Mədəni Quran dünyagörüşü (в кривых). cdr



Yüklə 388,37 Kb.
Pdf görüntüsü
səhifə15/15
tarix25.11.2017
ölçüsü388,37 Kb.
#12337
1   ...   7   8   9   10   11   12   13   14   15

45

elmi  metoda  əməl  etmişlər.  Belə  metod  varislik  üçün  lazım  

olan  şərtlərdən  biridir.

Əgər    islam    doğru-dürüst    başa    düşülərsə,    mədəni    Quran  

dünyagörüşü,  düşünmə  üslubu,  anlayışları  təhrifl ərdən,  xurafat-

lardan  təmizlənərsə,  gənc  nəslin  tərbiyə  metodikasında  təshih  

aparıl arsa,  müasir  dövr  insanı  onda  xilas  tapacaqdır.  Beləliklə,  

bəşəriyyət  öz  mövcudluğunu  təhdid  edən  konfl iktlərdən,  zülm  

və  təhlükələrdən  qurtulacaq,  ədalət,  xatircəmlik,  əmin-amanlıq  

hökm  sürəcəkdir.

Belə  islahatçılıq  vəzifəsi  müsəlman  mütəfəkkir  və  islahatçı-

ların  vəzifəsidir.  Bunun  üçün  onlar  obyektiv  və  səbirli  olma-

lı,  cəsarət  göstərməlidirlər.  Belə  olarsa,  problemləri  həll  edə  

biləcəklər.



Mədəni dünyagörüşü 

və əxlaqi-bəşəri anlayışlar

Heç  bir  müsəlman  Quranın,  Sünnə  və  səhabə  dövrünün  eh-

tiva  etdiyi  əxlaqi  anlayış  və  dəyərlərin  zəngin  xəzinəsini,  yaxud  

klassik    və    müasir    müsəlman    mənbələrindəki    “ləl-cəvahirat”ı  

diqqətdən  qaçıra  bilməz.  Bununla  yanaşı,  müasir  müsəlman  

cəmiyyətlərində  gündəlik  həyat  və  münasibətlərdə  bu  anlayış  

və  dəyərlərin  çoxu  öz  ifadəsini  tapmamışdır.

Dəyər  və  anlayışlar  hər  hansı  bir  cəmiyyətin  dünyagörüşünə  

funksionallıq  kəsb  etdirən  vasitələrdir.  Bu  dünyagörüşü  təhrifə  

uğrayarsa,    dəyər    və    anlayışlar    təsirini    itirəcəkdir.    Çünki  

cəmiyyətin  davamlılığının  əsasını  təşkil  edən  dünyagörüşü  ilə  

konseptual  əlaqəni  itirmiş  cəmiyyət  üzvləri  gündəlik  həyatda  

və  sosial  münasibətlərdə  həmin  dünyagörüşünə  uyğun  hərəkət  

etmək  üçün  lazım  olan  ilham,  stimul  və  məqsədyönlülükdən  

məhrum  olurlar.



46

Aktiv  və  pozitiv  cəmiyyət  qurmaq  üçün  bu  dəyər  və  anla-

yışları  dirçəltmək,  könüllərə  aşılamaq,  aktiv  və  əlaqəli  qurum-

larda  tətbiq  etmək  lazımdır.  Bütün  bunlar  mədəni  cəmiyyət  

qurmaqda,  tarix  yazmaqda  lazımlı  addımlardır.

İslam  dünyagörüşünü  geri  qaytarmasaq,  ona  sonralar  sirayət  

etmiş  təhrifl əri  aradan  qaldırmasaq,  prinsip,  dəyər  və  anlayışlar  

aktiv  hala  gəlməyəcəkdir.  Bu  məqsədlə  düşüncə,  tərbiyə  üsulu-

nu,  ritorika  tərzini  və  könüllərini  islah  etmək  lazımdır.

Dünyagörüşü yoxdursa, 

suya təsvir çəkirik, demək

Məlum  oldu  ki,  mədəni  Quran  dünyagörüşü  səhabə  nəslinə  

uğur  gətirmiş  və  onlar  Qurandan  çıxış  edərək  mühüm  mədəni-

elmi  və  sosial  nailiyyətlərə  imza  atmışdılar.  Onu  da  öyrəndik  

ki,  mədəni  islam  dünyagörüşündən  ilham  almaq  üçün  Qurana  

qayıtmaqdan  imtina  etmək  ümmətin  dünyagörüşünün  saxta-

karlıq  və  təhrifl ərə  uğramağının  səbəblərini  bizə  izah  edir.

Ümmətin    yenidən    dünyagörüşünə,    məqsədyönlülük,  

əxlaqilik  və  stimulluğa  sahib  olmağı  üçün  onun  irsi  və  tarixi-

ni  yaxşını  pisdən,  faydalını  faydasızdan  ayıra  biləcək  şəkildə  

səmimi  və  prinsipial,  tənqidi  tədqiqata  təhkim  etməliyik.  Bunu  

edərkən  tabular,  qorxu,  cəhalət,  səs-küylü  etirazlar  bizə  mane  

olmamalıdır.

Zəifl iyimizin,  stereotiplərimizin,  anormallıqlarımızın  təhsildə,  

tərbiyə  və  düşüncədəki  forma  və  təsirlərinin  öhdəsindən  gələ  

bilsək,  Peyğəmbərin  həyat  və  Quranı  tətbiqetmə  təcrübəsindəki  

müdriklikdən  ilham  alan,  Qurana  əsaslanan  obyektiv,  elmi,  

mədəni,  universal  dünyagörüşü  formalaşdıra  bilərik.

Bilik  və  elm  hər  kəsdən  əvvəl  mütəfəkkirlərə,  alimlərə,  ziya-

lılara,  məktəb  və  müəllimlərə  aid  məsələdir.  Tərbiyə  və  nəfsi,  

vicdanı,  davranışları  gözəlləşdirmək  isə  valideynlərin  işidir.  Bu,  



47

təbii  ki,  informasiya  vasitələrinin,  sosial  mühitin  təsirlərini  is-

tisna  etmir.  Amma  bilik  və  tərbiyənin  oynadığı  rolları  bir-biri  

ilə  qarışıq  salmaq,  ailə  və  məktəbin  daşıdığı  məsuliyyətə  la-

qeyd  baxmaq  olmaz.

Həyata  ciddi  yanaşmağın,  müsəlman  cəmiyyətini  mədəni  

Quran  dünyagörüşü  əsasında  təsis  etməyin  vaxtı  çatmışdır.  Bu  

o  halda  mümkündür  ki,  mütəfəkkirlər,  islahatçılar,  tərbiyəçilər  

və  ailələr  öz  rollarını  düzgün  icra  etsinlər:  “Axtaran  tapar”;  

“Yolla  gedən  yorulmaz”.



İctimai islam elmlərini və islam 

dünyagörüşünü necə təsis etmək olar?

Ayrıca    olaraq,    islam    ictimai    elmlərinin    təsis    edilməsi  

probleminə    toxunmağımız    çox    mühümdür.    Biz    bu    elmlər  

sayəsində    islam    fikrini    yenidən    dirçəldə    bilərik.    Bu    da    öz  

növbəsində  islam  dünyagörüşünü  həyata  keçirəcəkdir.  Bununla  

da,  biz  biliyin  islamlaşdırılması  və  bunun  üsulları  ilə  əlaqəli  

mübahisə  və  təəccübə  son  qoya  biləcəyik.  Biliyin  islamlaşdı-

rılması  probleminin  dolaşıqlığı  həm  də  ona  görədir  ki,  islam  

ictimai  elmlərinin  təsis  edilməsi  probleminin  qoyulmasında  

dolaşıqlıq    vardır.    Yəni,    bu    elmlərin    məzmunu,    vəzifəsi,    bir  

tərəfdən,  islam  fikri  və  irsi  ilə  əlaqəsi,  digər  tərəfdən,  müasir  

qərb  ictimai  elmlərinə  münasibəti  məsələləri  tədqiq  olunma-

yıb.

Bu  dolaşıqlığı  aradan  qaldırmaq  üçün  əvvəlcə  ənənəvi  islam  



elmlərinin  mahiyyəti  və  istifadə  istiqamətlərini,  daha  sonra  

müasir  ictimai  elmlərin  mahiyyətini  müəyyən  etməliyik.

Əvvəlcə,  ənənəvi  islam  fikri  və  elmləri  mövzusuna  toxunaq.  

Məlumdur  ki,  bu  fikrin  (irsin)  əsas  tərəfini  fiqh  (hüquq)  təşkil  

edir.  Fiqh  mahiyyət  etibarı  ilə  qanun  deməkdir  və  bu  qanun  

ictimai  münasibətləri  tənzimləyən  qaydaları  formalaşdırır.




48

İslam    fikrinə    və    fiqhlə    əlaqəsinə    hərtərəfl i    nəzər    salsaq,  

görəcəyik  ki,  islam  fiqhi  Peyğəmbərin  və  Raşidi  xəlifələrin  

dövründəki    təcrübə    əsasında    meydana    çıxmışdır.    Fiqhin  

əsas  məzmunu  Peyğəmbər  sünnəsi  və  təcrübəsindən,  onun  

vəfatından  sonra  isə  səhabə  praktikasından  ibarətdir.

Raşidi  xilafətinin  yıxılması,  islam  fəthlərinin  səbəb  oldu-

ğu    vəziyyət,    ərəb    qəbiləçiliyinin    hakimiyyəti    ələ    keçirməsi,  

Əməvilərin  hakimiyyəti  illərində  meydana  çıxan  siyasi-ictimai  

və    iqtisadi    əyriliklər,    ideoloji-siyasi    təcrid    və    acizliyin    art-

ması  nəticəsində  hərfi-hərfinə  qaydalar  və  hökmlər  meyda-

na  çıxdı.  Bu  qayda  və  hökmlər  elə  düşüncə  və  praktikadan  

əmələ  gəlmişdi  ki,  onların  əksəriyyətinə  sonrakı  müsəlman  

cəmiyyətlərində  rast  gəlmək  mümkün  deyildir.  Yəni,  bu  qay-

daların,  hökmlərin,  qanunların  çoxu  indiki  dövrdə  heç  harada  

rast  gəlinməyən  tarixi  düşüncə  və  praktikanı  ifadə  edir.

Müasir  qərb  ictimai  elmləri  və  biliyin  islamlaşdırılması  prob-

lemi  ilə  əlaqəsinə  gəlincə...  Biliyin  islamlaşdırılması  problemi  

islam  ictimai  elmlərinin  problemi  olub,  məzmun  və  metodla  

əlaqəlidir.  Bu  iki  məsələni  (metod  və  məzmun)  bir-birindən  

ayırsaq,  məsələ  aydınlaşacaq,  ona  daha  səmərəli  münasibət  

bildirmək  mümkün  olacaqdır.

Məsələni  izah  etmək  məqsədilə,  əvvəlcə,  izah  etməliyik  ki,  

bilik  və  ictimai  münasibətlər  sahəsində  sosial  elmlərin  vəzifəsi  

nədən  ibarətdir.

İctimai  elmlərin  vəzifəsini  müəyyənləşdirmək  üçün  prin-

sipial  olaraq  bilməliyik  ki,  bu  elmlərin  vəzifəsi  və  rolu  islam  

fiqhininkindən  fərqlənir.  Çünki  birincinin  vəzifəsi  daha  bö-

yük  və  genişdir.  Bu  ona  görədir  ki,  ictimai  elmlərin  vəzifəsi  

mahiyyət  etibarı  ilə  mədəni  dünyagörüşü  əsasında  cəmiyyəti  

öyrənməkdir.    Bu    o    deməkdir    ki,    islam    ictimai    elmlərinin  

vəzifəsi  cəmiyyətdə  ictimai  fikir  istehsal  etməkdir.  Bununla  

da  o,  elə  bir  fikri  material  təqdim  edir  ki,  islam  hüququ  

onun  əsasında  qaydalar  təsis  edir.  Yəni,  fiqhin  vəzifəsi  formal  




49

vəzifədir.  İctimai  elmlərin  vəzifəsi  isə  fikridir.  Hər  iki  sahə  

ümmətə  xidmətdə,  mədəniyyətinin  qurulmasında  eyni  quşun  

qanadlarını  əmələ  gətirirlər.

Sual  yaranır:  Müasir  qərb  ictimai  elmləri  ilə  biliyin  islam-

laşdırılması  və  islam  ictimai  elmlərinin  yaradılması  problemi  

harada  və  necə  kəsişir?

Məlumdur  ki,  Qərb  ictimai  elmlərinin  ideya  məzmunu  sub-

yektiv  qərb  dünyagörüşünə  əsaslanır.  Qərb  dünyagörüşü  isə  

mahiyyət  etibarı  ilə  materialist  olub,  dinlərin  təsiri  və  rolunu  

rədd  edir.  Lakin  Qərb  ictimai  elmlərinin  obyektiv  tərəfl əri  də  

vardır.  Belə  ki  Qərbdə  ictimai  elmlər  insan  fitrəti  və  xarak-

terini,  real  gerçəkliklə  əlaqəsinin  düzgün  qurulmasını  öyrənir.  

Qərblilər  öz  dünyagörüşlərindən  irəli  gələn  məqsədlərə  çat-

maq  üçün  insan  fitrətindən,  ondakı  vasitə  və  həll  tapmaq,  

problemlərlə    mübarizədə    qurumlar    yaratmaq    imkanlarından  

necə  istifadə  etməyin  yollarını  axtarırlar.

Biz  Qərb  ictimai  elmlərinin  obyektiv  tərəfl ərindən,  bir  çox  

nailiyyətlərindən  istifadə  etməliyik.

Sual:  Fitrəti  və  ictimai,  həm  də  fiziki  qanunauyğunluqla-

rı    öyrənmək    anlayışına    müraciətdə    Qərbdən    asılıyıqmı,    öz  

mədəni  dünyagörüşümüzə  tərs  düşən  nəyisə  Qərbdən  idxal  

etmirik  ki?

Bilirik  ki,  bu  doğru  deyildir.  Çünki  islamın  meydana  çıxmağı  

ilə  yeni  günəş  doğmuş,  elm  və  universallıq  üçün  perspektivlər  

yaranmışdır.  İslam  öyrənməyə,  düşünməyə,  mühakiməyə  təşviq  

edən  dindir.  İslam  mədəniyyəti  ilə  elmi  araşdırma  və  fiziki  qa-

nunauyğunluqları  öyrənmə  dövrü  başlanmışdır.  İslamla  təmasa  

girməzdən  əvvəl  vəhşi  Qərb  elm  və  hüquq,  qanunauyğunluq-

lar  nədir  bilmirdi.  Qərb  sosial  elmləri  öz  başlanğıcını  qanuna-

uyğunluqları  öyrənən  müsəlman  alimlərin  elmi  təfəkküründən  

götürmüşdür.

Müsəlmanlar  ilk  dəfə  olaraq  insan  fitrətini,  kainatdakı  ila-

hi  qanunauyğunluqları  öyrənmişdilər.  Amma  ümmətin  başına  




50

gələn  erkən  büdrəmələr  bu  prosesi  ləngitmiş,  bəşəriyyəti  uzun  

əsrlər  boyu  ədalət,  əmin-amanlıq  və  sülh  dünyagörüşünü  real-

laşdıracaq  elm  və  universallıq  (ümumbəşərilik)  məsələlərində  

islamın  yolgöstərənliyindən  məhrum  etmişdir.

Yuxarıda  qeyd  olunanlar  göstərir  ki,  müsəlman  fərd  aşağı-

dakıları  etməlidir:

1.  Təqlid  və  yamsılama  zehniyyətindən  xilas  olmalı,  özünü  

universal,  analitik,  elmi,  tənqidi  və  yaradıcı  təfəkkürlə  silah-

landırmalıdır;

2.  Özünü  mədəni  Quran  dünyagörüşü,  anlayışları,  dəyər  və  

prinsipləri  əsasında  yetişdirməlidir;

3.  İnsan  fitrətini,  fiziki  qanunauyğunluqları,  reallığı,  zaman  

və  məkana  uyğun  potensial  və  imkanları  öyrənməlidir;

4.    İslam    irsindən,    müasir    obyektiv    elmi    nailiyyətlərdən  

istifadə  etməlidir.

Fikrimizcə,  biliyin  islamlaşdırılması,  islam  ictimai  elmlərinin  

təsis  edilməsi,  müasir  müsəlman  ictimai  fikrinin  forması  el-

min  müxtəlif  sahələrində  alim  və  tədqiqatçıların  etdiklərindən  

fərqlənmir.

Bizdən    tələb    olunan    şey    mədəni    Quran    dünyagörüşünü  

açıb  göstərməkdir.



Beynəlxalq İslam Fikri İnstitutunun 

xidmətləri

Beynəlxalq  İslam  Fikri  İnstitutunda  həyata  keçirilmiş  bir  

çox    elmi    tədqiqatlardan    istifadə    etmək    mümkündür.    Elmi  

tədqiqat  mərkəzləri,  islam  sosiologiyası  və  metodologiyasına  

dair  tədqiqatlarla  maraqlan  hər  kəs  institutun  elmi  məhsulunu  

öyrənib  inkişaf  etdirə,  bununla  da,  islam  fikri  sahəsində  ciddi  

elmi  fəaliyyətə  təkan  verə  bilər.



51

Beynəlxalq  İslam  Fikri  İnstitutu  növbəti  illərə  dair  proq-

ramında  islam  ictimai  elmləri  metodologiyası  və  islam  dün-

yagörüşü  problemlərinin  açıb  göstərilməsini  məqsəd  güdən  

akademik  yaradıcılıq  və  təlim  sahəsində  daha  çox  iş  görməyi  

planlaşdırır.

Beynəlxalq  İslam  Fikri  İnstitutunun  ali  təhsil  metodikasının  

yaxşılaşdırılması  istiqamətində  atdığı  ən  böyük  addım  Malay-

ziya  İslam  Universiteti  nümunəsidir.  Burada  vəhyi  biliklər  və  

humanitar  elmlər  fakültəsində  əsas  və  ikinci  dərəcəli  ixtisasın  

öyrədilməsi  metodikası  tətbiq  edilir.  Belə  ki  islam  tədqiqatları  

istiqaməti  iki  ixtisasdan  birini  əmələ  gətirir.  Bir  il  əlavə  oxu-

maqla  ikinci  dərəcəli  ixtisası  da  mənimsəmiş  məzun  iki  baka-

lavr  dərəcəsi  əldə  edir:  birincisi  islam  tədqiqatları,  ikincisi  isə  

ictimai  və  ya  humanitar  elmlərindən  biri  üzrə.

Belə  bir  sistem  böyük  uğur  qazanmış,  islam  dünyagörüşünü,  

bəşəri-mədəni  proseslərdə  ümmətin  mədəni  rolunu  yaxşı  başa  

düşən  keyfiyyətli  məzunların  yetişdirilməsinə  xidmət  etmişdir.  

Həmçinin  bu  məzunlar  öz  ixtisaslarında  çox  bacarıqlıdırlar.

Malayziya  Beynəlxalq  İslam  Universitetinin  nailiyyətlərində  

biri  də  qərbşünaslıq  fənninin  keçirilməsidir.  Bu  fənnin  məqsədi  

Qərb    mədəniyyətini,    müsbət    və    mənfi    tərəfl ərini    öyrənən  

mütəxəssislər  yetişdirməkdir.

Bununla    yanaşı,    “Ailə    və    valideynlik”,    “Yaradıcı    təfəkkür  

və  problemləri  həll”  fənləri  tədris  olunur.  “Mədəniyyətlərin  

qurulması  və  tənəzzülü”  adlı  fənnin  keçirilməsi  də  təklif  olu-

nub.    Biliyin    islamlaşdırılması    modelini    tətbiq    etmək    üçün  

Beynəlxalq  İslam  Fikri  İnstitutunun  proqramları  çərçivəsində  

müxtəlif  elmi  qruplar  fəaliyyət  göstərir.

Fiziki-texniki    elmlərə    gəlincə,    onlarla    birlikdə    islam  

tədqiqatları  metodunun  tədrisi  yaxşı  addım  olardı.  Bununla  

da,  tələbə  sonralar  biliklərini  genişləndirmək  istədikdə  əsas  

anlayışlara,  bünövrəyə  sahib  olacaqdı.



52

Elmli,  vicdanlı,  mədəni  nəsillər  yetişdirmək  üçün  Beynəlxalq  

İslam  Fikri  İnstitutunun  tədris  proqramı  layihəsindən  istifadə  

mümkündür.  Bununla  da,  seçilmiş  müsəlman  kadr  və  liderlər  

yetişəcək,  islamın  mədəni  missiyası  gerçəkləşəcəkdir.

Son söz

Universitet  müəllimlərinin,  ixtisaslı  kadrların,  universitet  və  

qeyri-universitet  mərkəzlərinin  diqqətini  ona  çəkmək  istəyirik  

ki,  bir  çox  yazıçı  və  mütəfəkkirin  əsərlərində  əsas  problemlərə  

toxunan,    həll    yolları    göstərən    anlayış    və    terminlərdən    söz  

açılır.  Əgər  mütəxəssislər  bu  terminləri  praktik  həyata  tətbiq  

etməyin  yolları  və  vasitələrini  işləyib  hazırlamasalar,  həmin  

terminlər    kağız    üzərində    qalacaq,    cəmiyyətin    real    həyatına  

təsir  göstərməyəcəkdir.

Ümid  edirik  ki,  mütəxəssislər  bu  istiqamətdə  öz  güclərini  

birləşdirəcək,  ümmətə  onun  düşüncəsini,  metodologiya  və  qu-

rumlarını  yeniləyəcək  praktik  üsullar  təqdim  edəcəklər.

Bəzi  konseptual  problemləri  real  həyata  tətbiq  etmək,  ide-

oloji-elmi  variantları  (alternativləri)  müəyyənləşdirmək  üçün  

əlimizdən  gələni  etmişik.  Əslində  etdiyimiz  həyata  keçirilməsi,  

təkmilləşdirilməsi    lazım    olan    nümunələrdir.    Bu    nümunələr  

əsasında    akademik    araşdırmalar    aparılmalı,    həyatın    bütün  

sahələrində  onların  elmi-praktik  tərəfl əri  izah  olunmalıdır.




53

MÜNDƏRİCAT

Quran dünyagörüşü islahatçılığın əsasını təşkil edir   .  .  .  .  .  .  .  .  .  .  .3

Universal islam dünyagörüşü necə təhrif olunub? .  .  .  .  .  .  .  .  .  .  .  .  .5

Ağılın dinlə əksliyi: fantaziya yoxsa həqiqət? .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .9

Səhabələr və bədəvilərin nəzərində islam dünyagörüşü  .  .  .  .  .  .  .  . 12

Mədəni Quran dünyagörüşü nədir?   .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  . 14

Quran dünyagörüşündə “mən” və “özgə” anlayışları.  .  .  .  .  .  .  .  .  .  . 17

Quran dünyagörüşü ümumdünya sülhü deməkdir  .  .  .  .  .  .  .  .  .  .  . 20

Sabit və dəyişkən: zaman və məkan.  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  . 24

Real idealizm  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  . 26

Quran dünyagörüşünü prinsipləri   .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  . 29

1. Tövhid .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  . 29

2. Xəlifəlik (varislik)  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  . 30

3. Ədalət və mötədillik   .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  . 31

4. Azadlıq   .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  . 32

5. Məsuliyyət  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  . 33

6. Məqsədyönlülük.  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  . 33

7. Əxlaq.  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  . 34

8. Şura (məsləhətləşmə).  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  . 34

9. Azadlıq və şura – mədəniyyətlərin davamlılığının 

zəruri şərti kimi .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  . 36

10. Qanunauyğunluqlara əsaslanan elmi universallıq .  .  .  .  .  .  .  .  .  . 38

11. Ümumbəşərilik.  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  . 40

12. Sülh.  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  . 41

13. İslahatçılıq və abadlaşdırma  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  . 42

14. Gözəllik: həqiqət yoxsa xülya?  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  . 42

Quran dünyagörüşü islahat və abadlaşdırmada əsas və stimuldur  .  . 44

Mədəni dünyagörüşü və əxlaqi-bəşəri anlayışlar .  .  .  .  .  .  .  .  .  .  .  .  . 45

Dünyagörüşü yoxdursa, suya təsvir çəkirik, demək  .  .  .  .  .  .  .  .  .  .  . 46

İctimai islam elmlərini və islam dünyagörüşünü 

necə təsis etmək olar?  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  . 47

Beynəlxalq İslam Fikri İnstitutunun xidmətləri  .  .  .  .  .  .  .  .  .  .  .  .  . 50



Son söz  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  .  . 52




mətbəəsində çap olunub


Document Outline

  • Страница 1

Yüklə 388,37 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə