Maşınqayırmanın tarixinə dair



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə14/30
tarix15.07.2018
ölçüsü3,03 Mb.
#55964
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

Qədim Şərqdə sənətçilik 
35
 
külçə  xaric  edilir.  Bu  proses  zamanı  dəmirin  böyük  bir  hissəsi  şlak 
şəklində  itkiyə  gedir.  Belə  ki,  sobanın  məhsuldarlığı  maksimum  50% 
təşkil  edirdi.  Digər  tərəfdən  təsvir  olunan  proseslə  bir  dəfəyə  təxminən 
500g  miqdarda  dəmir  əldə  etmək  mümkün  idi.  Ona  görə  də,  o  dövrdə 
böyük  miqdarda  döyülə  bilən  dəmir  istehsal  etmək  üçün  çoxlu  filiz  və 
uzun  proses  tələb  olunurdu.  Göründüyü  kimi  dəmir  bu  üsulla  maye 
şəklinə  salına  bilinmədiyindən  yalnız  döymək  üçün  yarayırdı.  Alınan 
dəmir  məsaməli  olur  və  sobadan  çixarıldıqdan  sonra  bir  başa 
döyülməklə emal edilirdi [1.16, 1.17].  
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.13. Qədim Şərqdə sobada dəmir istehsalının sxematik təsviri.
 
 
Misirdə  dəmir  metallurgiyası  b.e.ə.  VII-VI  əsrlərdə  yaranmışdır.  Bu 
vaxta  qədər  dəmir  çox  kiçik  həcmdə  əldə  olunduğundan  qızıla  bərabər 
qiymətləndirilirdi.  Çox  vaxt    dəmir  istehsalı  üçün  meteorit  filizindən 
istifadə  olunmuşdur  və  ona  görə  də  onu  uzun  müddət  “ilahi  metal” 
adlandırmışlar.   
O dövrdə qızıl əşyaların hazırlanmasında istifadə edilən həm qaynaq, 
həm  də  lehimləmə  misirlilərə  məlum  idi.  B.e.ə.  2052

1785-ci  illərdə 
orta hökmranlıq dövründə kiçik qızıl əşyalar qaynaq edilirdi. Hazırlanan 
əsas hissəyə (gövdəyə) nusbətən qaynag edilən qızıl əşyanın aşağı ərimə 
temperaturuna malik olması əsas şərt idi. Qızıl yumşalana qədər qızdırı- 


Qədim Şərqdə sənətçilik 
36 
 
lırdı ki, onu başqasının üstünə çəkmək mümkün olsun. Sonra bütün əşya 
kiçik  kömür  sobaların  köməyi  ilə  qızdırılırdı  və  beləliklə  iki    hissə 
arasında birləşmə yaradılırdı. Misirlilər IV sülalə dövründə (b.e.ə. 2590-
2463-cü  illər)  qızılı  mis  və  gümüşlə  lehimləmək  texnologiyasına  da 
malik olmuşlar.    
Dəmirçi  alətləri  kimi  kobud  və  təmiz  emal  üçün  çəkiclər,  zindan, 
bülövlər  və  sonralar  kəlbətinlər  istifadə  edilməyə  başladılar.  Qədim 
Şərqdə  metalda  deşiklərin  açılmasına  rast  gəlinmir.  Döymə  yolu  ilə 
metalların  emal  texnologiyası  getdikcə  inkişaf  etdirilərək  b.e.ə.  III 
minillikdə  yüksək  səviyyəyə  çatır.  Misirdə  qalınlığı  0,01  mm  olan 
lövhələrin  döymə  ilə  alınmasını  sübut  edən  arxeoloji  tapıntılara  rast 
gəlinir.  Mis də kağız qalınlığına qədər döyülərək lövhə halına salınırdı. 
Kəsmə  ilə  emal,  ştamplama  və  sürtməklə  emal  da  üçüncü  minilliyin 
sonuna aid edilir [1.27].   
Əlvan  metallurgiyanın  tətbiqi  ilə  həm  də  çarxın  ixtirası  baş  verir. 
Metaldan  olan  alətlər  olmadan  bu  çarxların  istehsalı  mümkün  olmazdı. 
Çarxdan alına bilən fırlanma hərəkətinin effekti tezliklə başqa sahələrdə 
də 
tətbiqini 
tapır. 
Fırlanma 
hərəkətinin 
prinsipi 
gil 
qabların 
hazırlanmasında 
tətbiq 
olunmuşdur.  Gil  qablar 
ilk 
dəfə 
olaraq 
III 
minilliyin 
əvvəlində 
Mesopotamiyada 
tətbiq 
olunub 
və 
sonralar 
Hindistan,  Suriya    və 
Ögey  dənizi  hövzəsinə 
yayılmağa  başlayıb.  B.e.ə.  II  minillikdə  gil  qablar  artıq  Çində, 
Yunanıstanda və Orta Asiyada rast gəlinir. Sonralar fırlanma hərəkətinin 
ayaqla verilməsinə şərait yaradan texnikanın  yaranması  məhsuldarlığın 
artmasına  kömək  etmişdir, çünki  sənətçilər aparıcı lövhəni ayaqları ilə 
 
Şəkil 1.14. Qədim Misir torna avadanlığı. 


Qədim Şərqdə sənətçilik 
37
 
fırlatdıqlarından hər iki əli ilə gilə forma verə bilirdilər. 
Pəstahı  iki  mərkəz  arasında  bərkidərək,  bir  işçi  tərəfindən  iplə 
fırladılan  və  başqa  işçi  tərəfindən  alət  idarə  olunan  qədim  Misir  torna 
dəzgahı  ehtimala görə ağac emalı üçün nəzərdə tutulmuşdur. Çünki, bu 
konstruksiya  ilə  böyük  güc  tələb  edən  metalın  kəsmə  ilə  emalını 
aparmaq  mümkün  deyildi.  Bu  dəzgahın  cizgisi  qədim  Misir  keşişi 
Peosiris tərəfindən b.e.ə. III minillikdə bir qəbir daşının relyefində həkk 
etdirilmişdir  (şəkil  1.14).  Torna  dəzgahının  ixtirası  ilə  qədim  Şərqdə 
fırlanma hərəkəti ilə işləyən başqa emal üsulları - deşmə, pardaqlama da 
tətbiq  olunmağa  başlayır.  Bu  üsullar  Aralıq  dənizi  hövzəsində  və 
Avropada  yayılmağa  başlayır.  Qədim  Şərqdə  istifadə  olunan  alətlər 
əvvəlki  mədəniyyətlərdə  istifadə  olunanlara  nisbətən  çox  inkişaf 
etmişdir.  Bu,  yeni  mədəniyyətdə  işə  olan  münasibətin  dəyişməsi  və 
əsasən yeni materialların tətbiqi sayəsində əldə edilmişdir.  
Kənd  təsərrüfatında  istifadə  edilən  alət  və  qurğular  neolit  dövründə 
tətbiq  edilənlər  ilə  oxşar  idi.  Burada  tətbiq  edilən  qarmaq,  kürü,  kotan, 
oraq 
və 
taxılı 
döymək 
üçün 
alətlər 
suvarma 
təsərrüfatına 
uyğunlaşdırılmışdılar.  B.e.ə.  IV  əsrdə  daş  dövründə  olduğu  kimi 
kamanla  işləyən  burğudan  istifadə  edilirdi.  Bu  dövrdə  Misir  daş 
burğulama qurğusu öz aktuallığını hələ saxlayırdı (şəkil 1.15).  
Agacı  deşmək  üçün  burulan  tilləri  olan  burğuların  ixtirası  da  bu  
dövrə  aiddir.  Burğunun  uc  hissəsi  daşdan  düzəldilirdi.  Pardaqlama 
materialı  kimi  qumdan  istifadə  edilirdi.  Qədim  Şərqdə  təkcə  müxtəlif 
sənət  adamlarını  özündə  cəmləşdirən  şəhərlərlə  bərabər  malları  həm 
daxilə,  həm  də  xaricə  satmaq  üçün  bazarlar  yaranmağa  başlayır. 
Bazarlarda  alver  işlərinin  öhdəsindən  gələn  insanlara  ehtiyac  yaranır, 
beləliklə ticarətlə məşğul olan tacirlər formalaşır.  
Böyük  mədəniyyət  mərkəzləri:  Misir,  Mesopotomiya,  Çin  və 
Hindistanı  əlaqələndirən  intensiv  alver  aparılmağa  başlayır.  Bu  əlaqə 
mədəniyyətlər  arasında  hazır  mallar  mübadiləsini  genişləndirməklə 
bərabər  kənd  təsərrüfatında  istifadə  olunan  saxsı  və  toxuculuq  kimi  
materialların çeşidini artırmış, onların emalı üçün yeni üsulların  və  tex- 


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə