Microsoft Word 191 Azerbaijan Independent Islam and the State azeri doc



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə13/19
tarix30.10.2018
ölçüsü0,61 Mb.
#76427
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

Azərbaycan: Müstəqil İslam və Dövlət

 

Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008 

səhifə 14

 

 

idi.



126

 Seçkidən sonra etiraz aksiyası  təşkil etməkdə 

şübhəli bilinərək 2003-cü ilin dekabrın 1-də 

İbrahimoğlu həbs olunmuşdur. 2004-cü ilin aprelin 2-

də ona beş illik şərti cəza kəsilmiş  və bir neçə 

səfirliyin və QHT-nin işə qarışmasından sonra o, 

ertəsi gün azadlığa buraxılmışdır.

127


 

İcma 1992-ci ildə  rəsmi dini təhsili olmayan mömin 

Hacı Azər Ramizoğlu və İranda təhsil almış və imam-

camaat seçilmiş  İbrahimoğlu tərəfindən təsis 

edilmişdir.  İcma qısa müddətdə geniş sayda tərəfdar 

toplaya bilmişdir. Ramizoğlu bunun səbəbini belə 

izah edir: “bizim məqsədimiz İslamın fərqli olmasını, 

yəni yalnız yas üçün və rüşvətxor imamların pul 

dilənməsindən ibarət olmamasını göstərmək idi. 

Düşünürəm ki, məsciddə  nəzir qutusunun olmaması 

uğurumuzun  əsəs  şərtlərindən biri idi”.

128


 İcma iki 

QHT yaratmışdır: Azərbaycandakı dindarların 

hüquqlarını qorumaq üçün DEVAMM

129


 təşkilatını 

(Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə 

Mərkəzi) və dinlərarası dialoq və tolerantlıq üzrə 

İslam-İttihad Cəmiyyətini. Bu Cəmiyyət rəsmi sənədlər 

üçün hicabda (baş örtüyündə) şəkil çəkdirmək hüququn 

qorunması naminə lobbiçilik həyata keçirirdi.

130

 

2004-cü ildə DQİDK-nin sabiq sədri Rafiq Əliyev 



demişdir: “son zamanlar o, [İbrahimoğlu] dini xadimdən 

çox özünü siyasətçi və insan haqları müdafiəçisi kimi 

aparır… lakin o, eyni zamanda, siyasətçi və din xadimi 

olmamalıdır”.

131

 İbrahimoğlunun tərəfdarı deyir ki, 



“[QMİ] [bizdən] çox narazı idi. Onların dini hakimiyyətini 

 

 



126

 “Mən  İsa Qəmbəri  şəxsən dəstəkləmirdim. Mən 

monarxiya və hakimiyyətin ailə üzvləri arasında 

otürülməsinə qarşı  çıxmışdım”, Hacı  İlqar  İbrahimoğlu, 

Cümə Məscidi İcmasının rəhbəri, Bakı, sentyabr 2007. 

127


 “Yarı-müstəqil  İmam  Şərti Cəza ilə  Məhkum Olunub”, 

Forum 18, 5 aprel 2004.  

128

 Böhran Qrupunun müsahibəsi, Hacı Azər Ramizoğlu, 



DEVAMM-ın sabiq sədri, Tbilisi, avqust 2007. Bütün rəsmi 

məscidlərin girişində nəzir qutusu yerləşdirilib (pul toplamaq 

üçün qutu). Pulların hansı  məqsədlər xərclənməsi geniş 

şəyalər doğurur.  

129

 Həmin yerdə. 



130

 İcma həmçinin, qan vermə, narkotik və alkoqolə qarşı 

kampaniya, yetim uşaqlara kömək və  İslam tədrisi kimi 

fəaliyyətlə  məşğul olur. Onların “Dar-ül-Hikmət” adlı 

araşdırma mərkəzi də var. www.juma-az.org internet 

səhifəsinə bax. Hacı  İlqar  İbrahimoğlunun dediyinə görə, 

şəxsiyyət vasiqəsi olmayan minlərlə qadın 2003-ci 

seçkilərində  iştirak edə bilməmişdir.  Hicabsız (baş örtüyü 

olmadan)  şəkil çəkdirməkdən imtina edən qadınlar yeni 

şəxsiyyət vəsiqəsi ala bilməmişdilər. “Azərbaycan: Müstəqil 

Müsəlman icmasının rəhbəri sağdır, lakin təzyiqlər davam 

etməkdədir”, Forum 18, 22 oktyabr 2003. 

131

 “Azərbaycan: Köhnə  Şəhərdə Üsyankar Məscid”, Hərb 



və Sülh Hesabatları üzrə İnstitut (Institute for War and Peace 

Reporting (IWPR), 7 iyun 2004.  

tanımadığımıza görə, onlar bizi siyasi təşkilat sayırdı. 

Buna da səbəb bizim korrupsiyanı  tənqid 

etməyimizdir”.

132


 İcma 1992-ci ildə Ədliyyə Nazirliyində 

qeydiyyatdan keçmişdir, lakin 1996-da yeni qanunun 

tələbi ilə yenidən qeydiyyatdan keçməyə cəhd etmədi. 

Ramizoğlu deyir: “1998-ci ilə  gədər, yəni insan 

haqqları ilə deyil, yalnız dini fəaliyyətlə  məşğul 

olduğumuz dövrdə, bizim heç bir problemimiz yox idi. 

Lakin, insan haqqları ilə  məşğul olmağa və Bakıda 

yerləşən Qərb təşkilatlarından dəstək almağa başladığımız 

andan problemlər yarandı. Xüsusilə  mətbuat bizi 

kəskin tənqid etməyə başladı”.

133

 O,  Azərbaycanı 



2003-cü ildə tərk etmiş və bü günə kimi Gürcüstanda 

mühacir kimi yaşayır.

134

  

Hacı  İlqar  İbrahimoğlu hələ  də Bakıda yaşayır və 



onun dediyini görə 500-dən artıq şəxs icmada qalır və 

onun həftəlik olaraq keçirtdiyi dini tədbirlərdə iştirak 

edir. O Cümə  Məscidinə qayıtmağa nail olmayıb və 

bütün tərəfdarlarını siğışdırmaq üçün kiçik olan bir 

ofisdə 

fəaliyyətini davam etdirir. İcmasının 



məqsədləri haqqında sualımıza belə cavab verdi: “Biz 

vətəndaş cəmiyyətinin inkişafında maraqlı olan dindar 

insanlarıq”.

135


  

Din azadlığı bu gün Azərbaycanda ən çox pozulan 

haqqlar sırasındadır. Hökümət tərəfindən təyin 

edilən rəhbəri tanımayan dini icmanı onlar 

qeydiyyata almırlar. Müstəqil icmaların başçılarına 

hökümət hədə qorxu gəlir, şəxsi mənzillərə basqın 

edir, dindarları döyür və  həbs edir, və dini 

etiqadımızı açıq şəkildə ifadə etməyimizə əngəllər 

törədir.  Əziyyət çəkən çoxdur: müsəlmanlar, 

xristianlar və digərləri. Lakin, hökümət uzaq-görən 

yanaşmaya malik deyil.

136


  

 

 



132

 Böhran Qrupunun müsahibəsi, Fuad (əsl adı deyil), Cümə 

Məscid İcmasının dissident bölməsinin üzvü, Bakı, sentyabr 

2007.  


133

 Böhran Qrupunun müsahibəsi, Hacı Azər Ramizoğlu, 

DEVAMM-ın sabiq sədri, Tbilisi, avqust 2007.  

134


 Ramizoğlunun ekstradisiyasına çalışan Azərbaycan 

tərəfinin xahişi ilə Gürcüstanda 2006-ci ilin martın 31-də 

həbs olunmuşdur. 2006-ci ilin aprelin 14-dən etibarən 

zaminə buraxılmışdır. Azərbaycanda o, işgəncə  və pis 

rəftarla üzləşə bilər. Gürcüstan İşğəncələrə qarşı 

Konvensiyanı ratifikasiya edib, odur ki, vətənində işgəncəyə 

məruz qalmaq ehtimalı olan şəxsi zorla ölkədən xaric edə 

bilməz. Bax “Gürcüstan: Zorla qaytarma/isgəncə  və ya pis 

rəftar qorxusu: Azər Ramizoğlu Səmədov”, Amnesty 

İnternational, 20 aprel 2006.  

135

 Böhran Qrupunun müsahibəsi, Hacı  İlqar  İbrahimoğlu, 



Cümə Məscidi İcmasının imam-cammatı, Bakı, sentyabr 2007. 

136


 İlgar  İbrahimoğlunun çıxışı, BMT-nin İnsan Haqqları 

üzrə 61-ci Komissiyası, Cenevrə, 5 aprel 2005. bax: 

http://www.becketfund.org /index. php/article/381.html. 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə