Microsoft Word 191 Azerbaijan Independent Islam and the State azeri doc



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə12/19
tarix30.10.2018
ölçüsü0,61 Mb.
#76427
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

Azərbaycan: Müstəqil İslam və Dövlət

 

Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008 

səhifə 13

 

 

deyir: “Bilirsiniz, İslama döndükdən bir neçə il sonra 



insanları ayırd etməyi öyrənirsən. Danışığından bəzi 

insanların vəhhabiliyə qoşulduğunu hiss edirik. Onlar 

öldürməyə hazırdır. Onlar dindən kənar insanlardır”.

119


 

Ramil daha radikal inanclıdır və münasibəti belədir: 

“hər kəsin psixologiyasından asılıdır. Bəzi insanlar 

silah tutmaqda digərlərindən daha bacarıqlıdır”.

120

 

Süleymanovun şimal bölgələrində yaşayan tərəfdarları 



xəvaric olanları tanıyır və onları  təhlükəli sayırlar. 

Buna səbəblərdən biri də, odur ki, polis dinc sələfiləri 

xəvariclərdən çox vaxt ayıra bilmir və nəticədə hər iki 

qrupu sıxışdırır. 



Xəvariclər açıq bəyan edir ki, Allah yeganə hakimdir 

və onlar kafir hökümətə hörmət bəsləyə bilməzlər. 

Onlar istəyir ki, Azərbaycan  Şəriəti (İslam qanunu) 

qəbul etsin və bir qismi torpaq vergisi verməkdən 

imtina edir.

121


 DQİDK-nın sədr müavininin dediyinə 

əsasən, “Bir-birlərini Qardaş adlandıran bu şəxslər 

İslam dövləti qurmaq istəyir. Onlarla razılaşmayanları 

pis müsəlman sayırlar”.

122

 Böyük  ehtimalla,  onların 



dünyagörüşləri satqın saydıqları Süleymanov 

vasitəsilə deyil, Dağıstandan və ya İnternet vasitəsilə 

gələn təsirlər altında formalaşır. Onların Böhran 

Qrupuna dediklərinə görə, yaşam modeli kimi 

Dağıstanın Çabanmaxi, Karamaxi və Kadar kəndləri 

ola bilər. Bu kəndlərdə birinci və ikinci Çeçen 

müharibəsi arasında kiçik İslam dövləti qurmaq 

cəhdləri olmuşdur. 

Şimal bölgəsindən olan Kamran adlı  xəvaric üçün 

“İslam sülh dini deyil, ədalət və qanun dinidir. Biz 

Qamət Süleymanova hörmət edirdik, lakin o, 

Rəhbərlərə Münasibət  kitabını yazandan sonra, biz 

onu tanımırıq. Biz bu hökümətə rüşvət vermək 

istəmirik”.

123


 Şimal bölgələrində yaşayan digər Sələfilərin 

terrorçuluğun yanlış olaraq İslamla bağlanması narahat 

etdiyi vaxtda, Kamranı 11 sentyabr hücumları 

barəsində soruşanda o, belə bir cavab vermişdir: 

“terror hücumları günahsız qurbanlarla nəticələnibsə 

belə, bu insanların günahkar olub-olmamasına bir tək 

Allah qərar verə bilər”. Eyni zamanda o, müsəlman 

döyüşçülərlə həmrəyliyini ifadə edir: “Səhhətimə görə, 

mən  Əfgənistanda döyüşlərə qoşula bilmirəm, lakin 

digər tərzdə kömək edirəm”.  Əliyev hakimiyyəti 

 

 

119



 Böhran Qrupunun müsahibəsi, Ayaz (əsl adı deyil), 

Sələfi, Azərbaycanın şimal bölgəsi, sentyabr 2007.  

120

 Böhran  Qrupunun  müsahibəsi, Ramil (əsl adı deyil), 



Sələfi, Azərbaycanın şimal bölgəsi, sentyabr 2007. 

121


 Böhran Qrupunun müsahibəsi, Süleymanovun əleyhdarı, 

Şəki, oktyabr 2007.  

122

 Böhran Qrupunun müsahibəsi, Elçin Əsgərov, DQİDK-



nın sədr müavini, Bakı, avqust 2007.  

123


 

Böhran Qrupunun müsahibəsi, Kamran, xəvaric

Azərbaycanın şimal bölgəsi, noyabr 2007.  

barəsində o, belə deyir: “bü gün bir şey etməyin 

məqamı deyil. Onlar bizi çox fəal izləyir, indi biz heç 

nə edə bilmərik”.  



Xəvariclərin gələcəkdə tədricən radikal İslamçı qrupa 

çevrilməsi ehtimalı digər qruplara nisbətən daha 

böyükdür. Yuxarıda sözügedən Ceyşullah kimi kiçik 

radikal qruplaşmalar vaxtaşırı üzə  çıxır və dövlət 

tərəfindən tərksilah edilir. Bununla belə, xəvaric 

sayıla bilən şəxslərin sayı 100 nəfərə çatmır. Onların 

özləri arasında böyük fərqlər mövcuddur və 

təşkilatlanmış  vəziyyətdə deyillər. Bəzi icmalar 

digərlərindən daha radikaldır: Bəzi qruplar yalnız 

yerli  əhalidən ibarətdir və Azərbaycan dövlətinin 

quruluş  tərzini dəyişmək məqsədini qüdür. Bəzi 

qruplar xaricdən maliyyə yardımı ala bilər.  İstifadə 

etmək istədikləri üsullar vahid deyil: bəzi üzvlər 

cihada hazırdır, əksəriyyəti isə daha dinc görsənir. 



B.

 

M

ÜSTƏQİL 

Ş

İƏ 

Q

RUPLARI

 

QMİ-nin dini hakimiyyətini tanımayan müstəqil  Şiə 

icmalar Bakıda və bir sıra digər  şəhərlərdə  fəaldır.

124


 

Onların arasında üç iri müstəqil icma QHT yaradaraq, 

dini etiqad azadlığı  və insan haqları standarlarının 

yaxşılaşdırılması naminə açıq şəkildə iş aparır. 



1.

 

Müstəqil icmalar  

1990-cı illər  ərzində Cümə  Məscidi Bakıda  ən 

nüfuzlu müstəqil  Şiə icmasına çevrilmişdir.  İçəri 

Şəhərdə daşdan tikilmiş yaraşıqlı  məscid cümə 

namazında 3,000-nə yaxın dindarın toplaşdığı yer idi. 

Lakin, 2004-cü ilin iyunun 30-da hökumət məscidi 

bağladı  və onun yerində xalça muzeyi yaratmağa və 

icmaya yeni imam təyin etməyə  cəhd etdi.

125

 Çox 


güman ki, hökümətin bu hərəkətinə  səbəb icmanın 

imamı Hacı  İlgar  İbrahimoğlunun hökumətin 

tənqidçisi olması, və 2003-ci il prezident seçkilərində 

müxalifətdən olan namizəd İsa Gəmbəri dəstəkləməsi 

 

 

124



 Məlumatlara görə, digər müstəqil  şiə icmaları  Gəncə, 

Xaçmaz, Quba və Bakının  ətraf kəndlərində mövcuddur, 

Böhran Qrupunun müsahibəsi, müstəqil  Şiə imamı, Bakı, 

oktyabr 2007. İran dini rəhbərlərinə yaxın olan digər 

müstəqil icmalar ölkənin cənub kəndlərində yerləşir, Böhran 

Qrupunun müsahibəsi, Azərbaycanın cənubu, oktyabr 2007.  

125

 İki dəfə polis güclə yüzlərlə dindarı qovmuş  və 80-nə 



yaxın dindarı  həbs etmişdir, “Polisin Məscidə Hücumu: 

Müsəlmanların Qovulması  və Döyülməsi”, Forum 18, 30 

iyun 2004; və “Cümə  Məscidinin iyirmi yeddi üzvü 

saxlanılıb, bir çoxu cərimələnib, dörd nəfər döyülüb”, Forum 

18, 7 iyul 2004. Cümə  Məscidi 1996-ci ildəki qəbul edilən 

dini etiqad azadlığı haqqında qanuna əsasən QMİ-nin dini 

hakimiyyətini tanımaqdan imtina etmişdir.  



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə