Mədəni Quran dünyagörüşü (в кривых). cdr



Yüklə 388,37 Kb.
Pdf görüntüsü
səhifə13/15
tarix25.11.2017
ölçüsü388,37 Kb.
#12337
1   ...   7   8   9   10   11   12   13   14   15

39

olmazsa,  ağıl  və  fitrətin  “yox”  dediyi  özbaşınalıq,  xaos  və  anor-

mallıq  meydana  çıxacaqdır.

Formal-mifoloji    yunan    irsinin    təsiri    ilə    müsəlman  

düşüncəsində    metodoloji    təhrifl ər    meydana    çıxmasaydı,  

müsəlmanlar  qurucu  pionerlər  olacaqdılar.  Çünki  onlar  mədəni  

Quran  dünyagörüşünün  yolgöstərənliyi  ilə  müxtəlif  elmlərin  

açarlarına  sahib  olmağa  qadirdirlər.

Xurafat  və  formallıqdan  uzaq  qalmaq  şərti  ilə  ümmətdaxili  

elmi,  islahatçı  və  mədəni  proseslərə  düzgün  istiqamət  vermək  

üçün  müsəlman  ziyalılar,  tədqiqatçılar,  mütəfəkkirlər,  islahatçı-

lar  hərtərəfl i  elmi-metodoloji  yanaşma  tərzini  mədəni  Quran  

dünyagörüşü  ilə  əlahiddə  götürməlidirlər.  Bunun  üçün  tərbiyə,  

təhsil    və    mədəniyyət    sahələrində    islahat    aparmaq    lazımdır.  

Çünki  bu  sahələr  düşüncə  və  elmi  qurumların  formalaşmasın-

da,  elmi  və  lider  kadrların  hazırlanmasında  mühüm  rol  oyna-

yır.  İslam  bütün  sahələrdə  elm  və  bilik  zehniyyətini  təsis  edən  

koqnitiv  inteqrasiyaya  böyük  əhəmiyyət  verir.

Müsəlman    cəmiyyətində    islahatlar    aparmaq    istəyən  

mütəfəkkir,  tərbiyəçi  və  islahatçılar  başa  düşməlidirlər  ki,  in-

sanı  aktivləşdirmək,  ona  məqsədyönlülük  aşılamaq  üçün  təkcə  

bilik  kifayət  etmir.  Bunun  üçün  psixoloji,  mənəvi  və  emosio-

nal  amilləri  də  nəzərə  almaq  lazımdır.  Aktivlik  təkcə  bilikdən  

asılı  deyil.  Aktivlik  insanın  sahib  olduğu  biliklərə  iradəsi  və  

emosiyaları  ilə  necə  münasibət  bəsləməsindən  asılıdır.

Deməli,    islahat    üçün    ancaq    təhsil    və    məktəbin    qayğısı-

na  qalmaq  bəs  etmir.  Həmçinin  insanın  fiziki  və  psixoloji  

cəhətdən    formalaşmasında    əsas    rol    oynayan    uşaqlıq    dövrü  

tərbiyəsi  vicdanın  möhkəmlənməsində  ciddi  amil  hesab  olu-

nur.  Bunun  vicdana  və  qəlbə,  insanın  seçimlərinə  istiqamət  

verən  psixoloji  xüsusiyyətlərə  silinməz  təsiri  vardır.

Bu  baxımdan  müsəlman  fərd  və  cəmiyyət  ümmətin  düşünmə  

üslubundakı    təhrifl əri    düzəltməlidir.    Həmçinin    gənclərin  

tərbiyəsi    metodikasında    redaktə    işi    aparılmalıdır.    Bu    ona  




40

görədir  ki,  gələcək  nəsillərin  özülü  düzgün  atılsın,  hər  şeydən  

əvvəl  isə  ümmətin  mədəni  dünyagörüşü  yenidən  təsis  edilsin.  

Dünyagörüşü  isə  koqnitiv-mənəvi  strukturda  əsasdır.  Beləliklə,  

müsəlmanlar  gələcək  nəsillərin  tövhidə,  əxlaqa,  abadlaşdırma  

işinə  əsaslanan  etiqadının  formalaşmasını  təmin  edəcəklər.



11. Ümumbəşərilik

Ümumbəşərilik    insanın    bütün    formalaşma    mərhələlərini  

özündə  birləşdirən  anlayışdır.  Ümumbəşərilik  fərddən  ailəyə,  

qəbiləyə,  xalqa,  dil  və  rəngə,  cinsə  qədər  bütün  həmhüdud  

dairələrin  daxil  olduğu  ən  böyük  əsil-kök  dairəsi  insan  və  

insanlıq  deməkdir.

Ümumbəşərilik    insan    oğlunun    mədəniliyi    və    indiyədək  

bir    çox    zaman    və    məkan    əngəllərini    yıxmış    elmi    bacarıq-

larının    səmərəsidir.    Ümumbəşərilikdə    insana    insan    olaraq  

müraciət  olunur.  Çünki  ümumbəşərilikdə  irqçiliyə  yer  yoxdur.  

Həmçinin  ümumbəşəriliyin  meydana  çıxardığı,  fiziki-bioloji,  

sosial  qanunauyğunluqlara  əsaslanan  elmi  təfəkkür  xurafata,  

sehrə,  cəfəngiyata  yox  deyir.

İslamdan  əvvəlki  dinlər  ayrı-ayrı  xalqlara  göndərilmiş  ila-

hi  mesajlar  idi.  İslam  isə  bütün  bəşəriyyətə  göndərilmişdi,  

ümumbəşəri  ritorikaya  sahib  idi.  İslamda  vasitə  bilik  və  qanu-

nauyğunluqlar,  arqument  “kitab”  və  “oxu”,  məqsəd  isə  ədalət  

və  sülh  idi.  Çünki  ədalət  olmazsa,  nə  ümumbəşərilik  qalar,  nə  

də  sülh!

Çoxları  elə  güman  edir  ki,  qloballaşma  yeni  təzahürdür.  

Amma  bu  doğru  deyildir.  Qloballaşma  dövrün  imkanları  ilə  

silahlanmış  siyasi  və  iqtisadi  güclərin  müstəmləkə  və  istismar-

çı  siyasətinin  indiki  dövrdəki  adıdır.  Məqsəd  daha  çox  zülm  

etmək,  daha  çox  qazanmaq,  daha  çox  əsarət  altına  almaqdır.

Ümumbəşərilik  qloballaşma  deyildir:  onlar  bir-birinə  zidd  

anlayışlardır.  Ümumbəşərilik  qardaşlıqdır,  qarşılıqlı  şəfqətdir,  

maraqların  ədalətlə  bölüşdürülməsidir,  insanlar  arasında  sülh-



41

dür.  Qloballaşma  isə  öyünmədir,  hegemonluqdur,  nəzarətdir,  

istismardır,    dünya    müharibələri    və    tamahkarlıqdır,    ədalətsiz  

inhisarçı,  müstəmləkəçi  sistemdir.

İslamın  bəşəriyyətə  göndərilməsindən  sonra  dünyanın  keçir-

diyi  bilik  və  ümumbəşərilik  mərhələsi,  xalqların  ünsiyyətində  

bütün  əngəlləri  ləğv  edən  kommunikasiya  prosesinin  inkişafı  –  

bütün  bunlar  insanları,  xalqları  vahid  ümumbəşəri  cəmiyyətdə  

birləşməyə  təşviq  edir.

Vahid    dünya    cəmiyyəti    və    dövləti    xülyaya    oxşasa    da,  

bəşəriyyətin  bugünkü  vəziyyəti  onu  bir  zərurətə  çevirmişdir.

Mütəfəkkir  və  islahatçılar  bəşəriyyətin  bu  arzusunu  həyata  

keçirmək    üçün    böyük    fürsət    qarşısındadırlar.    Bu    arzunun  

həyata  keçirilməsi,  əslində  insanın  yer  üzündəki  xəlifəlik  mis-

siyasının  icra  edilməsi,  qardaşlığın,  ədalətin,  abadlaşdırma  və  

sülhün    təmin    edilməsi    deməkdir.    Bunun    üçün    xalqlararası  

əlaqələrdən  və  ümumbəşəri  proseslərdən  istifadə  etmək  la-

zımdır.  Bu  fürsətin  əldən  qaçırılması  ağrılı  və  faciəli  olacaqdır.

Ciddi  sual  yaranır:  Belə  cəmiyyət  və  sistemin  konturlarını  

qlobal  güclər  cızacaq,  yoxsa  mütəfəkkir  və  alimlər  Quran-

islam  mədəniyyətinin  yaradılması  üçün  fürsəti  qənimət  bilib  

uğur  qazanacaqlar?



12. Sülh

Mədəni    Quran    dünyagörüşünə    görə,    sülh    ədalətin    və  

bəşəri  vəhdətin  danılmaz  şərti  və  prinsipidir.  Madam  ki  is-

lam    dünyagörüşündə    bəşəriyyət    vəhdətdə    növbənövlüyü,  

növbənövlükdə  isə  vəhdəti  ifadə  edir,  bəşəri  struktur  (fərdlər,  

nəsillər...)  həmhüdud  dairələrdən  ibarətdir,  elə  isə  bu  iç-içə  

münasibətlərin  tənzimlənməsi  üçün  sülh  bir  zərurətdir.

Uca  Allah  buyurur:

“Ey  iman  gətirənlər!  Hamınız  bir  yerdə  sülhə  gəlin!..”  (əl-

Bəqərə,  208).




Yüklə 388,37 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə