33
lazımdır ki, şəxsi istək və maraqlar diktəedici məzmun kəsb
etməsin, cəmiyyətin ümumi rəyinə əks düşməsin. Əks halda,
cəmiyyətdə despotizm və fəsad meydana çıxacaqdır.
Ümməti yenidən qurub, bəşər mədəniyyətinə istiqamət ver-
diyimiz vaxt dərk etməliyik ki, insan ancaq fərd kimi mövcud
ola bilməz. Çünki insan mahiyyət etibarı ilə sosial varlıqdır.
O, ancaq kollektivdə mövcud olub özünü təsdiqləyə bilər. Bu-
nun üçün mövcudluq və fitrətə uyğun olaraq, kollektiv fərdin
varolma sahəsi, fəaliyyət və azadlığının çərçivəsidir. Nəticə
etibarı ilə məhz kollektiv fərdin başqaları ilə münasibətlərində
sağlam zəruri qaydalar və sərhədlər qoyur. Amma bu vaxt
fərdin və kollektivin (cəmiyyətin) hüquqları arasında balansı
qorumaq lazımdır. Maraqları təmin edən, zərəri uzaqlaşdıran,
despotizmə imkan verməyən razılaşma və məsləhətləşmə bu
məsələdə əsas üsullar hesab olunur.
5. Məsuliyyət
İnsan oğlu fitrəti, elmi-mədəni varislik bacarığı, kainatdakı
məqsədyönlülüyü dərk etməsi baxımından yaxşı başa düşür
ki, imkanları və seçimləri çərçivəsində qərar vermək azadlığına
sahibdir. Deməli, bu qərar və seçimlərin məsuliyyətini özü
daşıyır. Xeyir xeyri, şər də şəri gətirir.
“Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Siz
ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!” (Yasin, 54).
6. Məqsədyönlülük
İnsan oğlu tövhidə əsaslanan fitrəti ilə, varislik ifadə edən
məqamı ilə, Allahın bəxş etdiyi qavrama və bilmə bacarığı ilə,
kainatdakı sistemliliyi müşahidə etməsi ilə bu nəticəyə gəlir ki,
kainat və insan boşu-boşuna mövcud deyildir.
“Biz göyü, yeri və onlar arasında olanları oyun-oyuncaq
yaratmadıq” (əl-Ənbiya, 16).
34
Beləliklə, insan fitrətən dərk edir ki, mövcudluq
məqsədyönlülük kəsb edir.
Quran dünyagörüşünə görə, insan ciddi, xeyirli və məzmunlu
həyat sürməlidir. Həyatda reallaşdırdığı hər şeyin həqiqi
səmərəsi olacaqdır. Bu səmərə hətt a əbədi axirət həyatını
əhatə edəcəkdir. İslam öyrədir ki, həyat bədənin çürüməsi ilə
başa çatmır, dünyada etdiklərinin səmərəsini insan oğlunun
gördüyü axirəti də özündə birləşdirir. Elə isə insan oğlu digər
canlılarla eyni ola bilməz. Onun mənəvi dünyası, ağılı, vic-
danı, islah və abadlaşdırma, yaxşılıq etmə və yaradıcılıq kimi
vəzifələri vardır.
7. Əxlaq
İnsan fitrətən dərk edir ki, kainatın bir yaradıcısı, yaradıl-
mışların da vəzifəsi olmalıdır. Deməli, insan oğlu ali və əxlaqi
məqsədlər üçün yaradılmışdır. Bu məqsədlər haqqında Quran
dünyagörüşündə məlumat verilir. Quran bu məqsədləri həyatı
boyu insan oğlunun diqqətinə çatdırır ki, şüurlu şəkildə və
məsuliyyət hiss edərək düşünməsi, qərar verməsi üçün ona
yol göstərsin. Yəni, insan oğlu hansı yolu tutub getməlidir,
ikisindən hansını seçməlidir: islah və abadlaşdırmamı, yoxsa
azğınlıq və fəsadmı?
Bu mənəvi və fitri hiss insanda doğuluşdan mövcuddur.
Buna görə də onun davranışlarına ruhun işığı, vicdanın gücü
istiqamət verir. Bu isə ehtiyacları təmin etmədə zülm, təcavüz
və əzib keçmə məntiqindən çıxış edən, bədənin bioloji-fiziki
tərəfini əsas götürən nöqteyi-nəzərə ziddir.
8. Şura (məsləhətləşmə)
Mədəni Quran dünyagörüşünə əsasən öyrəndik ki, insan
oğlu abadlaşdırma vəzifəsini icra etmək üçün xəlifə olaraq
yaradılmışdır. Bunun üçün ona abadlaşdırma və təbiəti ram
35
etmə bacarığı, azadlıq, seçmə qabiliyyəti, məqsədyönlü həyat
fəlsəfəsini dərk edən vicdan və fitrət verilmişdir.
Sual yaranır: Nə üçün varislik fərdi vəzifə olmaqdan əvvəl
kollektiv və ya nəsillərin görəcəyi vəzifədir?
Çünki varislik hər bir fərdin məsuliyyəti olmaqla yanaşı,
eyni vaxtda insan növü və cəmiyyətlə əlaqəli kollektiv-sosi-
al vəzifədir. Bu vəzifə fərdlər vasitəsilə cəmiyyətədək uzanır,
nəsilləri əhatə edir. Bu da öz növbəsində azadlıq və məsuliyyət
anlayışlarına mühüm cəhətlər kəsb etdirir. Məsuliyyət fəsad və
dağıdıcılığı deyil, islah və quruculuğu (abadlaşdırmanı) hədəf
götürmüş məqsəd deməkdir.
Azad olmaq fərdi hüquqdur. Amma bu hüquq cəmiyyətdə
özbaşınalığa bəraət qazandıra bilməz. Bu vaxt gələcək nəsillərin
də hüquqları, maraqları, abadlaşdırma vəzifəsi nəzərə alınma-
lıdır.
Bu yerdə, nəfsi istəklərə tabe olmayan, müxtəlif nüfuz və
hakimiyyət sahiblərinin şəxsi maraqlarına xidmət etməyən
şura prinsipinin rolu qabarıq görünür. Şura fərdlər və kol-
lektivin qanuni hüquqlarını qorumaq məqsədilə kollektivin
məsləhətləşməsidir. Bu məsləhətləşmə insan oğlunun yer
üzündəki vəzifəsinin reallaşması, quruculuq, islah və əmin-
amanlıq məsələlərində ümumun maraqlarının qorunması
üçündür.
Şura fərdi və kollektiv həyatın ayrılmaz hissəsi olub, varislik
vəzifəsinə fərdlər və kollektivin ehtiramla yanaşmasını ifadə
edir.
Şura bəşəri icraçılığı tənzimləmə, sağlam fikirlər emal etmə
vasitəsidir.
Şura aktiv və müsbət icra, səmərəli kollektiv təklifl ər
deməkdir.
Şura dialoq, ünsiyyət, tolerantlıq, razılaşma, mötədillikdə
sosial kollektiv vasitədir.
Dostları ilə paylaş: |