin, bizim üçün problemi inzibati vasitələrlə 

həll etmək çox çətindir. Mənim fikrimcə, yeganə 

 

 



167

 Feliks Korley, “Azərbaycan: Dini etiqad haqqında Qanun 

nə üçün və necə dəyişiləcək?”, Forum 18, 14 avqust 2006.  

168


 Böhran Qrupunun telefon müsahibəsi, millət vəkili Fazil 

Gəzənfəroğlu,  İnsan Haqqları Kommissiyasının üzvü və 

Hacı İlqar İbrahimoğlu, Cümə Məscidinin icmasının imam-

camaatı, Bakı, fevral 2008. 

169

 “Hidayət Orucov: Azərbaycanda dini etiqad azadlığı 



haqqında qanuna ehtiyac yoxdur”, 525-ci qazet, 30 iyun 2007. 

170


 Rəsmi olaraq DQİDK dörd əsas vəzifə daşıyır: dövlətin 

dünyaviliyini və dinlə siyasətin ayrı olmasını  təmin etmək; 

dini tolerantlığı qorumaq və inkişaf etdirmək; dini təhsilinin 

dünyavi modeli çərçivəsində olmasını  təmin etmək; dini 

ədəbiyyata nəzarət etmək və  ədəbiyyatın dinlər arası  və ya 

ölkənin sabitliyinə zərər vurmamasını təmin etmək. Komitə 

həmçinin,  İranın dini həyata təsirinin qarşısını almaqda 

kömək etmək üçün yaradılmışdır. Balcı, “Post-Sovet 

Azərbaycanda İslam və Siyasət ”, eyni mənbədən, səh. 145.  



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə