Mədəni Quran dünyagörüşü (в кривых). cdr



Yüklə 388,37 Kb.
Pdf görüntüsü
səhifə9/15
tarix25.11.2017
ölçüsü388,37 Kb.
#12337
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

27

Üçüncüsü,  xeyir,  islah,  mədəni  quruculuq  dəyərlərini  real  

həyata  və  sosial  sistemdə  tətbiq  etmək  baxımından  insanlar,  

cəmiyyətlər  bir-birindən  fərqlənirlər.

Odur  ki  xeyir  və  ədalətin  zəif  olduğu  cəmiyyətlərdə  özünü-

islah  və  mədəni  cəmiyyət  qurmaq  məsələlərində  ümidsizliyə  

düşmək  lazım  deyildir;  bu  cəmiyyətlər  düşdükləri  vəziyyəti  

meydana  çıxaran  səbəbləri  aradan  qaldırmalı,  islam  və  islam  

dünyagörüşünün  çağırışlarının  idealizm  olduğunu  iddia  edən  

nadan  və  qərəzli  yanaşmalara  qulaq  verməməlidirlər.  Çünki  

xəyali  idealizmi  real  idealizmdən  fərqləndirmək  lazımdır.  Onu  

da  nəzərdən  qaçırmaq  olmaz  ki,  insana,  insanın  daxili  təbii  

istək  və  meyllərinə  doğru  münasibət  bəsləməyən  idealizmin  

dəyəri  yoxdur.

Real  idealizm  maddi  və  heyvani  qaranlıqlarda  nicat  kəndiri  

rolunu  oynayır.

Quran  dünyagörüşünün  idealist  təbiəti  haqqında  olan  suala  

verilən  cavabın  ikinci  hissəsi  aşağıdakı  kimidir:  Belə  Quran  

idealizmini  gerçəkləşdirmək  üçün  müsəlman  fərd  bütün  bu  

dəyər  və  prinsipləri,  anlayışları  həyatının  bütün  sahələrində,  

davranışlarında  əks  etdirməlidirmi?  Başqa  ifadə  ilə  desək:  bir  

insanın  müsəlman  olmağı  üçün  günah  və  səhvlərdən  sıyrılaraq  

məsum  olmağı  lazımdırmı?

Qorxutma    üslublu    islam    ritorikası    bu    təsəvvürü  

möhkəmləndirmişdir.  Nəticədə  bəşəri-mədəni  reallıqda  Quran  

dünyagörüşü  qeyri-mümkün  hala  gəlmişdir.

Daxili    dünyamızda    xeyirlə    şərin    mübarizəsi    getdiyindən  

büdrəmə  və  səhvetmə  insan  oğlunun  təbiətində  mövcuddur,  

odur  ki  məsumluq  peyğəmbərlikləri  ilə  əlaqəli  məsələlərdə  

ancaq  peyğəmbərlərə  xasdır.  “Hər  bir  insan  günahkardır,  ən  

yaxşı  günahkar  isə  davamlı  şəkildə  tövbə  edəndir”  hədisini  

xatırlayaq.    Quran    dünyagörüşü    də    insanın    daxili    dünyasın-

da  gedən  xeyir-şər  mübarizəsini  təsdiqləyir  və  xeyrin  qalib  

gəlməsi  üçün  yol  göstərir.




28

Qeyd  etdiyimiz  kimi,  insan  nəfsində  xeyir  və  şər  qüvvələrin  

mübarizəsi  bir  həqiqətdir.  Xeyrin  qələbəsinə  çalışmaq  da,  səhv  

etmək  və  büdrəmək  imkanı  da  bir  gerçəklikdir.  Quran  dün-

yagörüşü  bunda  bir  ümidsizlik  görmür.  Çünki  bu  vəziyyəti  

düzəltmək  üçün  nəfsdəki  yaxşı  meyllərə  dəstək  vermək,  dağı-

dıcı  ünsürləri  islah  etmək  işində  ümidsizliyə  düşməmək  lazım-

dır.  Allah  nəfsə  günahlarını  və  pis  əməllərdən  çəkinməsini  (xe-

yir  və  şəri)  öyrətmişdir.  O,  mərhəmətli  və  rəhimlidir,  tövbələri,  

günahdan    uzaqlaşmağı    qəbul    edəndir.    Quran    dünyagörüşü  

xeyrə  yol  göstərir,  kamilliyə  çatmaq  üçün  insana  güc  verir.

Deyilənlərdən  məlum  olur  ki,  islamı,  islam  dünyagörüşünü  

bu  dini  və  dünyagörüşünü  təmsil  edən  müsəlman  fərddən  

fərqləndirmək  lazımdır.  İslam  dünyagörüşü  hidayətdir,  xeyrə  

yolgöstərəndir,    nəfsi    tərbiyə    edəndir;    müsəlman    fərd    isə  

daxilində  xeyirlə  şərin  mübarizəsi  getdiyi  üçün  səhvə  yol  verə,  

ayağı  büdrəyə  bilər.  Mübarizə  vasitəsi  olaraq,  fərdləri,  xalqları  

və  mədəniyyətləri  böhrana,  toqquşmaya  sürükləyən  şərait  və  

vəziyyəti  öyrənmək,  islah  əməliyyatı  ilə  aradan  qaldırmaq  la-

zımdır.


Dəyişilmək,  yaxşılaşmaq,  səhvlərin  nəticələrini  aradan  qal-

dırmaq  üçün  xalqlar  mədəniyyətlərinə,  adət-nənələrinə,  tərbiyə  

və  kadr  yetişdirmə  üsullarına  tənqidi  və  sınayıcı  nəzər  sal-

malıdırlar.  Dünyagörüşü  düzələrsə,  tərbiyə  işi  də  yaxşılaşar,  

düşüncələr  tutalı  olar,  vicdan  ülviləşər.  Bununla  da,  insan  xeyir  

qüvvələrin  qələbəsinə  çalışacaq,  ehtiyacların  təmin  edilməsində  

doğru  yolu  tapacaq,  fərdi  və  kollektiv  maraqlar  qorunacaq,  

səhv  və  yanılmalar  cəmiyyətin  inkar  etdiyi  istisnaya  çevriləcək,  

nəfs  də  onda  israr  göstərməyəcəkdir.

Bu    gün    ümmətin    halının    acınacaqlı    olmağına    baxmaya-

raq,    alim    və    mütəfəkkirləri,    başbilənləri    vəziyyəti    düzgün  

qiymətləndirməli,  həll  yollarını  göstərməli,  mədəni,  düşüncə  

və  tərbiyə  üsullarında  dəyişiklik  etməli,  kadr  yetişdirmə,  təhsil,  

qurumlar  yaratma  kimi  sahələrdə  islahatlar  aparmalıdırlar.  Əgər  




29

hər  kəs  ailədən  məktəbədək  bütün  sahələrdə  çatışmazlıqların  

səbəbini    müəyyənləşdirib    islah    yolları    təqdim    etsə,    ümmət  

özünə  qayıda,  mədəni  rolunu  bərpa  edə  bilər.  Bununla  da,  

mədəni  Quran  dünyagörüşü  ümmətin  dünyagörüşü  və  həyat  

tərzinə  çevriləcəkdir.

Keçmişimiz    və    nailiyyətlərimiz    göstərir    ki,    islam    obyek-

tiv  bəşəri  dünyagörüşüdür.  O,  xilas  gəmisi,  təhlükəsiz  səyahət  

kompasıdır,  fırtınalarda  sahilə  yol  göstərən  xəritədir.

İslamda  irqçilik,  despotizm,  təcavüzkarlıq,  təkəbbür  yox-

dur.    İslam    xəyali-mifoloji,    alçaldıcı,    kahinlik    dini    deyildir,  

materializmə,  konfl ikt  fəlsəfəsinə  yox  deyir.  İslam  real,  həyati,  

mənəvi,  balanslaşdırıcı  və  obyektiv  dindir.

Quran dünyagörüşünü prinsipləri

Quran  dünyagörüşünün  universalilərini,  mədəni  element-

lərini    düzgün    dərk    etsək,    onun    prinsip    və    anlayışlarına,  

dəyərlərinə  obyektiv  qiymət  verəcəyik.  Çünki  bu  dəyərlər,  an-

layış  və  prinsiplər  Quran  dünyagörüşünü  real  həyata  tətbiq  

etmək  üçün  zəruri  sayılan  başlıca  vasitələrdir.  Bu  dəyərlər,  

anlayış  və  prinsiplər  müsəlman  ümmətinin,  ayrı-ayrı  fərdlərin  

düşüncə  üsulunu  tənzimləyən,  onu  konkret  reallığa  çevirən,  

cəmiyyətdəki  mədəni  proseslərə  istiqamətə  göstərən,  onu  güc,  

enerji  və  iradə  ilə  təmin  edən  “avadanlıq”  rolunu  oynayır.  Bu  

enerji,  güc  və  iradə  özü  ilə  birlikdə  aktivlik,  icra  və  inkişaf  

gətirəcək,  qarşıya  qoyulan  məqsədlərin  həyata  keçirilməsini  

mümkün  edəcək,  vasitələri  təkmilləşdirəcəkdir.

Bu  prinsiplərə  bir  qədər  ətrafl ı  şəkildə  toxunaq:



1. Tövhid

Tövhid  islam  dünyagörüşünün  əsas  prinsipidir,  çünki  insa-

nın  özünü  dərk  etməsində  mühüm  rol  oynayır.  Tövhid  insan  



Yüklə 388,37 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə