Mədəni Quran dünyagörüşü (в кривых). cdr



Yüklə 388,37 Kb.
Pdf görüntüsü
səhifə14/15
tarix25.11.2017
ölçüsü388,37 Kb.
#12337
1   ...   7   8   9   10   11   12   13   14   15

42

Qeyd  edək  ki,  yuxarıda  göstərdiyimiz  prinsiplər  islam  fikri-

nin  ən  mühüm  prinsipləridir,  onları  əlavə  təfsilat  və  təsnifata  

təhkim  etmək  mümkündür.  Əlavə  təfsilat  və  təsnifat  isə  elmi-

metodoloji  tədqiqatlarda  səmərəli  olacaqdır.

13. İslahatçılıq və abadlaşdırma

Yaşamaq  üçün  səy  göstərib  zəhmət  çəkmək  insan  oğlunun  

fitrətində  mövcuddur.  Bu,  yer  üzündə  xəlifə  olmağın  səmərəsi  

kimi  özünü  göstərir.  Amma  insanın  yaşamaq  üçün  çəkdiyi  

zəhmətdə  iki  qüvvə  bir-biri  ilə  mübarizə  aparır:  birincisi  par-

çalamağa,  öz  tələbatlarını  zorakılıqla,  güclə,  zülmlə,  təcavüzlə  

əldə  etməyə  meyl  göstərən  heyvani-bioloji  instinktlərdir;  ikin-

cisi  isə  insanı  haqq,  ədalət,  rəhmət  dəyərlərinə  əməl  etməyə,  

zülm  və  təcavüzdən  uzaq  qalmağa  təşviq  edən  mənəvi,  hissi,  

vicdani  və  fitri  instinktlərdir.

Fərqində  olmalıyıq  ki,  abadlaşdırma  və  islah  məqsədi  yer  

üzündə  insanın  mövcudluğuna  dair  Quran  dünyagörüşündən  

ayrı  olmayan  sağlam,  fitri  prinsipdir.  İnsan  oğlu  təbii  ehtiyac-

larını  ödəmək  üçün  işləməyi,  zəhmət  çəkməyi,  səy  göstərməyi  

özünə  məqsəd  bilməzsə,  nə  yer  üzündə  dəyəri  qalar,  nə  də  

özünü  təsdiqləyə  bilər.

Amma    insan    oğlu    yaşamaq    üçün    zəhmət    çəkib    səy  

göstərərkən  insan  olduğunu  təsdiqləmək  üçün  xeyrə,  yararlılı-

ğa  əməl  etməlidir.  Zülmə,  fəsada  yol  verməklə  çalışmaq,  səy  

göstərmək    insan    kimliyinin    süqutudur,    kainat    və    məxluqat  

sisteminin  məqsədlərinin  toxunulmazlığını  ləğv  etməkdir.

14. Gözəllik: həqiqət yoxsa xülya?

İslah  və  abadlaşdırma  anlayışlarının  davamı  olaraq  mədəni  

Quran    dünyagörüşündə    gözəllik    dəyəri    haqqında    danışmaq  

lazım  gələcəkdir.  Çünki  gözəllik  kainatın  yaradılmasında  özü-

nü  göstərmiş  dəyərdir.  İnsan  bunu  fitrən  hiss  edir.  Həmçinin  



43

gözəllik  həyatın  maddi  və  mənəvi  sahələrdə  insan  nəfsinin  eh-

tiyacını  ifadə  edir.  Kainatda  olduğu  kimi,  Quranda  da  gözəllik  

mövcuddur.  Allahın  məxluqatı  yaratmağını  təsvir  edən  ayələrdə  

ifadə  gözəlliyi  vardır.  Ayələr  Allahın  gözəl  şəkildə  yaratmağın-

dan,  nemətlərdəki  gözəllikdən  söz  açır.

Təəssüf  ki,  “özünüləğv”  ritorikasının  uzun  müddətə  islam  

ritorikasını  sıxışdırıb  meydandan  çıxarması  müsəlman  fərdin  

könlündə  özünütəsdiq  ritorikasını,  bununla  da  yaradılmadakı  

gözəllikdən  həzz  alma  hissini  tədricən  məhv  etmişdir.

Gözəllikdən,  kainatdakı  harmoniya  və  yaradıcı  tablolardan  

həzz  almaq  fitridir,  özünütəsdiqdir.  Amma  gözəlliyi  sevən  fitrət  

düzgün  vasitələrlə  təbii  tələbatların  təmin  edilməsində  çəkilən  

cızıqdan  kənara  çıxmamalıdır.

Yaşadığı  dövrün  problemlərinə  baxmayaraq,  Peyğəmbər  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)

  nəfsləri  rahatlatmağı  tövsiyə  edirdi.  Çün-

ki  nəfs  işlə  yüklənərsə,  yorulub  usanar.  Mədinəli  müsəlmanlar  

toy  mərasimi  keçirmək  istədikdə  bəzi  səhabələr  etiraz  etmək  

qərarına  gəlirlər.  Amma  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)

  

onlara  izah  edir  ki,  insan  nəfsinin  musiqinin  gözəlliyinə  qulaq  



asmaqla  bir  qədər  dincəlməyə  ehtiyacı  vardır.  Bu  məqsədlə  

o,  onlar  üçün  nəğmə  qoşur,  insanlar  da  onu  təbil  vurmaqla  

sevinərək,  əylənərək  oxuyurlar.

Həmçinin    Peyğəmbər   



(Ona    Allahın    xeyir-duası    və    salamı    olsun!)

    həyat  

yoldaşı,  möminlərin  anası  Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  ilə  


birlikdə  Mədinəyə  gəlmiş  həbəşlərin  xalq  rəqsləri  və  oyunları-

na  tamaşa  etmişdir.

Gözü    baxmaq    ləzzətindən,    qulağı    dinləmək    həzzindən,  

xəyalı  yaratma  və  qurma  nəşəsindən  məhrum  etmək  olmaz.  

Təbii  ki,  bu  həzz  və  ləzzət  şəriətin  qoyduğu  çərçivə  daxilində  

olmalıdır.

Gözəllik  dünyada  insanı  aldatmamalı,  qəfl ətə  salmamalıdır:

“(Ya    rəsulum!)    küfr    edənlərin    diyar-diyar    gəzib    do-

laşması    (ticarətdən,    əkinçilikdən    mənfəət    əldə  



44

edərək    xoş    güzəran    keçirməsi)    səni    aldatmasın!  

Bu,  (axirət  nemətləri  ilə  müqayisədə)  azacıq  bir  mənfəətdir.  

Sonra  isə  onların  məskəni  Cəhənnəmdir.  Ora  necə  də  pis  ya-

taqdır!”  (Ali-İmran,  196-197).

Beləliklə,  gözəllik  özünütəsdiqi  düzgün  şəkildə  təmin  edirsə,  

dünya  və  axirətdə  insana  nəşə  verəcəkdir.  Yox,  əxlaqsızlıqla,  

pozğunluqla  nəticələnəcəksə,  aldadıcı  ləzzət  olacaqdır.



Quran dünyagörüşü islahat 

və abadlaşdırmada əsas və stimuldur

Ümmətin  Quran  dünyagörüşünü  geri  qaytarmaq  istəyiriksə,  

Peyğəmbər  dövrünü,  erkən  islam  tarixini,  mədəni  Quran  dün-

yagörüşünün  bu  zaman  kəsiminə  təsirini  diqqətlə  öyrənməliyik.  

Bu  tarixi  dövrün,  dünyagörüşü  formasının  nəticələrini,  ümmətə  

necə  istiqamət  verdiyini  də  öyrənmək  lazımdır.

Bununla  yanaşı,  müasir  Qərb  mədəniyyətinin  məzmun  və  

mahiyyəti    Quran    dünyagörüşü    əsasında    tədqiq    edilməlidir.  

Qərb    mədəniyyəti    dinlərdən    və    vəhyin    yolgöstərənliyindən  

imtina  etmişdir.  Bu  o  vaxt  baş  vermişdir  ki,  həmin  dinlərin  

göndərildikləri    xalqlarla    əlaqəli    missiyası    işə    yaramamış  

və  bu  dinlər  təhrifə  məruz  qalmışlar.  Nəticədə  Qərb  insa-

nı  dinləri  həyatın  bir  küncünə  atmış,  materializmə  əsaslanan  

mədəniyyət  təsis  etmişdir.  Bu  mədəniyyətdə  əxlaqdan,  ruh-

dan,  mənəviyyatdan  əsər-əlamət  qalmamışdır.  Bu  mədəniyyət  

irqçiliyə,  güclünün  hakimiyyətinə,  sosial  münasibət  və  davra-

nışlarda  əxlaqi  dəyərlərin  unudulmasına  əsaslanır.  Qərbdəki  bu  

həyat  ruhu  olmayan  bioloji  varlıqların  həyatını  xatırladır.

Mənfi    xüsusiyyətlərinə    baxmayaraq,    materialist    Qərb  

mədəniyyəti  yer  üzündə  varislik  vəzifəsini  maddi  istiqamətdə  

icra  etmişdir.  Bu  məqsədlə  dünyəvi  elmlərdən  istifadə  edən  

qərblilər  materiyanı  və  fiziki  qanunauyğunluqları  əsas  götürən  




Yüklə 388,37 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə