Mədəni Quran dünyagörüşü (в кривых). cdr



Yüklə 388,37 Kb.
Pdf görüntüsü
səhifə12/15
tarix25.11.2017
ölçüsü388,37 Kb.
#12337
1   ...   7   8   9   10   11   12   13   14   15

36

Şura  ümmətlə  qorunmadır,  həm  də  ümmətin  qorunmasıdır.  

Şura  despotizmə,  azğınlığa,  korrupsiyaya  qalxandır.

Ümmət  abadlaşdırıcı  mədəni  dünyagörüşünə  sahib  olub,  

maraqlarını  və  seçmək  hüququnu  dərk  edərsə,  hakimiyyətə  

qəyyumluq  edəcəkdir.  Amma  yuxarıda  sadalananlar  olmazsa,  

hakim  fərd  ümmətə  ağalıq  edəcək,  onun  şəxsi  maraqlarına  

tabe  tərəfə  çevirəcək,  hakimiyyət  və  təbii  resursları  monopo-

liyası  altına  salacaqdır.  Belə  dövlət  və  cəmiyyətlərdə  avtoritar  

rejim  bütün  yaradıcılıq  və  inkişaf  imkanlarının  qarşısını  kəsir.  

Bu  üzdən  mədəniyyətlərin  qurulması  və  yıxılmasında  azadlıq  

və  şuranın  xüsusi  əhəmiyyəti  vardır.



9. Azadlıq və şura – mədəniyyətlərin 

davamlılığının zəruri şərti kimi

Təbii  məsələdir  ki,  despotizm,  zülm  və  korrupsiya  azadlıq  

və  şura  ilə  birlikdə  addımlaya  bilməz.  Çünki  zülm  və  korrup-

siya  qaranlıq,  cəhalət,  saxtakarlıq,  aldatma  olan  yerdə  inkişaf  

edir.  Bir-biri  ilə  əlaqədə  olan,  məsləhətləşən  azad  insanları  

hər  zaman  hamılıqda  aldatmaq  və  yoldan  çıxarmaq  mümkün  

deyildir.

Ədalət  azadlıq  və  şuranı  təmin  edir.  Ədalət  yoxdursa,  azad-

lıq  və  şura  da  yoxdur.

Oyanma  və  yenidən  özünüdərk  mərhələsində  olan  müsəlman  

ümmətinin  bilməsi  mühümdür  ki,  şura  və  azadlıq  anlayışları  

ilə  mədəniyyətlərin  qurulub  dağılması  arasında  birbaşa  əlaqə  

vardır.    Bu    anlayışlar    xalqların    inkişafı    və    tənəzzülünə    təsir  

göstərir.  Mütəfəkkirlərin,  rəhbər  və  islahatçıların  real  şəraitə  

necə    münasibət    bəsləməyi    öyrənmələri    lazımdır.    Əvvəlki  

mədəni  mövqeyin  geri  qaytarılması  üçün  ümmətin  yenidən  

hazırlanması  işində  şura  və  azadlıq  prinsiplərinə  riayət  olun-

ması  faktının  rolu  böyükdür.




37

Bu  gün  irqçilik  və  materializmdən,  saxta  demokratiya  id-

dialarından,  dağıdıcı  və  özbaşına  azadlıqlardan,  hakimiyyət  və  

iri  kapital  sahiblərinin  nəzarət  etdiyi  araşdırma  və  informa-

siya  mərkəzlərinin  manipulyasiyalarından,  aclıq  və  savadsız-

lıqdan  əziyyət  çəkən  bəşəriyyət  uçuruma  doğru  gedir.  Odur  

ki  mənəvi  islam  mədəniyyətinin  yenidən  doğmasına  ehtiyac  

vardır.


Müasir  materialist  mədəniyyətin  təhrif  və  saxtakarlıqları,  

subyektiv  sosial-mədəni  və  fikri  qəlibləmə,  hakimiyyət,  kapi-

tal  və  texnologiya  monopoliyası  –  bütün  bunlar  göstərir  ki,  

bu  mədəniyyət  anormallıq,  despotizm,  zülm  və  korrupsiya  

mərhələsinə  qədəm  basmışdır.  Bu  vəziyyət  onun  sosial-mədəni  

strukturu  və  beynəlxalq  sisteminin  tənəzzül  edəcəyindən  xəbər  

verir.

Bu    mərhələdə    sosial    sistemdə    qurumların    oynadığı  



əhəmiyyətə  işarə  etməmək  mümkün  deyildir.  Çünki  sağlam  

əsaslar  üzərinə  qaldırılmış  sistemlər  avtoritar  təhrifl ərin  qarşı-

sını  alır.  Bu  həm  də  ona  görədir  ki,  təşkilati  üslub  nəticəsində  

məsləhətləşmə  sistemi  qoruyan  metoda  çevrilir,  özbaşınalıq  və  

sapqınlıq  “toxum”larını  qurudur,  korrupsiya  və  saxtakarlığı  üzə  

çıxaran,  təşəbbüs  və  yaradıcılıq  üçün  imkanlar  açan  azadlıqları  

mühafizə  edir.

İndiyə  qədər  deyilənlərdən  belə  bir  sual  meydana  çıxır:  

Məccani  sərvətlər,  müavinət  və  kreditləri  xatırladan  gəlirlər  

daha  çox  despotizm  və  korrupsiya  mənbəyinə  çevrilib,  möv-

cud  hakimiyyət  və  sərvət  monopoliyasının  davamlılığına  səbəb  

olmuş  ətalət  və  tənəzzülü  artırıbmı?

Əgər  mütəfəkkirlər,  islahatçı  və  pedaqoqlar  bu  problemə  

diqqət  ayırmasalar,  ümmətin  oyanış  “tumurcuq”ları  çiçək  açıb  

meyvə  vermədən  quruyacaqdır.

Mütəfəkkirlər,    islahatçılar,    pedaqoq    və    ziyalılar    ümməti  

“abort”  təhlükəsi  və  yanlış  istiqamətlərdən  xilas  etmək  üçün  nə  



38

vaxt  qollarını  çırmalayacaqlar,  ona  verilmiş  mədəni  irs  fürsətini  

əldə  etməsi  üçün  onu  nə  vaxt  hazır  vəziyyətə  gətirəcəklər?

Abadlaşdırıcı  mədəni  dünyagörüşümüzü  nə  vaxt  geri  qay-

taracağıq?  Düşüncə  və  ritorikamızdakı  təhrifl əri,  səhv  tərbiyə  

üsullarımızı    düzəldə    biləcəyikmi?    Dəyərlərimizi,    anlayış    və  

prinsiplərimizi  qoruyacaq  qurumlar  yarada  biləcəyikmi?

Əngəl  və  çətinliklərə  baxmayaraq,  bütün  bunlar  mümkün-

dür.    Çünki    ümmətin    mütəfəkkir,    islahatçı    və    tərbiyəçilərin  

zəhməti,  ana  və  ataların  fədakarlığı  ilə  aktivləşməsi  mümkün  

potensiyalı  vardır.  Çünki  ana  və  atalar  tərbiyə  işini  düzgün  

qura  bilsələr,  sahib  olduqları  əzmkarlıq  və  fədakarlıq  sayəsində  

sağlam  nəsillər  yetişdirə  biləcəklər.

İnsanımıza,    özümüzə    hörmət    edib,    azadlıqlarımızı    qoru-

yacağıqmı,  elm,  bilik,  ədalət,  şura,  həmrəylik,  əmin-amanlıq,  

sülh  qurumlarımızı  formalaşdıracağıqmı?

Allahın  yer  üzündəki  xəlifəsi  olaraq  vəzifəmizi  tam  şəkildə  

icra    etmək    üçün    kainatı,    kainat    qanunlarını    kompleks  

şəkildə  öyrənməliyik.  Belə  olarsa,  bəşəri  və  maddi  resurslar-

dan  məsuliyyətlə  istifadə  etməklə  insanların  qanuni  istək  və  

tələbatları  təmin  olunacaq,  yaradıcı  imkanları  artırılacaq,  varis-

lik  vəzifəsinin  səmərəsi  özünü  göstərəcəkdir.



10. Qanunauyğunluqlara əsaslanan 

elmi universallıq

Şüur,  düşünmək,  fitri  hərəkət  etmək  ancaq  insan  oğluna  

xasdır.  Bu  da  zəruri  edir  ki,  insan  oğlu  Yaradıcının  təkliyini,  

həyatdakı  məqsədyönlülüyü  ağlı  ilə  dərk  etsin,  fitrət  və  vicda-

nın  səsinə  hay  versin.

Ağıl,  fitrət,  həyat  reallığı  və  fiziki  qanunauyğunluqlar  həyatı  

və  varlıq  aləmini  dərk  etmək  üçün  rasional-fitri  vasitələr  ro-

lunu  oynayır.  Hərtərəfl i,  elmi,  intellektual  obyektiv  münasibət  




Yüklə 388,37 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə