30
oğlunun həyatı, varlıq aləmini, axirəti qavrayıb dərk etməsində
ali bəşəri məntiq funksiyasını icra edir.
“...Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir
xaliq varmı?! Ondan başqa heç bir tanrı yoxdur…” (Fatir, 3);
“(Ya rəsulum!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik
ki, ona: “Məndən başqa heç bir tanrı yoxdur. Buna görə də
yalnız Mənə ibadət edin!” – deyə vəhy etməyək” (əl-Ənbiya,
25).
Həm Allahın təkliyi, qüdrəti, yeganəliyi və kamilliyi, həm də
yaradılmadakı gözəllik məxluqatın növbənövlüyü və vəhdətini
göstərir.
Əgər fitrət və kainat sisteminin bir-birini tamamlamağı Ya-
radıcının təkliyi və qüdrətini zəruri edirsə, onda kainatın sis-
temli və düzgün yaradılması bu yaradılmanın səbəbiyyət və
inteqrasiya baxımından birliyini qaçılmaz edir.
2. Xəlifəlik (varislik)
“(Ya rəsulum!) Sənin rəbbin mələklərə: “Mən yer üzündə
bir xəlifə (canişin) yaradacağam”, – dedikdə...” (əl-Bəqərə, 30).
Xəlifəlik prinsipi insan fitrətində öz əksini tapmayan Quran
tapşırığı deyildir; əksinə, bu prinsip insanın fərd və kollektiv
olaraq gücünü göstərir. Yaşamaq, fəaliyyət göstərmək, tələbatları
ödəmək məqsədilə təbiəti nəzarət altına almaq, düşüncəni,
seçimləri, prinsipləri, dəyər və anlayışları ifadə etmək üçün in-
san oğluna Allah tərəfindən digər canlılarda olmayan səciyyəvi
xüsusiyyətlər verilmişdir. Çünki materiya doğru dəyər və an-
layışları əks etdirməzsə, dəyəri yoxdur. Həmçinin materiyada
öz əksini tapmayan prinsip, dəyər və anlayışlar heç bir dəyərə
sahib deyildir.
Beləliklə, davranış və seçim məsuliyyəti ilə müşayiət olunan
varislik insan həyatının mənası olub, müsbət fəaliyyət və yara-
dıcılıqda, abadlaşdırmada onun məqsədini ifadə edir.
31
3. Ədalət və mötədillik
Ədalət hər növ zülm və insafsızlığın əksidir. Bəşəriyyətin
qarşılıqlı fəaliyyətində, mənəvi, maddi, sosial-siyasi və iqtisadi
sferalarda ədalət əsasdır.
Ədalət və mötədillik olmazsa, insanın mövcudluğu və varis-
lik vəzifəsi öz mənasını itirəcəkdir. Ədalət davranışlara obyektiv
məzmun kəsb etdirir, onda əxlaq və məqsədyönlülüyü təmin
edir, fitrətdən xəbər verir. Bu səbəbdən insana əmr edilən
ilk şey ədalətli olmaqdır. Çünki o, həyatın mənası, fitrətin
nizamlayıcısıdır. Ədalət ilə Allah özünü zülmdən uzaq tutur.
Amma insan yoldan uzaqlaşıb, Allahdan qeyrisinin iradəsinə
tabe olduğu üçün özünə zülm edir.
“Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yax-
şılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-
əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina
etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir.
(Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət
verir!” (ən-Nəhl, 90);
“...Allah onlara zülm edən deyildi, lakin onlar özlərinə zülm
etdilər” (ət-Tövbə, 70);
“...Allah aləmlərə (bəşər əhlinə) zülm etmək istəməz” (Ali-
İmran, 108).
Həyatın mənası ədalətlə şərtləşdiyindən Allah Təala insana
hər bir şeydə ədalət və mötədilliyi gözləyib özünü təsdiqləsin
deyə yol göstərir. İnsan öz ilə də ədalətli olmalıdır. Hətt a
düşmənə münasibətdə ədalətdən uzaqlaşmaq olmaz.
Əgər ədalət mahiyyət və məzmundursa, onda mötədillik
bələdçidir. Çünki mötədilliyin yoxluğu könüllərdə fəsada səbəb
olur. Bu isə ədalətli olmağa əngəl törədir. Elə isə mötədillik
yoxdursa, ədalət də yoxdur. Ədalət hökm sürərsə, mötədillik
də hökm sürər. Mötədillik yayılarsa, onunla birlikdə ədalət də,
mərhəmət də, həmrəylik də mövcud olar.
32
Cabir ibn Abdullah rəvayət edir ki, Peyğəmbər
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
demişdir:
“Zülmdən çəkinin! Heç şübhəsiz, zülm Qiyamət zülmətidir.
Tamahkarlıqdan çəkinin, heç şübhəsiz, tamahkarlıq sizdən
əvvəlkiləri cəhənnəmlik etmişdir. Onlar tamahkarlıq üzündən
bir-birinin qanını axıtmış, haramlarını halal etmişlər”.
Abdullah ibn Ömər rəvayət edir ki, Peyğəmbər
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
buyurmuşdur:
“Müsəlman müsəlmanın qardaşıdır, ona zülm etməməlidir”.
4. Azadlıq
Allah hörmətli-izzətli etməklə, xəlifəlik məsuliyyəti
yükləməklə insan oğlunu digər canlılardan fərqləndirmişdir.
İnsan davranış və seçimlərində azaddır. Sərbəst icraçılıq fərdin
öz bacarıq və imkanları daxilində iradəsi və razılığını ifadə
etmə hüququnu əmələ gətirir.
“Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər...” (əl-
Bəqərə, 286);
“...Allah heç kəsi Özünün ona verdiyindən artıq xərcləməyə
məcbur etməz...” (ət-Talaq, 7).
İki növ azadlıq vardır:
Birinci növ azadlıq fərdin etiqad və dünyagörüşündəki
qənaətbəxşliyi ilə əlaqəli vicdani və şəxsi azadlığıdır. Heç kəsin
öz dünyagörüşü və qane olduğu fikirləri başqasına diktə etmək
və ya bu məsələyə tövsiyə və dəvət yolundan başqa üsullarla
müdaxilə etmək hüququ yoxdur.
İkincisi sosial sahədə və qarşılıqlı maraqlarda davranış
azadlığıdır. Bu azadlıqla əlaqədar olaraq cəmiyyətin üzvləri
arasında razılaşdırılmış sərhədlər olmalıdır. Və ya bu azadlı-
ğın sərhədlərini cəmiyyət şurası cızmalıdır. Belə ki cəmiyyətin
istənilən üzvünün öz doğru məqsədinə çatmaq hüququ vardır.
Təbii ki, bu vaxt azadlıq özbaşınalığa çevrilməməli, başqa-
larının maraqlarına zərər verməməlidir. Bu vaxt elə etmək
Dostları ilə paylaş: |