Microsoft Word 191 Azerbaijan Independent Islam and the State azeri doc



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə17/19
tarix30.10.2018
ölçüsü0,61 Mb.
#76427
1   ...   11   12   13   14   15   16   17   18   19

Azərbaycan: Müstəqil İslam və Dövlət

 

Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008 

səhifə 19

 

 

həll yolu savadsızlıqla mübarizə aparmaq və milli 



İslami kadrları yetişdirməkdir. Zor gücü ilə biz sabit 

dini mühit yarada bilməyəcəyik. Bizə lazım olan 

isə özümüzdə  İslam tədrisini təşkil etməkdir ki, 

gənclər İslamı öyrənmək üçün xaricə getməsinlər.

171

 

DQİDK, məlum istəyi olsa da belə, xaricdə dini 



öyrənmək üçün gedən gənc azərbaycanlıların kütləvi 

axınına nəzarət etmir. “Dövlətə  xəbər vermədən indi 

heç kim xaricdə dini təhsil ala bilməz. Kimsə 

qeydiyyatdan keçmədən gedirsə, problem yoxdur, 

lakin qayıtdıqdan sonra rəsmi ruhani vəzifəsi almaqda 

çətinliklərlə üzləşəcək”.

172

 

Senzuranın 1998-ci ildə ləğv olunmasına baxmayaraq, 



dini ədəbiyyat nəşr etdirmək üçün DQİDK-nın razılığı 

tələb olunur. Yalnız qeydiyyatdan keçmiş icmalar 

nəşrlə  məşğul ola bilər və  hətta onların çap etdikləri 

nüsxələrin sayı  məhduddur.

173

 Həmçinin, dini 



ədəbiyyatın idxalına da məhdudiyyət mövcuddur və 

bu istər  İslam, istərsə  də qeyri-İslam  ədəbiyyatına 

aiddir. DQİDK bu işə ciddi nəzarəti həyata keçirir. 

Məsələn, 2005-ci ildə qurum “siyasi İslamın” təşviqi 

kimi saydığı 92 dini kitabı qadağan etmişdir. Bundan 

əlavə, İran Ayətollası Fazil Lənkəraninin də kitabları 

da daxil olmaqla, Komitədə qadağa olunan 

ədəbiyyatın açıqlanmamış siyahısını tutulub.

174

 2007-


ci ilin noyabrında polis kitabları müsadirə etməklə, 

metro qarşısında və küçələrdə Quran satıcılarının işini 

əngəlləmişdir. Kitab satıcıları etiraf etmişlər ki, 

onlardan dini kitabları satışdan yığışdırmaq xahiş 

olunmuşdur.

175


 

Türkiyə  mənşəli qruplar da nəzarətdən kənar qalmır. 

1996-cı ildə qanuna edilən dəyişiklilərdən sonra, ölkə 

boyu on doqquz Quran kursu

176

 və bir neçə  mədrəsə 



bağlanmışdır. Nurçuların məscid və  mədrəsələri də 

hədəfə çevrilmişdir: belə ki, bir neçə ay əvvəl, 2007-

 

 

171



 

Böhran Qrupunun müsahibəsi, Gündüz Ismayılov, 

rayonlarda dini məsələlər üzrə  şöbənin rəhbəri, DQİDK, 

Bakı, sentyabr 2007.  

172

 

Böhran Qrupunun müsahibəsi, Gündüz Ismayılov, 



rayonlarda dini məsələlər üzrə  şöbənin rəhbəri, DQİDK, 

Bakı, sentyabr 2007. 

173

 Azərbaycan qanunlarına  əsasən, nüsxələrin dəqiq sayı 



üzrə DQİDK-nın razılığı olmadan çap maşınları dini 

ədəbiyyatı  nəşr edə bilməz.  İdxal edilən dini ədəbiyyat 

yoxlamaya məruz qalır, “Din haqqında Qanun nə üçün və 

necə dəyişiləcək?”, Forum 18, 14 avqust 2006. 

174

 Qadağan olunmuş ədəbiyyatın natamam siyahısını tapmaq 



üçün  İnternet ünvanı: www.islam.com.az/modules/news/ 

article.php?storyid=242. 

175

 “Azərbaycanda Quran satmaq qadağandır?”,  Day.Az, 7 



noyabr 2007. 

176


 Fərman DQİDK tərəfindən dərc edilmişdir, “Dini Bülleten”, 

Turan xəbərlər agentliyi, sentyabr 2007. 

ci ilin sentyabrında, ölkənin cənubunda, sünni 

kəndlərinin birində  mədrəsə bağlanmışdır. 2007-ci 

ildə, türk müəllimin apardığı Quran kurslarının ölkənin 

şimal bölgəsindəki  şəhərlərinin birində bağlanması 

göstərdi ki, Ankaradan göndərilən müəllimlər də ciddi 

nəzarət altındadır.

177

 

3.



 

Qafqaz Müsəlmanları İdarəsinin İslahatı 

Azərbaycanda “rəsmi” İslam Sovet vaxtı yaradılan və 

şərti olaraq müstəqil qurum olan QMİ tərəfindən idarə 

olunur. Onun şiə rəhbəri Şeyxülislam Hacı Allahşükür 

Paşazadə 1980-cı ildə təyin olunmuşdur; onun müavini 

Müfti Hacı Salman Musa oğlu Musayev isə sünnidir. 

QMİ molların təyinatı, İslamın tədrisinə və ruhanilərin 

məvacibi məsələlərinə cavabdehdir.

178

 

Şeyxülislam tərəfindən təyin edilən mollalar nadir 



hallarda  əhalinin rəğbətinə sahib olurlar. “Qırmızı 

mollalar” Sovet hökümətinin casusu sayılırdı  və, 

deyilənə görə, bir çoxu, kommunizm dağılandan 

sonra öz vəzifələrində qalmışdır. Bu səbəbdən və, 

həmçinin Məkkə  və  Mədinəyə ziyarətin təşkili 

üzərində saxladığı inhisara görə, bir çoxları QMİ-ni 

korrupsiyaya uğramış  təşkilat sayır. “QMİ dini 

təşkilat deyil, o bizneslə məşğuldur”, Bakıda yaşayan 

imamlardan biri hesab edir.

179


 Paşazadənin daxili 

siyasətə müdaxiləsi QMİ-nin durumunu daha da 

zəiflətmişdir. O, xüsusilə 1998-ci və 2003-cü illərdə 

prezident seçkiləri zamanı, hakim partiyanın 

namizədlərinə qeyri-şərtsiz dəstək vermiş  və  hətta, 

deyilənə görə, müxalifətə səs verənləri hədələmişdir.

180

  

Həmçinin, bir çox insan düşünür ki, QMİ məscidlərə 



və dini icmalara yetərincə kömək etmir. Həcc ziyarətinin 

təşkilindən qazanılan vəsaitə  və  nəzarətində saxladığı 

məscidlərdən hesabı bilinməyən ianələrə malik 

olmasına baxmayaraq, əksər məscidlər icmaların öz 

təşəbbüsü və ya xarici yardımla bərpa edilib. “Paşazadə 

bizim üçün nə edib?” Astaradan bir qadın soruşur. “O, 

əzanın səslənməsinə qadağa qoydu, Həccə yalnız ozünə 

 

 



177

 Yuxarıda 100 saylı istinada bax. 

178

 1989-ci ildə Transqafqaz Müsalmanlarının Sovet Ruhanilər 



İdarəsi Qafqazda Şiələr və Sünnilər üzərində hakimiyyət 

verən Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) adı almışdır. Adətən, 

QMİ-ni Müsəlmanlar üçün müqəddəs olan ziyarətqahlara 

səfərlərin qiymətini süni artırmaqda və Azərbaycana aid 

istifadə olunmamış kvotatın  İran və,  əsasən Dağıstan və 

Çeçenistandan olan, Rusiya Müsəlmanlarına satmaqda 

günahlandırırlar. Bax Yunusov, eyni mənbədən, səh. 233-237. 

179


 Böhran Qrupunun müsahibəsi, müstəqil imam, Bakı, 

yanvar 2008. 

180

 Hacızadə, eyni mənbədən, səh. 10.  




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə