21
nunla da, müxtəlifl ik ayrı-seçkilik və hökmranlıq vasitəsinə
çevrilir. Bu da öz növbəsində düşmənlik və zülmə təşviq
edir. Beləliklə, neqativ müxtəlifl ik və ayrı-seçkiliyə söykənən
bir dünyagörüşü forması konfl ikt və ədavət alovuna “ya-
nacaq” olur, təbii müxtəlifl iyi mübarizəyə çevirir. Millətlər,
dövlətlər və etnik qruplar arasında bərabərsizlik, hegemonluq
və ədavətə əsaslanan münasibətlər meydana çıxır. Məhz bu
səbəbdən bəşəriyyət son əsrlərdə müstəmləkəçilik və dünya
müharibələrinin şahidi olmuşdur. Bugün güc siyasəti, aldat-
maq və kələk gəlmək yolu ilə təsir altına salmaq və nəzarətdə
saxlamaq prinsipindən çıxış edən irqçi rejimlərin riskli silah-
lanma yarışı dünyanın təhlükəsizliyini təhdid edir.
Quran dünyagörüşü fərqliliklərə baxmayaraq, bəşəriyyətin
bütünlüyünü təsdiqləyib qəbul edən yeganə dünyagörüşü for-
masıdır.
Quran dünyagörüşü bizimlə başqaları arasında mövcud
olan müxtəlif münasibətlərə rəqabət zehniyyəti əsasında nəzər
salmır; əksinə, bu münasibətləri bir bütün olaraq qəbul edir,
ədalətə, şəfqətə, sevgiyə çağırır, zülm və düşmənliyi rədd edir.
Müsəlman ümməti və bəşəriyyət cəmiyyət qurarkən, xalqlar
və millətlər arasında münasibətlər təsis edərkən Quran dün-
yagörüşünü əsas götürməlidir. Çünki məhz bu dünyagörüşü-
nün sayəsində universal elmi mərhələyə start vermək, ədalət
və sülh mədəniyyəti qurmaq mümkündür. Amma bu vaxt
formal-nəzəri təqdimatla kifayətlənmək olmaz. Elm, tərbiyə,
mənəviyyat, təşkilatlanma istiqamətlərində əməli addımlar atıl-
malıdır. Bəşəriyyətin birliyinə inanan sivil bəşəri sistem bu
dünyagörüşünü əsas götürərsə, varislik vəzifəsi icra edilər, sülh
və ədalət bərqərar olar.
Həqiqi islam mədəniyyəti bəşəriyyəti müasir materialist
vəhşətdən xilas edib, ona düz yol göstərə bilər. Materialist ya-
naşma özü ilə konfl iktlər, müharibələr gətirmişdir, silahlanma
22
yarışına təşviq etməsi ilə bəşəriyyətin gələcəyini təhlükə altına
salmışdır.
Universal mədəni Quran dünyagörüşünü ibtidai-irqçi
elementlərdən, israiliyyat
3
cəfəngiyatından, mifoloji uydur-
malardan təmizləmək lazımdır. Bunun üçün əvvəlcə Qurana
qayıtmaq tələb olunur. Bununla yanaşı, Quran ritorikası və
ondakı məqsədi düzgün başa düşmək olduqca zəruridir.
Əgər müsəlmanlar Quran dünyagörüşü və universal islam
mədəniyyəti sistemini özlərinə zərurət bilsəydilər, islamın
bəşəriyyətə təsiri ikiqat artıq olardı, bu din indiki sərhədlərindən
kənara yayılardı, müsəlman dünyagörüşü təhrifl ərə məruz qal-
mazdı və müsəlmanlar korrupsiyanın yayılmasına səbəb olmuş
avtoritar qurumlardan yaxalarını qurtarardılar.
Bu yerdə, biz, bir tərəfdən, islamla müsəlman fərd, digər
tərəfdən isə islamı çatdırma işi ilə (dəvət) dövlət arasındakı
fərqi izah etməliyik. İslam sonuncu ilahi missiya olub, insana
yol göstərir, onu mədəni dünyagörüşünün əsas prinsipləri ilə
təmin edir. Bununla da, onun həyatına məna və məqsədyönlülük
qazandırır.
Müraciət obyekti xəlifə (təmsilçi, varis) təyin edilən in-
sandır. Hər insan islamdan, dəyərləri və təlimlərindən imkanı
nəyə çatırsa, onu əxz edir. Müsəlmanlar islama iman gətirmiş
insanlardır. Amma onlardan hər birinin öz əqli səviyyəsi, öz
vicdanı, özünəməxsus davranışları var. Bütün insanlar kimi
onlar da bir-birindən imanın dərəcəsinə, davranışlarına görə
fərqlənirlər. Müsəlman fərdin səhvlərinin onun dini və ya
əqidəsinin ayağına yazmaq səhv olardı. Davranış və danışıqda
riayət etdiyi qaydalar, təbii ki, iman gətirdiyi dinin təsiri ilədir.
Yol verilən səhvlər, dinin məqsəd və universal prinsiplərinə
tərs düşən davranışlar isə müsəlman fərdin özünə aiddir.
3
Müsəlman dini-mədəni irsinə daxil olmuş yəhudi rəvayətlərindən söhbət
gedir – tərcüməçinin qeydi.
23
Bununla yanaşı, dəvət və dövləti bir-biri ilə səhv salmaq
olmaz. Dəvət hidayət, öyrətmə və tərbiyə məqsədilə könüllərə,
vicdanlara müraciətdir. Dövlət isə insanların təsis etdikləri
siyasi qurum olub, müxtəlif mütərəqqi formalara sahibdir.
Dövlət bu və ya digər şəkildə insan qrupları ilə, siyasi-ictimai
sistemləri ilə, yaşadıqları ərazi və maraqları ilə, daxili və xarici
münasibətləri ilə əlaqəlidir. Daxili münasibətlər dedikdə bir
cəmiyyətin fərdlərinin öz aralarındakı əlaqə, xarici münasibətlər
dedikdə isə başqa dövlət və xalqlarla əlaqəsi nəzərdə tutulur.
Meydana çıxdıqları dövrdən bu günədək dövlətlər və siyasi
sistemlərin bir-biri ilə münasibətlərinə ya sülh, ya sazişlər, ya
da müharibə və konfl iktlər hakim olmuşdur.
Mədəni islam dünyagörüşü bütün bu münasibətləri ədalət
və sülh üzərində bina edir. Daxili sferada ədalət və həmrəylik
özülü, məşvərət və məsləhətləşməni əmələ gətirir, qərarlar və
islahatlar vasitəsi hesab olunur. Münasibətlər korlanıb zülm
meydana çıxarsa, Şəriət və Qanun dövrəyə girir. Əks halda,
dinc sivil vasitələr və vətəndaş itaətsizliyi səhvlərin təshih
edilməsində sağlam vasitə rolunu oynayacaqdır. Digər siya-
si tərəfl ə münasibətə gəlincə, bu, hüququ təsdiqləmək üçün
səlahiyyət sahibi ilə danışıq aparmaqdır. Müharibə və silaha o
halda əl atılır ki, hüququ başqa yolla hakim etmək mümkün
olmur.
Təəssüf ki, Qərb Müsəlman dünyası ilə təmasa keçdikdən son-
ra təbii qanunauyğunluqlara əsaslanan elmi metodu birləşdirici
Quran dünyagörüşünü qəbul etmədən mənimsəmişdir.
Müsəlman dünyası ilə təmas Qərbin təbiət və sosial elmlərlə
materialist prizmadan tanışlığının başlanğıcı olmuşdur. Nəticə
etibarı ilə, irqçilik, zorakılıq və ictimai xəstəliklər vüsət kəsb
etmişdi. Deməliyik ki, Qərbin islama düşmənliyi uzaq keçmişə
gedib çıxır. Kilsənin islamla əlaqəli böhtan xarakterli iddiaları
bu işdə az rol oynamamışdır.
Dostları ilə paylaş: |