Microsoft Word 191 Azerbaijan Independent Islam and the State azeri doc



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə18/19
tarix30.10.2018
ölçüsü0,61 Mb.
#76427
1   ...   11   12   13   14   15   16   17   18   19

Azərbaycan: Müstəqil İslam və Dövlət

 

Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008 

səhifə 20

 

 

yaxın adamları göndərir və məscid üçün heç nə etmir. 



Burda bütün təmiri özümüz etmişik!”

181


  

QMİ  İslamın tədrisi üçün yeganə  rəsmi mənbə olan 

Bakı  İslam Universitetinə  və onun dörd filialına 

(Zaqatala, Lənkəran, Sumqayıt, Mingəçevir) nəzarət 

edir. Bundan əlavə, QMİ-nin nəzarəti olmadan, 

dövlətə malik Bakı Dövlət Universitetində ilahiyyat 

fakültəsi fəaliyyət göstərir ki, onun da səviyyəsi zəif 

sayılır.


182

  

2002-ci ildən etibarən nüfüzunu artırmaq üçün QMİ 



islahatlara yol açmışdır ki, bu da əsasən, yeni nəsil 

ruhanilərin təhsilini ön plana çıxartmışdır.  İlk olaraq 

qurum xaricdə, xüsusilə Türkiyə, Misir, Suriya, 

Küveyt, Səudiyyə  Ərəbistanı  və  hətta  İranda təhsil 

almış  gəncləri cəlb etməyə  cəhd etdi.

183


 İkincisi, 

əvvəlki molları əvəzləmək üçün İslam Universitetinin 

yeni regional filialları

184


 daha  yaxşı  təhsil almış 

ruhanilər nəsli yetirşdirməyə başladı. Böhran Qrupunun 

əməkdaşları, xüsusilə sünnilər yaşayan rayonlarda, 

əhalinin yeni təyin olunan və daha dinamik 

olduqlarına görə gəncləri özlərinə cəlb edən mollalardan 

razılıq etdiklərinin şahidi olmuşdur. Zaqatala/Balakən 

rayonunun axundu Məhəmməd  İgidov deyir: 

“əvvəllər imamların bilikləri aşağı  səviyyədə idi və 

onlar korrupsiyaya uğramışdı… onlar insanların dinlə 

əlaqədar suallarını cavablandıra bilmirdi. İndi isə, 

yeni gənc mollalar sualları cavablandıra bilir… Bu 

radikallığı aradan qaldırmaq üçün ən yaxşı yoldur”.

185

 

Üçüncüsü, QMİ yeni milli İslam kimliyini yaratmağa 



çalışır. Bakı İslam Universitetinin Lənkəran filialının 

rektoru Hacı Səədi və ənənəvi dini ailələrdən olan şiə 

mollalar bunu bu cür izah edir:  

Türkiyə  və ya İran sayağı  ənənələrin bizi idarə 

etməyini istəmirik. Öz ənənələrimizə üstünlük 

veririk. Biz İnternet  əsrinə  qədəm qoymuşuq və 

İslam da uyğunlaşmalıdır. Şiələr hər zaman İmam 

Hüseynin faciəsini, yəni Aşura gününü qeyd 

 

 

181



 Böhran Qrupunun müsahibəsi, Astara Məscidinin camaatı, 

Astara, oktyabr 2007.  

182

 “Tədris səviyyəsi axı çox aşağıdır”, müstəqil icmanın 



rəhbəri belə deyir. “Bir dənə universitet olduğuna görə, hamı 

ora gedir. Dövlət diplomu tanımadığına görə, gənc məzunlar 

QMİ-də  işləməyə  məcbur olurlar”, Böhran Qrupunun 

müsahibəsi, müstəqil icmanın imamı, Bakı, sentyabr 2007.  

183

 Böhran Qrupunun tədqiqatçısı  İranda təhsil almış  və 



yenilikə təyin olunmuş bir neçə rəsmi mollalarla görüşmüşdür. 

184


 Sumgayıt və Mingəçevirdə filiallar 1997-də açılmışdır, 

Zagatalada 1998-də və Lənkəranda 2002-də, Böhran Qrupunun 

telefon müsahibəsi, Bakı Islam Universitetinin nümayəndəsi

yanvar 2008. 

185

 Böhran  Qrupunun  müsahibəsi, Məhəmmət Igidov, 



Zaqatala/Balakən rayon axundunun  müavini (Müsəlman 

ruhani hakimiyyətinin üzvü), Zaqatala, sentyabr 2007.  

ediblər. Onlar özlərini qamçılayırdılar. Biz buna 

son qoyduq və qan vermə təşəbbüsü ilə əvəzlədik.

186

  

Dəyişikliklərin bəziləri dindarlar tərəfindən müsbət 



qarşılanmır.  İslam dini mərkəzlərində  təhsil 

almamaqlarına baxmayaraq, bir qism köhnə mollalara 

hörmət və  rəğbət olduğu kimi qalır. Bəzi kəndlərdə 

yeni təyin olunmuş mollaların məscidləri boşdur, 

lakin köhnə mollalar yas mərasimlərini keçirir və 

dindarlara onların gələcək taleyini danışır.

187

 İranda 


təhsil almış ruhanilərə QMİ-nin icazəsini almaq çətin 

olaraq qalır; Hacı  Səədi gileylənir ki, “böyük sayda 

gənc təhsilini bitirəndən sonra İranda qalır”.

188


 

İslahatların nəticəsində dini təhsil üzərində  nəzarətin 

keyfiyyəti artmış, lakin onlar daha da irəli gedib, 

müstəqil və qərəzsiz ruhanilərin yaradılması prosesini 

gücləndirməlidir. QMİ ruhaniləri hökümətə qarşı 

sədaqətinə görə deyil, ləyaqəti və dini biliyinə əsasən 

təyin etməlidir.

189


  

B.

 

D

ÖVLƏT 

T

ƏRƏFİNDƏN 

S

IXIŞDIRMALAR

 

Son illərdə hökümət bəzi müstəqil  İslamçı qrupların, 

xüsusilə  şimal bölgələrində yaşayan sələfilərin 

fəaliyyətini sıxışdırır. Bununla bərabər, digər müstəqil 

qruplar da həddən ziyadə pis rəftarla üzləşdiklərini 

bildiriblər.

190

 Adətən sələfilərə  şübhə ilə yanaşılır: 



onların potensial terrorçu kimi təqdim edilməsində 

həm mətbuat, həm hökümət və həmçinin də, rəsmi şiə 

ruhanilər rol oynamışlar. Baxmayaraq ki, vətəndaş 

cəmiyyətinin üzvləri təqiblər nəticəsində bu icmaların 

 

 

186



 Qamçılamağın qan vermə ilə əvəzlənməsi də İran tərəfindən 

tətbiq edilən yenilikdir. Cümə Məscidinin İcmasının başçısı 

Hacı İlgar Ibrahimoğlu iddia edirki, Azərbaycanda bu yeniliyi 

o tətbiğ edib və sonra bu fikiri QMİ ruhaniləri təkrarlayıb. 

187

 Azərbaycanda ənənəvi müsəlman  ənənəsidir ki, mollalar 



Ərəb dilində müəyyən dualar yazmaqla, bir neçə manat 

məbləğində pul qazana bilər. 

188

 Müsəlman ənələrinə uyğun olaraq, dini icma özü imamını 



seçir; bəzi hallarda QMİ icmalara icazə verir ki, öz seçdiyi 

imamı saxlasın; digər hallarda, QMİ öz seçdiyini yerləşdirir. 

Böhran Qrupunun müsahibəsi, Hacı Səədi, direktor, Lənkəran 

Islam Universiteti, Lənkəran, oktyabr 2007. 

189

 2007-ci ilin oktyabr-noyabr aylarında Böhran Qrupunun 



apardığı müşahidələr göstərmişdir ki, QMİ-nin bütün 

ruhanilərinin otaqlarında Prezident Əliyevin şəkli var. 

190

 Zaqatala rayonunda böyük hörmətə malik olan Süfi Şeyxi 



demişdir ki, saqqalı radikal İslamın təzahürü sayan polis 

saqqaları qırxmağa məcbur edir. Ona deyiblər ki, ya saqqalı 

qırxmalısan və ya beş günlük həbsə olunacaqsan. Həmçinin, 

deyir ki, bəzi hallarda, polis saqqallı adamın evinə  bərbəri 

gətirir. Böhran Qrupunun müxbiri, İslam üzrə xarici araşdırıcı, 

Tbilisi, yanvar 2008. 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə