Microsoft Word 191 Azerbaijan Independent Islam and the State azeri doc



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə15/19
tarix30.10.2018
ölçüsü0,61 Mb.
#76427
1   ...   11   12   13   14   15   16   17   18   19

Azərbaycan: Müstəqil İslam və Dövlət

 

Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008 

səhifə 16

 

 

Cənubda  ən azından iki icma, Şeyxülislamın dini 



hakimiyyətini tanımır, lakin yerli əhalinin əksəriyyəti 

bu icmaların məscidlərinə getməyə qorxur. “Bu indi 

böyük problem deyil, lakin hökümətdə korrupsiya 

olduğu kimi qalsa, insanlar təngə gələ bilər və həmin 

anda bu problemə çevriləcək” – yerli QHT üzvü belə 

düşünür.


146

 2007-ci ilin dekabrında sözügedən icmalar

müxalifət və insan haqqları üzrə QHT-lər təhsil 

qanununa təhsil müəssisələrində hicabın və digər dini 

örtüklərin geyinilməsinə qadağa qoyan əlavəni kəskin 

tənqid etmişlər.

147

 Şiə QHT-ləri bu zaman daha fəallıq 



göstərmişlər. Mömin şiələrə qarşı ayrıseçkilik davam 

edərsə, böyük ehtimalla onlar siyasi baxımdan 

səfərbər olmağa, və hətta sıxışdırılmış sünni icmalarla 

ya digər icmalarla birləşməyə qadirdir.

148

  

3.



 

Nardaran misalı 

Xəzər dənizin sahilində  və Bakıdan 25 km aralıqda 

yerləşən Nardaran kəndi müqəddəs ziyarətgah sayılır 

və ölkədə dini müxalifətin mərkəzinə çevrilib.

149

 

Bələdiyyəsi olmayan bu kənd, aqsaqqalar şurası 



tərəfindən  İslamın sərt  şiə üslubu ilə idarə olunur. 

Polis kəndə daxil ola bilmir: 2001-ci ildə “müəyyən 

təxribat yaratmaq” məqsədilə  kəndə girən iki polis 

nəfərini yerli sakinlər öldürmüşdür.

150

 2002-ci  ildə 



sosial narazılıqdan irəli gələn ixtişaşları polis zor 

gücünə yatırmışdır.

151

 Üç  həftə  ərzində aparılan 



əməliyyat nəticəsində bir kənd sakini ölmüş  və bir 

neçəsi xəsarət almışdır. Hərəkatın rəhbəri  Əlikram 

Əliyev həbs olunub altı illik azadlıqdan məhrum 

edilmişdir.  

Ramizoğlu vəziyyəti belə anladır: “Nardaranda sosial 

məsələlər dini zəminə keçmişdir.  İlk dəfə  vəziyyət 

2002-ci ildə  nəzarətdən çıxdı, lakin hökumət tezliklə 

nəzarəti bərpa etdi”.

152

 Kənddə olan sosial problemlər 



dini şuarlarla ifadə edilir. “Bizə qalan tək bir İslamdır” – 

 

 



146

 Böhran Qrupunun QHT nümayəndəsi ilə müsahibəsi, 

Lənkəran, oktyabr 2007.  

147


 “Parlamentinin üzvləri Azərbaycanda hicab geyinilməsinə 

qadağanın qoyulması  məsələsində razılığa gələ bilmirlər”, 

Trend xəbərlər agentliyi, 27 dekabr 2007.  

148


 Hacı İlqar Azərbaycandakı bütün inanclıları, Sünni qrupları 

və xristiyanları da müdafiə edir, Böhran Qrupunun müxbiri

Hacı  İlqar  İbrahimoğlu, Cümə  Məscidi  İcmasının imam-

camaatı, Tbilisi, yanvar 2008.  

149

 Nardaranın hakimiyyətlə ziddiyətinin tarixi Sovet dönəmindən 



başlayıb. 

150


 Böhran  Qrupunun  müsahibəsi,  Əlikrəm  Əliyev, ahıllar 

şurasının üzvü və Azərbaycan İslam Partiyasının sabiq sədri, 

Nardaran, sentyabr 2007. 

151


 Etiraz aksiyası hökümətin kəndə qazı kəsməsindən sonra 

başladı.  

152

 Böhran Qrupunun müsahibəsi, Hacı Azər Ramizoğlu, 



DEVAMM-ın sabiq sədri, Tbilisi, avqust 2007. 

yerli sakinlərdən biri 2006-cı ildə BBC jurnalistinə 

demişdır. Sakinlərdən biri Böhran Qrupuna ucadan 

demişdir: “onlar öz hakimiyyətini bura gətirmək 

istəsələr, biz onları öldürəcəyik. Onlar kəndə daxil 

olmaq istəsələr, hamını çağırmaq üçün işarəmiz var. 

Kənd boyu gedən gaz borusunu döyürük. Bununla da 

kəndin gəncləri mərkəzi meydana toplaşır. Onların 

bura gəlməsi mümkün deyil”.

153


  

2006-cı ilin fevralın 7-də “karikatura əhvalatı”

154

 100-


dən artıq Nardaranlını küçəyə  çıxıb, etirazlarını 

bildirməyə  və Danimarkanın bayrağını yandırmağa 

təhrik etdi. Fevralın 9-da, Aşura günü, 1000-nə yaxın 

gənc Bakının mərkəzində dini şuarları  səsləndirərək, 

yürüş etmiş  və Fransa mətbuatında karikaturaların 

təkrar nəşrinə etiraz olaraq öz bəyanatlarını Fransa 

səfirliyinə çatdırmışdırlar.

155


 2006-cı ilin noyabrında 

“Avropa və biz” məqaləsində jurnalist Rafiq Tağı 

İslamın Azərbaycanın inkişafını  ləngitməsini yazdı. 

Nardaran sakinləri özlərini dərindən təhqir olunmuş 

hiss edərək, etiraz aksiyaları təşkil etdilər və İrandan 

dəstək kimi jurnalistə qarşı  fətva aldılar.

156

 Hökümət 



Tağını və qazetin baş redaktoru Samir Sədaqətoğlunu 

həbs etdi; müvafiq olaraq onlar üç və dörd il 

müddətinə  məhkum olundular, lakin 2007-ci ilin 

dekabr ayında Prezidentin əfv fərmanı ilə azadlığa 

çıxdılar. “Rafiq müxalifət jurnalisti deyildi; o ona 

görə həbs edilmişdi ki, hakimiyyət ölkədəki sabitliyin 

İranın  əli ilə pozulmasından həqiqətən qorxmuşdu”, 

həmkarlarından biri belə düşünür.

157

  

Xüsusilə  məscidlərin bərpasını maliyyələşdirməklə 



hökümət Bakının ətraf kəndlərində olan dini icmaların 

rəhbərlərini öz tərəfinə  çəkməyə nail olmuşdur.

158

 

“Biz siyasiləşmiş deyilik, odur ki mədrəsəmizi 



qeydiyyatdan keçirtməkdə  çətinliyimiz olmayıb”, 

qonşu Buzovna kəndindəki qızlar üçün yeganə 

mədrəsəyə  rəhbərlik edən Ceyhunə belə deyir. 

“Nardaranlılar bütövlüklə siyasiləşib. Biz onlar kimi 

 

 

153



 Böhran  Qrupunun  müsahibəsi, Bəhram (əsl adı deyil), 

Nardaran sakini, Nardaran, sentyabr 20.  

154

 Peyğəmbər haqqında təhqiredici sayılan və 2005-ci ilin 



sentyabrında Danimarka qazetində  nəşr edilən karikaturalar 

dünya Müləsmanları arasında hiddətlə qarşılandı, “Müsəlman 

karikaturaları üzrə hadisələr ardıcıllığı”, BBC News, 19 fevral 

2006.  


155

 Bax  “Azərbaycan: Siyasi dəyişiklik deyil, Peyğəmbər 

naminə etiraz”, EurasiaNet, 17 fevral 2006. 

156


 Müctəhid Fazil Lənkarani Rafiq Əliyevə qarşı  fətva 

vermiş və ona ölüm hökmü çıxarmışdır.  

157

 Böhran Qrupunun müsahibəsi, Rafiq Tağının həmkarı, 



Bakı, sentyabr 2007.  

158


 Böhran  Qrupunun  müsahibəsi, Buzovna kəndi, sentyabr 

2007.  



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə