Mədəni Quran dünyagörüşü (в кривых). cdr



Yüklə 388,37 Kb.
Pdf görüntüsü
səhifə2/15
tarix25.11.2017
ölçüsü388,37 Kb.
#12337
1   2   3   4   5   6   7   8   9   ...   15

6

olur.  Belə  bir  psixoloji  vəziyyət,  təbii  ki,  passiv,  ümidsiz,  zəif,  

məqsədsiz  yaşayan  ümmət  meydana  çıxaracaqdır.  Bu  ümmətə  

xudbinlik,  neqativlik,  əməkdaşlıq  ruhunun  zəifl iyi,  kollektiv  

şüurdan  uzaqlıq  xasdır.  Elə  isə  bu  cür  diktəedici,  qorxuducu  

“özünüləğv”  ritorikasının  etiraz  və  mənfi  əks-reaksiya  doğur-

ması,  şüursuz  şəkildə  özünümüdafiəyə  səbəb  olması  təəccüblü  

deyildir.    Bu    vaxt    “egosentrizm”    (pisliyi    əmr    edən    bioloji-

heyvani    nəfs)    meydana    çıxır.    Sonuncu    isə    fərdiyyətçiliklə,  

özünəqapanma  ilə,  eqoizmlə  seçilir.

Mədəni  Quran  dünyagörüşünə  gəlincə,  ilk  dövrlərdə  səmərəli  

və  məhsuldar  olmuşdur.  Çünki  stimullaşdırıcı  təbiəti  ilə  seçilir,  

fərdi  və  kollektiv  müstəvidə  “özünütəsdiq”i  təmin  edirdi.  Bu  

dünyagörüşü  formasında  sevgi,  istək  və  qane  hissləri  qorxutma  

və  qorxuya  qalib  gəlir.  Bununla  da,  insan  mədəni  şahidliyi  

həyata  keçirməklə,  fərdi  və  ictimai  müstəvidə  aktiv  icraçılıq  

nümayiş    etdirməklə    həyatda    özünü    təsdiqləyir.    Bu,    univer-

sal  Quran  mədəni  dünyagörüşünün  özüdür.  Bu  dünyagörüşü  

onun  fitri-mənəvi,  fiziki  tələbatlarına  cavab  verir.  Məcburiyyət  

və  ədalətsizliyə  əsaslanan,  pisliyi  əmr  edən  ani  heyvani  istəklər  

əsas  götürülmür.  “Güclü  haqlıdır”  qaydası  bu  dünyagörüşündə  

qəbuledilməzdir.    Fiziki-maddi    ehtiyacların    təmininə    gəlincə,  

bu,  fitrət  və  vicdanla  səsləşən  sağlam  üsullarla  baş  verir.  Bu  

üsullar  ədalət,  yaxşılıq,  qardaşlıq,  sülh  dəyərlərinə  söykənir.  Bu  

dünyagörüşündə  “Güc  haqqındır”  qaydası  məqbuldur  (vicdan  

və  ya  özünü  qınayan  nəfs).  Bu  minvalla  insan  oğlu  sağlam,  fitri  

yollarla  özünü  təsdiqləyir,  rəbbini  razı  salır.  Sağlam  fitri  üsullar  

fiziki-mənəvi  ehtiyaclara  cavab  verir,  mədəni  cəmiyyətin  qurul-

masını  təmin  edir.  Allah  Təala  buyurur:

“(Ya  rəsulum!  Ümmətinlə  birlikdə)  batildən  haqqa  tapı-

naraq  (pak  bir  müvəhhid,  xalis  təkallahlı  kimi)  üzünü  Al-

lahın    fitri    olaraq    insanlara    verdiyi    dinə    (islama)    tərəf    tut.  

Allahın  dinini  (Onun  yaratdığı  tövhid  dini  olan  islamı)  heç  

vəchlə  dəyişdirmək  olmaz.  Doğru  din  budur,  lakin  insanların  




7

əksəriyyəti  (haqq  dininin  islam  olduğunu)  bilməz”  (ər-Rum,  

30).

Peyğəmbər  və  Raşidi  xəlifələri  dövründən  sonra  səhabələr  



nəslinin  yox  olması  ilə  islam  dünyagörüşünü  tədricən  bürüyən  

“duman”    meydana    çıxdı.    O    səhabələr    nəslinin    ki,    onları  

nümunəvi  müəllim  və  təbliğatçı  vasitəsilə  Qurani-Kərim  tərbiyə  

etmişdi.  Yaşlanma,  dünyadan  köçmə  və  şəhid  düşmə  halları  bu  

nəslin  tükənməsinə  səbəb  olmuşdu.  Bədəvi  ərəb  qəbilələrinin  

əks-inqilabı  nəticəsində  yaranan  müharibə  vəziyyəti,  bu  üsya-

nın  yatırılmasından  sonra  dövrün  azğın  Sasani  və  Bizans  im-

periyaları  ilə  aparılan  hərbi  kampaniyalarda  iştirak  səhabələrin  

sayını  əhəmiyyətli  dərəcədə  azaltmışdı.  Bu  səbəbdən  fəth  or-

dularına  ərəb  qəbilələrindən  əsgər  toplanmağa  başlandı.  Bu  

qəbilələr  tam  şəkildə  “tərbiyə”  edilməmişdi.  Nəticədə  bədəvi  

ərəblər  islam  ümmətinin  ordusu  və  hərbi  qüdrətində,  siyasi  

həyatında  üstünlük  əldə  etmişdilər.  Bu  qəbilələr,  dediyimiz  

kimi,  islamı  yenicə  qəbul  etmişdilər,  irqçi-qəbilə  elementləri  

onlarda  güclü  idi.

Bədəvilərin  gənc  ümmətin  siyasi  həyatında  hakim  qüvvəyə  

çevrilməsinin,  siyasi  olanın  dini  olana  nəzarət  etməsinin  nə  ol-

duğunu  və  bu  vəziyyətin  doğurduğu  despotluq  və  korrupsiya-

nı  yaxşı  dərk  etməliyik.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)

  

bu  barədə  əvvəlcədən  xəbər  vermiş,  özündən  sonra  sapqınlıq  



və    fitnə-fəsadın    meydana    çıxacağını    bildirmişdir.    Bu    fitnə-

fəsadın  siyasi-ictimai  və  iqtisadi  həyata,  ən  əsası  isə  müsəlman  

dünyagörüşünə  təsiri  dağıdıcı  olmuşdur.

Bədəvi  ərəb  qəbilələri  Ərəbistan  yarımadasının  səhra  təbiəti  

səbəbindən  həm  Cahiliyyət  dövründə,  həm  də  islam  meydana  

çıxdıqdan  sonra  mədəni  çatışmazlıqdan  əziyyət  çəkirdilər.  Çün-

ki  bu  yarımada  geniş  səhraları  və  hündür  dağları  səbəbindən  o  

dövrün  mədəni  dünyasından  təcrid  edilmişdi.

Bədəvi  ərəb  qəbilələrinin  hakim  mövqe  tutmasının  siyasi  

həyata  mənfi  təsirləri  Raşidi  xilafətinin  yıxılması  və  Əməvilərin  




8

hakimiyyətə  gəlməsindən  sonra  özünü  göstərdi.  Həmçinin  bu  

qəbilələrdəki  bədəvilik,  Cahiliyyət  dövründən  qalma  irqçilik  

anlayışı  səhabələrin  –  ənsar  və  mühacirlərin  fəaliyyətində  əks  

olunmuş  Quran  mədəni  dünyagörüşündə  “bulanma”nın  yaran-

masına  səbəb  oldu.  “Bədəvi  ərəb  qəbilələrinə  xas  vəziyyətin  

diktə  etdiyi  qarmaqarışıq  ritorikanın  mənbə  rolunu  oynadı-

ğı  bədəvi  dünyagörüşü  islam  dünyagörüşünün  yerini  tədricən  

tutmağa  başlamışdı”.

Nəticə  etibarı  ilə,  real  siyasi  həyatda  islam  dünyagörüşü  bir  

çox  cəhətdən  “bulanıqlıq”  və  “əlilliy”ə  məruz  qaldı.  Bu  da  öz  

növbəsində  dinin  tədricən  hakim  təbəqənin  maraqlarına  tabe  

etdirilməsinə,  dövlət  qurumlarının  tənəzzül  edib  despotizmin  

möhkəmlənməsinə,  ictimai,  siyasi  və  iqtisadi  həyatda  korrup-

siyanın  yayılmasına  şərait  yaratdı.

Bədəvi  Cahiliyyət  irsi,  ümmətdaxili  tarixi  proseslər,  xalqla-

rın  islamı  qəbul  etməsi,  müsəlman  mədəniyyəti  və  dünyagörü-

şünün  həmin  xalqların  mədəniyyətləri  ilə,  xüsusən  Aristotelin  

formal  məntiqinə  əsaslanan  yunan  mədəniyyəti  ilə  inteqrasi-

yası  –  bütün  bunların  nəticəsində  ideoloji-dini  qarmaqarışlıq  

daha  da  artmış,  vaxt  keçdikcə  islam  mədəni  dünyagörüşü  daha  

çox  təhrifə  məruz  qalmışdır.  Bu  da  öz  növbəsində  ümmət  

ruhunun  daha  çox  zəifl əməsi  ilə  nəticələnmişdi.  Bu  vəziyyət  

Əməvilər  sülaləsinin  hakimiyyətinin  sonlarına  yaxın  daha  qa-

barıq  şəkildə  özünü  büruzə  vermişdi.  Ümmətin  siyasi  bütün-

lüyü  pozulmuş,  əsas  prinsiplər  arxa  plana  keçmişdi.  Halbuki  

başlanğıcda  bu  prinsiplər  xəlifəlik  (varislik)  və  tövhid  ruhu  

ilə  islam  mədəniyyətini  irəliyə  aparmış,  fitrəti  qidalandırmış,  

icraçılıqda  əxlaqı  əsas  tutmuş,  müsəlmanlara  ədalət,  qardaşlıq,  

şura,  azadlıq  və  məsuliyyət  şüuru  aşılamış,  yer  üzünü  abadlaş-

dırma  vəzifəsi  yükləmişdir.

Qeyd  edək  ki,  mədəni  geriləmə  ilə  eyni  vaxtda  maddi  yığım  

özünü  göstərmişdir.  Yəni,  vaxt  keçdikcə  islam  mədəniyyətində  

maddi  rifah  artmışdı.  Bu  səbəbdən  başlanğıcda  bu  maddi  ri-




Yüklə 388,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə