Microsoft Word 191 Azerbaijan Independent Islam and the State azeri doc



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə11/19
tarix30.10.2018
ölçüsü0,61 Mb.
#76427
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

Azərbaycan: Müstəqil İslam və Dövlət

 

Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008 

səhifə 12

 

 

2.



 

Azərbaycanın Şimal bölgəsi 

İddialara görə Səudiyyə humanitar təşkilatının dəstəyilə 

1990-cı illər  ərzində  şimal bölgəsindəki  şəhələrdə 

onlarla azərbaycanlı  sələfiliyə üz tutmuşdur. Yerli 

sakinlər və polis deyir ki, son illərdə onların sayı 

nəzərəçarpacaq qədər azalıb. Şəki, Zaqatala, Balakən, 

Qusar və Quba məscidlərində bir neçə saqqallı  gənc 

ibadət edir və digərlərin  şübhəli baxışlarına məruz 

qalırlar. Adətən onlar ayrıca bir məsciddə ibadət 

edirlər. Qubada, hətta  şiə  məscidində namaz qılırlar, 

lakin sələfilərdən biri belə bir münasibət bildirdi: “biz, 

əslində, ora gedə bilərik, lakin onların divarlarında 

Peyğəmbərin və  İmam  Əlinin təsvirləri bizim üçün 

qəbulolunmazdır”.

108

 

Dini  ənənələrin daimi güclü olduğu  şimaldakı dağ 



bölgələrdə missionerlər, ilkin olaraq, ağsaqlları 

sələfiliyə çevirmişdilər.

109

 “Mən  İslamı  nənəmdən 



öyrənmişəm. Lakin, müstəqillikdən sonra biz yeni 

ədəbiyyat, Quranın yeni tərcümələri əldə etdik. Bunları 

oxuduqdan sonra, başa düşdüm ki, nənəmin ibadət 

tərzi düzgün deyildi!” – öz şəhərində “vəhhabi” sayılan 

ağsaqqal deyir. “Mən özümü ‘vəhhabi’ saymıram. 

Mən sünniyəm və yeganə  həqiqət Qurandır. Mən 

pirlərə ziyarəti səhv sayıram, lakin burdakı türk 

müəllimləri bunu məqbul sayır. Mən onlarla heç vaxt 

bu barədə mübahisə etməmişəm”.

110


 

Gənc sələfilərin  əksəriyyəti nəinki  İslamda tələb 

olunan qaydaları bilir, onlar həmçinin, Quranı yaxşı 

öyrəniblər.  Şimal  şəhərlərin birində  Əfəndi adlı  şəxs 

deyir ki, “Azərbaycanda təhsilli adamlar İslamda 

haqq-ədaləti axtarır.  Əbu Bəkr məscidindəki insanlar 

oxşar istəyə malikdir”.

111


  

Şimal bölgələrində yaşayan Sələfilər şəhərdə yaşayan, 

təhsilli ziyalı  təbəqəsinə  mənsub olmamaqları 

səbəbindən Bakıdakılardan fərqlənir.

112

 Süleymanovun 



 

 

108



 Böhran Qrupunun müsahibəsi, Sələfi, Azərbaycanın 

şimal bölgəsi, oktyabr 2007.  

109

 Hər kəndin böyük nüfuza malik ağsaqqallar var. 



Azərbaycanın  şimal bölgəsində  ağsaqqalar dini ənənələrin 

canlı yaddaşıdır ki, sonradan da, o bilikəri gənc nəsillərə 

ötürürlər. Xarici missionerlər, ilk olaraq, ağsaqqallarla əlaqə 

qurub, onların bir neçəsini Sələfiliyə qovuşdurmuşdur. 

110

 Böhran Qrupunun müsahibəsi, Sələfiliyə çevrilən yaşlı, 



Azərbaycanın  şimal bölgəsi, sentyabr 2007. Sələfilər və 

Siələr pirlərin dini əhəmiyyəti məsələsində razılaşmırlar. 

Sələfilər iddia edir ki, yalnız Peyğəmbər müqəddəs sayıla 

bilər; Azərbaycandakı  Şiələr və bir qism Sünnilər isə 

Peyğəmbərin qohumlarının məzarlarını  və pirlərini 

müqəddəs yer sayır.  

111

 Böhran  Qrupunun  müsahibəsi,  Əfəndi (əsl adı deyil), 



Azərbaycanın şimal bölgəsi, sentyabr 2007. 

112


 Böhran Qrupunun müsahibəsi, DQİDK-nın nümayəndəsi, 

Azərbaycanın şimal bölgəsi, sentyabr 2007.  

tərəfdarlarından fərqli olaraq, bu dindarlar siyasi 

fikirlərini açıq izhar edirlər. Əfəndi belə izah edir: 

Azərbaycan höküməti Quranın bəzi ayələrinə 

məhdudiyyət qoyur.

113

 Birincisi, Quran buyurur ki, 



müsəlman varını bölüşdürməlidir. Bu hökümət isə 

bütün hər  şeyi cibində saxlayır.  İkincisi, hicablı 

qadın məktəbə gedə bilmir, və  hətta  şəkil 

çəkdirməyə qoymurlar. Bu ölkədə az sayda insan 

bilir ki, hökümət mafiya qrupu tərəfindən deyil, 

Allah tərəfindən nəzarət edilməlidir. Və bu hökümət 

istəmir ki, insanların bu haqda biliyi olsun.

114


  

Müxtəlif şəhərlərdən olmalarına baxmayaraq, onların 

bəzi düşüncələri oxşardır, və bu amil belə düşünməyə 

əsas verir ki, onlar görüşlər və ya elektron vasitələrlə 

fikir mübadiləsi aparır. Bununla bərabər, bir sıra 

müxtəlif qruplardan ibarət bu toplum yaxşı 

təşkilatlanmayıb və belə  təsəvvür yaranır ki, hər bir 

şəxsin  İslama fərdi yanaşması mövcuddur. Sələfiliyə 

münasibətdə  əksəriyyəti Süleymanovun yanaşmasını 

bölüşür, lakin siyasi fikirlər də ifadə edənlər vardır. 

Əfəndi  əlavə edir ki, “Siyasi fikir söyləyən kimi, 

onların (hökümətin) gözündə dönüb olursan ‘vəhhabi’ 

və onlar səni sıxışdırmağa başlayır”. 

3.

 

Xəvariclər 

Öz icmasını qorumaq naminə siyasiləşməmək yolunu 

seçəndən sonra Qamət Süleymanovu bir sıra 

tərəfdarları kafir hökümətlə əməkdaşlıqda ittiham etdi. 

Əsasən Bakıda və şimal şəhərlərində olan dissidentlərə 

qarşı Süleymanov fətva verərək, onları xəvaric (Ərəb 

dilindən “xaric olunan”) adlandırdı.

115


 “Onlar 

müsəlman  Ummasına  məxsusdurlar, lakin ona qarşı 

çıxırlar”.

116


 Onlar mövcud hökümətə qarşı qiyam 

etməyi mümkün hesab edir və onlar kimi 

düşünməyənləri kafir sayır.

117


 

Xəvaric qrupların  əksəriyyəti Sumqayıt,  Şəki, Quba, 

Qusar, bəzi Bakı kəndləri və Bakının özündə yaşayır, 

lakin çoxları Zaqatala və Balakəni artıq tərk edib və 

hazırda Əbu Bəkr məscidini ziyarət etmirlər.

118

 Şimal 


bölgəsindəki  şəhərlərdən birində yaşayan Ayaz belə 

 

 



113

 Ayə (həmçinin  misra  və ya sura adlandırıla bilər) 

Quranda təsbit olunmuş qaydadır.  

114


 Böhran  Qrupunun  müsahibəsi,  Əfəndi (əsl adı deyil), 

Azərbaycanın şimal bölgəsi, sentyabr 2007. 

115

 Böhran Qrupunun müxbiri, Bayram Balcı, Bakı, noyabr 



2007.  

116


 Q. Süleymanov, Rəhbərlərə Münasibət (Bakı, 2001), səh. 

17. 


117

 Böhran  Qrupunun  müsahibəsi, Qamət Süleymanov, 

yanvar 2008.  

118


 “Abu  Bəkr dini icmasının rəhbəri Qamət Süleymanov: 

mən Vəhhabı deyiləm”, Today.az, 30 avqust 2006. 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə